Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1147/2025 19.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh4 iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24938,97 (iyirmi dörd min doqquz yüz otuz səkkiz manat, doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 1380,18 (min üç yüz səksən manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu, 49,12 (qırx doqquz manat, on iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 26368,27 (iyirmi altı min üç yüz altmış səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün çəkilən xərcin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********06-10301 qeydiyyat nömrəsi ********** ilə 25 yanvar 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə Cavabdeh3 və Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "MONETRİ” BoKT MMC (müqavilə bağlanılan zaman "xxxx" MMC) ilə Cavabdeh4 arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsinə əsasən “biznesin inkişafı” məqsədilə cavabdehə 24 ay müddətinə, illik 23 faiz dərəcəsi olmaqla 35000 manat məbləğində kredit ayrılmışdır. 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı ilə borcalan qismində Cavabdeh4, ipoteka qoyanlar qismində Cavabdeh3 və Cavabdeh2 arasında (qanuni nümayəndə Cavabdeh4) 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylı mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən, yüklülük 25 yanvar 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********06-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehin 24938,97 manat məbləğində əsas borc, 1380,18 manat məbləğində faiz borcu, 49,12 manat məbləğində cərimə olmaqla, cəmi 26368,27 manat məbləğində borcu mövcuddur. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 01 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 24185,59 (iyirmi dörd min yüz səksən beş manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi ********** ilə 25 yanvar 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə Cavabdeh3 və Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə yenidən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 20685,59 (iyirmi min altı yüz səksən beş manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi ********** ilə 25 yanvar 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə Cavabdeh3 və Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət etmiş, iddia ərizəsi ilə tələb olunan məbləğin reallığı əks etdirmədiyini qeyd edərək 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcunun müəyyənləşdirmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli e-2-2(119)- 1147/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı 05 yanvar 2026-cı il tarixdə məhkəməyə yenidən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 14885,59 (on dörd min səkkiz yüz səksən beş manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi ********** ilə 25 yanvar 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə Cavabdeh3 və Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cari tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahatında bildirdi ki, yaxın günlərdə borc məbləği üzrə təxminən 2000 manat məbləğində ödəniş həyata keçirəcəkdir. Borcu tam şəkildə ödəməsi üçün 4-5 ay müddətində vaxta ehtiyacı vardır. Cavabdeh4 məhkəmədən cərimə məbləği ilə əlaqədar ona güzəşt edilməsini və borc məbləğini ödəməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı BOKT MMC ("xxxx" BOKT MMC) ilə Cavabdeh4 arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti borcverən (iddiaçı) tərəfindən borcalana (cavabdehə) “biznesin inkişafı” məqsədilə 24 ay müddətinə 35000 manat kredit verilməsinə, borcalanın krediti qəbul etməsinə, bu müqavilədə göstərilən məqsədlə istifadə etməsinə, krediti və kreditə hesablanmış faizləri “Ödəniş qrafiki”nə (01 nömrəli Əlavə) uyğun olaraq borcverənə qaytarılmasına dair borc pul öhdəliyidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditə görə illik 23 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 12,89 faiz təşkil edir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra etməlidir. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, borcverən borcalan tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında və lazımınca icra olunması tələb edə bilər. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 24 yanvar 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 05 yanvar 2026-cı il tarixli 005/26 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 iddiaçıya 14885,59 manat məbləğində borcu vardır. İş materiallarında olan ipoteka saxlayan ("xxxx" BOKT MMC) ilə borcalan qismində Cavabdeh4 və ipoteka qoyanlar qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında Cavabdeh4 bağlanmış 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri: ipoteka predmeti müqavilə bağlanan vaxt üçün 65000 manat məbləğində qiymətləndirilir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2025-ci il tarixli e-2-2(119)-1147/2025 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə əlaqədar kommersiya işi üzrə mütəxəssis rəyinin əldə edilməsi və rəyin verilməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 13 iyun 2025-ci il tarixli məktubun məzmununda “... “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndiricilər və qiymətləndirmə təşkilatları göstərdikləri xidmətlərə görə haqq tələb etmək hüququna malikdirlər. Qiymətləndirmə haqqını heç bir tərəf ödəmək istəmir. Sizdən xahiş edirik ki, sözügedən işin icraatını digər təşkilatlara göndərəsiniz” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə elektron poçt ünvanı vasitəsilə ünvanlanmış 22 sentyabr 2025-ci il tarixli məktubun məzmununda “e-2-2(119)- 1147/2025 nömrəli işi geri qaytarırıq. Cavabdeh4 Saray qəsəbəsində yerləşən əmlaka baxış keçirilməsi üçün şərait yaratmadı. Qətiyyətlə bildirib ki, bank olmayan kredit təşkilatına ödənişlər edir” qeyd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli e-2-2(119)-1147/2025 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə əlaqədar kommersiya işi üzrə mütəxəssis rəyinin əldə edilməsi və rəyin verilməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli 0012/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinin likvid dəyəri 69000 manat, bazar dəyəri 78000 manat təşkil edir. İş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh4 tərəfindən mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 23 dekabr 2025-ci il tarixli 9/4751 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh4 borcu 23 may 2025-ci il tarixə: əsas borc üzrə 25139,6 manat, faiz borcu üzrə 1122,2 manat; 30 sentyabr 2025-ci il tarixə: əsas borc üzrə 24382,66 manat, faiz borcu üzrə 1666,83 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına, həmçinin hesabdan çıxarış əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan borcun məbləği müəyyən edilərkən 23 dekabr 2025-ci il tarixli 9/4751 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, 05 yanvar 2026-cı il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə sözügedən kredit müqaviləsi üzrə 14885,59 manat məbləğində borcun tutulması xahiş edilsə də, ekspert rəyində 23 may 2025-ci il tarixinə əsas borcun məbləği 25139,6 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesabdan çıxarış sənədindən görünür ki, 23 may 2025-ci il tarixindən sonra cavabdeh tərəfindən 30 may 2025-ci il tarixində 1000 manat, 11 iyun 2025-ci il tarixində 700 manat, 13 iyun 2025-ci il tarixində 500 manat, 18 iyul 2025-ci il tarixində 1000 manat, 19 avqust 2025-ci il tarixində 1500 manat, 17 sentyabr 2025-ci il tarixində 1000 manat, 17 oktyabr 2025-ci il tarixində 1000 manat, 28 noyabr 2025-ci il tarixində 800 manat, 24 dekabr 2025-ci il tarixində 700 manat, 2000 manat və 1300 manat məbləğində olmaqla, cəmi 11500 məbləğində ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 13639,6 (25139,6-11500=13639,6) manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ilə borc alan qismində Cavabdeh4 və ipoteka qoyanlar qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 7178 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri: ipoteka predmeti müqavilə bağlanan vaxt üçün 65000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin daşınmaz əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli 0012/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün çəkilən 51 manat məbləğində xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə məlumat sənədindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan 29 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarında olan 13 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 169,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 165,42 manat təşkil etdiyindən (əsas borcun məbləği müəyyən edilərkən 23 dekabr 2025ci il tarixli 9/4751 nömrəli ekspert rəyi mötəbər sübut olaraq qiymətləndirildiyindən 25139,6 manat nəzərə alınmalı, eyni zamanda məhkəmə icraatında edilmiş ödənişlər nəzərə alınmamalıdır) həmin məbləğdə pul vəsaiti Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2025-ci il tarixli 9/4751 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh4 13639,6 manat məbləğində borc, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 165,42 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13856,02 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, Cavabdeh4 tutulmalı olan cəmi 13856,02 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı BOKT MMC-yə olan cəmi 13856,02 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh4 13639,6 (on üç min altı yüz otuz doqquz manat, altmış qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 165,42 (yüz altmış beş manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13856,02 (on üç min səkkiz yüz əlli altı manat, iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh4 tutulmalı olan cəmi 13856,02 (on üç min səkkiz yüz əlli altı manat, iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı BOKT MMC-yə olan cəmi 13856,02 (on üç min səkkiz yüz əlli altı manat, iki qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 69000 (altmış doqquz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1147/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1147/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver