Məhkəmə qərarları › İş №e-2-2(119)-1181/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1181/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1181/2024 23.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində 82 kv.metr sahədən ibarət qeyri-yaşayış obyektinə çəkilən təmir, reklam və digər xərclərin əvəzi olaraq 70000 (yetmiş min) manat məbləğdə pul vəsaitinin, obyektdən istifadəyə qoyulmuş qanunsuz məhdudiyyətlər nəticəsində dəymiş zərərə görə (əldən çıxmış faydaya görə) 135000 (yüz otuz beş min) manat məbləğdə pul vəsaitinin əvəzi olmaqla, ümumilikdə 205000 (iki yüz beş min) manat məbləğdə pul vəsaitinin və 495 (dörd yüz doxsan beş) manat məbləğdə dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulması, həmin obyektin iddiaçıya icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin cavabdehlərin təqsiri üzündən vaxtından əvvəl xitam edilmədən ləğv edilməsi, müvafiq müqaviləyə xitam verilənədək cavabdehlər tərəfindən qeyri-yaşayış obyektinə iddiaçının daxil olmasına qoyulmuş məhdudiyyətlərin onlara qadağan edilməsi, icarə müqaviləsinin qüvvədə olduğu dövrdə ödənilmiş icarə haqlarına münasibətdə tutulmalı olan, lakin cavabdehlər tərəfindən ödənilməmiş vergilər və digər məcburi ödənişlərlə bağlı vergidən yayınma hallarına görə cavabdehlər barəsində xüsusi qərardad qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair kommersiya işi üzrə 23 sentyabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək ərizədə iş üzrə iddiaçı və cavabdehlər arasında barışıq sazişinin bağlanılmasını və cavabdehlərin hazırkı məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmamış saxlanılaraq geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar