Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1247/2023 30.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 22 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DCLT00293190-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 4098,34 manat əsas borc və 421,29 manat cərimə borcu olmaqla, cəmi 4519,63 manat məbləğində borcun, DC00293190-02 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 6638,89 manat əsas borc, 965,58 manat faiz borcu və 246,58 manat cərimə borcu olmaqla, cəmi 7851,05 manat məbləğində borcun, DC00293190-03 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 13295,82 əsas borc, 1438,88 manat faiz borcu və 283,7 manat cərimə borcu olmaqla, cəmi 15018,40 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə cavabdeh “Cavabdeh (bundan sonra “Borcalan”) arasında 04 dekabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/6772 saylı Razılıq Ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, Borcalan www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X4 çərçivəsində: - 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana 06 sentyabr 2022-ci il tarixədək illik faiz dərəcəsi güzəşt müddəti bitdiyi halda 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, 5000 (beş min) manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti ayrılmış; 29 noyabr 2021-ci il tarixli DC00293190-02 saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana 29 noyabr 2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10000 (on min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; və 20 may 2022-ci il tarixli DC00293190-03 saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana 20 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15000 (on beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin, Borcalan qeyd edilən DCLT00293190-01 saylı müqavilə üzrə öhdəliklərini 303 gün, DC00293190-02 saylı müqavilə üzrə öhdəliklərini 280 gün, DC00293190-03 saylı müqavilə üzrə öhdəliklərini 289 gün icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın 06 iyul 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimi olmuşdur: DCLT00293190-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 4098,34 manat əsas borc və 421,29 manat cərimə borcu olmaqla, cəmi 4519,63 manat;, DC00293190-02 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 6638,89 manat əsas borc, 965,58 manat faiz borcu və 246,58 manat cərimə borcu olmaqla, cəmi 7851,05 manat; və DC00293190-03 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 13295,82 əsas borc, 1438,88 manat faiz borcu və 283,7 manat cərimə borcu olmaqla, cəmi 15018,4 manat. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı ASC mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Cavabdeh DCLT00293190-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 4098,34 manat əsas borc və 791,26 manat cərimə borcu olmaqla, cəmi 4889,6 (dörd min səkkiz yüz səksən doqquz manat 60 qəpik) manat məbləğində borcun, DC00293190-02 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 6638,89 manat əsas borc, 1266,55 manat faiz borcu və 442,57 manat cərimə borcu olmaqla, cəmi 8348,01 (səkkiz min üç yüz qırx səkkiz manat 01 qəpik) manat məbləğində borcun, DC00293190-03 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 13295,82 manat əsas borc, 2041,61 manat faiz borcu və 557,5 manat cərimə borcu olmaqla, cəmi 15894,93 (on beş min səkkiz yüz doxsan dörd manat 93 qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh və yaxud onun nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "müştəri" Cavabdeh (VÖEN **********) arasında 04 dekabr 2020-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/6772 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X2 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X4 çərçivəsində 06 sentyabr 2021ci il tarixli DCLT00293190-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi güzəşt müddəti bitdiyi halda 24% olmaqla, 06 sentyabr 2022-ci il tarixədək 5000 (beş min) manat məbləğində, "Bank" “Paşa Bank" ASC ilə "müştəri" Cavabdeh arasında yuxarıda qeyd olunan X4 çərçivəsində 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla, 29 noyabr 2023-cü il tarixədək 10000 (on min) manat məbləğində və eləcə də, "Bank" “Paşa Bank" ASC ilə "müştəri" Cavabdeh arasında yuxarıda qeyd olunan X4 çərçivəsində 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla, 20 may 2024-cü il tarixədək 15000 (on beş min) manat məbləğində birdəfəlik kreditlər verilmişdir. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, “Cavabdeh (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X1 bankın rəsmi internet səhifəsində “https://www.pashabank, az/gsa addendum/lang,az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasına əsasən, bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”ları müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 19 oktyabr 2023-cü il tarixli PB/BPŞ- OUT-01259-2023 nömrəli Maliyyə Arayışında borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12 oktyabr 2023-cü il tarixinə borcalan Cavabdeh 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 manat məbləğində əsas borc və 791,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4889,6 (dörd min səkkiz yüz səksən doqquz manat 60 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 401), 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə isə 6638,89 manat məbləğində əsas borc, 1266,55 manat məbləğində faiz borcu və 442,57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8348,01 (səkkiz min üç yüz qırx səkkiz manat 01 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 378) və 20 may 2022-ci il tarixli DC00293190- 03 nömrəli kredit üzrə isə 13295,82 manat məbləğində əsas borc, 2041,61 manat məbləğində faiz borcu və 557,50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15894,93 (on beş min səkkiz yüz doxsan dörd manat 93 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 387) olduğu göstərilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məlum “Maliyyələşdirmə üçün Ərizə”lər əsasında verilmiş kredit tam qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh 12 oktyabr 2023-cü il tarixə 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 manat məbləğində əsas borc və 791,26 manat məbləğində cərimə borcu, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə isə 6638,89 manat məbləğində əsas borc, 1266,55 manat məbləğində faiz borcu və 442,57 manat məbləğində cərimə borcunun və 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə isə 13295,82 manat məbləğində əsas borc, 2041,61 manat məbləğində faiz borcu və 557,5 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmiş və həmin borcların Cavabdeh tutulması üçün 19 oktyabr 2023-cü ildə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd etmək lazımdır ki, iş üzrə 01 noyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul etdiyini və həyat yoldaşı Cavabdeh almış olduğu kredit borcunun qaytarılması üçün verilmiş hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını və əsas borcu hissə-hissə ödəmək niyyətində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Cavabdeh 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli və 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli Kreditlər üzrə öhdəliklərini pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 manat əsas borcun, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 6638,89 manat əsas borcun, 1266,55 manat faiz borcunun və 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 13295,82 manat əsas borcun və 2041,61 manat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 791,26 manat məbləğində cərimənin, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 442,57 manat məbləğində cərimənin və 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 557,5 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, iddia ərizəsində hər bir kredit üzrə ayrı-ayrılıqda tələb olunan cərimələrin məbləği azaldılaraq, cavabdehdən 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 100 (yüz) manat məbləğində, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 100 (yüz) manat məbləğində və 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində də qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 manat əsas borc və 100 manat cərimə, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 6638,89 manat əsas borc, 1266,55 manat faiz borcu və 100 manat cərimə, 20 may 2022ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 13295,82 manat əsas borc, 2041,61 manat faiz borcu və 100 manat cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 172,92 (yüz yetmiş iki manat 92 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 (dörd min doxsan səkkiz manat 34 qəpik) manat əsas borc və 100 (yüz) manat cərimə, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 6638,89 (altı min altı yüz otuz səkkiz manat 89 qəpik) manat əsas borc, 1266,55 (min iki yüz altmış altı manat 55 qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə, 20 may 2022ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 13295,82 (on üç min iki yüz doxsan beş manat 82 qəpik) manat əsas borc, 2041,61 (iki min qırx bir manat 61 qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 27741,21 (iyirmi yeddi min yeddi yüz qırx bir manat 21 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 172,92 (yüz yetmiş iki manat 92 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1247/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1247/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver