Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1162/2024 02.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 004R********** saylı krеdit razılaşması üzrə 4156,54 manat məbləğində krеdit bоrcu, 322,26 manat məbləğində faiz bоrcu və 190,43 manat məbləğində cərimə, 004R********** saylı krеdit razılaşması üzrə 1941,56 manat məbləğində krеdit bоrcu, 160,92 manat məbləğində faiz bоrcu və 93,91 manat məbləğində cərimə və 004R********** saylı krеdit razılaşması üzrə 1072,15 manat məbləğində krеdit bоrcu, 102,22 manat məbləğində faiz bоrcu və 37,75 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8077,74 (səkkiz min yetmiş yeddi manat 74 qəpik) məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100,78 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) – “Kredit alan” və “Girov qoyan” olmaqla, bağlanmış 05 avqust 2022-ci il tarixli 004L**********4 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 2.1-ci bəndinə görə kredit alan Cavabdeh1 (VÖEN **********) 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.13-cü bəndinə əsasən, zamin - bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin Müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu Müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) Bank ilə Qoşulma barədə Saziş imzalamaqla Zamin və Girov Qoyan qismində bu Müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) Qoşulma barədə Sazişi imzaladığı andan bu Müqavilənin Tərəfi hesab olunur və Tərəflərin bu Müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin Müqavilənin 2.16-cı bəndinə əsasən, “qoşulma” barədə Sazişin imzalanması və yeni Zamin və (və ya) X1 qoşulması ilə əlaqədar Tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq Qoşulma barədə Saziş imzalamaq hüququna malikdir. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, kreditalan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda, Bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, Zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli 004S**********01 nömrəli "xxxx" Sazişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq kredit alan Cavabdeh1 05 avqust 2022-ci il tarixli 004L**********4 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kredit alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Sazişin 1-ci bəndinə əsasən, Zamin Kredit Alanın öhdəliklərini təmin etmək məqsədilə bu Sazişi imzalamaqla Müqaviləyə qoşulur və buna müvafiq olaraq, Müqavilə üzrə Kredit Alanın həm bu Sazişin imzalanması anınadək mövcud olan, həm də bu Saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün Kredit Alanla birgə va tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış 05 avqust 2022-ci il tarixli 004R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaya əsasən təyinatı (məqsədi) “biznes krediti” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh1 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 05 avqust 2022-ci il tarixli 004R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə son ödəniş tarixi 05 avqust 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli OUT-2024/04/30-76 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 05 avqust 2022-ci il tarixli 004R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 30 aprel 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4156,54 manat məbləğində əsas bоrc, 322,26 manat məbləğində faiz borcu və 190,43 manat məbləğində cərimə оlmaqla, cəmi 4669,23 (dörd min altı yüz altmış doqquz manat 23 qəpik) manat məbləğində borcu vardır və həmin kredit Razılaşması üzrə gecikmə 147 gün təşkil edir. Bundan əlavə, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış 03 oktyabr 2022-ci il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaya əsasən təyinatı (məqsədi) “biznes krediti” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh1 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 03 oktyabr 2022-ci il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə son ödəniş tarixi 15 oktyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli OUT-2024/04/30-78 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 03 oktyabr 2022-ci il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 30 aprel 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1941,56 manat məbləğində əsas bоrc, 160,92 manat məbləğində faiz borcu və 93,91 manat məbləğində cərimə оlmaqla, cəmi 2196,39 (iki min yüz doxsan altı manat 39 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 106 gün təşkil edir. Bundan əlavə, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış 31 mart 2023-ci il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaya əsasən təyinatı (məqsədi) “biznes krediti” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 12 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh1 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 31 mart 2023-ci il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə son ödəniş tarixi 08 aprel 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli OUT-2024/04/30-79 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 31 mart 2023-cü il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 30 aprel 2024cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1072,15 manat məbləğində əsas bоrc, 102,22 manat məbləğində faiz borcu və 37,75 manat məbləğində cərimə оlmaqla, cəmi 1212,12 (min iki yüz on iki manat 12 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 176 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 05 avqust 2022ci il tarixli 004L**********4 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsini, 05 avqust 2022-ci il tarixli 004R********** nömrəli, 03 oktyabr 2022-ci il tarixli 004R********** nömrəli və 31 mart 2023-cü il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaları bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, kredit verən "xxxx" QSC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı kreditləri müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Kredit alan Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh2 da həmin müqavilələr üzrə borcverən Bank qarşısında öhdəliyi yaranmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunarkən 100,78 (yüz manat 78 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 05 avqust 2022-ci il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 4156,54 manat əsas bоrcun, 322,26 manat faiz bоrcun və 190,43 manat cərimənin, 03 oktyabr 2022-ci il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 1941,56 manat əsas bоrcun, 160,92 manat faiz bоrcun və 93,91 manat cərimənin və 31 mart 2023-cü il tarixli 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 1072,15 manat əsas bоrcun, 102,22 manat faiz bоrcunun və 37,75 manat cərimənin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 4156,54, manat əsas bоrc, 322,26 manat faiz bоrcu və 190,43 manat cərimə, 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 1941,56 manat əsas bоrc, 160,92 manat faiz bоrcu və 93,91 manat cərimə və 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 1072,15 manat əsas bоrc, 102,22 manat faiz bоrcu və 37,75 manat cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 100,78 (yüz manat 78 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 4156,54 (dörd min yüz əlli altı manat 54 qəpik) manat əsas bоrc, 322,26 (üç yüz iyirmi iki manat 26 qəpik) manat faiz bоrcu və 190,43 (yüz doxsan manat 43 qəpik) manat cərimə, 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 1941,56 (min doqquz yüz qırx bir manat 56 qəpik) manat əsas bоrc, 160,92 (yüz altmış manat 92 qəpik) manat faiz bоrcu və 93,91 (doxsan üç manat 91 qəpik) manat cərimə, 004R********** nömrəli "Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 1072,15 (min yetmiş iki manat 15 qəpik) manat əsas bоrc, 102,22 (yüz iki manat 22 qəpik) manat faiz bоrcu və 37,75 (otuz yeddi manat 75 qəpik) manat cərimə və 100,78 (yüz manat 78 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8178,52 (səkkiz min yüz yetmiş səkkiz manat 52 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1162/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1162/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver