Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-128/2025 23.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 və nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 qanuni təmsilçisi Qanuni nümayəndə2 və nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair birləşdirilmiş kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı 22 oktyabr 2024-cü il tarixdə Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul vəsaitinin və 471 (dörd yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1ndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək kommersiya işi üzrə məhkəmə prosesi başlanmışdır. (e-2-2(119)-1921/2024 nömrəli kommersiya işi)
2. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyul 2023-cü il tarixdə və 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən İddiaçı hesabından Cavabdeh1 hesabına 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul vəsaiti köçürülmüşdür. Borc verilən 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul vəsaitinin 50000 (əlli min) manatı Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin hesabına geri qaytarılmışdır. Hal-hazırda Cavabdeh1 MMCnin direktoru Qanuni nümayəndə2 yerdə qalan 180136 (yüz səksən min yüz otuz altı) manatın qaytarılmaması istiqamətində hərəkətlər (hərəkətsizlik) edir. O açıq aşkar bildirir ki, Cavabdeh1 MMC-nin İddiaçı MMC-yə heç bir borcu yoxdur. Buna görə də tərəflər arasında bağlanmış 11 iyul 2023-cü il tarixli və 12 sentyabr 2023-cü il tarixli borc müqavilələrinin ləğv edilməsi və həmin müqavilələrə görə İddiaçı MMC-yə olan 180136 (yüz səksən min yüz otuz altı) manat borcun 17 oktyabr 2024-cü il tarixinədək ödənilməsinə (verilməsinə) dair Cavabdeh1 MMC-yə 11 oktyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin Cavabdeh1 MMC tərəfindən pretenziya məktubuna cavab verilməmişdir. Cavabdeh1 MMC İddiaçı MMC-yə olan 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul vəsaitini bu günə kimi qaytarmadığına görə tərəflər arasında dəfələrlə danışıqlar aparmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən pul vəsaitinin ödənilməsindən imtina edilmişdir. Bu azmış kimi, cavabdeh şirkətin direktoru iddiaçı şirkətin direktoru barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və həmin şikayət ərizəsində, guya, iddiaçının cavabdehə pul borcu olduğu göstərilmişdir. Bu halın özü bir daha onu təsdiq edir ki, cavabdeh iddiaçıya olan 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul borcunu ödəməkdən imtina edir. 11 iyul 2023-cü il tarixli və 12 sentyabr 2023-cü il tarixli borc müqavilələrinin 3.3-cü bəndinə əsasən tərəflərin qarşlıqlı razılığı ilə və yaxud da Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər.
3. Cavabdeh1 MMC-nin nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3110534Nümayəndə3 05 dekabr 2024cü il tarixdə İddiaçı MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, pul tələbi və xüsusi qərardadın çıxarılması” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli borc müqavilələrinin etibarsız hesab edilməsi və həmin borc müqavilələri üzrə Cavabdeh1 MMC-nin hesablaşma hesabına ödənilmiş 180136 manat məbləğində pulun İddiaçı MMC-nin direktoru və təsisçisi Qanuni nümayəndə1 oluna nağd şəkildə ödənilməsi nəzərə alınmaqla, rədd edilməsi, qarşılıqlı idddia tələbi üzrə İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə olan ümumilikdə 279535 (140000+56756+23000+59779) manat məbləğində borcunun və 570 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin hesabından Cavabdeh1 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı MMC-nin təsisçisi və direktoru Qanuni nümayəndə1 əməlində cinayətin tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora xəbər verilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 06 dekabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə qarşı verilmiş “müqavilələrin etibarsız hesab edilməsi, pul tələbi və xüsusi qərardadın çıxarılması” barədə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
4. İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi aparıldığı dövrdə, yəni 10 dekabr 2024-cü il tarixdə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə ayrıca iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı hesabından 279535 (140000 + 56756 + 23000 + 59779) manat məbləğində borcun və 620 manat məbləğində dövlət rüsumunun, həmçinin Cavabdeh2ndən dəymiş maddi və mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə çıxarılması, İddiaçı təsisçisi və direktoru Qanuni nümayəndə1 əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək kommersiya işi üzrə məhkəmə prosesi başlanmışdır (e-2-2(119)-2201/2024 nömrəli kommersiya işi).
5. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 ilə İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 uzun müddət yaxın münasibətdə olmuşlar və hər zaman Qanuni nümayəndə2 Qanuni nümayəndə1 kommersiya fəaliyyətində maddi köməklik göstərmişdir. Məhz bu münasibətdən sui-istifdə edən Qanuni nümayəndə1 ona yardım göstərmiş olan Qanuni nümayəndə2 aldatmış və bu aldatma nəticəsində də, nəinki ona məxsus olan 180136 manatın, hətta, ona olan ümumilikdə 279535 manat pul vəsaitinin mənimsənilməsinə bu yolla cəhd göstərməklə, faktiki olaraq dələduzluq əməli törətmişdir. Belə ki, Qanuni nümayəndə1 Cavabdeh1nə müraciət edərək İddiaçı MMC-nin hesablaşma hesabında faktiki olaraq pulunun olmasına baxmayaraq həmin pul vəsaitini hesabından nağd qaydada çıxara bilmədiyindən biznesində yaranmış problemlərin həllinin mümkünsüz olduğunu və bunun nəticəsində də ayrı-ayrı şəxslərə olan borclarını vaxtında qaytarmayacağı halda, ona qarşı hədələrin olduğunu bildirmiş, bu səbəbdən də, İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına, “borc şəklində” pul vəsaitinin köçürülməsini, Cavabdeh1 tərəfindən həmin məbləğin ona nağd şəkildə geri qaytarılmasını xahiş etmişdir. O bildirmişdir ki, bu cür əməliyyatın aparılması heç bir halda qanunsuz əməliyyat hesab edilə bilməz və onun tərəfindən əvvəllər də bu cür əməliyyatlar aparılmış, bank tərəfindən həmin əməliyyatların aparılmasına heç vaxt etiraz edilməmişdir. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi uzun müddət davam edən münasibətlərə xələl gətirilməməsi baxımından tərəflər arasında razılıq əldə olunmuş, beləliklə də, Qanuni nümayəndə1 ssenarisi üzrə onun yuxarıda göstərdiyi sxemlə, İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına ümumilikdə 230136 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin pulun 50000 manatı da o məqsədlə geri qaytarılmışdır ki, danışıqlar zamanı Qanuni nümayəndə1 ona ümumilikdə 180 min manat məbləğində nağd pulun lazım olduğu bildirilmişdir. Bu əməliyyatların başa çatmasından 2- 3 gün sonra isə 180 min manat məbləğində nağd pul Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 təqdim edilmişdir. İllik dövriyyəsi 100 milyon manatdan artıq olan, 2 il 6 aylıq müddət ərzində dövlət büdcəsinə tək bir vergiyə-ƏDV-yə görə dövlət büdcəsinə 10 milyon manatdan çox pul vəsaiti ödəyən Cavabdeh1 MMC necə ola bilərdi ki, ondan 100 dəfələrlə zəif olan İddiaçı MMC-dən 1 il 6ay müddətinə 180 min manat məbləğində, özü də “faizsiz” borc götürsün. Hərçənd ki, Qanuni nümayəndə2 təsisçisi olduğu şirkətlərə, artıq ödəmələrə görə, dövlət büdcəsinin daimi borcu olmaqla, bu borc məbləğlərinin miqdarı 300-500 min manat arası təşkil etmişdir. Onun iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, bu “borc” məbləğləri İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına 2023-cü ilin 12 sentyabr, 13 sentyabr və 22 sentyabr tarixlərində köçürülmüşdür. Lakin Qanuni nümayəndə2la Qanuni nümayəndə1 birgə əlyazmalarından və həmin əlyazmaların altındakı Qanuni nümayəndə1 imzasından müəyyən olunur ki, 24 yanvar 2023-cü il tarixə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 258320 manat məbləğində borcu olmuşdur. O, bu borcu 01 may 2023-cü il tarixədək ödəməyi bir öhdəlik kimi üzərinə götürsə də, həmin tarixə borcunun miqdarı 200000 manat təşkil etmiş və həmin məbləğdən 13 sentyabr 2023-cü il tarixədək cəmi 60 min manat borcunu Qanuni nümayəndə2 qaytarmışdır. 13 sentyabr 2023-cü il tarixə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 olan borcunun miqdarı ümumilikdə 140 min manat təşkil etməklə, bu günə kimi də ödənilməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 2023-cü ilin mart-apel aylarında borc kimi aldığı pulu geri qaytara bilmədiyindən, özünün mülkiyyətində olan 0,03 ha torpaq sahəsini Qanuni nümayəndə2 adına rəsmiləşdirilməsinə söz vermiş, bunu etmədiyindən, həmin torpaq sahəsinin bütün hüquqverici sənədləri bu günədək Qanuni nümayəndə2 saxlanılır. Bununla yanaşı, 2024-cü ilin iyul ayında Qanuni nümayəndə1 Qanuni nümayəndə2 müraciət edərək 2 maşın yükünün gömrükdən keçirilməsi üçün 56756 manat məbləğində borc pul istəmiş və bu məbləğin 28378 manatı, Cavabdeh1 MMC-nin biznes kartından 06 iyul 2024-cü il tarixdə İddiaçı MMC-nin VÖEN hesabına köçürülmüş, 2-ci maşın üçün 28378 manatı isə, həmin gün şahidlərin yanında ona nağd şəkildə verilmişdir. Bundan başqa, 21 dekabr 2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə 59778,80 manat məbləğində ayrı-ayrı çeşiddə olan malmaterial dəyərliləri göndərilsə də, həmin malların da dəyəri bu günə kimi ödənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə olan borcunun miqdarı ümumilikdə 279535 (140000+56756+23000+ 59779) manat təşkil etmişdir. Ona görə də bu məbləğin İddiaçı MMC tərəfindən Cavabdeh1nə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Həmçinin xüsusi olaraq qeyd etmək lazımdır ki, Cavabdeh2 MMC-ilə İddiaçı MMC arasında yaranmış və Bakı Kommersiya Məhkəməsinini icraatında olan e-2-2(113)-8779/2024 saylı kommersiya mübahisəsindən məlum olmuşdur ki, iddiaçı- Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı MMC arasında olan alqı-satqı müqaviləsinə əsasən 103107,93 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Eyni zamanda, o da məlum olmuşdur ki, işin məhkəməyə verilməsindən əvvəl, eynən Cavabdeh1 MMC ilə olduğu kimi, “borc müqaviləsi əsasında” İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-nin bank hesabına, təyinatı üzrə borc kimi pul vəsaiti ödənilsə də, hər iki halda, həmin pul vəsaiti, İddiaçı MMC-nin hesablaşma hesabına geri qaytarılmış və aparılan araşdırmalardan məlum olmuşdur ki, bu əməliyyat da o məqsədlə həyata keçirilmişdir ki, Cavabdeh2 MMC-yə mövcud olan borcları ilə əvəzləşdirə bilsinlər. İşin bu halı, yəni, təyinatı üzrə borc kimi ödənilən pulu geri qaytarmaqla, pulun ödəniş təyinatında düzəlişin edilməsinin tələb edilməsi belə nəticəyə gəlinməsinə əsas verir ki, Cavabdeh2 MMC İddiaçı MMC-nin bu cür dələduzluq fəaliyyətindən əvvəlcədən xəbərdar imiş. Hərçənd ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC “borc müqaviləsi” əməliyyatının aparılması ilə Qanuni nümayəndə1 köməkliyin göstərilməsinə, şəxsən Cavabdeh2 MMC-nin təsisçisi və direktorunun tövsiyəsi və xahişinə əsasən razılıq verilmişdir. Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 MMCnin bu barədə 26 noyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq İddiaçı MMCnin bu cür əməllərindən sonradan xəbərdar olduqlarını bildirmiş və bunun nəzərə alınması xahiş etmişdir. Eyni zamanda 24 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş protokolla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraaatındakı və Sumqayıt şəhərində fəaliyyət göstərən ”Meqaplastik” MMC-yə qarşı olan ********* nömrəli cinayət işi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin qərarı əsasında Cavabdeh1 MMC-nin ofisində aparılan axtarış zamanı Cəmiyyətin fəaliyyətinə aid olan və olmayan bütün sənədlər və əşyalar götürülmüşdür.
6. İddiaçı Cavabdeh1 nümayəndəsinin ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli e-2-2(119)-212/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə e-2-2(119)-212/2025 nömrəli (əvvəlki nömrə ilə e-2-2(119)-2201/2024) kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə olan e-2-2(119)-128/2025 nömrəli (əvvəlki nömrə ilə e-2-2(119)-1921/2024) kommersiya işinə birləşdirilmişdir.
7. 18 noyabr 2024-cü il tarixdə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən məhkəməyə etiraz təqdim edilərək İddiaçı Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin biznes-hesab kartından 06 iyul 2024-cü il tarixdə ərizəçi İddiaçı MMC-nin VÖEN hesabına (qaimədəki) 28378 (iyirmi səkkiz min üç yüz yetmiş səkkiz) manat vəsait köçürülmüşdür. Bunu təsdiq edəcək arayış mövcuddur. Bundan əlavə EBDV seriyalı, 689750 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, Cavabdeh1 MMC İddiaçınə minik avtomobilləri üçün 59778,80 manat dəyərində təkər göndərmişdir. Elektron qaimə fakturaya əsasən göndərilən mallar iddiaçı tərəfindən qəbul edilmişdir. Bu halı təsdiq edən yetərli sübutlar mövcuddur. Bundan başqa 2023-cü ilin dekabr ayının 18-21 tarixləri arasında olan müddətdə Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 tərəfindən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 xahişinə əsasən sonuncuya 90000 manat məbləğində nağd pul vəsaiti Sumqayıt şəhəri ərazisində yerləşən Cavabdeh1 MMC-nin ofisində şahidlərin iştirakı ilə verilmişdir. Bu halı təsdiq edəcək şahidlər vardır. Göründüyü kimi, İddiaçı MMC-nin direktoru ilə şəxsi münasibətlər nəzərə alınmaqla onun xahişinə əsasən pul nağd olaraq ona verilmişdir. Lakin İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 həmin razılaşmaya əsasən ona nağd ödənilən pulu, münasibətlər soyuduğu müddətdə fürsətə çevirərək rəsmi şəkildə tələb etməyə başlamışdır. Münasibətlərin soyuduğu dedikdə, hər iki cəmiyyətin direktorları arasında baş vermiş mübahisəli vəziyyət bu nəticəyə gətirib çıxarmışdır. Burada xüsusilə vurğulanmalıdır ki, münasibətlərin normal olduğu bütün dövrdə İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 borclu olaraq Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 borcunu hissə-hissə ödəmişdir. Bu halı təsdiq edəcək sübut mövcuddur.
8. 09 dekabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 ilə İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 yaxın münasibətdə olsalar da, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 heç vaxt kommersiya və ya digər fəaliyyətində hər hansı köməklik etməmişdir. Əksinə Qanuni nümayəndə1 həmişə Qanuni nümayəndə2 kommersiya fəaliyyətində köməklik etmişdir. Bunun sübutu olaraq İddiaçı MMC-nin iddia ərizəsinin əsasını təşkil edən borc müqavilələri göstərilə bilər. Qanuni nümayəndə2 Qanuni nümayəndə1 ona olan etibarından sui-istifadə edərək, onu aldatmış və nəticədə 11 iyul 2023-cü il tarixli və 12 sentyabr 2023-cü il tarixli borc müqavilələrini bağlamağa nail olmaqla sonuncuya məxsus küllü miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. İddiaçı MMC-nin hesablaşma hesabından heç vaxt nağdlaşdırmaq məqsədi ilə Cavabdeh1 MMC-nin hesabına pul vəsaiti köçürməmişdir. Belə ki, hər iki borc müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “borc verən” pul vəsaitini “borc alan”a qaytarılmaq şərti ilə maliyyə yardımı kimi xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir, “borc alan” isə borcunu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. 11 iyul 2023-cü il tarixli və 12 sentyabr 2023-cü il tarixli borc müqavilələrinə görə İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına 230136 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin borc müqavilələrinə əsasən verilmiş 230136 manat pul vəsaitinin 50000 manatı 16 yanvar 2024-cü il tarixdə cavabdeh tərəfindən qaytarılsa da, yerdə qalan 180136 manat pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Cavabdeh1 MMC qeyd etmişdir ki, Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 birgə əlyazmalarından və həmin əlyazmaların altındakı Qanuni nümayəndə1 imzasından müəyyən olunur ki, 24 yanvar 2024-cü il tarixə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 258320 manat məbləğində borcu olmuş, bu borcu xx.xx.2023-cü il tarixədək ödəməyi bir öhdəlik kimi üzərinə götürsə də, həmin tarixə borcunun miqdarı 200000 manat təşkil etmiş və həmin məbləğdən 13 sentyabr 2023-cü il tarixədək cəmi 60 min manat borcunu Qanuni nümayəndə2 qaytarsa da, 13 sentyabr 2023-cü il tarixə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 olan borcunun miqdarı ümumilikdə 140 min manat təşkil etməklə, bu günə kimi də ödənilməmişdir. Lakin həmin halla bağlı qeyd edilənlər yalandır. Belə ki, Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 birgə biznes fəaliyyəti ilə məşğul olmuş, onlar tərəfindən Azərbaycan Respublikasına təkər idxal edilmişdir. Onlar həmin biznes üzrə ödəmələrini öz əlyazmaları ilə dəftərə yazmışlar. Bu hal 05 dekabr 2022-ci il tarixdən başlamışdır. Hər dəfə pul vəsaiti qaytarılarkən həmin dəftərdəki əlyazmaların üzərindən xətt çəkilmişdir. Qeyd dəftərində olan pul vəsaitləri Qanuni nümayəndə2 qaytarılmışdır. Həmin biznes fəaliyyəti ilə bağlı Qanuni nümayəndə1 Qanuni nümayəndə2 heç bir borcu qalmamışdır. Əgər hal-hazırda Qanuni nümayəndə1 Qanuni nümayəndə2 279535 manat borcu var idisə, nəyə görə Qanuni nümayəndə2 təsisçisi və direktoru olduğu Cavabdeh1 MMC-nin hesabından 11 iyul 2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı MMC-nin hesabına 50000 manat pul vəsaiti borcun ödənilməsi şəkilində geri qaytarılmışdır? Qanuni nümayəndə1 Qanuni nümayəndə2 heç vaxt borc pul vəsaiti almamış, nəyinsə müqabilində özünün mülkiyyətində olan 0,03 ha torpaq sahəsini Qanuni nümayəndə2 adına rəsmiləşdirməyə söz verməmişdir. Bununla bağlı Cavabdeh1 MMC-nin iddia ərizəsində qeyd edilənlər əsassızdır. 2024-cü ilin iyul ayında 2 maşın yükünün gömrükdən keçirilməsi üçün Qanuni nümayəndə1 tərəfindən Qanuni nümayəndə2 borc pul istənilməsi ilə bağlı müraciət olunmamışdır. Belə ki, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 barəsində Sumqayıt Şəhər Prokurorluğuna etdiyi şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 4-cü 4-cü PB-də onun özünün də izahatı alınmışdır. O, həmin izahatında qeyd etmişdir ki, 2023-cü ilin təxminən mart-aprel aylarında Qanuni nümayəndə1 ondan, guya, 23000 manat borc pul almışdır. 2023-cü ilin sentyabr ayında Qanuni nümayəndə1 ona borcunu qaytara bilməməsini, həmin borcun qarşılığında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha sahəsini verə biləcəyini bildirmişdir. Lakin Qanuni nümayəndə1 qeyd edilən torpaq sahəsini onun adına rəsmiləşdirməmişdir. Bundan başqa Qanuni nümayəndə1, guya, ona qarşı yaranmış etibardan istifadə edərək xarici ölkədən Azərbaycan Respublikasına avtomobil təkərləri gətirdiyini, gömrükdən həmin məhsulları keçirmək üçün 29000 manat pul lazım olduğunu bildirmiş, xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə2 Sumqayıt şəhəri, 5-ci mkr ərazisində yerləşən ofisində Qanuni nümayəndə1, guya, 28378 manat borc pul vermişdir. Bundan sonrakı dövrlərdə Qanuni nümayəndə1, guya, vəd verdiyi torpaq sahəsini Qanuni nümayəndə2 verməmiş və gömrük sənədləşməsi üçün, guya, aldığı vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Qanuni nümayəndə2 izahatı alınarkən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin sentyabr ayında Qanuni nümayəndə1 23900 manat pulu ünvan 1 ünvanında yaşadığı evin həyətində, xx.xx.2024-cü il tarixdə isə 28378 manat pulu Sumqayıt şəhəri, 5-ci mkr ərazisində "xxxx" MMC-nin ofisində vermişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona ümumilikdə 52278 manat maddi ziyan dəymişdir. Bu zaman sual olunur: əgər Qanuni nümayəndə1 Qanuni nümayəndə2 279535 manat borcu var idisə, nəyə görə Qanuni nümayəndə2 Sumqayıt şəhər Polis İdarəsinin 4cü PB-də verdiyi izahatında bu halı qeyd etməmişdir? Göründüyü kimi Qanuni nümayəndə2 Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-də verdiyi izahatla, iddia ərizəsində qeyd edilənlər arasında əhəmiyyətli zidiyyətlər mövcuddur. Cavabdeh1 iddia ərizəsinə əlavə edilmiş 21 dekabr 2023-cü il tarixli qaimə-faktura isə saxtadır. Çünki İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 21 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmamış, razılaşma protokolu və təhvil-təslim aktları tərtib olunmamışdır. Buna görə də, həmin sənəd sübut kimi nəzərə alına bilməz. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. Cavabdeh1 iddia ərizəsinə əlavə edilmiş elektron qaimə-fakturanın doldurulmasına əsas olmuş sənədlər mövcud deyil. Olsa da, həmin sənədlər birtərəfli qaydada tərtib olunduğuna görə saxtadır. Bundan başqa Cavabdeh1 MMC-nin ərizəsində Cavabdeh2 MMC ilə bağlı məlumatlar verilmiş və həmin MMC-yə aid sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin Cavabdeh2 MMC-nin hazırkı işə heç bir aidiyyəti yoxdur və buna görə də, həmin MMC ilə bağlı məhkəməyə verilmiş məlumatlar və təqdim edilmiş sənədlər nəzərə alına bilməz.
9. 07 aprel 2025-ci il tarixdə birləşdirilmiş iş üzrə Cavabdeh2 nümayəndəsi Nümayəndə4 tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Cavabdeh1 MMC Cavabdeh2 MMC-yə qarşı iddia tələbi irəli sürərək ona dəymiş maddi və mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğində pulun Cavabdeh1 MMC-nin xeyrinə ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirildiyi kimi, İddiaçı MMC-nin bu cür dələduzluq əməllərindən "xxxx" MMC-nin sonradan xəbəri olmuşdur. Həmçinin bildirmək lazımdır ki, Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə müqaviləyə əsasən İddiaçı MMC-nin Cavabdeh2 MMC-nin xeyrinə 103107,93 (yüz üç min yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində əsas borcu vardır. Cavabdeh2 MMC də Cavabdeh1 MMC kimi İddiaçı MMC-nin öz müqavilə öhdəlikləri bu və ya digər üsul və vasitələrdən istifadə etməklə icra etməməsin səbəbindən zərərçəkən, maddi ziyana və reputasiya sarsıntısına məruz qalan tərəfdir. İddiaçı MMC-nin bu cür “dələduzluq əməllərindən”, habelə qanuna zidd davranışlarından Cavabdeh2 MMC əvvəlcədən xəbərdar olsa idi, həmin şirkətlə müqavilə münasibətlərinə daxil olmazdı. Həmçinin Cavabdeh1 MMC iddiasında vurğulamışdır ki, İddiaçı MMC ilə aralarındakı “borc müqaviləsi” əməliyyatının aparılması ilə Qanuni nümayəndə1 köməkliyin göstərilməsinə şəxsən Cavabdeh2 MMC-nin təsisçisinin və direktorunun tövsiyəsi və xahişinə əsasən razılıq verilmişdir. Cavabdeh1 MMC ilə İddiaçı MMC arasında bu və digər şəkildə qarşılıqlı əməkdaşlıq çərçivəsində münasibətlər yaranmış olsa da, hazırkı iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 MMC-nin fəaliyyəti ərzində adıçəkilən tərəflərlə işgüzar münasibətlər yanlız mal təqdim edilməsi dairəsində olmuşdur. Bu baxımdan qarşılıqlı iddia tələblərinin Cavabdeh2nə yönəlmiş hissəsinə münasibətdə qeyd olunan dəlillər əsassızdır. Qeyd edilənlərə əsasən Nümayəndə4 Cavabdeh2 MMC-nin bu iş üzrə zərərçəkmiş qismində tanınması və maddi və mənəvi zərərin vurulmasına görə 50000 (əlli min) manat məbləğində pul vəsaitinin Cavabdeh2ndən tutulmasına dair iddia tələbinin əsassız olması və iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə1 birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMCnin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında borc müqavilələri var və tərəflər bunu inkar etmir. Cavabdeh1 iddia ərizəsində 140 min manat tələb edilirdi. Lakin məhkəmə iclasında 140 min manat borcun qaytarıldığını etiraf etdilər. Lakin bu biznes ilə bağlı olmuşdur və borc deyildi. Bundan başqa qarşı tərəfin iddia ərizəsində qeyd olunub ki, guya, Qanuni nümayəndə1 borc alıb və bunun əvəzində Qanuni nümayəndə2 torpaq verməli olduğu halda verməyib. Bundan başqa Qanuni nümayəndə1 gömrükdən malların çıxarılması üçün 29000 manata ehtiyacı olduğunu bildirib və həmin pulu geri qaytarmamışdır. Bunları əsaslandıracaq sübutlar məhkəməyə təqdim olunmadığından iddia əsassızdır. Şahidlərin ifadlərinə gəldikdə isə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, pul vəsaitinin qaytarılmasını görməyib və eşidib ki, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 30000 manat pul vəsaiti qaytarıb. Şahid İ.Əliyev isə bildirdi ki, 180000 manatı Qanuni nümayəndə2 onun yanında sayıb Qanuni nümayəndə1 verib. Birləşdirilmiş iş üzrə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə3 isə pulun qaytarılması barədə heç bir izahat verməmişdir. Cavabdeh1 MMC Bakı Kommersiya Məhkəməsində İddiaçı MMC-yə qarşı iddia qaldıraraq Cavabdeh2 MMC-ni başqa hüquqi şəxs kimi göstərməyə çalışır. Lakin Cavabdeh2 MMC-yə faktiki rəhbərliyi Qanuni nümayəndə2 həyata keçirir. Məhkəmə iclasına çağırılan şahidlər də Qanuni nümayəndə2 ilə qohum olduqlarını bildiriblər. Şahid1 da bildirdi ki, Elşən və Qanuni nümayəndə2 şərik işləyirdilər. Kitabçada da Cavabdeh2 MMC-nin adı qeyd olunub. Qanuni nümayəndə2 polisə şikayət etməyinin səbəbi Qanuni nümayəndə1 ondan borcunu istəməyi olub. Şahidlərin ifadələrində ziddiyyətlər var. 28000 manat məbləğin İddiaçınə ödənilməsi ilə bağlı isə qarşı tərəf məhkəməyə sübut təqdim etməyib. Bundan başqa əgər Qanuni nümayəndə1 Qanuni nümayəndə2 pul verməli idisə, nə üçün 50000 manat məbləğində pul vəsaiti geri qaytarılırdı. Bununla bağlı yalnız qaimələrin təqdim olunması kiyafət deyil.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə2 İddiaçı iddia tələbini qəbul etməmişdir. O, birləşdirilmiş iş üzrə Cavabdeh1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, təkər idxalı ilə əlaqədar ödəniş və borcları özündə əks etdirən əlyazmalardakı 140000 manata münasibətdə Qanuni nümayəndə1 ona borcu yoxdur. İddiaçı tərəfindən Cavabdeh1 hesabına ödənilən 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul vəsaitinin 50000 manatını köçürmə yolu ilə, 180000 manatı isə Qanuni nümayəndə1 nağd qaydada birdəfəyə qaytarıb. ”Süleymanoğlu Group” MMC Formula Trans MMC-dən də qaimə ilə mal götürüb və ödənişi təyinatı borc müqaviləsini göstərməklə edib. Lakin Cavabdeh2 MMC ödənişi qəbul etməyib.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 izahatında və məhkəməyə təqdim etdiyi yazılı çıxışında bildirmişdir ki, Qanuni nümayəndə2 məhkəmə iclaslarında "xxxx" MMC-yə və onun direktoru və təsisçisi- Qanuni nümayəndə1 nə "xxxx" MMC-nin, nə də direktor və təsisçi olaraq şəxsən onun borcu olmadığını qeyd etmişdir. Belə ki, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 ilə bir neçə illik yaxın münasibətləri olmuş, bu münasibətlər həm kommersiya işlərində, həm də şəxsi münasibətlərdə ifadə olunmuşdur. Həmin müddətlərdə məhz Qanuni nümayəndə2, Qanuni nümayəndə1 kommersiya fəaliyyətində dəstək olmuş, maddi yardımlar etmişdir. Hər ikisinin rəhbərlik etdiyi cəmiyyətlərin illik (bir neçə illik) dövriyyələrinə nəzər salındıqda, Qanuni nümayəndə2 qeyd etdiklərində nə qədər haqlı olduğu ortaya çıxmış olur. Təmsil etdiyı cəmiyyətin şəxsi hesab vərəqəsinə nəzər salındıqda artıq ödəmələrin olduğu, dövlət büdcəsinin "xxxx" MMC-yə daimi borclu olduğunu müəyyən etmək mümkündür, həmin artıq ödəmələrin məbləğləri isə ciddi rəqəmlərdən, külli və ya xüsusilə külli miqdarlardan ibarət olmuşdur. Göründüyü kimi, maddi vəziyyəti ürəkaçan olan cəmiyyətin büdcəsi qat-qat kiçik olan və daimi maddi dəstəyə ehtiyacı olan birindən borc alması absurddur. Borc məbləğlərinin "xxxx" MMC-nin hesabına köçürülməsi xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində həyata keçirilmişdir. Burada xüsusi diqqət yetiriləsi hal ondan ibarətdir ki, Qanuni nümayəndə2la Qanuni nümayəndə1 arasında aparılmış hesablaşmalar barədə əlyazmalar mövcuddur və həmin əlyazmalara əsasən Qanuni nümayəndə1 xx.xx.2023-cü il tarixdən Qanuni nümayəndə2 258320 manat məbləğində borclu olmuş, həmin borcu xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüş, son hesablamalara və qeydlərə əsasən Qanuni nümayəndə1 borcu 200000 manat olmuş, ən son qeydlərə əsasən borcdan 140000 manatı ödənilməmiş qalmışdır. Qanuni nümayəndə2 olan borcunu ödəyə bilməyən Qanuni nümayəndə1 həmin böhranlı vəziyyətində Qanuni nümayəndə2 necə borc verə bilərdi? Bundan başqa 2023-cü ilin sentyabr ayında Qanuni nümayəndə1 Qanuni nümayəndə2 Abşeron rayonu ərazisində adına olan torpaq sahəsini satmaq adı ilə ondan 23900 manat nağd olaraq almışdır, lakin sonradan torpağa dair sənədləşməni etməmiş, aldığı pulu geri qaytarmamışdır. Həmin ərəfədə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 borcu olmuş, lakin Qanuni nümayəndə2 münasibətlərinin yaxşı olmasını, neçə illik xətir-hörməti və Qanuni nümayəndə1 pula ehtiyacı olmasına dair xahişini nəzərə alaraq torpağı almağına görə həmin məbləği nağd olaraq Qanuni nümayəndə1 vermişdir. Bundan əlavə, Qanuni nümayəndə1 borcunu ödəmədiyi halda xx.xx.2024-cü il tarixdə gətirdiyi iki konteyner mala görə Dövlət Gömrük Komitəsinə gömrük ödənişləri olunmuşdur ki, həmin ödənişlərdən biri Cavabdeh1 MMC-nin biznes hesab kartından "xxxx" MMC-nin hesabına 28378 manat köçürülməklə, digər ikinci eyni məbləğ Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 nağd olaraq verilmişdir. Bunların müqabilində Qanuni nümayəndə1 yaxın günlərdə aldığı məbləği geri qaytaracağına və torpaqla bağlı sənədləşməni başa çatdıracağına dair yalan vədlər vermişdir. Qeydlər olan kitabçanın bir neçə səhifəsində əlyazma şəklində yazı nümunələri vardır, orada borcun məbləği, ödənilən məbləğ, tarix və imza nümunləri əks olunmuşdur. Məhkəmə iclasında Qanuni nümayəndə1 kitabçada olan qeydləri qəbul etmişdir. 2023-cü ilin yay aylarında şəxsi problemləri olduğunu, borcu olduğunu və hətta onu hədələdiklərini deyən Qanuni nümayəndə1 bu problemləri həll etməkdən ötrü ona 180000 manat nağd pul vəsaitinin lazım olduğunu deyərək kömək istəmişdir. Aralarındakı münasibətləri nəzərə alaraq Qanuni nümayəndə2 kömək məqsədi ilə Qanuni nümayəndə1 təklifini qəbul etmiş, rəhbəri olduğu şirkətin hesabında olan məbləği nağd olaraq əldə edə bilmədiyini deyən Qanuni nümayəndə1 "xxxx" MMC-nin hesabına borc müqaviləsi əsasında vəsait köçürə biləcəyini və Qanuni nümayəndə2 həmin vəsaitin nağd olaraq ona verməsini xahis etmişdir. Bundan sonra əldə olunmuş razılaşmaya uyğun olaraq iki müqavilə əsasında köçürülmüş 230000 manatdan 180000 manatını 2023-cü ilin oktyabr ayında Qanuni nümayəndə2 "xxxx" MMC-nin ofisində, Sumqayıt şəhəri 5-ci mkr ərazisində yerləşən ünvanda işçilərin yanında nağd olaraq Qanuni nümayəndə1 vermişdir. Köçürülən vəsaitin 50000 manat hissəsi isə 2-3 ay sonra "Süleymanoğlu Group” MMC-nin hesabına geri qaytarmışdır. Əgər həqiqətən "xxxx" MMCnin İddiaçı MMC-yə borc olmuşdursa, nə üçün Qanuni nümayəndə1 məhkəmə orqanına müraciət etməmiş, məhz Qanuni nümayəndə2 prokurorluğa şikayətindən sonra belə bir iddia ilə çıxış etmişdir? Köçürülən pul vəsaitinin Qanuni nümayəndə1 qaytarılması və digər halların şahidlər tərəfindən təsdiq oluna bilinməsini nəzərə alaraq, "xxxx" MMC-də mühasib-maliyyə məsələləri üzrə mütəxəssis işləmiş X1, sənədləşmə işlərini aparan Şahid1, gömrük işlərini hayata keçirən Şahid2 və Qanuni nümayəndə3 şahid qismində dindirilmələrinə dair verilmiş vəsatət təmin olunduğundan həmin şahidlər iş üzrə izahat vermişlər. Şahid qismində izahat verən Şahid2 "xxxx" MMCnin ofisinə gəlib-gedən Qanuni nümayəndə1 tanıdığını, sonuncunun Qanuni nümayəndə2 maddi dəstək aldığını, həmişə ona borclu olduğunu bildirməklə yanaşı, 2023-cü ilin payız aylarında ofisdə Qanuni nümayəndə2 30000 manat verdiyini və Qanuni nümayəndə2 Qanuni nümayəndə1 pullar verməsinin şahidi olduğunu bildirmişdır. Şahid qismində izahat verən X2 Qanuni nümayəndə1 tanıdığını, sonuncu ilə Qanuni nümayəndə2 yaxşı münasibətlərinin olduğunu, onların şərikli işlər gördüklərini, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 həmişə maddi yardım, dəstək olduğunu, "xxxx" MMCnin hesabına müqavilə əsasında köçürülən məbləğin 180000 manatının 2023-cü ilin payız aylarında nağd olaraq "xxxx" MMCnin ofisində digər işçilərin iştirakı ilə Qanuni nümayəndə1 verildiyini bildirmişdir. Bundan başqa, o, Qanuni nümayəndə1 tərəfindən gətirilmiş iki kontyener malın gömrük ödənişlərinin Qanuni nümayəndə2 göstərişinə əsasən birinin məbləğinin Cavabdeh1 MMC-nin hesab kartından və digərinin isə nağd olaraq Qanuni nümayəndə1 verildiyini bildirərək, Qanuni nümayəndə2 deyil, Qanuni nümayəndə1 borclu olduğunu əlavə etmişdir. İş üzrə izahat veran Qanuni nümayəndə3 bildirmişdir ki, Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 yaxşı münasibətləri olmuş, dostluq etmiş, birgə işlər görmüşlər, həmişə Qanuni nümayəndə2 Qanuni nümayəndə1 maddi dəstək olmuş. Qanuni nümayəndə2 Qanuni nümayəndə1 pul verdiyinin şahidi olsa da, məbləği xatırlamadığını deyərək Qanuni nümayəndə1 Qanuni nümayəndə2 borclu olduğunu əlavə etmişdir. Șahid qismində izahat verən Şahid1 bildirmişdir ki, Cavabdeh1 MMC-də rəsmi olaraq işləyir, sənədləşmə işlərini apararaq gömrük sənədlərini, müqavilələri tərtib edir. Qanuni nümayəndə2 Qanuni nümayəndə1 həmişə maddi dəstək olmuşdur. 2023-cü ilin yay aylarında İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 xahişinə əsasən Şahid1 iki borc müqaviləsini yazıb hazırlamış, həmin müqavilələri yazmaqda Qanuni nümayəndə1 onu tələsdirərək, təcili pula ehtiyacı olduğunu bildirmişdir. Müqavilələri tərtib etdikdən sonra Qanuni nümayəndə1 təqdim etmiş, sonuncu möhürləmə işlərini hayata keçirdikdən sonra, müqavilələr əsasında Cavabdeh1 MMC-nin hesabına bir neçə dəfəyə cəmi 230000 manat vasait köçürülmüşdür. Həmin vasaitin köçürülməsindən sonra Qanuni nümayəndə2 2023cü ilin sentyabr-oktyabr ayları ərəfəsində 5-ci mkr-da yerləşən ofisdə digər iş yoldaşlarının iştirakı ilə Qanuni nümayəndə1 180000 manat nağd olaraq vermişdir, həmin pulu verməmişdən əvvəl Qanuni nümayəndə2 ofisdə işləyən Şahid2 zəng vuraraq 30000 manatı kimdənsə alıb gətirməsini xahiş etmiş, sonra məbləğin üstünü düzəldərək 180000 manatı vermișdir. Bundan təxminən 2-3 ay sonra köçürülən vasaitdən 50000 manat İddiaçı MMC-nin hesabına geri ödənilmişdir. Şahid1 bildirdiklərinin təsdiqi olaraq məhkəməyə köçürülmüş 28378 manat gömrük ödənişinin bank çıxarışını nümayiş etdirmək istərkən, məhkəmə şahidin sübut təqdim edə bilmədiyini deyərək həmin sənəd nümunəsini nəzərdən keçirməkdən imtina etmişdir. Daha sonra şahid onun mobil telefonuna Qanuni nümayəndə1 ödənişlərlə bağlı whatsapp xidmətinə göndərmiş olduğu səs yazılarını mövcud olduğunu desə də, məhkəmə həmin səs yazılarının tərəflər arasında aparılmadığını əsas əsas gətirərək onları dinləməkdən imtina etmişdir. Lakin məhkəmə diqqətə almamışdır ki, şahid həmin sübutların onun dediklərinin təsdiqi üçün üçun məhkəməyə nümayiş etdirmək üçün və hakimdə daxili inam formalaşması üçün təqdim etmək istəmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh2 MMC-nin nümayəndəsi vəkil Nərgiz Sərdarzadə bildirmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə qarşı da eyni xarakterli hərəkətlər edilmiş, bir neçə dəfə borc müqavilələri adı ilə Cavabdeh2 MMC-nin hesabına köçürülən pul vəsaitləri dərhal geri qaytarılmışdır. Məhz bu səbəbdən “Meligro Dizayn" MMC-nin düşdüyü vəziyyətə onlar düşməmişlər. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh tərəfdən sübutların təqdim edilməsi və şahidlərin çağırılmasına dair vəsatətdə, Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasında baş verənlərin șahidi olmuş ümumi tanışların mövcudluğundan bəhs edilərək, həmin şəxslərin verdiyi məlumatların da həqiqətin ortaya çıxmasında və məhkəməyə sədrlik edən hakimdə daxili inamın formalaşmasında vacib rol oynaya biləcəyi gõstərilsə də, məhkəmə tərəfindən vəsatət təmin olunmamışdır. Halbuki, iş üzrə həqiqətin müəyyən edilərək işin düzgün həll olunmasını təmin etmək üçün məhkəmə adları çəkilən şahidlərin dindirilmələrini təmin etməklə işə obyektiv yanaşdığını və gələcəkdə əsaslı məhkəmə aktının qəbul olunacağına əsas vermiş olardı. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 19660 manat, xx.xx.2023-cü il tarixdə 61945 manat, xx.xx.2023-cü il tarixdə 48531 manat və xx.xx.2023-cü il tarixdə 100000 manat olmaqla, ümumillikdə 230136 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitlərdən 19669 manat, 48531 manat və 100000 manat olmaqla, cəmi 168191 manat pul vəsaiti 24 nömrəli müqavilə üzrə, 61945 manat pul vəsaiti isə 25 nömrəli müqavilə üzrə köçürülmüşdür. Göründüyü kimi, hər iki müqavilə üzrə borc verən öhdəliyini tam yerinə yetirməmişdir. Bundan əlavə, xx.xx.2024cü iİ tarixli ödəniş qəbzindən görünür ki, borc alan tərəfindən 50000 manat pul vəsaiti borc verənə qaytarılmışdır. Müqavilələrin 1.1-ci maddəsində göstərilir ki, borc verən pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədi ilə verilir. Halbuki, borc alan Cavabdeh1 MMC-nin həmin dövrdə borcu olmamışdır. Bu hal onu göstərir ki, müqavilə formal olaraq tərtib edilmişdir və orada qeyd olunanlar həqiqəti əks etdirmir. Müqavilələr əsasında sonuncu köçürülmə xx.xx.2023-cü il tarixində baş vermişdir. Borcun qaytarılması isə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Əgər həqiqətən müqavilə əsasında köçürülən vəsait borc kimi alınmışdırsa, təxminən 3 ay bir neçə gün sonra borcun bir qisminin geri qaytarılması inandırıcı olmamaqla yanaşı, həqiqəti əks etdirmədiyi asanlıqla başa düşülür. Borc verən müqavilə öhdəliyinə əsasən borc məbləğini köçürməmiş, borc alan məbləğin geri qaytarılmasına başlayır, halbuki, müqaviləyə əsasən alınmış borc məbləğinin geri qaytarılması tarixi xx.xx.2024-cü il kimi müəyyən edilmişdir. Bu hal da müqavilələrin formal bağlandığından, mahiyyətinin həqiqəti əks etdirmədiyindən xəbər verir. Hər iki müqavilənin müddəti bitməməsinə baxmayaraq məhkəmə baxışının predmeti olmuşlar. İddiaçı tərəf bunu onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə2 prokurorluq-polisə Qanuni nümayəndə1 şikayət etdiyi üçün o qənaətə gəlmişlər ki, Qanuni nümayəndə2 müqavilə öhdəliklərini yerinə yetirməyəcəkdir. Bu halla bağlı qeyd edilməlidir ki, Qanuni nümayəndə2 polisə etdiyi șikayətdə göstərilən məbləğlərin müqavilədə nəzərdə tutulan məbləğlərlə heç bir əlaqəsi yoxdur, orada göstərilən 23900 manat torpaq sahəsinə görə, 28300 manat gömrük ödənişlərinə görə nağd olaraq Qanuni nümayəndə1 verilmiş məbləğlərdir. Göründüyü kimi, məhkəmə bu xüsusatları diqqətdən qaçırmış, xitam verilməmiş müqavilələr üzrə pul məbləğlərinin tutulmasına dair iddianı icraatına qəbul etmişdir. İş materiallarına əlavə olunmuş “Cinayat işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, Qanuni nümayəndə1 oglu Qanuni nümayəndə2 iki hal ilə bağlı aldatma yolu ilə almış olduğu pulları qaytarmayaq ələ keçirmişdir, yəni onun əməlində dələduzluq cinayətinin əlamətləri vardır və həmin xüsusatla bağlı barəsində cinayət təqibi aparılır.
14. Birləşdirilmiş iş üzrə Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
16. Məhkəmə, iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia ərizəsini, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsini, tərəflərin verdiyi etirazları və məhkəmə çıxışlarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddiası qismən təmin edilməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası təmin edilməməlidir.
17. Belə ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 11 iyul 2023-cü il tarixli, 24 nömrəli borc müqavilləsinin 1.1-ci bəndinə əsasən borc verən 200000 (iki yüz min) pul vəsaitini borc alana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir, borc alan isə borcunnu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür.
18. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş pul vəsaitini faizsiz borc kimi borc alana verir.
19. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc məbləğinin verilməsi anı, həmin məbləğin borc alanın bank hesabına köçürüldüyü və nağd qaydada kassasına verildiyi an hesab edilir.
20. Borc müqaviləsinin 1.4-cü bəndinə görə borc verən borc vəsaitini həm AZN valyutasında, həm günün məzənnəsinə uyğun olaraq 200000 AZN borc məbləğinin ekvivalenti qədər xarici valyutada da borc verə bilər.
21. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borc alan borc məbləğini «31» dekabr 2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür.
22. Borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, 25 nömrəli borc müqavilləsinin 1.1-ci bəndinə əsasən borc verən 70 000 (yetmiş min) pul vəsaitini borc alana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir, borc alan isə borcunnu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür.
23. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş pul vəsaitini faizsiz borc kimi borc alana verir.
24. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc məbləğinin verilməsi anı, həmin məbləğin borc alanın bank hesabına köçürüldüyü və nağd qaydada kassasına verildiyi an hesab edilir.
25. Borc müqaviləsinin 1.4-cü bəndinə görə borc verən borc vəsaitini həm AZN valyutasında, həm günün məzənnəsinə uyğun olaraq 70000 AZN borc məbləğinin ekvivalenti qədər xarici valyutada da borc verə bilər.
26. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən borc alan borc məbləğini «31» dekabr 2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür.
27. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 bank hesabına 11 iyul 2023-cü il tarixli, 24 nömrəli borc müqaviləsinə 12 iyul 2023-cü il tarixdə 19660 manat, 13 sentyabr 2023-cü il tarixdə 48531 manat, 22 sentyabr 2023-cü il tarixdə 100000 manat məbləğində, 12 sentyabr 2023-cü il tarixli, 25 nömrəli borc müqaviləsinə əsasən 12 sentyabr 2023-cü il tarixdə 61945 manat məbləğində olmaqla, ümumilikdə 230136 manat məbləğində ödəniş olunmuşdur.
28. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı bank hesabına 11 iyul 2023-cü il tarixli, 24 nömrəli borc müqaviləsi üzrə 50000 manat məbləğində ödəniş olunmuşdur.
29. İş materiallarında olan birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbi ilə bağlı məhkəməyə təqdim edilmiş İddiaçı nümayəndəsi Qanuni nümayəndə1 ilə Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə2 arasında arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalardan görünür ki, Qanuni nümayəndə1 13 sentyabr 2023-cü il tarixə olan 140000 manat məbləğində borcunun bağlandığı qeydi aparılmışdır.
30. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən İddiaçınə 59778,8 manat dəyərində malların verilməsi ilə bağlı 21 dekabr 2023-cü il tarixli EBDV seriyalı, 689750 nömrəli elektron qaimədən təqdim edilmişdir.
31. İş materiallarından görünür ki, Qanuni nümayəndə2 17 sentyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Prokurorluğuna təqdim etdiyi ərizə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsində verdiyi izahatında bildirmişdir ki, Qanuni nümayəndə1 uzun illərdir ki, tanıyır və onunla biznes münasibəti olmuşdur. 2023-cü ilin təxminən martaprel aylarında Qanuni nümayəndə1 ondan 23000 manat borc almış, 2023-cü ilin sentyabr ayında Qanuni nümayəndə1 borcunu qaytara bilməməsini, həmin borcun qarşılığında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini ona verə biləcəyini bildirmişdir. Bunda sonra Qanuni nümayəndə2 tanışı X3 ilə gedib qeyd olanan torpaq sahəsinə baxmış, lakin sonra Qanuni nümayəndə1 qeyd olunan torpaq sahəsini onun adına rəsmiləşdirməmişdir. Bundan sonra Qanuni nümayəndə1 yaranmış etibardan istifadə edərək xarici ölkədən Azərbaycan Respublikasına avtomobil təkərləri gətirdiyini, gömrükdən həmin məhsulları keçirtmək üçün 29000 manat pul lazım olduğunu bildirmiş, xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə2 Sumqayıt şəhəri, 5-ci mkr ərazisndə yerləşən ofisində Qanuni nümayəndə1 28378 manat borc pul vermişdir. Bundan sonrakı dövrlərdə Qanuni nümayəndə1 ona vəd etdiyi torpaq sahəsini verməmiş və gömrük sənədləşməsi üçün aldığı vəsaiti geri qaytarmaqdan imtina etmişdir. O, Qanuni nümayəndə1 23900 manat pulu ünvan 1 ünvanında yaşadığı evin həyətində, xx.xx.2024-cü il tarixdə isə 28378 manat pulu isə Sumqayıt şəhəri, 5-ci mkr ərazisində ona məxsus "xxxx" MMC-nin ofisində vermişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona ümumilikdə 52278 manat maddi ziyan dəymişdir.
32. İş materiallarından görünür ki, Qanuni nümayəndə1 Qanuni nümayəndə2 17 sentyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Prokurorluğuna təqdim etdiyi ərizə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsində verdiyi izahatında bildirmişdir ki, Qanuni nümayəndə2 təxminən 10 ildən çox müddətdir ki, tanıyır, onunla həm dostluq, həm də biznes münasibətləri olmuşdur. O, Qanuni nümayəndə2 ilə birlikdə müxtəlif xarici ölkələrdən Azərbaycan Respublikasına avtomobil təkərləri idxal etmişdir. 2023-cü ilin iyul ayında Qanuni nümayəndə2 ticarət dövriyyəsini artırmaq üçün ondan 200000 manat borc pul istəmişdir. O, həmin zaman Qanuni nümayəndə2la dostluq münasibətində olduğu üçün ona pul verməkdə tərəddüd etməmiş və istədiyi miqdarda pulu ona verə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə direktoru olduğu “Süleymanoğlu Group" MMC ilə Qanuni nümayəndə2 direktoru olduğu Cavabdeh1 MMC arasında rəsmi borc müqaviləsi imzalanmış və 2024-ci ilin iyul ayından sentyabr ayına qədər olan vaxt müddətində o, bank vasitəsi ilə Qanuni nümayəndə2 direktoru olduğu Cavabdeh1 MMC-nin bank hesabına 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul köçürmüşdür. Aralarında bağlanmış rəsmi müqaviləyə əsasən Qanuni nümayəndə2 ona olan borcunu xx.xx.2024cü il tarixədək ödəməli idi. xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə2 ona olan borcundan 50000 manatını qaytarmış, hal-hazırda ona 180136 manat borcu qalmışdır. O, Qanuni nümayəndə2 adına olan torpaq sahəsini onun adına keçirəcəyini vəd edərək 23900 manat pul almamış, ondan gömrük xərclərini ödəmək üçün 28378 manat pul istəməmiş və almamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən Qanuni nümayəndə2 ona olan 230136 manat borcunu 2024-cü ilin yanvar ayında qaytarmalı idi. Buna baxmayaraq Qanuni nümayəndə2 söz verdiyi vaxtda ona olan borcunun sadəcə olaraq 50000 manatını qaytarmış, qalan 180136 manat borcunu isə 2024-cü ilin may ayında qaytaracağını vəd etsə də, hal-hazıra qədər qaytarmamışdır. Təxminən 2023-cü ilin mayiyun ayında o, Abşeron rayonu Mehri- qəsəbəsində 3 sot torpaq sahəsi almış, aralarında baş vermiş söhbət zamanı o, torpaq sahəsi aldığını bildirdikdə Qanuni nümayəndə2 Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən Hüseyn adlı şəxsin dostu olduğunu bildirmiş və onun üçün həmin torpağa layihə çəkdirə biləcəyini qeyd etmişdir. Bundan sonra o, torpağımın sənədlərini Hüseyn adlı şəxsə vermiş və Hüseyn sonra ona sənədləri Natiqə verdiyini bildirmişdir. Qanuni nümayəndə2 ilə həmin vaxt münasibətləri yaxşı olduğu üçün o, torpaq sahəmin sənədlərinin Qanuni nümayəndə2 qalmasına etiraz etməmişdir. Qanuni nümayəndə2 ona olan borcunu ödəməkdən boyun qaçırmaq məqsədi ilə əsassız şikayət etmişdir.
33. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də gömrük işləri üzrə mütəxəssis olaraq işləyir və Qanuni nümayəndə2 onun qohumudur. Ə.Asifi isə təxminən 2017-ci ildən tanıyır. Tərəflər arasında yaxın dostluq və işgüzar münasibətlər olub. Həm birlikdə, həm də ayrı-ayrılıqda təkər biznesi ilə məşğul olublar. Təxminən 1 il əvvəl tərəflər arasında borc müqaviləsi bağlanıb. 230000 manat pul vəsaitinin 50000 manatı "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə qaytarılıb. Qalan məbləği isə Qanuni nümayəndə2 hissə-hissə Qanuni nümayəndə1 geri qaytarıb. O, Qanuni nümayəndə2 pulu Qanuni nümayəndə1 aparacağını dediyinin şahidi olub. Qanuni nümayəndə2 180000 manat pul vəsaitini "xxxx" MMC-nin ofisində, və yaxud da Corat qəsəbəsində hissə-hissə qaytarıb. Qanuni nümayəndə2 "xxxx" MMC-nin ofisinə hissəhissə pullar gətirib. Ona sual verdikdə həmin pulları İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 borc müqaviləsi əsasında qaytardığını bildirib. Bir dəfə Qanuni nümayəndə2 30000 manat məbləği ofisə gətirərək Qanuni nümayəndə1 verəcəyini bildirib. Bundan başqa maddi vəziyyəti yaxşı olmadığına görə Qanuni nümayəndə1 "xxxx" MMC-nin ofisinə gəlmiş və Qanuni nümayəndə2 ona pul ayımışdır. Belə ki, Qanuni nümayəndə1 malları (təkər) olan iki konteynerdən birinin ödənişi "xxxx" MMC-nin hesabından ödənilmiş, ikincinin pulu isə Qanuni nümayəndə2 tərəfindən nağd formada ödənilmişdir. Həmin vaxt Qanuni nümayəndə1 borcları olub. O, Qanuni nümayəndə2 hesabında pul olduğunu, lakin nağdlaşdıra bilmədiyini demiş, buna görə də İddiaçı MMC-dən Cavabdeh1 MMC-nin hesabına pul köçürülmüş və "xxxx" MMC tərəfindən hissə-hissə onlara geri qaytarılmışdır. Şahid2 həmçinin qeyd etmişdir ki, onun yanında Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 pul qaytarılmasa da, Qanuni nümayəndə2 pulu Ə.Asifə verəcəyini dediyinin şahidi olmuşdur. İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə rəsmi formada borcu olması barədə məlumatı yoxdur.
34. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, 2018-ci ildən Cavabdeh1 MMC-də işləyir, təxminən 2019-cu ilin sonlarından Qanuni nümayəndə1 tanıyır. Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 dost və partnyor olublar. Qanuni nümayəndə1 avtomobil təkəri biznesi ilə məşğul olub, Qanuni nümayəndə2 Ə.Asifə təkər gətirməsi üçün kömək edib. Təqribən 2023-cü ildə yay aylarında Qanuni nümayəndə2 ona və Şahid1 zəng edərək borc müqaviləsi hazırlamaqlarını istəyib. Qanuni nümayəndə1 direktoru olduğu İddiaçı MMC Cavabdeh1 MMC-yə təyinatı borc olmaqla pul köçürməli idi. Şahid1 və o, borc müqaviləsini hazırlamış və pul da köçürülmüşdür. Daha sonra o, Qanuni nümayəndə2 bunun səbəbini soruşanda sonuncu Qanuni nümayəndə1 pula ehtiyacı olduğunu və 230000 manat istədiyini deyib. Sonuncu köçürmə 2023-cü ilin sentyabr ayında olub və İddiaçı MMC Cavabdeh1 MMC-yə köçürmə edib. O, 2023-cü ilin oktyabr ayında bir gün Qanuni nümayəndə2 ofisdə pul saydığını görüb pulu nə üçün saydığını soruşanda sonuncu 180000 manatı Qanuni nümayəndə1 qaytaracağını deyib. Həmin vaxt Qanuni nümayəndə1 də ofisdə olub. "xxxx" MMC-nin hesabına 230000 manat köçürüldüyünü bildirdikdə Qanuni nümayəndə2 ona 50000 manat pul vəsaitini hesabdan qaytaracağını deyib. 2024-cü ilin yanvar ayında "xxxx" MMC tərəfindən 50000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına qaytarılıb, Qanuni nümayəndə2 bunun səbəbini soruşduqda Qanuni nümayəndə1 180 min manatın kifayət etdiyini deyib. Keçən il Qanuni nümayəndə1 bir neçə dəfə ofisə gələrək Qanuni nümayəndə2 gömrük ödənişləri üçün kömək istəyib. Qanuni nümayəndə1 56000 manat pul vəsaitinə ehtiyacı olun. Gömrük xərcləri üçün Şahid1 "xxxx" MMC-yə 28000 manat pul vəsaitini Cavabdeh1 MMC-nin kartından ödəyib. Qalan hissəsini isə Qanuni nümayəndə2 Qanuni nümayəndə1 nağd formada verib. Bundan başqa X2 borc müqavilələrində nəzərdə tutulan məbləğləri xatırlamadığını, 180000 manat pul vəsaitinin Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 qaytarılarkən görmədiyini qeyd etmişdir.
35. Məhkəmə iclasında şahid qismində didirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2018-ci ildən Cavabdeh1 MMC-də işləyir. Qanuni nümayəndə1 həmin vaxtdan tanıyır. Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 arasında dostluq münasibəti olub. Bir dəfə Qanuni nümayəndə1 axşam saatlarında ona zəng edərək borc müqaviləsi yazmağını istəyib. O, səhər saatlarında müqaviləni tərtib edib elektron poçt və “whatsapp” mobil tətbiqi vasitəsilə Qanuni nümayəndə1 göndərib. Sonuncu da müqaviləni imzalayıb Cavabdeh1nə göndərib. 180000 manatı Qanuni nümayəndə2 onun, İsfəndiyar Əliyevin, Qanuni nümayəndə3 və Şahid2 yanında günün 2-ci yarısında Qanuni nümayəndə1 qaytarıb. Qanuni nümayəndə1 təkər biznesi ilə məşğul olub və həmin ərəfədə nağd pula ehtiyacı olduğunu deyib. Cavabdeh1 MMC-nin dövriyyəsi çox olduğu üçün 180000 manat pul vəsaitini Qanuni nümayəndə2 nağd formada Qanuni nümayəndə1 verib. Qanuni nümayəndə1 cəmi 180 min manata ehtiyacı olduğu üçün İddiaçı köçürdüyü 230000 manatın 50000 manatı İddiaçı MMC-nin hesabına qaytarılmışdır. 180000 manat pul vəsaitini Qanuni nümayəndə2 Qanuni nümayəndə1 müqavilə bağlanan gün, günün 2-ci yarısında kassa aparatında sayaraq verib. Aparat hal-hazırda vergi orqanında yoxlamadadır. 30000 manatı ofisdə Şahid2 gətirib. O, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 180000 manat verdiyini görüb. Bundan başqa Şahid1 ifadəsində qeyd etmişdir ki, Cavabdeh1 MMC Qanuni nümayəndə1 konteynerlərini gömrük məntəqəsindən çıxarması üçün "xxxx" Group MMC-yə hər konteynerə görə 28300 manat ödəniş edib. Birinci konteyner üçün biznes kartı ilə, ikinci üçün isə nağd formada ödəniş edilib.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
41. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
42. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
43. Mülki Məcəllənin 739.4-cü maddəsinə görə borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.
44. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
45. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
Məhkəmənin mövqeyi:
46. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında 11 iyul 2023-cü il tarixli, 24 nömrəli və 12 sentyabr 2023-cü il tarixli, 25 nömrəli borc müqavilələri bağlanmış, həmin müqavilələr əsasında İddiaçı tərəfindən Cavabdeh1nə bank köçürmə yolu ilə ümümilikdə 230136 (iki yüz otuz min yüz otuz altı) manat məbləğində borc verilmişdir. Cavabdeh1 həmin borcdan 50000 (əlli min) manatını İddiaçınə ödəsə də, borcun qalan hissəsini borcverənə qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 və qanuni təmsilçisi Qanuni nümayəndə2 iddia tələbini qəbul etməyərək Qanuni nümayəndə1 Qanuni nümayəndə2la olan dostluq münasibətlərindən istifadə edərək ona lazım olan 180000 manat məbləğində pul vəsaitini nağdlaşdırmaq məsqədi ilə borc müqaviləsi bağlamağı təklif etdiyini, İddiaçı hesabından Cavabdeh1 hesabına köçürülmüş 230136 manat məbləğində pul vəsaitinin 50000 manatının köçürmə yolu ilə İddiaçı hesabına, 180000 manatının isə nağd qaydada Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 şəxsən qaytarıldığını bildirsələr də, 180000 manat məbləğində pul vəsaitinin İddiaçınə qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin ifadələri də 180000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə qaytarılmasının təsdiqi kimi qiymətləndiril bilməz. Çünki, həmin şəxslərin Qanuni nümayəndə1 ona lazım olan pul vəsaitini nağdlaşdırmaq məqsədi ilə Qanuni nümayəndə2 müraciət etməsi və borc müqavilələri bağlandıqdan sonra Cavabdeh1 hesabına köçürülmüş 180000 manat məbləğində pul vəsaitinin Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 qaytarılması barədə ifadələrində ziddiyyətli məqamlar ortaya çıxmışdır. Belə ki, Qanuni nümayəndə2 məhkəmə iclasında həmin pul vəsaitini birdəfəyə Qanuni nümayəndə1 təqdim etdiyini bildirmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Qanuni nümayəndə2 180000 manat məbləğində pul vəsaitini onun özünün, X1, Qanuni nümayəndə3 və Şahid2 yanında qaytardığını, Şahid2 ifadəsində 180000 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə hissə-hissə qaytarıldığını, X2 isə ifadəsində 180000 manat məbləğində pul vəsaitininin Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 qaytarıldığını, lakin pulun qaytarılmasını görmədiyini bildirmişdir.
47. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutulması hissəsində əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir.
48. İddia tələbinin 471 (dörd yüz yetmiş bir) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh1ndən iddia tələbinə uyğun hesablanmış 470,14 (dörd yüz yetmiş manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir.
49. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.
50. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı 279535 manat məbləğində borcun tutulması tələbi ilə bağlı qeyd edir ki, həmin tələb bir neçə hissədən ibarətdir: təkər idxalı ilə bağlı yaranmış 140000 manat borc; "xxxx" MMCnin yük konteynerlərinin gömrük rüsumlarının ödənilməsi üçün verilmiş 56756 manat borc; torpaq satmaq vədi ilə alınmış 23000 manat məbləğində pul vəsaiti və "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə malların verilməsi ilə bağlı yaranmış 59779 manat məbləğində borc.
51. Məhkəmə tələbin İddiaçındən 140000 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalarda Qanuni nümayəndə1 13 sentyabr 2023-cü il tarixə olan 140000 manat məbləğində borcunun bağlandığı qeydi aparılmış, eyni zamanda məhkəmə iclasında Qanuni nümayəndə2 həmin borcun bağlandığını etiraf etmişdir.
52. Bundan başqa Cavabdeh1 İddiaçınə məxsus 2 ədəd yük konteynerinin hər biri üçün 28378 manat məbləğində gömrük rüsumu olaraq ödənilmiş ümumilikdə 56756 manat məbləğində borcun İddiaçındən tutulmasını xahiş etsə də, məhkəməyə həmin tələbi təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir.
53. Həmçinin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsində cavabdeh İddiaçındən 23000 manat mbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Həmin tələb 2023-cü ilin sentyabr ayında Qanuni nümayəndə1 Abşeron rayonu ərazisində onun adına olan torpaq sahəsini Qanuni nümayəndə2 satmaq adı ilə sonuncudan 23900 manat nağd pul alması, lakin sonradan torpağa dair sənədləşməni etmədiyi və aldığı pulu geri qaytarmadığı ilə əsaslandırılsa da, iddia tələbinin həmin hissəsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
54. Bundan əlavə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsində malların göndərilməsi ilə bağlı yaranmış 59779 manat məbləğində borcun İddiaçındən tutulması xahiş olunmuş, bununla bağlı məhkəməyə yalnız 21 dekabr 2023-cü il tarixli EBDV seriyalı, 689750 nömrəli elektron qaimə təqdim edilmişdir. Lakin həmin malların İddiaçı tərəfindən alınmasına dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Buna görə də məhkəmə hesb edir ki, iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
55. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2ndən dəymiş maddi və mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 xeyrinə tutulması tələbinə münasibətdə hesab edir ki, məhkəmə araşdırması zamanı əsaslılığı müəyyən olunmadığından iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.
56. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 İddiaçı təsisçisi və direktoru Qanuni nümayəndə1 əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora məlumat verilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin tələbin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.
57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
61. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
62. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddaçı İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1ndən 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində borc və 470,14 (dörd yüz yetmiş manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180606,14 (yüz səksən min altı yüz altı manat on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası təmin edilməməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1ndən 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində borc və 470,14 (dörd yüz yetmiş manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180606,14 (yüz səksən min altı yüz altı manat on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri birləşdirilmiş iş üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev