Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-13/2025 13.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması və inşa edilmiş tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması və inşa edilmiş tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən zəbt olunmuş 1 ha torpaq sahəsini boşaldılması və cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş tikililərin cəmiyyətin öz hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 06 mart 2025-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə2 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi gəlməmişdir. 13 mart 2025-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi gəlməmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə2 iddiaçının nümayəndəsi məhkəmə baxış iclasına təkrar gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. - 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. - 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, iddia ərizəsini, iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, kommersiya işi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyəti lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə baxış iclaslarına gəlmədiklərindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması və inşa edilmiş tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2-2(119)- 1048/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertiza tərəfindən 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8701 nömrəli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyinə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması və inşa edilmiş tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X1 ödənilsin. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-13/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-13/2025
13.03.2025 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver