Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1248/2024 12.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı verilmiş "borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı "borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X3 tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektə dair əsassız olaraq artıq hesablanmış 7288,86 ( yeddi min iki yüz səksən səkkiz manat 86 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı verilmiş "borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı hazırkı iddia ərizəsində “cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə sudan istifadə edilməsi ilə əlaqədar hesablanmış borcu” mübahisələndirərək, həmin “obyektə” hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuş su təchizatı ilə əlaqədar tərtib edilən Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən həmin “obyekt” ərizəçi İddiaçı ilə deyil, digər bir şəxslə, yəni soyadı “Hüseynov Ş.H” olan şəxslə bağlanmış müqavilə əsasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tərəfindən su ilə təchiz olunur. Yəni, iddia ərizəsində “borcun silinməsi” tələb olunan “obyekt” İddiaçı ilə deyil, abonent olaraq “Hüseynov Ş.H” ilə bağlanmış müqavilə əsasında su ilə təchiz olunur. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş hazırkı iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının və cavabdehin adları göstərilsə də, iş üzrə tərəflərin, yəni iddiaçı və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının və cavabdehin həm adı, həm də ünvanı göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, İddiaçı tərəfindən "borcun silinməsi” tələbi barədə hazırkı iddia ərizəsi - müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədən məhkəməyə təqdim olunmuş və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunan həmin iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında isə "Bu ödəniş rüsumdan azaddir: istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar" kimi qeyd olunmuşdur. Yəni, hazırkı iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş və bu – həmin iddia ərizəsinin “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar” verilməsi ilə əsaslandırılmışdır. Lakin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsində nəzərdə tutulan əsasla, yəni “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə” dövlət rüsumu ödəməkdən azad olunması üçün iddiaçı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən “istehlakçı” statusunda olmalıdır. Halbuki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış və fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsidir. “İstehlakçı” isə - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi). Göründüyü kimi, qanunvericilikdə İstehlakçıya “şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs” kimi anlayış verilmiş olduğundan, hüquqi şəxs olan İddiaçı “sudan istifadə etməsi” ilə əlaqədar mövcud münasibətləri “şəxsi tələbatını ödəmək məqsədi” daşımadığına görə - “istehlak münasibətləri” və həmin hüquqi şəxsin özü isə - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan “İstehlakçı” hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə, bu nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsində nəzərdə tutulmuş “istehlakçı” - məhz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş “istehlakçı”lar hesab olunduğundan və eyni zamanda, hazırkı iş üzrə iddiaçı “sudan şəxsi tələbatını ödəmək” məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə etdiyindən - iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilə bilməz. Ona görə də, hazırkı iddia ərizəsində verilən iddia tələbi üzrə İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə də, məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı "borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı verilmiş "borcun silinməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1248/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1248/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver