Məhkəmə qərarları › İş №e-2-2(119)-1325/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1325/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1325/2022 28.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı, cavabdeh “Term” Kompaniyasının qanuni təmsilçisi X2 oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “Term” Kompaniyasına qarşı verilmiş “müqavilə müddətinin uzadılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Term” Kompaniyasına qarşı “müqavilə müddətinin uzadılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə 28 sentyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Term” Kompaniyasının qanuni təmsilçisi X1 iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən cavabdeh “Term” Kompaniyasına qarşı verilmiş “müqavilə müddətinin uzadılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı tərəfindən cavabdeh “Term” Kompaniyasına qarşı verilmiş “müqavilə müddətinin uzadılması” tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Term” Kompaniyasına qarşı verilmiş “müqavilə müddətinin uzadılması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar