Məhkəmə qərarları › İş №e-2-2(119)-1316/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1316/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1316/2024 23.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 17 may 2023-cü il tarixli kredit razılaşması üzrə 34729,3 (otuz dörd min yeddi yüz iyirmi doqquz manat, otuz qəpik) manat məbləğində borc, 3587,56 (üç min beş yüz səksən yeddi manat, əlli altı qəpik) manat məbləğində faiz borcu, 789,11 (yeddi yüz səksən doqquz manat, on bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 39105,97 (otuz doqquz min yüz beş manat, doxsan yeddi qəpik) manat borcun, 25 iyun 2023-cü il tarixli kredit razılaşması üzrə 3866,75 (üç min səkkiz yüz altmış altı manat, yetmiş beş qəpik) manat məbləğində əsas borc, 248,69 (iki yüz qırx səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 90,49 (doxsan manat, qırx doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4205,93 (dörd min iki yüz beş manat doxsan üç qəpik) manat məbləğində borcun, ipoteka bildirişlərin qeydə alınması üçün ödənilmiş 65 (altmış beş) manat məbləğində rüsumun və 220 (iki yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən 55.5 kv.m olan 11 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə hərracda satılması və satışdan əldə edilmiş vəsait yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə tutulması, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin, həmçinin ipoteka predmetlərində qeydiyyatda olan və qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetlərindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli e-2-2(119)-1268/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci, 152.1.4-cü və 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. İddiaçı tərəfindən həmin qərardadda göstərilən nöqsanlardan biri “iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin o cümlədən cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlərin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılmasını təsdiq edən sənədin iş materiallarına əlavə edilməməsi” halı aradan qaldırılmış, sözügedən sənədlər iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim olunmuşdur. Lakin iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən həmin qərardadda göstərilən digər nöqsan – “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin 26 may 2023-cü il tarixli, SM6376 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka qoyan olan digər Cavabdeh2 çatdırılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməməsi halı” aradan qaldırılmamış və həmin sənəd hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Həmin qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3,Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar