Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1286/2024 14.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X2rşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X2rşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X4 balansında olan üç avtomobilin təmirinə görə ödənilməli olan 10243,6 (on min iki yüz qırx üç manat 60 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pulun cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X3 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 14 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına İddiaçı və onun nümayəndəsi Nümayəndə gəlmiş olsalar da, iş üzrə keçirilən məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 nümayəndəsi isə məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiklərini bildirib, işin məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X2rşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-1286/2024 nömrəli iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, hazırkı mübahisə - cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 məxsus avtomobillərə İddiaçı tərəfindən təmir xidmətlərinin göstərilməsi ilə bağlı hesablanmış pulun ödənilməsi ilə əlaqədar mübahisədir və bu tələb üzrə iddiaçı tərəfindən məhkəməyə yalnız cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 işçiləri tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixli Qüsur Aktı və UAZ-3962 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmiş xidmətlər barədə 14 aprel 2021-ci il tarixli hesabat, 06 may 2021-ci il tarixli Qüsur Aktı və UAZ-3962 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmiş xidmətlər barədə 07 may 2021-ci il tarixli hesabat və 08 avqust 2021-ci il tarixli Qüsur Aktı və QAZ-3221 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmiş xidmətlər barədə 09 avqust 2021-ci il tarixli hesabat təqdim olunmuşdur. Lakin, iş materialları ilə müəyyən olunmuşdur ki, 03 fevral 2021-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** saylı X1 Nömrəsi (VÖEN) verilməklə, İddiaçı 03 fevral 2021-ci ildə vergi ödəyicisi olaraq qeydə alınmış olsa da, 24 fevral 2021-ci il tarixli ərizəsinə əsasən onun 24 fevral 2021-ci il tarixdən 24 fevral 2026-cı il tarixədək sahibkarlıq fəaliyyətinin dayandırılması Vergi Orqanı tərəfindən təmin edilmişdir. Bu halda isə, hazırkı tələb üzrə mübahisənin bilavasitə iddiaçı və cavabdeh arasında mövcud olmuş sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlər üzrə yaranan kommersiya mübahisəsi olması iş materialları ilə təsdiq olunmur. Çünki, iddiaçı tərəfin sahibkarlıq fəaliyyətinin dayandırılmış olduğu dövrdə, yəni 13 aprel 2021-ci ildə, 06 may 2021-ci ildə və 08 avqust 2021-ci ildə göstərilmiş olan və pulunun ödənilməsi tələb olunan xidmətlə əlaqədar tərəflər arasında heç bir Müqavilə imzalanmamış və eləcə də, xidməti göstərmiş İddiaçı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qaydada cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 hər hansı bir elektron qaimə (qaimələr) də təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Vergi Qanunvericiliyinin tələbləri baxımından vergi ödəyicisi sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətini bərpa etmədən sahibkarlıq fəaliyyəti üzrə əməliyyatlar edə bilməz və dayandırılma dövründə müvafiq qaydada bəyannamə təqdim etmədən belə fəaliyyətin davam edilməsi müvafiq məsuliyyət yaradır. Eyni zamanda, sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə vergi ödəyicisinin faktiki olaraq sahibkarlıq fəaliyyəti göstərməsi müəyyən edildikdə, vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi də tələb olunur. Göründüyü kimi, İddiaçı cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X2rşı “pul tələbi” barədə iddia ərizəsinə dair iş - fiziki şəxs tərəfindən cavabdeh qismində hazırkı tələbin yönəldiyi X7 göstərilmiş avtomobil təmir xidməti üzrə ödənilməyən borcun tutulması ilə əlaqədar yaranmış mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması iş materialları ilə təsdiq edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci və 12-ci bəndlərində məhkəmələrə izah edilir ki, Mülki- Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd). Həmin Qərarın 13-cü bəndində isə qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Həmin Qərarın 21-ci bəndində isə qeyd edilir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və X8lərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “X8lər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyrihökumət təşkilatları və X8lərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Həmin Qərarın 22-ci bəndində isə qeyd edilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, X8lərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı - mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndində isə qeyd edilir ki, qeyri-kommersiya qurumlarının, X8lərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, X8lərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Həmin Qərarın 28-ci bəndində məhkəmələrə izah edilir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (X1 nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin "Hüquq münasibətinin xarakteri" bölməsində qeyd olunur ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Beləliklə də, təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasındakı yaranmış mübahisəyə mülki iş üzrə mübahisə predmetinin, yəni mülki xarakterli podrat münasibətlərindən irəli gələn hüquq üzrə pulun tələb olunmasının – hazırkı iş üzrə iddiaçı (xidmətlərin göstərildiyi vaxt sahibkarlıq fəaliyyəti dayandırılmış fiziki şəxs) və cavabdeh (X8) arasında qarşılıqlı sahibkarlıq fəaliyyəti əsasında yaranmış kommersiya mübahisəsi kimi qəbul edilərək Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı deyildir. Çünki, cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X2rşı yaranmış mübahisə ilə əlaqədar iddia qaldırmış İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması müvafiq qaydada qeydiyyatdan keçməsinə baxmayaraq, məlum iddia tələbinin əsaslandırıldığı xidmətlərin göstərildiyi dövrdə fərdi sahibkarlıq fəaliyyəti dayandırılmış olan iddiaçının - həmin xidməti cavabdeh X7 sahibkarlıq fəaliyyəti ilə əlaqədar göstərməsi təsdiq olunmur. Ona görə də, İddiaçı cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X2rşı “pul tələbi” barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində deyil, həmin cavabdehin rəsmi qeydiyyatı nəzərə alınmaqla, Qusar Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, tərəflər hazırkı qərardaddan şikayət verəcəyi təqdirdə, aşağıda təsvir olunan hüquq normalarının tələblərini də nəzərə almalıdırlar: - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2), əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X2rşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-1286/2024 nömrəli iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1286/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1286/2024
14.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver