Məhkəmə qərarları › İş №e-2-2(119)-12/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-12/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-12/2024 23.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: kredit müqavilələrindən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə6 Poladxan qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 15 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsi üzrə 200000 (iki yüz min) manat əsas borc, 31,486.08 (otuz bir min dörd yüz səksən altı manat səkkiz qəpik) manat faiz borcu və 7,292.83 (yeddi min iki yüz doxsan iki manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 238,778.91 (iki yüz otuz səkkiz min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 22 yanvar 2021-ci il tarixli ZM-471/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən Borclu davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini tələb edə bilər. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış DCS00302237-01 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 24 yanvar 2021-ci il tarixli, DGS**********76 saylı, Cavabdeh2 arasında isə 24 yanvar 2021-ci il tarixli, DGS**********76 saylı zaminlik müqavilələri imzalanmışdır. Lakin, borc alan “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 463 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.1.5-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə asas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, Borcalan tərəfindən ödənişlər 12 ay ərzində ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə Bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. Borclunun xx.xx.2022-ci il tarixinə “"xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında DCS00302237-01 saylı kredit müqaviləsi üzrə öhdəliyi 200000 (iki yüz min) manat əsas borc, 31486,08 (otuz bir min dörd yüz səksən altı manat səkkiz qəpik) manat faiz borcu, 7292,83 (yeddi min iki yüz doxsan iki manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 238778,91 (iki yüz otuz səkkiz min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat təşkil edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Əlavə olaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu ödəmişdir.

3. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsi üzrə 200000 (iki yüz min) manat əsas borc, 33346,47 (otuz üç min üç yüz qırx altı manat 47 qəpik) manat faiz borcu və 11865,08 (on bir min səkkiz yüz altmış beş manat 08 qəpik) manat cərimə borcu olmaqla, cəmi 245211,55 (iki yüz qırx beş min iki yüz on bir manat 55 qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə6 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsi üzrə 200000 manat əsas borc, 33346,47 manat faiz borcu və 11865,08 manat cərimə borcu olmaqla, cəmi 245211,55 manat məbləğində borcun, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 136 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi.

5. Əvvəlki məhkəmə baxış iclaslarında iştirak etmiş cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul etdiyini, yəni həm borcalan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən və həm də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən edilən ödənişlər əsas borcdan proporsional qaydada çıxıldıqdan sonra, qalan faktiki ödənilməmiş pulun əsas və faiz hissəsinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 yanvar 2021-ci il tarixli kredit müqaviləsi bağlanılmış və 200000 manat məbləğində kredit götürülmüşdür. Cavabdeh tərəf bunu inkar etmir və krediti götürdüyünü qəbul edir. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq ödənişlərini edib, pandemiya dövründə isə krediti ödəmək imkanı olmamış və gecikmələri olmuşdur. Onun əvəzinə isə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ödəniş etmişdir. İddia ərizəsində qəbul edilməyən hissə ondan ibarətdir ki, müqavilə bağlanan zaman müqavilənin əsas və faiz borcu hissəsi olur. İstənilən halda həm cavabdehin özünün etdiyi ödənişlər, həm də Fond tərəfindən edilən ödənişlər müqavilə əsasında proporsional qaydada əsas və faiz borcuna silinməli idi. Lakin, iddia ərizəsinin mahiyyətindən və tələbdən də göründüyü kimi, iddiaçı tərəf əsas borcu tam tələb edir və ödənişlərin əsas borcdan ödənilmiş olduğunu hesab etmir. Bu halda cavabdeh hesab edir ki, əsas borcdan ödənişlərin çıxılmamasının səbəbləri araşdırılmalıdır. Həm cavabdehin ödənişləri, həm Fond tərəfindən edilən ödənişlər müvafiq qaydada cədvələ uyğun hesablanmalı idi ki, əsas və faiz borcundan nə qədər silinmişdir. Həm cavabdeh, həm də Fond tərəfindən edilən ödənişlər əsas borcdan proporsional qaydada çıxıldıqdan sonra, qalan faktiki ödənilməmiş pulun əsas və faiz hissəsi cavabdehdən tələb oluna bilərdi. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti iddianı bu qaydada qismən qəbul edə bilər.

6. 31 may 2023-cü ildə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, üçüncü şəxs Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun mövqeyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mövqeyi ilə eynilik təşkil edir və iddiaçının nümayəndəsinin dediklərini təsdiq edir. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə olan əməkdaşlıq müqaviləsinə əsasən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzindən ödəniş etmiş və tələb hüququ güzəşt edilmişdir. Buna uyğun olaraq da Fond öz adından təmsilçilik hüquqlarının həyata keçirilməsini "xxxx" ASC-yə həvalə etmişdir.

7. Hazırki məhkəmə baxış iclasına cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 200000 manat kredit verilmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənişlər edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 200000 manat tələb edilməsi əsassızdır. Belə ki, ödənişlərin hamsının faiz borcuna silinməsi əsassızdır. Eyni zamanda, faiz və cərimə məbləği də əsassız olaraq çox göstərilmişdir. Üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini üçün işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

8. Lakin, digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin, Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

10. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

11. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "Bank" - “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Müştəri" - “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 12 yanvar 2021-ci ildə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X6 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 03509LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla müştəri “X5” MMC X7 qeyd edilmiş şərtləri qəbul etmişdir.

12. 12 yanvar 2021-ci il tarixli Razılaşmanın 1-ci bəndinə əsasən, borcalan “X5” MMC (VÖEN **********) bu Razılaşmanı imzalamaqla, “Bank xidmətlərinin göstərilməsinə dair” X6 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang,az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

13. İş materiallarında olan həmin Razılaşma əsasında imzalanmış 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsindən görünür ki, “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti – “Kredit verən”, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti – “Borc alan” olmaqla, bağlanaraq imzalanıb-təsdiqlənmiş Müqaviləyə əsasən, Kreditor Azərbaycan Respublikası Sahibkarlığın inkişafı Fondunun (bundan sonra - Fond) “22” yanvar 2021-ci il tarixli ZM-471/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borclu “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 200000 (iki yüz min) manat məbləğində illik 15% (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 (altı) ay olmaqla) kredit verir (1.1-ci bənd).

14. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən, Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir.

15. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Müqavilənin 1.3-cü bəndinə istinadən, kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün Borclunun AZ5011, ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin (bundan sonra - layihə) maliyyələşdirilməsinə verilir.

16. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Müqavilənin 1.5.1-ci bəndinə görə, Kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürmərinə dair “Cavabdeh2” (ş/v: seriya AA*******; Fin kod: xxxxxxx) ilə Kreditor arasında zaminlik müqaviləsi bağlanılır.

17. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 1.5.2-ci bəndinə əsasən, Kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürmərinə dair ‘Cavabdeh3” (ş/v: seriya AA*******; Fin kod: xxxxxxx) ilə Kreditor arasında zaminlik müqaviləsi bağlanılır.

18. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Müqavilənin 3.2.11-ci bəndinə istinadən, borclu Fond tərəfindən bu kreditə verilmiş zəmanət üzrə ödəniş edildikdən sonra, Borclunun Kreditora istənilən digər kreditlər (və ya kredit xətləri) üzrə ödədiyi vəsaitlərin bu kreditin tam ödənilməsinə yönəldilməsinə(3.2.11.1-ci bənd); Borclunun Kreditorda Fond tərəfindən zəmanət üzrə ödəniş edilmiş iki və daha çox krediti olduqda, həmin kreditlər üzrə sonradan daxil olan ödənişlərin, ilk növbədə, zəmanətin kreditə nisbəti daha yüksək olan öhdəliklərə yönəldilməsinə (3.2.11.2-ci bənd), bu kredit gecikmədə olduqda, Kreditor tərəfindən Borclunun Kreditorda olan digər kreditləri (və ya kredit xətləri) üzrə daxil olan vəsaitlərin zəmanət verilmiş bu kredit gecikmədən çıxanadək bu kreditin ödənilməsinə yönəldilməsinə (3.2.11.3-cü bənd) razılıq verir.

19. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.

20. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit üzrə faizlər kreditin Borcluya verildiyi gündən tam ödənilənədək hesablanır.

21. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 8.1-ci bəndinə istinadən, bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

22. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.

23. İş materiallarında olan 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 24 yanvar 2021-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi imza etmişdir. X8 əsasən kreditin tam qaytarılması üçün nəzərdə tutulan ödənişin son tarixi 24 yanvar 2023cü il müəyyən olunmuşdur.

24. İş materiallarında olan, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və müvafiq olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə ayrı-ayrılıqda bağlanmış 24 yanvar 2021-ci il tarixli DGS**********76 nömrəli və 24 yanvar 2021-ci il tarixli DGS**********76 nömrəli Zaminlik Müqavilələrindən görünür ki, həmin Müqavilələr üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 olaraq kredit alan "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün Borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür (həmin müqavilələrin 1.1-ci bəndi).

25. X1 3.1-ci bəndlərinə istinadən, zaminlik Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvədə qalır.

26. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 10 mart 2023-cü il tarixli PB/PBL- OUT-00162-2023 nömrəli Maliyyə Arayışında 09 mart 2023-cü il tarixinə 24 yanvar 2021ci il tarixli DCS00302237-01 nömrəli Kredit müqaviləsi üzrə borcalan “X5” MMC-nin borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 200000 manat məbləğində əsas borc, 33346,47 manat faiz borcu və 11865,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 245211,55 (iki yüz qırx beş min iki yüz on bir manat 55 qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 562) olduğu göstərilmişdir.

27. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 yanvar 2024-cü il tarixli PB/BPŞ-OUT-00138-2024 nömrəli Maliyyə Arayışında göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli DCS00302237-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə ödənilməmiş əsas borc 200000 (iki yüz min) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 8764,43 (səkkiz min yeddi yüz altmış dörd manat qırx üç qəpik) manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli DCS00302237-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə ödənilməmiş əsas borc 200000 (iki yüz min) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 11865,08 (on bir min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 mart 2022-ci il tarixli 03 nömrəli X3 və 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq Müqaviləsinin şərtləri və müvafiq normativ xarakterli aktların tələbləri nəzərə alınmaqla, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X5” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləği 117316,59 (bir yüz on yeddi min üç yüz on altı manat əlli doqquz qəpik) manat təşkil etmişdir. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi əsasında borcalan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kreditin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş hissəsi nəzərə alındığı halda, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24 yanvar 2023-cü il tarixinə ödənilməmiş əsas borc 82683,41 (səksən iki min altı yüz səksən üç manat qırx bir qəpik) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 8764,43 (səkkiz min yeddi yüz altmış dörd manat qırx üç qəpik) manat və 09 mart 2023-cü il tarixinə ödənilməmiş əsas borc 82683,41 (səksən iki min altı yüz səksən üç manat qırx bir qəpik) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 11865,08 (on bir min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat təşkil etmişdir.

28. İş materiallarında olan Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ünvan 2 ünvanlanmış 19 aprel 2023-cü il tarixli 3-21-8/2-1495/2023 nömrəli Məktubdan görünür ki, "X5" MMC-yə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra-Fond) vəsaiti hesabına "xxxx" ASC vasitəsilə 200000 (iki yüz min) manat miqdarında kredit ayrılmış, həmin kredit Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" na uyğun olaraq 22 yanvar 2021-ci il tarixli ZM- 471/2021 nömrəli zəmanət məktubu əsasında dövlət zəmanəti ilə təmin edilmişdir. Qeyd etmək olunur ki, "X5" MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən "xxxx" ASC tərəfindən Fonda zəmanət üzrə ödənişin verilməsi ilə bağlı müraciət edilmiş və yuxarıda adıçəkilən Qaydanın tələblərinə uyğun olaraq 08 iyun 2022ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 117316,59 manat məbləğində zəmanət üzrə ödənişin "Paşa Bank' ASC-nin hesabına köçürülməsi təmin edilmişdir.

29. İş materiallarında olan Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 31 mart 2022-ci il tarixli SİF-X/O-12/02/691/2022 nömrəli Məktubdan görünür ki, X3 2.1.3-cü yarımbəndinə əsasən tələbin güzəşti barədə borclunun məlumatlandırılması və bu məlumatın Ötürülməsini təsdiq edən sənədin Fonda təqdim edilməsi zəruridir. Qeyd edilənlərlə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ile təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi "Paşa Bank” ASC-yə həvalə edilir.

30. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03 nömrəli X2 görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “müvəkkil kredit təşkilatı”, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu – “Fond” olmaqla, bağlanaraq imzalanıb-təsdiqlənmiş həmin Müqaviləyə əsasən, müvəkkil kredit təşkilatı “24” Yanvar 2021-ci il tarixli DCS00302237-01 №-li Kredit Müqaviləsinə (bundan sonra - Kredit Müqaviləsi) əsasən Borclu olan “X5” MMC verilmiş kredit üzrə və “24” Yanvar 2021-ci İl tarixli DGS**********76 №-li və “24” Yanvar 2021-ci il tarixli DGS**********76 №-li zaminlik müqavilələri üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir (həmin müqavilənin 1.1-ci bəndi).

31. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər Kredit Müqaviləsi üzrə kreditin əsas məbləğinin 195527,65 manat, faiz məbləğinin 10153,05 manat, dəbbə pulunun 965,39 manat, cəmi məbləğin 206646,09 manat təşkil etdiyini qəbul edirlər.

32. İş materiallarında olan 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair " Əməkdaşlıq Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “müvəkkil kredit təşkilatı”, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu – “Fond” olmaqla, bağlanaraq imzalanıb-təsdiqlənmiş həmin Müqaviləyə əsasən, Tərəflər arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasını. Müvəkkil kredit təşkilatı tərəfindən birdəfəlik zəmanət haqqı və komissiyanın ödənilməsini, zəmanət verilmiş kredit uzrə monitorinqin aparılmasını, sahibkarlıq subyekti Müvəkkil kredit təşkilatı qarşısında kredit uzrə borc öhdəliyini icra etmədikdə, onun öhdəliyinin zəmanət məbləği həddində Fond tərəfindən Müvəkkil kredit təşkilatına köçürülməsini, zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi, Müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir (həmin müqavilənin 1-ci bəndi).

33. 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair" Əməkdaşlıq Müqavilənin 2.2-ci bəndinə istinadən, müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün kredit üzrə tələb hüquqlarını Fonda güzəşt etdikdən sonra, Qaydanın və bu Müqavilənin tələbləri nəzərə alınmaqla zəmanət üzrə ödənişi 30 (otuz) iş gunü müddətində Müvəkkil kredit təşkilatının hesabına köçürülməsi uçun Maliyyə Nazirliyinə müraciət etmək (2.2.4-cü yarım bəndi), tələb hüquqlarını Fondun adından həyata keçirmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək (2.2.5-ci yarım bəndi) – Fondun vəzifələri vardır.

34. 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair" Əməkdaşlıq Müqavilənin 3.1-ci bəndinə əsasən, fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüququnu həyata keçirmək (3.1.3-cü yarım bəndi), Fondun tələbləri tam icra edildikdən sonra, Fond tərəfindən sahibkarlıq subyektinə münasibətdə tələb hüququnun geriyə güzəşt edilməsini Fonddan tələb etmək (3.1.4-cü yarım bəndi)– müvəkkil təşkilatın hüquqlarıdır.

35. 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair" Əməkdaşlıq Müqavilənin 3.2-ci bəndinə uyğun olaraq, zəmanət üzrə öhdəliyin icra edilməsi uçün sahibkarlıq subyektinə qarşı tələb huququnu tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt etmək (3.1.15-ci yarım bəndi), zəmanətə görə ödəniş olunmuş və tələb hüquqları Fonda güzəşt edilmiş kreditlər üzrə Müvəkkil kredit təşkilatına daxil olan vəsaitləri zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq Fonda köçürmək (3.2.17-ci yarım bəndi) – müvəkkil təşkilatın vəzifələridir.

36. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması" barədə Qaydaların 4.1-ci bəndinə əsasən, Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir: kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı (4.1.2-ci yarım bənd), kreditin müddəti 3 (üç) ildən çox olmamalı (4.1.3-cü yarım bənd), kredit üzrə güzəşt müddəti 12 (on iki) aydan artıq olmamalı bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı (4.1.5-ci yarım bənd).

37. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən, Fond bu Qaydanın 12.2-ci bəndində göstərilən tələblər tam icra edildikdə, 3 (üç) iş günü müddətində müvəkkil kredit təşkilatına bu barədə məlumat verir və sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüququnu müvəkkil kredit təşkilatına geri qaytarır.

38. Yuxarıda təsvir olunanlardan görünür ki, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi əsasında verilmiş kredit tam qaytarılmadığı üçün krediti vermiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 mart 2023-cü il tarixə 200000 manat əsas borcu, 33346,47 manat faiz borcu və 11865,08 manat cərimə borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan “X5” MMC-dən və zaminlər Cavabdeh3 və Cavabdeh2) müştərək qaydada tutulması üçün iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur.

39. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 vəsatəti əsasında məhkəmənin 31 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/4787 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, "xxxx" MMC ilə İddiaçı ASC arasında imzalanmış 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 200000 manat, faiz borcu üzrə 33346,47 manat. Qeyd edilir ki, iş materialları ilə təqdim edilmiş hesabdan çıxarış məlumatları əsasında 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X5” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləği müəyyən etmək mümkün olmadı.

40. Lakin, 02 oktyabr 2023-cü il tarixli 9/4787 nömrəli Ekspert Rəyi ilə razılaşmayan cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 vəsatəti əsasında məhkəmənin 01 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və təkrar məhkəməmühasibatlıq ekspertizasının 26 fevral 2024-cü il tarixli 9/8802 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 24 yanvar 2021-ci il tarixli, DCS00302237-01 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 24 yanvar 2023-cü il və 09 mart 2023-cü il tarixlərədək (suallarda göstərilən tarixlərə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 24 yanvar 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 28206,92 manat, 09 mart 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 29757,23 manat. Təqdim edilmiş əlavə sənədlərə (hesabdan çıxarışa) əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 mart 2022-ci il tarixli 03 nömrəli X3 və 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq Müqaviləsinin şərtləri və müvafiq normativ xarakterli aktların tələbləri nəzərə alınmaqla, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X5” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləği 117316,59 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən 117316,59 manat məbləğində pul vəsaiti hazırki tədqiqat zamanı nəzərə alındı.

41. Buna baxmayaraq, 26 fevral 2024-cü il tarixli 9/8802 nömrəli Ekspert Rəyi ilə razılaşmayan iddiaçının vəsatəti əsasında məhkəmənin 09 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2024-cü il tarixli 9/3172 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 24 yanvar 2023-cü il və 09 mart 2023-cü il tarixlərədək (suallarda göstərilən tarixlərə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 24 yanvar 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 28206,92 manat. 09 mart 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 28206,92 manat, İllik 5% dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda borcu üzrə 516,77 manatdır.

42. Məhkəmə cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 hazırki iddia ərizəsinə etiraz etdiyi hissə üzrə, yəni cavabdehin özünün etdiyi ödənişlər, həm də Fond tərəfindən edilən ödənişlər müqavilə əsasında proporsional qaydada əsas və faiz borcuna silinməli olduğuna dair bildirir ki, tərəflər arasında bağlanmış 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Müqavilənin 3.2.11-ci bəndinə istinadən, borclu Fond tərəfindən bu kreditə verilmiş zəmanət üzrə ödəniş edildikdən sonra, Borclunun Kreditora istənilən digər kreditlər (və ya kredit xətləri) üzrə ödədiyi vəsaitlərin bu kreditin tam ödənilməsinə yönəldilməsinə (3.2.11.1-ci bənd); Borclunun Kreditorda Fond tərəfindən zəmanət üzrə ödəniş edilmiş iki və daha çox krediti olduqda, həmin kreditlər üzrə sonradan daxil olan ödənişlərin, ilk növbədə, zəmanətin kreditə nisbəti daha yüksək olan öhdəliklərə yönəldilməsinə (3.2.11.2-ci bənd), bu kredit gecikmədə olduqda, Kreditor tərəfindən Borclunun Kreditorda olan digər kreditləri (və ya kredit xətləri) üzrə daxil olan vəsaitlərin zəmanət verilmiş bu kredit gecikmədən çıxanadək bu kreditin ödənilməsinə yönəldilməsinə (3.2.11.3-cü bənd) razılıq verir. 43 X4 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.

44. Eyni zamanda, 28 avqust 2024-cü il tarixli 9/3172 nömrəli Ekspert Rəyindən görünür ki, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 saylı kredit müqaviləsi üzrə banka ümumilikdə xx.xx.2022-ci il tarixədək 139.563,27 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 22.246,68 manatı faiz borcuna silinmişdir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

46. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

47. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

48. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) “X5” MMC, zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh2 oğlu müvafiq olaraq 12 yanvar 2021-ci ildə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X6 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03509LE/2019 nömrəli Razılaşmanı, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsini, 24 yanvar 2021-ci il tarixli DGS**********76 nömrəli və 24 yanvar 2021-ci il tarixli DGS**********76 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Eyni zamanda, müəyyən olunmuşdur ki, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X5” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləği 117316,59 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 31 mart 2022-ci il tarixli "zəmanət ödənişi üzrə öhdəliyin icrası haqqında" Məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydalar”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Belə olan halda, iş materiallarında olan əməkdaşlıq müqaviləsi, zəmanət məktubu və digər maliyyə sənədləri və həmçinin tərəflərin izahatları müəyyən olunmuşdur ki, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X5” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmiş 117316,59 manat məbləğində pul vəsaitini də əsas, faiz və cərimə borcu ilə birlikdə tələb etməyə İddiaçı Açıq Səhmdar Cəmiyyəti haqlı olmuşdur.

49. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət olunarkən isə 129 (yüz iyirmi doqquz) manat və 7 (yeddi) manat olmaqla cəmi 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında Cavabdeh3 iştirak etmişdir).

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

59. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, borcalan “X5” MMC 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini 09 mart 2023-cü il tarixədək təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc borcalan “X5” MMC-dən tutulmalıdır. Lakin, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə cavabdeh “X5” MMC-dən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2024-cü il tarixli 9/3172 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə həmin Ekspertiza Rəyi ilə 09 mart 2023cü il tarixə müəyyən edilmiş "200000 manat miqdarında əsas borc və 28206,92 manat miqdarında faiz borcu” cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır.

60. Bundan əlavə, iddia tələbinin 11865,08 manat məbləğində cərimənin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən müəyyən edilir ki, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. Həmin Kredit Müqaviləsinə istinadən, illik faiz dərəcəsi 15% (on beş) təşkil edir. Həmçinin, 24 yanvar 2021-ci il tarixli DCS00302237- 01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən, Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir.

61. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, 11865,08 manat məbləğində cərimə cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

62. Həmçinin, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində isə qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi tutulmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında təşkil olunmuş ilkin mediasiya sessiyasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilə yanaşı, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və eyni zamanda Cavabdeh3 da iştirak etmişdir.

63. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

64. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

67. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

68. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

69. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

70. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə 200000 manat məbləğində əsas borc, 28206,92 manat məbləğində faiz borcu, 11865,08 manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

71. Eləcə də, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 136 (yüz otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

72. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti isə cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir.

73. Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 530,07 (beş yüz otuz manat 07 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 394,07 (üç yüz doxsan dörd manat 07 qəpik) manat məbləğində (530,07 manat – 136 manat = 394,07 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir.

74. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda, 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.

75. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

76. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə 200000 (iki yüz min) manat məbləğində əsas borc, 28206,92 (iyirmi səkkiz min iki yüz altı manat 92 qəpik) manat məbləğində faiz borcu, 11865,08 (on bir min səkkiz yüz altmış beş manat 08 qəpik) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və 136 (yüz otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 240408 (iki yüz qırx min dörd yüz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 394,07 (üç yüz doxsan dörd manat 07 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar