Məhkəmə qərarları › İş №e-2-2(119)-1292/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1292/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1292/2025 16.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22 yanvar 2024-cü il tarixli 011R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 4310,44 (dörd min üç yüz on manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 240,38 (iki yüz qırx manat otuz səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 77,95 (yetmiş yeddi manat doxsan beş qəpik) manat məbləğində cərimə, 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2647,82 (iki min altı yüz qırx yeddi manat səksən iki qəpik) manat məbləğində əsas bоrc, 155,6 (yüz əlli beş manat altmış qəpik) manat məbləğində faiz bоrcu və 56,08 (əlli altı manat səkkiz qəpik) manat məbləğində cərimə, 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 4626,83 (dörd min altı yüz iyirmi altı manat səksən üç qəpik) manat məbləğində əsas bоrc, 70,94 (yetmiş manat doxsan dörd qəpik) manat məbləğində faiz bоrcu olmaqla, üç kredit razılaşması üzrə cəmi 12186,04 (on iki min yüz səksən altı dörd qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126,6 (yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 22 yanvar 2024cü il tarixli 011L**********17 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 22 yanvar 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu borcu 22 yanvar 2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 5689,56 manat ödəmiş, onun 4310,44 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19 may 2025-ci il tarixə 117 gün üçün hesablanmış faiz borcu 240,38 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 19 may 2025-ci il tarixə 117 gün üçün hеsablanmış cərimə 77,95 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu borcu 11 fevral 2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 2352,18 manat ödəmiş, onun 2647,82 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19 may 2025-ci il tarixə 97 gün üçün hesablanmış faiz borcu 155,6 manat, cərimə 56,08 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsiəsasında Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 25 oktyabr 2024-cü il tarixli 011R********** kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 26 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5700 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu borcu 11 fevral 2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1073,17 manat ödəmiş, onun 4626,83 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19 may 2025-ci il tarixə 8 gün üçün hesablanmış faiz borcu 70,94 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 29 iyul 2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 11 iyul 2024cü il tarixli 011R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2366,82 (iki min üç yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində əsas bоrc, 204,98 (iki yüz dörd manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 92,83 (doxsan iki manat səksən üç qəpik) manat məbləğində cərimə, 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 4440,42 (dörd min dörd yüz qırx manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 173,9 (yüz yetmiş üç manat doxsan qəpik) manat məbləğində faiz bоrcu və 30,19 (otuz manat on doqquz qəpik) manat məbləğində cərimə olmaqla, iki kredit razılaşması üzrə cəmi 7309,14 (yeddi min üç yüz doqquz manat on dörd qəpik) məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126,6 (yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 15 oktyabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” Cavabdeh2 – “kredit alan”, Cavabdeh1 və Cavabdeh3– “zamin” olmaqla bağlanmış 22 yanvar 2024-cü il tarixli 011L**********17 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2– “kredit alan” olmaqla bağlanmış 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsinə əsasən bank məbləği 5000 (beş min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 % olmaqla 12 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ62ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 5000 (beş min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 11 iyul 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 19 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə 19 may 2025-ci il tarixinə 2647,82 (iki min altı yüz qırx yeddi manat səksən iki qəpik) manat məbləğində əsas bоrc, 155,6 (yüz əlli beş manat altmış qəpik) manat məbləğində faiz borcu və 56,08 (əlli altı manat səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2859,5 (iki min səkkiz yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 29 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə 29 iyul 2025-ci il tarixinə 2366,82 (iki min üç yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində əsas bоrc, 204,98 (iki yüz dörd manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu və 92,83 (doxsan iki manat səksən üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2664,63 (iki min altı yüz altmış dörd manat altmış üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə 01 oktyabr 2025-ci il tarixinə 1866,82 (min səkkiz yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində əsas bоrc, 295,05 (iki yüz doxsan beş manat beş qəpik) manat məbləğində faiz borcu və 121,03 (yüz iyirmi bir manat üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2282,9 (iki min iki yüz səksən manat doxsan qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 5700 (beş min yeddi yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 % olmaqla 26 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ62ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 5700 (beş min yeddi yüz) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan bağlanmış 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 25 dekabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 19 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 19 may 2025-ci il tarixinə 4626,83 (dörd min altı yüz iyirmi altı manat səksən üç qəpik) manat məbləğində əsas bоrc, 70,94 (yetmiş manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4697,77 (dörd min altı yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 29 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 29 iyul 2025-ci il tarixinə 4440,42 (dörd min dörd yüz qırx manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 173,9 (yüz yetmiş üç manat doxsan qəpik) manat məbləğində faiz borcu, 30,19 (otuz manat on doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4664,51 (dörd min altı yüz altmış dörd manat əlli bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 01 oktyabr 2025-ci il tarixinə 3940,42 (üç min doqquz yüz qırx manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 333,63 (üç yüz otuz üç manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 85,73 (səksən beş manat yetmiş üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4358,78 (dörd min üç yüz əlli doqquz manat yütmiş səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19 may 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilərək 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 19 may 2025-ci il tarixinə 2647,82 (iki min altı yüz qırx yeddi manat səksən iki qəpik) manat məbləğində əsas bоrc, 155,6 (yüz əlli beş manat altmış qəpik) manat məbləğində faiz borcu və 56,08 (əlli altı manat səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2859,5 (iki min səkkiz yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində borcun, 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 19 may 2025-ci il tarixinə 4626,83 (dörd min altı yüz iyirmi altı manat səksən üç qəpik) manat məbləğində əsas bоrc, 70,94 (yetmiş manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4697,77 (dörd min altı yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində borcun olduğu bildirilmiş, borcun 29 may 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 25 iyun 2025-ci il tarixində 281 manat və 10 sentyabr 2025-ci il tarixdə 500 manat ödəniş həyata keçirilmiş və həmin məbləğlər əsas borca silinmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 03 iyun 2025-ci il tarixində ödənilmiş 288 manat puldan 186,41 manat əsas borca, 94,59 manat faiz borcuna və 6,48 manat cərimə borcuna, 18 sentyabr 2025-ci il tarixdə ödənilmiş 500 manat isə əsas borca silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 22 yanvar 2024-cü il tarixli 011L**********17 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma və 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqavilələri üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin razılaşmalar üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 01 oktyabr 2025-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi nəzərə alınmalı, 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə 1866,82 (min səkkiz yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 29 iyul 2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 204,98 (iki yüz dörd manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun tam ödənilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19 may 2025-ci il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı, həmin razılaşma üzrə məktubda göstərilən 155,60 (yüz əlli beş manat altmış qəpik) manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin “11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 92,83 (doxsan iki manat səksən üç qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 4440,42 (dörd min dörd yüz qırx manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 173,9 (yüz yetmiş üç manat doxsan qəpik) manat məbləğində faiz bоrcu və 30,19 (otuz manat on doqquz qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulmasını xahiş edir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə 19 may 2025-ci il tarixli xəbərdarlıq məktublu göndərilərək 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 19 may 2025-ci il tarixinə 4626,83 (dörd min altı yüz iyirmi altı manat səksən üç qəpik) manat məbləğində əsas bоrcu və 70,94 (yetmiş manat doxsan dörd qəpik) manat məbləğində faiz borcunu qaytarmaları tələb olunmuşdur. Bundan sonra Cavabdeh2 tərəfindən həmin razılaşma üzrə 03 iyun 2025-ci il tarixində ödənilmiş 288 manat puldan 186,41 manat əsas borca, 94,59 manat faiz borcuna və 6,48 manat cərimə borcuna, 18 sentyabr 2025-ci il tarixdə ödənilmiş 500 manat isə əsas borca silinmişdir. Göründüyü kimi, xəbərdarlıq məktubu göndərildikdən sonra bank tərəfindən faiz borcu kredit razılaşmasındakı illik faiz dərəcəsi ilə hesablanmış və 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 03 iyun 2025-ci il tarixdə ödənilmiş 288 manatın 94,59 manat hissəsini faiz borcundan silmişdir. Buna görə iddia tələbi “4440,42 manat əsas borcun və 173,9 manat faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 0 (sıfır) məbləğində faiz borcu (xəbərdarlıq məktubunda göstərilmiş 70,94 manat faiz borcu – 94,59 manat = - 23,65 manat) və 3916,77 manat (xəbərdarlıq məktubunda göstərilmiş 4626,83 manat əsas borc - 186,41 manat - 23,65 manat - 500 manat = 3916,77 manat) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 30,19 manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 22 yanvar 2024-cü il tarixli 011L**********17 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh1 və Cavabdeh3 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin "cavabdehdəhlərdən müştərək qaydada 126,6 (yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 80,62 (səksən manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1866,82 (min səkkiz yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində əsas borc, 155,60 (yüz əlli beş manat altmış qəpik) manat məbləğində faiz borcu, 92,83 (doxsan iki manat səksən üç qəpik) manat məbləğində cərimə, 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3916,77 (üç min doqquz yüz on altı manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 30,19 (otuz manat on doqquz qəpik) manat məbləğində cərimə və 80,62 (səksən manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6142,83 (altı min yüz qırx iki manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11 iyul 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1866,82 (min səkkiz yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində əsas borc, 155,60 (yüz əlli beş manat altmış qəpik) manat məbləğində faiz borcu, 92,83 (doxsan iki manat səksən üç qəpik) manat məbləğində cərimə, 25 oktyabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3916,77 (üç min doqquz yüz on altı manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 30,19 (otuz manat on doqquz qəpik) manat məbləğində cərimə və 80,62 (səksən manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6142,83 (altı min yüz qırx iki manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar