Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1148/2024 27.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdehnə qarşı verilmiş “sənədlərin verilməsi və növbədənkənar ümumi yığıncağın keçirilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “sənədlərin verilməsi və növbədənkənar ümumi yığıncağın keçirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təsisçisi olduğu illər ərzində Cavabdeh fəaliyyəti üzrə keçirilmiş (keçirilməsi nəzərdə tutulmuş) ümumi yığıncaqlar barədə təsisçilərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri, eləcə də bunların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların, ümumiyyətlə kooperativin fəaliyyəti ilə bağlı məlumatların, sənədlərin təsdiq edilmiş surətlərinin İddiaçı1 və İddiaçı2 təqdim edilməsi, Cavabdeh payçılarının (təsisçilərininin) növbədənkənar ümumi yığıncağının keçirilməsi, növbədənkənar ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən növbədənkənar ümumi yığıncağın yenidən çağırılması, təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2, Kamil Quliyev və Mehman Quliyev təsisçi olaraq Abşeron rayonu, Aşağıda Güzdək qəsəbəsində yerləşən “MKM" Mənzil Tikinti Kooperativini yaradaraq həmin ərazidə iki 10 mərtəbəli yaşayış binasını, o cümlədən əlavə bir tikilini 4-cü mərtəbəyə, o biri tikilini isə 3-cü mərtəbəyə kimi tikmiş, digəri isə bünövrədən çıxmış vəziyyətdə olmuşdur. 2015-ci ildə Nümayəndə təsisçi kimi həmin MTK-da fəaliyyətə başlamış, digər təsisçilər öz paylarından ayıraraq onu paylı təsisçi etmişdir. Nümayəndə gəlişi ilə “MKM" Mənzil-Tikinti Kooperativinin adı dəyişdirilərək “Cənnət Park" Mənzil Tikinti Kooperativi adlandırılmış və direktor Nümayəndə olmuşdur. Nümayəndə ilk öncə özünə inam yaradaraq 2015-ci ildən bu günə kimi onun rəhbərliyi ilə yarımçıq binaların tikintisini başa çatdırmış və əlavə olaraq 6 iki bloklu 10 mərtəbəli binalar tikdirmişdir. Qeyd olunur ki, hər dəfə paylarına uyğun haqq-hesab tələb edildikdə Nümayəndə büdcədə pulun az olduğunu, haqq-hesab olunsa yeni tikinti işlərinin aparılmasının mümkün olmayacağını, həmin vəsaitləri tikintiyə sərf etməklə yekunda normal gəlir əldə ediləcəyini bildirərək xeyli müddət bu üsulla iddiaçıları aldadaraq onlara heç bir pul vəsaiti verməmişdir. Lakin bir ildir onlara məlum olmuşdur ki, Nümayəndə vəzifə səlahiyyətlərini aşaraq, saxtakarlıq edərək iddiaçıların payına düşən vəsaitləri, tikinti işlərinin görülməsi üçün ona verilən pulları etibardan su-istifadə edərək mənimsəmiş, o cümlədən bir evi iki nəfərin adına yazaraq camaatı aldatmış, pullarını mənimsəyərək qanunsuz hərəkətlər etmiş və bütün bu müddət ərzində iddiaçıları “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyətindən kənar tutmuşdur. Təsisçi olaraq indiyə kimi İddiaçı2 tərəfindən “Cənnət Park" Mənzil Tikinti Kooperativinə 653000 ABŞ dolları pul, eləcə də Nümayəndə 150000 ABŞ dolları və 204000 manat pul vəsaiti tikinti məqsədləri üçün verilsə də, bu günə kimi nizamnamə üzrə İddiaçı2 22%, arvadı- İddiaçı1 isə 3% təsisçi olaraq heç bir qazanc əldə etməmişdir. Nümayəndə iddiaçıların “Cənnət Park" Mənzil Tikinti Kooperativinə girməsinə imkan vermir. Dəfələrlə ümumi yığıncağın keçirilməsi tələb edilsə də, bu tələbə əhəmiyyət verilməmişdir. Pozuntuların müəyyən edilməsi üçün təsisçi qismində İddiaçı2 tərəfindən öz vəsaiti hesabına auditin keçirilməsi üçün müqavilə bağlanılsa da, Nümayəndə və onun tərəfdarları auditin əraziyə girməsinə, sənədlərlə tanış olmasına icazə verməmişdir. Bildirilir ki, “Cənnət Park" Mənzil-Tikinti Kooperativinin fəaliyyətinin əsasını təşkil edən, keçirilməsi zəruri olan ümumi yığıncaqlar barədə məlumat verilməməsi səbəbindən iddiaçılar həmin ümumi yığıncaqlarda iştirak etməmiş, bu günə kimi onların iştirakı ilə һəг hansı iclas keçirilməmiş, “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti müzakirə olunmamışdır. Görünən odur ki, Nümayəndə ilk sədr seçildiyi gündən sonra bütün sənədləşmələri təsisçilərin xəbəri, razılığı olmadan həyata keçirmişdir. Bu da “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti üzrə maliyyə hərəkətlərinin, ümumiyyətlə ümumi yığıncağın iclasında həll edilməli məsələlərin iddiaçıların iştirakı olmadan aparıldığını və qanunvericiliyə adekvat olmadığını göstərir. Audit, eləcə də aidiyyəti ekspertiza keçirilərsə o zaman qeyd olunan faktlar tam təsdiqini tapacağından auditin və ekspertizanın keçirilməsi, bunun üçün “Cənnət Park" Mənzil Tikinti Kooperativinin yarandığı gündən bu günə kimi onun fəaliyyəti ilə bağlı bütün sənədlərin götürülməsi zərurəti iddiaçılar tərəfindən vurğulansa da, hazırkı vaxtadək bununla bağlı bütün müraciətlər nəticəsiz qalmışdır. Dəfələrlə şifahi və yazılı qaydada müraciət olunaraq paylara düşən mənfəətin, gəlirlərin hesablanaraq ödənilməsi, ümumiyyətlə “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti ilə bağlı bütün sənədləşmələrlə tanış olmaq Nümayəndə tələb edilsə də o, heç bir zaman bu qanuni tələbi təmin etməmişdir. İddiaçılar “Cənnət Park" Mənzil Tikinti Kooperativinə buraxılmadığından hazırkı iddianın verilməsi üçün zəruri olan pretenziyanı həm elektron sistem, həm də poçt vasitəsilə cavabdehə təqdim edərək iddiaçıların iştirakı ilə haqqhesabın aparılması, eləcə də təsisçisi olduqları illər ərzində “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti üzrə keçirilmiş (keçirilməsi nəzərdə tutulmuş) ümumi yığıncaqlar barədə təsisçilərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların təsdiq edilmiş surətlərinin (xüsusilə sədr seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların), kooperativin əldə etdiyi mənfəət və gəlirləri, eləcə də bunların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, ümumiyyətlə kooperativin fəlaiyyəti ilə bağlı məlumatların, sənədlərin təsisçi olaraq bizə verilməsi, növbədənkənar ümumi yığıncağın keçirilməsi zərurəti vurğulansa da, bu müraciətlər tam cavabsız qalmışdır. Bundan başqa iddiaçılar guya 2023-cü ildə hansısa audit keçirilməsi barədə məlumat əldə etmişlər. Lakin həmin keçirilmiş audit rəyindən iddiaçıların xəbəri olmamış, əgər bu ümumi iclasın səsverməsi ilə baş tutubsa, habelə həmin iclas olubsa da saxta olub, çünki həmin iclasda iddiaçılar iştirak etməmişdir. Qeyd olunur ki, cavabdehin maraqlarına xidmət edən və həqiqəti əks etdirməyən auditin rəyi ilə iddiaçılar qətiyyən razı deyil, çünki iddiaçılar bu günə kimi heç bir mənfəət, gəlir əldə etməmiş, “Cənnət Park" Mənzil Tikinti Kooperativindən bir manat da pul götürülməmiş və yaxud kimsəyə də iddiaçıların adından götürülməsi barədə razılıq verilməmişdir. Bundan başqa Nümayəndə vəzifə səlahiyyətlərinin, hazırda onun səlahiyyətli olub-olmaması da sual altındadır. Çünki nizamnamədə qeyd olunur ki, sədr üç illiyə seçilir. Belə olan halda iddiaçılar təsisçi olduqdan sonra onların iştirakı ilə Nümayəndə sədr seçilməsi barədə hər hansı ümumi yığıncaq, səsvermə olmamışdır. Bundan əlavə iddiaçıların paylar üzrə mənfəət, gəlir əldə etməməsi, maliyyə məsələləri, ödənişlər və “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti üzrə sənədlərlə tanış olmalı olduqları halda iddiaçıların tanış olmaması, ümumi yığıncaqların keçirilməsi zəruri olduğu halda bu günə kimi bu normaların pozulması nizamnaməyə yenidən baxılmasını, müzakirə edilərək əlavələrin edilməsini, eləcə də sədrin fəliyyətinin qiymətləndirilməsini, yol verdiyi pozuntular, eləcə də müddət üzrə səlahiyyəti bitdiyi səbəbindən yeni sədrin seçilməsini, kooperativin fəaliyyətinin qiymətləndirilməsini, gəlirlər və xərcləri barədə auditin keçirilməsi barədə növbədənkənar ümumi yığıncağın keçirilməsini zəruri etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.8-ci maddəsinin tələbini əsas tutaraq əks edilmiş məsələlərin müzakirəsi və həlli üçün növbədənkənar ümumi yığıncağın qanunvericilikdə əks edilmiş müddət ərzində keçirilməsinin, eləcə də sənədlərin verilməsinin təmin edilməsi üçün aidiyyəti qaydada dəfələrlə cavabdeh “Cənnət Park" Mənzil Tikinti Kooperativinə (sədr Nümayəndə) tələblə müraciət edilsə də bu qanuni tələblər də təmin edilməmişdir. İddiaçılar “Cənnət Park" Mənzil-Tikinti Kooperativində təsisçi olsa da, kooperativin fəaliyyəti üzrə hansı sənədləşmələr aparılır, hesabatlar hansı qaydada müəyyən edilir, aidiyyəti qurumlara hansı sənədlər verilir və s. xəbərləri yoxdur. Qeyd olunur ki, “Cənnət Park" Mənzil Tikinti Kooperativinin sədri qismində özünü təqdim edən Nümayəndə barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti qaydada hüquq mühafizə orqanlarına da dəfələrlə müraciət edilmiş və həmin müraciət hal-hazırda araşdırılmaqdadır. Cavabdeh auditin keçirilməsi üçün iddiaçıları “Cənnət Park" Mənzil Tikinti Kooperativinə buraxmır, onların növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi barədə qanuni tələblərini təmin etmir. Mövcud mübahisəni məhkəmədənkənar həll etmək mümkün olmadığından, cavabdeh qanuni tələbləri könüllü şəkildə təmin etmədiyindən, qanunvericiliyin tələblərindən sui-istifadə edərək iddiaçıların hüquqlarını, qanunvericiliyin imperativ tələblərini kobud şəkildə pozduğundan iddiaçılar hüquqlarının müdafiəsi, tələbləinin təmini üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 27 dekabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edilərək 2007-ci ildən Cavabdeh fəaliyyəti üzrə kooperativ tərəfindən həyata keçirilmiş ümumi yığıncaqlar barədə üzvlərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri, eləcə də bunların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların, sənədlərin təsdiq edilmiş surətlərinin iddiaçılara təqdim edilməsi, Cavabdeh üzvlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi, eləcə də təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı1 və İddiaçı2 təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 24 aprel 2017-ci il tarixli **********125500 nömrəli çıxarışlardan görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X9 qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 30 mart 2007-ci il tarixdə 0107-P309-48129 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən 31 iyul 2015-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh Mənzil-Tikinti Kooperativinə qoşulması nəticəsində yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir. Cavabdeh təsisçiləri və nizamnamə kapitalında mayaların miqdarı X2 – 3 %, İddiaçı2 –22 %, Nümayəndə– 25 %, İddiaçı1 –3%, X7 –22 %, X8 – 25 % kimidir. Qanuni təmsilçisi Nümayəndədur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən 24 aprel 2017-ci il tarixdı qeydiyyatına alınmış Cavabdeh 4-cü redaksiyada nizamnaməsindən görünür ki, həmin Mənzil Tikinti Kooperativinin üzvləri X2, Nümayəndə, X7, X8, İddiaçı2 və İddiaçı1dır. Nizamnamənin 2.1-ci bəndinə əsasən kooperativin ilkin pay fondu 240 (iki yüz qırx) manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı hər biri 0,10 manat olmaqla 2400 (iki min dörd yüz) paydan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir. X2 – 3 %, 7,20 (yeddi manat, iyirmi qəpik) 72 pay pul şəklində, İddiaçı2 –22 %, 52,8 (əlli iki manat, səksən qəpik) manat, 528 pay pul şəklində, Nümayəndə– 25 %, 60 (altmış) manat, 600 pay pul şəklində, İddiaçı1 –3%, 7,20 (yeddi manat, iyirmi qəpik) manat, 72 pay pul şəklində, X7 – 22 %, 52,8 (əlli iki manat, səksən qəpik) manat, 528 pay pul şəklində, X8 – 25 %, 60 (altmış) manat, 600 pay pul şəklində. Nizamnamənin 3-cü bəndinə əsasən kooperativin fəaliyyətinin məzmunu və məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərinin habelə digər vətəndaşların əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsindən ibarətdir. Nizamnamənin 5.1-ci bəndinə əsasən kooperativin ali idarə etmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır və kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Ümumi yığıncaq kooperativin üzvləri tərəfindən ildə bir dəfə lakin maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Növbədənkənar ümumi yığıncaq kooperativ sədrinin, yaxud səs hüququna malik olan üzvlərinin azı dörddə birinin tələbi ilə çağırılır. Müvafiq tələb və ya təşəbbüs irəli sürüldükdən sonra 15 (on beş) gün müddətinə sədr növbədənkənar ümumi yığıncağın keçirilməsini təmin etməlidir. Nizamnamənin 5.3-ci bəndinə əsasən kooperativin nizamnaməsini dəyişdirmək, kooperativ üzvlərini qəbul etmək və çıxartmaq, kooperativin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək və zərəri bölüşdürmək, kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək (bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın), kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Kooperativin nizamnaməsi ilə ümumi yığıncağının müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. Nizamnamənin 5.4-cü bəndinə əsasən kooperativin sədri ümumi yığıncaq tərəfindən gizli səsvermə yolu ilə 3 il müddətinə seçilir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağın keçirilməsi barədə tələbdən görünür ki, koopertivin üzvləri X8, İddiaçı2 və İddiaçı1 kooperativin sədri (təsisçisi) Nümayəndə, digər üzvlər X1 və X3 məktub göndərərək məktubda göstərilən məsələlərin müzakirəsi və həlli üçün növbədənkənar ümumi yığıncağın qanunvericilikdə əks edilmiş müddət ərzində keçirilməsinin təmin olunmasını xahiş etmişlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin auditoru X10 və Cavabdeh təsisçisi İddiaçı2 tərəfindən tərtib edilərək imzalanmış 08 fevral 2024-cü il tarixli imtina aktından görünür ki, auditor yoxlaması aparmaq məqsədi ilə 08 fevral 2024-cü il tarixdə saat 11 radələrində Cavabdeh binasında olmuşlar, Cavabdeh maliyyə təsərrüfat fəaliyyətinin audit yoxlanılmasının aparılması üçün lazım olan sənədlərin onlara təqdim edilməmiş və audit yoxlaması üçün şərait yaradılmamışdır. İş materiallarında olan “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıların nümayəndəsi Vəkil ünvanlanmış 22 fevral 2024-cü il tarixli məktubda qeyd olunur ki, “Cənnət Park" Mənzil Tikinti Kooperativinin rəhbərliyi ilə bağlanmış M-20010 nömrəli 01 mart 2023-ci il tarixli müqaviləyə əsasən Cavabdeh təsisçilərinin 30 mart 2007-ci il tarixdən 31 iyul 2015-ci il tarixədək və 31 iyul 2015-ci ildən 01 mart 2023-cü il tarixədək olan dövr ərzində Cavabdehnə qoyduqları və götürdükləri nağd pulların dövriyyəsinin düzgünlüyünün təqdim edilmiş sübutlara əsasən auditi aparılmış və tərtib edilmiş yekun sənədlərin bir nüsxəsi 31 mart 2023-cü il tarixli təhvil-qəbul aktı ilə müqavilə bağlayan Cavabdeh qanuni təmsilçisinə təqdim edilmişdir. İş materiallarında görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 sənədlərin verilməsi və növbədənkənar ümumi yığıncağın keçirilməsi tələbi barədə kooperativin sədri (təsisçisi) Nümayəndə, digər üzvlər X1, X3 və X4 03 iyun 2024-cü il tarixli pretenziya göndərərək 11 iyun 2024-cü il tarixədək məktubda qeyd olunan sənədlərin təqdim olunmasını və növbədənkənar ümumi yığıncağın keçirilməsini tələb etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. - 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. - 109.5-ci maddəsinə əsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. - 109.10-cu maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. - 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. - 109-4.1.2-ci maddəsinə əsasən kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək kooperativin üzvlərinin hüquqlarıdır. - 109-4.1.3-cü maddəsinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvlərinin hüquqlarıdır. - 109.4.1.8-ci maddəsinə əsasən bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək kooperativin üzvlərinin hüquqlarıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir. - 111.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 31 iyul 2015-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa və nizamnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırda həmin kooperativin üzvləridir. Buna görə də, onlar Mülki Məcəllənin 109- 4.1.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “sənədlərin verilməsi” hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən 2007-ci ildən kooperativin fəaliyyəti üzrə keçirilmiş ümumi yığıncaqlar barədə üzvlərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri barədə məlumatların, onların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətləri iddiaçılar İddiaçı1 və İddiaçı2 təqdim edilməlidir. Bundan başqa, iddiaçılar iddia ərizəsində Cavabdeh üzvlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 (iyirmi) gün qalmış iddiaçılar İddiaçı1 və İddiaçı2 təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. -111.2-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. - 111.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. - 111.4-cü maddəsinə əsasən kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər. - 111.5-ci maddəsinə əsasən ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. -111.8-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Məhkəmə bu xüsusda qeyd edir ki, iddianın bu hissəsinə qiymət verilməsi üçün həm yuxarıda sadalanmış maddi hüquq normaları, həmçinin də, Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-2(102)-222/2024 saylı qərarında sərgiləmiş olduğu mövqe nəzərə alınmalıdır. İddiaçılar iddia edir ki, cavabdeh 2017-ci ildən kooperativin fəaliyyəti üzrə ümumi yığıncağın çağırılması barədə onlara məlumat verməmişdir (bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir). Növbədənkənar ümumi yığıncağın keçirilməsi barədə 11 dekabr 2023-cü il tarixli tələblə yazılı formada cavabdehə müraciət edilsə də, məsələ bu günədək öz həllini tapmamışdır. Daha sonra qeyd olunan məsələ ilə bağlı iddiaçılar tərəfindən cavabdehə 03 iyun 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və kooperativin üzvlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 24 aprel 2017-ci il tarixli **********125500 nömrəli çıxarışdan və Cavabdeh nizamnaməsindən görünür ki, Cavabdeh nizamnamə kapitalı 240 (iki yüz qırx) manatdır və hər birinin dəyəri hər biri 0,10 manat olmaqla 2400 (iki min dörd yüz) paydan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları X2 – 3 %, 7,20 (yeddi manat iyirmi qəpik) manat, 72 pay pul şəklində, İddiaçı2 –22 %, 52,8 (əlli iki manat səksən qəpik) manat, 528 pay pul şəklində, Nümayəndə– 25 %, 60 (altmış) manat, 600 pay pul şəklində, İddiaçı1 –3%, 7,20 (yeddi manat, iyirmi qəpik) manat, 72 pay pul şəklində, X7 –22 %, 52,8 (əlli iki manat səksən qəpik) manat, 528 pay pul şəklində, X8 – 25 %, 60 (altmış) manat 600 pay pul şəklində müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh altı üzvündən ikisi olan iddiaçılar İddiaçı2 kooperativin 22 %, İddiaçı1 isə 3% payçısıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh üzvlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə ən azı 20 (iyirmi) gün qalmış iddiaçılar İddiaçı1 və İddiaçı2 təqdim edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən 2007-ci ildən kooperativin fəaliyyəti üzrə keçirilmiş ümumi yığıncaqlar barədə üzvlərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri barədə məlumatların, onların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətləri iddiaçılar İddiaçı2 və İddiaçı1 təqdim edilməli, eyni zamanda Cavabdeh üzlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə ən azı 20 (iyirmi) gün qalmış iddiaçılar İddiaçı2 və İddiaçı1 təqdim edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən 2007-ci ildən kooperativin fəaliyyəti üzrə keçirilmiş ümumi yığıncaqlar barədə üzvlərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri barədə məlumatların, onların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətləri iddiaçılar İddiaçı2 və İddiaçı1 təqdim edilsin. Cavabdeh üzlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə ən azı 20 (iyirmi) gün qalmış iddiaçılar İddiaçı2 və İddiaçı1 təqdim edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1148/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1148/2024
27.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver