Məhkəmə qərarları › İş №e-2-2(119)-1327/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1327/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1327/2023 25.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23937,89 manat əsas borc, 2998,09 manat faiz borcu və 261,08 manat cərimə borcu olmaqla, cəmi 27197,06 manat borcun və 205 manat mediasiya xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ilə və xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aylıq 1,83% olmaqla 24 ay müddətinə 28300 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. 2023-cü ilin iyunun 25-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23937,89 manat əsas borc, 2998,09 manat faiz borcu və 1044,32 manat cərimə borcu olmaqla, cəmi 27980,3 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1044,32 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 261,08 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti mübahisəni mediasiya vasitəsilə həll etmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 izahatlarında əsas borcu qəbul etmiş, faiz borcu tutularkən iddiaçı tərəfindən təqdim olunmuş 09 iyun 2023-cü il tarixə hesablanmış maliyyə arayışının nəzərə alınmasını və cərimənin azaldılmasına köməklik göstərilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 may 2021-ci il tarixli 22-MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kredit limiti üzrə faiz dərəcəsi 30 % olmaqla 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 17 may 2021ci il tarixli Z/01135/21 nömrəli zaminlik müqaviləsinə əsasən 17 may 2021-ci il tarixli 22- MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh3 öz üzərinə götürmüşdür. - 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşmaya (Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli əlavə) əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznes məqsədi ilə aylıq faiz dərəcəsi 1,83 %, FİFD 23,06 % olmaqla 24 ay müddətinə 28300 manat məbləğində kredit götürmüşdür. - 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsinə 21 yanvar 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 21 yanvar 2024-cü il müəyyən olunmuşdur. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsinə əsasən 17 may 2021-ci il tarixli 22-MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 17 may 2021ci il tarixli 22-MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə 21 yanvar 2022-ci il tarixli əlavə sazişə əsasən müqavilənin 10-cu bəndinə əlavə edilərək kredit limitinin təminatı kimi 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh1 tərəfindən verilən zaminlik (21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli müqavilə) göstərilmişdir. - 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsinə 31 avqust 2022-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 23937,89 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır. - 17 may 2021-ci il tarixli Z/01135/21 nömrəli zaminlik müqaviləsinə 31 avqust 2022ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 23937,89 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır. - 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsinə 31 avqust 2022-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 23937,89 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır. - 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsinə 31 avqust 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 30 aprel 2024-cü il müəyyən olunmuşdur. - İddia ərizəsi ilə birlikdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə 25 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23937,89 manat məbləğində əsas, 2998,09 manat məbləğində faiz və 1044,32 manat məbləğində cərimə borcu vardır. - 08 dekabr 2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə 09 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23937,89 manat məbləğində əsas, 2764,04 manat məbləğində faiz və 875,01 manat məbləğində cərimə borcu vardır. - Cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə 09 iyun 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 17 may 2021-ci il tarixli 22-MCR-1- 508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləni və 21 yanvar 2022-ci il tarixli 22- MCR-1-508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 23937,89 (iyirmi üç min doqquz yüz otuz yeddi manat səksən doqquz qəpik) manat əsas borc iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş 09 iyun 2023-cü il tarixə borcun hesablandığı maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, iddia tələbində iddiaçı tərəfindən “2998,09 manat məbləğində faiz bоrcunun“ tutulması tələb olunsa da, həmin maliyyə arayışında Cavabdeh1 21 yanvar 2022-ci il tarixli 22-MCR-1- 508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 09 iyun 2023-cü il tarixə kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2764,04 manat məbləğində faiz borcunun olması qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, 21 yanvar 2022-ci il tarixli 22-MCR- 1-508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 2764,04 (iki min yeddi yüz altmış dörd manat dörd qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 17 may 2021-ci il tarixli Z/01135/21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "261,08 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01602 nömrəli arayışından görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 23937,89 (iyirmi üç min doqquz yüz otuz yeddi manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 2764,04 (iki min yeddi yüz altmış dörd manat dörd qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 26901,93 (iyirmi altı min doqquz yüz bir manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 170,41 (yüz yetmiş manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 23937,89 (iyirmi üç min doqquz yüz otuz yeddi manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 2764,04 (iki min yeddi yüz altmış dörd manat dörd qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 26901,93 (iyirmi altı min doqquz yüz bir manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 170,41 (yüz yetmiş manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar