Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1168/2024 08.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1168/2024 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı və Cavabdeh1 arasında bağlanmış 10 aprel 2014-cü il tarixli 160-14 AYİB nömrəli kredit müqaviləsi üzrə 2062,10 (iki min altmış iki ABŞ dolları, on sent) ABŞ dolları əsas borc, 484,57 (dörd yüz səksən dörd ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları faiz borcu, 3762,62 (üç min yeddi yüz altmış iki ABŞ dolları, altmış iki sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış 302,18 (üç yüz iki ABŞ dolları, on səkkiz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 6611,47 (altı min altı yüz on bir ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin və 123,72 (yüz iyirmi üç manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və bağlanmış zaminlik müqaviləsi üzrə digər cavabdeh - Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, cavabdehlərlə təmsil etdiyi təşkilat arasında barışıq sazişi bağlanmışdır və cavabdehlər ilkin ödəniş olaraq 500 manat məbləğində, sonrakı 15 ay ərzində hər ay 200 manat məbləğində ödəniş etməyi öhdələrinə götürmüşlər. Barışıq sazişi hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icrata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında barışıq sazişinin şərtləri ilə razılaşdığını, barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında barışıq sazişinin şərtləri ilə razılaşdığını, barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş 05 sentyabr 2024-cü il tarixli sazişin məzmunu ilə müəyyən edilir ki, 05 sentyabr 2024-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında barışıq sazişi bağlanmış və həmin saziş hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdehlər arasında məhkəmədənkənar qaydada gəlinən razılığı əks etdirir. Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları hər hansı şəxsin (şəxslərin) hüququnu (hüquqlarını) və qanunla qorunan mənafeyini (mənafelərini) pozmadığına görə 05 sentyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 05 sentyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar e-2-2(119)-1168/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 05 sentyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclunun (Cavabdeh1) xx.xx.2014-cü il tarixli, 160-14 AYİB nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 2062,10 (iki min altmış iki ABŞ dolları, on sent) ABŞ dolları məbləğində əsas, 484,57 (dörd yüz səksən dörd ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları məbləğində faiz, 3501,16 (üç min beş yüz bir ABŞ dolları, on altı sent) ABŞ dolları məbləğində köçürülmüş faiz borcu, 261,46 (iki yüz altmış bir ABŞ dolları, qırx altı sent) ABŞ dolları məbləğində cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. Tərəflər təsdiq edirlər ki, xx.xx.2014-cü il tarixli 160-14 AYİB nömrəli kredit müqaviləsi üzrə 500 (beş yüz) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 3000 (üç min) manat məbləğində borcun 15 (on beş) ay müddətinə, yəni 2024-cü ilin sentyabr ayından başlayaraq, hər ay 200 (iki yüz) manat ödənilməsi öhdəliyini cavabdeh-borclu öz üzərinə götürür. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 3000 (üç min) manat borc məbləğinin cavabdeh-borclu tərəfindən ödənilməsinə 15 (on beş) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qavdada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1 -ci bəndində göstərilən borc məbləği tam şəkildə cavabdeh-borclu və cavabdeh-zamindən (Cavabdeh2) tutulacaqdır. İddiaçı cavabdeh-borcluya və cavabdeh-zaminə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh-borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1168/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin.
3. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
4. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fərman Həmidli