Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-12/2020 07.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X16 qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı X12 ləğvedicisi X1 nümayəndəsi X14 oğlunun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı X12 ləğvedicisi X1 cavabdeh «Cavabdeh” X2rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı X12 ləğvedicisi X4 xx xxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X8 Müəssisəsi” MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 (yüz əlli min) ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 (səkkiz min altı yüz iyirmi beş) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 (iyirmi iki min səksən doqquz dollar 60 sent) ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 (doxsan altı min üç yüz) ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 (iki yüz yetmiş yeddi min on dörd dollar 60 sent) ABŞ dolları məbləğində borcun, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 247595,50 (iki yüz qırx yeddi min iyirmi min doxsan beş manat 50 qəpik) manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 (iyirmi doqquz min on yeddi manat 79 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 (otuz altı min üç yüz səksən dörd manat 62 qəpik) manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat cərimə borcu olmaqla - cəmi 431044,83 (dörd yüz otuz bir min qırx dörd manat 83 qəpik) manat məbləğində borcunxxxxödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı X12 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı X15 ilə xxxxxxxx “X8 Müəssisəsi” X9 arasında xx xxxxxx 2016-ci il tarixli KXM 04 saylıxxxxxx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqavilələri bağlanmışdır. xx xxxxxx 2016-ci il tarixli KXM 04 saylı kredit xətti müqaviləsinə əsasən “X8 Müəssisəsi” MMC-nə 4 ay müddətinə illik 18% faiz ödəmək şərti ilə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən isə “X8 Müəssisəsi” MMC-nə 12 ay müddətinə illik 18% faizlə 500000 (beş yüz min) manat məbləğində kreditlər verilmişdir. Həmin Müqavilələrin 1.1-ci bəndinə görə xxxxxxxx krediti ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən həmin kredit müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh “X8 Müəssisəsi” MMC keçən müddət ərzində öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmişxxxxhəmin Müqavilələr üzrə kredit borcunuxxxxkreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Buna görə də, xx xxxxx 2019-cu il tarixinə cavabdeh “X7 Müəssisəsi” MMC-nin xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eləcə də, xx xxxxx 2019-cu il tarixinə cavabdeh “X7 Müəssisəsi” MMC-nin xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 247595,50 manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 manat cərimə borcu olmaqla - cəmi 431044,83 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(102)-147/2016 nömrəli qərarına əsasən İddiaçı ASC müflis elan edilmişxxxx1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(81)1594/2016 saylı qərardadı ilə X4 Banka ləğvedici təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olurxxxxBank səhmdarlarının ümumi yığıncağının, habelə Bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Həmin Qanunun 72.1-ci maddəsinə görə bankın müflis elan edilməsinə dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedicixxxxya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Cavabdeh tərəfindən məhkəməyə xx xxxx 2019-cu il tarixli “iddia tələbinə etiraz” (yazılı) təqdim edilərək, Ləğv prosesində olan İddiaçı X12 ləğvedicisi X1 Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşxxxxhəmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı X15 ilə "X8 Müəssisəsi” X9 arasında bağlanılmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya illik 18% olmaqla 12 ay müddətinə 500000 manat məbləğində kredit verilmişdir. Eləcə də, İddiaçıxxxxxxxxx"X8 Müəssisəsi” MMC arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya illik 18% olmaqla 4 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, baş vermiş maliyyə böhranıxxxxdövlət sifarişlərinin dəyərinin vaxtında ödənilməməsi Müəssisənin fəaliyyətinə mənfi təsir göstərmişxxxxBank qarşısında kredit müqavilələri üzrə ödənişlərin həyata keçirilməsində problemlər yaranmışdır. Bütün bunlardan Bankın da məlumatı olmuşxxxxödənişlərin normal həyata keçirilməsinin təmini üsulu kimi individual ödəniş cədvəlinin tərtib edilməsi Banka təklif edilsə də, Bankın rəhbərliyi tərəfindən bu məsələ öz həllini tapmamışdır. Kreditin ödənilməsində yaranmış çətinliklərlə bağlı ödənişlərin normal qaydada həyata keçirilməsi üçün möhlət verilməsi üçün Banka dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır.Kredit müqavilələri üzrə borc məbləğinin mövcudluğu etiraf edilsə də, iddia tələblərində borcun məbləği əsassız olaraq şişirdilərək, cavabdeh tərəfindən Banka edilmiş ödənişlərin bir hissəsi cərimə faizi kimi bank tərəfindən hesablanaraq silinmişdir. Belə ki, "X8 Müəssisəsi” MMC tərəfindən adı çəkilən kredit müqavilələri üzrə 2016-cı ildə 20000 manat, 2017-ci ildə 165015,73 manat, 2018-ci ildə 197000 manat, 2019-cu ilin ilk dörd ayında isə 64000 manat məbləğində olmaqla, ümumilikdə 404015,73 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişlərin bir qismi Bank tərəfindən əsassız olaraq cərimə faizi borcu kimi silinmişdir. Eyni zamanda, həmin kredit müqavilələrinin müddətləri 2016-cı ilin may ayında başa çatsa da, iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə yalnız 2019-cu ilin may ayında məhkəməyə müraciət olunmuşdur. Cavabdeh tərəf hesab edir ki, bu iddiaçı tərəfindən qəsdən edilərək, cərimə faizlərinin daha da şişirdilməsi məqsədi daşımışdır. Yəni, iddiaçı tərəfindən hər hansı hüquqi əsasa söykənmədən külli miqdarda faizxxxxcərimə borcu hesablanmışdır. Eləcə də, iddiaçı dəbbəxxxxgecikmə faizi kimi göstərdiyi məbləğ üzrə hesablanmış borcun yaranma əsaslarını göstərməmişdir. Belə ki, iddiaçı bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarları nəzərə almadan faiz kimi göstərilmiş pulun məbləğini şişirdərək artırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair" xx xxxxxxx 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə müvafiq olaraq fizikixxxxya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtıxxxxəhatə etdiyi şəxslərin dairəsi baxımından zərurixxxxyararlı olmalıdır. Həmin müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2014-cü il tarixli Qərarında da bir daha vurğulanmışdır. Həmin Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. "X8 Müəssisəsi” MMC maddi çətinliklər üzündən kredit kimi götürdüyü pulun əsas hissəsini ödəyə bilmədiyi halda, Bankın bu məbləğlərdə dəbbəxxxxcərimə pulunu hesablaması ədalətsiz sayılmalıdır. Həmçinin, iddiaçı məlum kredit müqavilələri üzrə iddia müddətini ötürdüyündən, iddia tələbləri ümumiyyətlə rədd edilməlidir. Eyni zamanda, Cavabdeh xx xxxx 2019-cu il tarixli “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar Ləğv prosesində olan İddiaçı X12 ləğvedicisi X1 cavabdeh «Cavabdeh” X2rşı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı X12 ləğvedicisi X1 nümayəndəsi X11iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, Cavabdeh xx xxxx 2019-cu il tarixli “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinin əsassız olduğu üçün nəzərə alınmamasıxxxxiddia tələbinin təmin edilərək, cavabdeh “X8 Müəssisəsi” MMC-dən ləğv prosesində olan İddiaçı X12 xeyrinə xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 247595,50 manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 manat cərimə borcu olmaqla - cəmi 431044,83 manat məbləğində borcun,xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 ABŞ dolları məbləğində borcunxxxxiddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtıxxxxyeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbinixxxxya mümkünsüzlüyünü bildirmədənxxxxbu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinə yazılı etirazıvə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2015-ci il tarixli KXM 01 saylı X10 görünür ki, İddiaçı X15 - “Borcverən”xxxxCavabdeh - “xxxxxxxx” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 12 (on iki) ay müddətinə, yəni xx xxx 2016-cı il tarixinədəkillik faiz dərəcəsi 18 % olmaqla 500000 (beş yüz min) manatməbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “xxxxxxxx” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 22-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx xxx 2016-cı il tarixinədək tam şəkildə “Borcverən“ə qaytarmalıdır. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, “xxxxxxxx” kredit xəttixxxxona hesablanmış faiz məbləğinin ödənilməsinin Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə, “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36 % miqdarında “xxxxxxxx”a cərimə tətbiq edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli **********393 nömrəli maliyyə arayışından görünür ki, “xxxxxxxx” Cavabdeh” X5 xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə Banka xx xxxxx 2019-cu il tarixinə 247595,50 (iki yüz qırx yeddi min iyirmi min doxsan beş manat 50 qəpik) manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 (iyirmi doqquz min on yeddi manat 79 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 (otuz altı min üç yüz səksən dörd manat 62 qəpik) manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat cərimə borcu olmaqla - cəmi 431044,83 (dörd yüz otuz bir min qırx dörd manat 83 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı X10 görünür ki, İddiaçı X15 - “Borcverən”xxxxCavabdeh - “xxxxxxxx” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 4 (dörd) ay müddətinə, yəni xx xxx 2016-cı il tarixinədək illik faiz dərəcəsi 18 % olmaqla 150000 (yüz əlli min) ABŞ dollar məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “xxxxxxxx” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 18-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx xxx 2016-cı il tarixinədək tam şəkildə “Borcverən“ə qaytarmalıdır. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, “xxxxxxxx” kredit xəttixxxxona hesablanmış faiz məbləğinin ödənilməsinin Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə, “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36 % miqdarında “xxxxxxxx”a cərimə tətbiq edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli **********394 nömrəli maliyyə arayışından görünür ki, “xxxxxxxx” Cavabdeh” X5 xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə Banka xx xxxxx 2019-cu il tarixinə 150000 (yüz əlli min) ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 (səkkiz min altı yüz iyirmi beş) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 (iyirmi iki min səksən doqquz dollar 60 sent) ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 (doxsan altı min üç yüz) ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 (iki yüz yetmiş yeddi min on dörd dollar 60 sent) ABŞ dolları məbləğində borcuvardır. İş üzrə məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20534 №-li Ekspert Rəyindən görünür ki, “borcverən” İddiaçı X15 ilə “xxxxxxxx” Cavabdeh” X9 arasında bağlanmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun xx xxxxx 2019-cu il tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manatxxxx5%-lə birlikdə hesablanmış cəmi 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 189383,53 (yüz səksən doqquz min üç yüz səksən üç manat 53 qəpik) manat məbləğində borcu vardır. Eləcə də, həmin Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, “borcverən” İddiaçı X15 ilə “xxxxxxxx” Cavabdeh” X9 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun xx xxxxx 2019-cu il tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə 150000 (yüz əlli min) ABŞ dollarıxxxx5%-lə birlikdə hesablanmış cəmi 30600 (otuz min altı yüz) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 180600 (yüz səksən min altı yüz) ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulaxxxxya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pulxxxxya eyni keyfiyyətdəxxxxmiqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, “xxxxxxxx” Cavabdeh” X9 xx xxx 2015ci il tarixli KXM 01 saylıxxxxxx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqavilələri ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmişxxxxhəmin Müqavilələr üzrə “borcverən” İddiaçı X13 ödənilməli olan əsas borclarıxxxxəsas borca görə hesablanmış faizləri müvafiq qaydada ödəməmişxxxxbununla da, o, iddiaçıdan alınan kreditləri həmin Müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlixxxxi.a.xxxxya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkənxxxxvəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtdaxxxxyerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəxxxxbu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlərxxxxtələblər olmadıqda isə işgüzar adətlərəxxxxya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününüxxxxya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursaxxxxya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin günxxxxya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulmasıxxxxya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdəxxxxxidmətlərdə qüsurlarlaxxxxya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəlləxxxxya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyixxxxya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsinixxxxöhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445xxxx449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdəxxxxya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyininxxxxya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hər iki kredit xətti müqaviləsi üzrə cavabdehdən tutulan borcların miqdarı müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20534 №-li Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalıxxxxcavabdehdən tutulmalı olan borc məbləğləri həmin Rəyə əsasən müəyyən edilməlidir. Ona görə də, iddia tələbi məlum müqavilələr üzrə əsasxxxxfaiz borclarının tutulması hissəsində qicmən təmin edilməlixxxxməhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20534 №-li Ekspert Rəyinə əsasən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə Cavabdehndən Ləğv prosesində olan İddiaçı X12 xeyrinə 187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manat məbləğində əsas borcxxxx5%-lə birlikdə xx xxxxx 2019-ci il tarixə hesablanmış 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində faiz borcu, xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə cavabdeh «Cavabdeh” X3 Ləğv prosesində olan İddiaçı X12 xeyrinə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində əsas borcxxxx5%-lə birlikdə xx xxxxx 2019-ci il tarixə hesablanmış 30600 (otuz min altı yüz) ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdeh «Cavabdeh” X3 xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə “118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat məbləğində cərimənin tutulması”xxxxxx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə “96300 (doxsan altı min üç yüz) ABŞ dolları məbləğində cərimənin tutulması” tələbinə aid hissələri də qismən təmin olunmalıxxxxişin halları nəzərə alınmaqla tələb olunan cərimə məbləğləri azaldılaraq, həmin cavabdehdən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 20000 (iyirmi min) manat məbləğində, xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə 10000 (on min) ABŞ dolları məbləğində cərimətutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Eləcə də, məhkəmə hesab edir ki, cavabdeh «Cavabdeh” X9 tərəfindən verilmiş“ iddia müddətinin tətbiq edilməsi” barədə ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Çünki, iş materialları ilə müəyyən olunur ki, borcverən İddiaçıxxxxxxxxxxxxxxxxx “X8 Müəssisəsi” MMC arasında bağlanmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə kreditin qaytarılmasında ödənişin son müddəti xx xxx 2016-cı il, xx xxxxxx 2016-ci il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə kreditin qaytarılmasında ödənişin son müddəti xx xxx 2016-cı il olduğundan, həmin öhdəliklər icra müddəti müəyyənləşdirilmiş öhdəlik hesab edilirxxxxhəmin öhdəliklər üzrə iddia müddətinin axımı müqavilələrin icra müddətinin bitdiyi gündən başlanır (müvafiq olaraq xx xxx 2016-cı ildənxxxxxx xxx 2016-cı ildən). Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan 3 (üç) illik iddia müddətinin axımı xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə xx xxx 2016-cı il tarixdən, xx xxxxxx 2016-ci il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə xx xxx 2016-cı il tarixdən başlayır. Lakin, iddiaçı hazırkı iddia ərizəsini 3 (üç) illik iddia müddəti başa çatmadan, yəni xx xxx 2019-cu ildə məhkəməyə təqdim etmişxxxxbununla da, iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıxxxxonlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərininxxxxetirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflixxxxtam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlixxxxcavabdeh «Cavabdeh” MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 187273,91 manat məbləğində əsas borc, xx xxxxx 2019-ci il tarixə hesablanmış (5%-lə birlikdə) 2109,62 manat məbləğində faiz borcuxxxx20000 manat məbləğində cərimə olmaqla - cəmi 209383,53 manat məbləğində borc Ləğv prosesində olan İddiaçıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«Cavabdeh” MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 ABŞ dolları məbləğində əsas borc, xx xxxxx 2019-ci il tarixə hesablanmış (5%-lə birlikdə) 30600 ABŞ dolları məbləğində faiz borcuxxxx10000 ABŞ dolları məbləğində cərimə olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 190600 ABŞ dolları məbləğində pul vəsaiti Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh” MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclərxxxxiddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu - iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasənxxxxAzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360xxxx362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manat məbləğində əsas borc, xx xxxxx 2019-ci il tarixə hesablanmış (5%-lə birlikdə) 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində faiz borcuxxxx20000 (iyirmi min) manat məbləğində cərimə olmaqla - cəmi 209383,53 (iki yüz doqquz min üç yüz səksən üç manat 53 qəpik) manat məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı X12 xeyrinə tutulsun. Cavabdehndən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində əsas borc, xx xxxxx 2019-ci il tarixə hesablanmış (5%-lə birlikdə) 30600 (otuz min altı yüz) ABŞ dolları məbləğində faiz borcuxxxx10000 (on min) ABŞ dolları məbləğində cərimə olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 190600 (yüz doxsan min altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı X12 xeyrinə tutulsun. Cavabdehndən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı X12 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh "Cavabdeh” X3 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-12/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-12/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver