Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1230/2023 20.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında imzalanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli müqavilə üzrə yaranmış 9680 (doqquz min altı yüz səksən) manat kommunal haqqı borcu və 34004,24 (otuz dörd min dörd manat 24 qəpik) manat icarə haqqı borcu olmaqla, ümumilikdə 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində haqqın Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) ilə icarəçi Cavabdeh (bundan sonra - cavabdeh) arasında 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli icarə müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, Sülh küçəsi, ev 3 ünvanında ümumi sahəsi 6881 kv.metr olan 5 mərtəbəli inzibati binanın idarə korpusunu 5 (beş) il müddətinə icarəyə götürmüşdür. Cavabdeh Müqavilənin ilk 3 ayı üzrə (2021-ci ilin iyul, avqust, sentyabr ayları) aylıq 12000 (on iki min) manat, növbəti 3 ayı üçün (2021-ci ilin oktyabr, noyabr, dekabr ayları) aylıq 14000 (on dörd min) manat və 2022-ci ilin yanvar ayından başlayaraq Müqavilənin müddəti bitənədək aylıq 16000 (on altı min) manat (ƏDV daxil) icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.6-cı bəndinə əsasən İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 1 %-i məbləğində dəbbə pulu ödəyir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən icarəçi kobud pozuntuya yol verdikdə icarəyə verənə 2 (iki) aylıq icarə haqqı həcmində cərimə ödəyir. Daha sonra 08 aprel 2022-ci il tarixində tərəflər arasında Müqaviləyə 1 saylı Əlavə imzalanmaqla Müqavilənin 1.2 və 3.1-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: “Sumqayıt şəhəri, Sülh küçəsi, ev 3 ünvanında olan 5 mərtəbəli inzibati binanın idarə korpusunun 3 mərtəbəsi - ümumi 4128 kv. metrdən ibarət icarə obyektinə görə cavabdeh 01 aprel 2022-ci il tarixindən başlayaraq İddiaçıya aylıq 9600 (doqquz min altı yüz) manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq, Müqavilə üzrə tərtib edilmiş 08 aprel 2022-ci il tarixli borca dair Razılaşmaya əsasən cavabdeh borcunu etiraf etmiş və ümumilikdə yaranmış 44895,95 (qırx dörd min səkkiz yüz doxsan beş manat 95 qəpik) manat borcun 30 iyun 2022-ci il tarixinə kimi 3 (üç) aylıq qrafik əsasında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh tərəfindən yaranmış borcun müəyyən hissəsinin ödənişi təmin edilmiş, tərəflər arasında olan üzləşmə aktına əsasən 01 may 2023-cü il tarixinə olan qarşılıqlı öhdəliklər 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat təşkil etmişdir. Müqavilənin ləğvinə dair 13 iyul 2023cü il tarixli Müqaviləyə əsasən İcarəçinin icarəyə götürdüyü icarə obyekti özəlləşdirildiyi üçün tərəflər qarşılıqlı razılığa gəlib, 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzrə münasibətləri 07 aprel 2023-cü il tarixindən bitmiş hesab edilərək, İcarəçi ödənilməmiş icarə haqqı və kommunal xərcləri təşkil edən 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcunu etiraf etmiş və borcu ödəməyi öhdəsinə götürmüşdür. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq iddiaçı tərəfindən 400 manat məbləğində pul ödənilmişdir. Ona görə də, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş hazırkı dövrə olan 9680 manat kommunal haqqı borcu və 34004,24 manat icarə haqqı borcu olmaqla, ümumilikdə 43684,24 manat məbləğində borcun ödənilməsi tələb olunur. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzrə yaranmış 9680 manat məbləğində kommunal haqqı borcu və 34004,24 manat məbləğində icarə haqqı borcu olmaqla, ümumilikdə cəmi 43684,24 manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə izahatında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzrə hal-hazırda sonuncunun 9680 manat məbləğində kommunal haqqı borcu və 34004,24 manat məbləğində icarə haqqı borcu olmaqla, ümumilikdə cəmi 43684,24 manat məbləğində borcunun olduğunu etiraf edib, iddia tələbi üzrə 43684,24 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini və həmin borcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hissə-hissə ödəyəciyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsinə əsasən icarəçi "xxxx" MMC “ünvan 1 ünvanında ümumi sahəsi 6881 kv metr olan 5 mərtəbəli inzibati binanın idarə korpusunu icarəyə götürmüş və həmin icarə üzrə ilk 3 ayı üzrə (2021-ci ilin iyul, avqust, sentyabr ayları) aylıq 12000 (on iki min) manat, növbəti 3 ayı üçün (2021-ci ilin oktyabr, noyabr, dekabr ayları) aylıq 14000 (on dörd min) manat və 2022-ci ilin yanvar ayından başlayaraq müqavilənin müddəti bitənədək aylıq 16000 (on altı min) manat (ƏDV daxil) icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə İcarə haqqı hər cari ayın 5-dən gec olmayaraq icarəyə verənin bank hesabına hesab fakturaya və elektron qaiməyə əsasən köçürmə yolu ilə ödənilməlidir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, icarə obyekti daşınmaz əmlak olduğu halda, icarə haqqı məbləğinə kommunal xərclər daxil deyil və icarə müddəti ərzində İcarə obyektindən istifadə zamanı yaranan bütün kommunal ödənişlər (qaz, su, işıq, telefon rabitəsi, internet və sair xərclər) İcarəçinin hesabına həyata keçiriləcəkdir. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, bu Müqavilə üzrə İcarə müddəti bitdikdə İcarəçi İcarə obyektini İcarəyə verənə vaxtında təhvil vermədiyi halda, icarəyə verən bütün gecikdirilmə vaxtı üzrə müvafiq icarə haqqının ödənilməsini və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu Müqavilə hər iki tərəf onu imzaladığı vaxtdan hüquqi qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədə qalır. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən, bu Müqavilənin 7-ci bəndinə uyğun olaraq, bu müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, hər hansı tərəf bu Müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu halda, digər "tərəfə 30 (otuz) təqvim günü əvvəl yazılı surətdə xəbərdarlıq verməklə” bu Müqaviləyə xitam verə bilər. İş materiallarında olan "İcarəyə verən" - "xxxx" ASC ilə "İcarəçi" - Cavabdeh (VÖEN **********) arasında bağlanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsinə 08 aprel 2022-ci il tarixli 1 saylı Əlavənin 1 və 1.2-ci bəndlərinə əsasən, tərəflər arasında Müqaviləyə 1 saylı Əlavə imzalanmaqla Müqavilənin 1-ci, 1.2-ci və 3.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “Sumqayıt şəhəri, Sülh küçəsi, ev 3 ünvanında olan 5 mərtəbəli inzibati binanın idarə korpusunun 3 mərtəbəsi - ümumi 4128 kv. metrdən ibarət icarə obyektinə görə cavabdeh 01 aprel 2022-ci il tarixindən başlayaraq iddiaçıya aylıq 9600 (doqquz min altı yüz) manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli "08 may 2021-ci il tarixli İ 03/21 nömrəli “İcarə müqaviləsi üzrə yaranmış borca dair" Razılaşmadan görünür ki, borclu "xxxx" MMC 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə müqaviləsi üzrə ümumilikdə 44895,85 manat məbləğində icarə haqqı borcunun olmasını etiraf edərək, həmin borcu 2022-ci ilin aprel ayında 14965,28 manat, 2022-ci ilin may ayında 14965,28 manat və 2022-ci ilin iyun ayında isə 14965,29 manat olmaqla, ödəməyi öhdəsinə götürmüş və həmin Razılaşmada qeyd olunan icarə haqqı borcunun tam qaytarılma müddəti 30 iyun 2022-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsinin icrası ilə əlaqədar icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh tərəfindən tərtib edilərək imzalanıb-möhürlənmiş 01 may 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, icarəçi Cavabdeh 01 may 2023-cü il tarixinə icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-2366 № ilə qeyd olunub) 13 iyul 2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” Müqavilənin məzmunu ilə müəyyən olunur ki, İcarəçinin icarəyə götürdüyü icarə obyekti özəlləşdirildiyi üçün Tərəflər qarşılıqlı razılığa gələrək, 08 may 2021-ci il tarixli İ03/21 nömrəli icarə müqaviləsi üzrə münasibətləri 07 aprel 2023-cü il tarixindən etibarən bitmiş hesab edirlər. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, icarəçi ödənilməmiş icarə haqqı və kommunal xərcləri təşkil edən cəmi 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcu olduğunu etiraf edir və borcu ödəməyi öhdəsinə götürür (Müqavilənin 3-cü bəndində göstərilir ki, həmin Müqavilə 13 iyul 2023-cü il tarixindən qüvvəyə minir). İş materialları ilə müəyyən olunur ki, 08 may 2021-ci il tarixli İ03/21 nömrəli Müqavilə əsasında 12 yanvar 2022-ci il tarixindən 31 may 2023-cü il tarixinədək icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarəçi Cavabdehnə icarə haqqının və kommunal xidmətlərin dəyərinin ödənilməsi ilə əlaqədar müvafiq qaydada tərtib və təsdiq edilmiş Elektron Qaimələr təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsi 13 iyul 2023-cü il tarixli Müqavilə ilə 07 aprel 2023-cü il tarixindən ləğv edilmiş və həmin İcarə müqaviləsi ləğv edilərkən cəmi 43684,24 manat məbləğində borcun tam ödənilməsini icarəçi Cavabdeh öhdəsinə götürmüşdür. Lakin, qeyd olunan borc tam ödənilmədiyi üçün icarəyə verən (iddiaçı) "xxxx" ASC 9680 (doqquz min altı yüz səksən) manat kommunal haqqı borcu və 34004,24 (otuz dörd min dörd manat yetmiş 24 qəpik) manat icarə haqqı borcu olmaqla, ümumilikdə cəmi 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcun ödənilməsi üçün icarəçi (cavabdeh) Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdehndən 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzrə yaranmış “34004,24 manat icarə haqqı borcu və 9680 manat kommunal haqqı borcu olmaqla, cəmi 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması” barədə iddia tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində isə qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdehndən iddiaçının xeyrinə mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi tutulmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında təşkil olunmuş ilkin mediasiya sessiyasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ilə yanaşı, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə da iştirak etmişdir (“X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə 16 dekabr 2022-ci il tarixli MŞB/12-00163 nömrəli Arayış). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 08 may 2021ci il tarixli İ 03/21 nömrəli müqavilə üzrə yaranmış 34004,24 manat icarə haqqı borcu, 9680 manat kommunal haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi olmaqla, cəmi 43884,24 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 221,05 (iki yüz iyirmi bir manat 05 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli müqavilə üzrə yaranmış 34004,24 (otuz dörd min dörd manat 24 qəpik) manat icarə haqqı borcu, 9680 (doqquz min altı yüz səksən) manat kommunal haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi olmaqla, cəmi 43884,24 (qırx üç min səkkiz yüz səksən dörd manat 24 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 221,05 (iki yüz iyirmi bir manat 05 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1230/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1230/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver