Məhkəmə qərarları › İş №e-2-2(119)-1291/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1291/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1291/2024 14.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdehn nümayəndəsi Seyfullayev Bahadur Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 14 avqust 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına Cavabdehn nümayəndəsi X1 gəlmiş olsa da, iş üzrə təyin olunmuş məhkəmə hazırlıq iclaslarının, yəni 05 avqust 2024-cü il tarixinə və 14 avqust 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə hazırlıq iclaslarına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasına gəlmiş Cavabdehn nümayəndəsi X1 isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddiaçı tərəf məhkəmə hazırlıq iclasına təkrarən gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, kommersiya işi üzrə iddiaçı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına təkrarən gəlmədiyinə, cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə - İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə - onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə - bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmçinin, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanıldığından, həmin iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da ona geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunan iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası ilə müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 15 iyul 2024-cü il tarixli ********** №-li Ödəniş Qəbzinə əsasən 30 (otuz) manat məbləğində dövlət rüsumu “Paysis Ödəniş sistemi” vasitəsilə 15 iyul 2024-cü ildə Dövlət Büdcəsinə (Sumqayıt Kommersiya Məhkəməsi üçün) ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə 15 iyul 2024-cü il tarixli ********** nömrəli Ödəniş Qəbzinə əsasən “Paysis Ödəniş sistemi” sistemi vasitəsilə Dövlət Büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 15 iyul 2024-cü il, saat 15:19:56; Sumqayıt Kommersiya Məhkəməsi üçün) - həmin ödənişi etmiş İddiaçınə qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar