Məhkəmə qərarları › İş №e-2-2(119)-1332/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1332/2022

05.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1332/2022 05.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 76062,10 (yetmiş altı min altmış iki manat 10 qəpik) manat məbləğində borc və 400 (dörd yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 76462,10 manat məbləğində pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 01 mart 2018-ci il tarixindən 01 sentyabr 2018-ci il tarixinə kimi stansiya xidmətləri göstərilmiş, eyni zamanda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 aprel 2015-ci il tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqaviləyə əsasən dalan dəmir yolu sahibi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən lokomotivlə xidmət göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasında göstərilmiş xidmətlərə görə (yüklərin qorunub saxlanılması, vaqonların dalan yoluna verilib-götürülməsi, dalan yolundan istifadə, yüklərin mühafizəsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus vaqonun (konteynerin) istifadəsi və s.) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 76062,10 (yetmiş altı min altmış iki manat 10 qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 21 iyul 2022-ci il tarixdə pretenziya ünvanlanmış, lakin tələb icra edilməmişdir. Ona görə də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir.Bundan əlavə hazırkı mübahisə ilə bağlı 23 iyun 2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və həmin tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 76062,10 manat məbləğində pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 15 aprel 2015-ci il tarixli hüq: 488 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə 3 (üç) təqvim ili müddətinə qüvvədə olmuşdur, yəni bu müqavilənin müddəti 15 aprel 2018-ci il tarixində bitmişdir. Müqavilə müddəti bitdikdən sonra Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaçının xidmətlərindən istifadə etməmiş, müqavilə müddəti tərəflər arasında uzadılmamışdır. Buna görə də 15 aprel 2018-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixinə kimi olan dövr üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən hər hansı məbləğ tələb etməsi anlaşılan deyil. Çünki bu dövrdə iddiaçı tərəfindən cavabdehə heç bir xidmət göstərilməmişdir. İddiaçı məbləği tərəflərin deyil, yalnız iddiaçının özünün tərtib etdiyi və imzaladığı “Əlavə yığımlar üçün yığım vərəqəsi” kimi birtərəfli sənədlə sübut etməyə çalışır. Təbii ki, konkret xidmətlər qeyd edilmədən, tərəflərin müqavilə münasibətində olmayan dövrü üçün birtərəfli tərtib edilərək, illər sonra təqdim edilən bu sənəd hansısa xidmətin göstərilməsi üçün əsas kimi qəbul edilə bilməz. Müqavilədə müqavilə müddəti bitdikdən sonra dalan yolunun istismar edilməsi və iddiaçı tərəfindən hər hansı bir xidmətin göstərilməsi barədə heç bir şərt nəzərdə tutulmamışdır. Həmçinin müqavilə müddəti bitdikdən sonra iddiaçı tərəfindən hər hansı bir xidmətin göstərilməsi barədə heç bir mötəbər sübut yoxdur. Müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən dəmiryolu vasitəsilə yükdaşımaları həyata keçirilməmiş və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə belə bir xidmət göstərilməmişdir. Buna baxmayaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə guya göstərilən xidmətlərə görə anlaşılmayan yığımlar haqqında birtərəfli sənəd tərtib etmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müqavilədən irəli gəlməyən öhdəlik yaratmışdır. Digər tərəfdən, iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə də qeyd olunduğu kimi 15 aprel 2015-ci il tarixli hüq: 488 saylı müqaviləyə əsaslanaraq iddiaçı tərəfindən 01 mart 2018-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixinə kimi göstərilmiş xidmətlərə görə hesablanmış yığımlar üzrə yaranmış 76062,10 manat məbləğində borcun ödənilməsi tələbi irəli sürülmüşdür. İddiaçı tərəfindən isə 21 iyul 2022-ci il tarixində pretenziya məktubu göndərilmiş, 05 avqust 2022-ci il tarixində isə məhkəmədə iddia qaldırılmışdır. İddiaçının tələb etdiyi əsassız borc iddiaçının özünün qeyd etdiyi kimi 01 sentyabr 2018-ci il tarixədək olan dövrü əhatə edir ki, həmin tarixdən 4 ilə yaxın vaxt keçir. Ona görə iddiaçı tərəfindən borcun tələb edilməsi üzrə iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddiaçının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı stansiya xidmətlərinə görə 76062,10 manat məbləğində borcun ödənilməsinə dair iddia tələbi əsassızdır və bu səbəbdən iddia rədd edilməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə də qeyd olunduğu kimi 15 aprel 2015-ci il tarixli hüq: 488 saylı müqaviləyə əsaslanaraq iddiaçı tərəfindən 01 mart 2018-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixinə kimi göstərilmiş xidmətlərə görə hesablanmış yığımlar üzrə yaranmış 76062,10 manat məbləğində borcun ödənilməsi tələbi irəli sürülmüşdür. İddiaçı tərəfindən isə 21 iyul 2022-ci il tarixində pretenziya məktubu göndərilmiş, 02 avqust 2022ci il tarixində isə məhkəmədə iddia qaldırılmışdır. İddianın ümumiyyətlə əsassız olması haqqında Etirazda qeyd edilmişdir. Bununla yanaşı iddiaçının tələb etdiyi əsassız borc iddiaçının özünün qeyd etdiyi kimi 01 sentyabr 2018-ci il tarixədək olan dövrü əhatə edir ki, həmin tarixdən 4 ilə yaxın vaxt keçir. Ona görə iddiaçı tərəfindən borcun tələb edilməsi üzrə iddia müddəti ötürülmüşdür. İş üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək 2018-ci ilə aid yığım vərəqələrində göstərilmiş məbləğdən müəyyən ödənişlər edildiyini (ödəniş barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir) və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 01 mart 2018-ci il-01 aprel 2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda göstərilən 76062,10 manat borcu qaldığını bildirmişdir. Aprel ayı üçün 4 ədəd yığım vərəqəsi olduğunu, lakin onlardan yalnız 1 ədədini təqdim edə bildiyini, eyni zamanda yığım vərəqələrindəki imzaların kimə məxsus olması və həmin şəxslərin səlahiyyətini təsdiq edən sənədləri, habelə yığım vərəqələrinin əsası olan QU-45 formalı yaddaş vərəqələrini tapa bilmədiklərindən məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir. Müqavilə müddəti başa çatdıqdan sonra xidmətin göstərilməsi ilə bağlı müqavilə olmasa da, işgüzar münasibətlərə görə xidmətin göstərilməsinin davam etdirildiyini vurğulamışdır. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 etiraz ərizəsinin və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, müqavilə müddəti bitdikdən sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən onlara heç bir xidmət göstərilmədiyini, 2018-ci ildə qeyd olunan xidmətlərə görə iddiaçıya hər hansı ödəniş edilmədiyini və yığım vərəqələrindəki imzaların Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına aid olmadığını bildirmişdir. 20 oktyabr 2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, vaqonlar stansiyaya daxil olduqdan sonra iddiaçıya xidmətlərin göstərilməsinə dair bildiriş göndərir. Stansiya xidmətləri göstərilərkən QU-45 formalı yaddaş vərəqələri açılır, bu sənədə istinad edilərək ayın sonunda yığım vərəqələri hazırlanaraq yekun məbləğ müəyyən edilir və cavabdehə elektron qaimə göndərilir. İddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd etmişdir ki, cavabdehə stansiya xidmətləri müqavilə əsasında deyil, ümumi normativ sənədlər əsasında həyata keçirilmiş, müqavilə olmadığına görə ümumi iddia müddəti tətbiq olunmalıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 aprel 2015-ci il tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus dalan yolu “dəmir yolu”nun Sumqayıt stansiyasının Sumqayıt çay parkına 15 nömrəli yoldəyişdirici ilə birləşir. Dalan yoluna “dalan yolu sahibi”nə məxsus lokomotivlə xidmət edilir və dəmir yolları Nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı və qeydə alındığı tarixdən 3 (üç) təqvim ili müddətinə qüvvədədir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 01 mart 2018-ci il-01 aprel 2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 21 aprel 2022-ci il tarixli 164985 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin mart ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 2429,19 manat, 2018-ci ilin aprel ayı üçün boş vaqonun (özəl, icarəli) dayanmasına və yüklərin mühafizəsinə görə 141,60 manat, ADDY-na məxsus vaqonun (konteynerin) istifadəsinə görə 15522,04 manat, dalan yolundan istifadəyə görə 708 manat, dalan yolundan istifadə zamanı cəriməyə görə 37099,20 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 4025,57 manat, 2018-ci ilin may ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 6088,80 manat, 2018-ci ilin iyun ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 3603,72 manat, 2018-ci ilin iyul ayı üçün dalan yolundan istifadəyə görə 1121 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 3413,15 manat, 2018-ci ilin avqust ayı üçün yol dəyişilməsinə görə 472 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 1437,83 manat olmaqla, cəmi 76062,10 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 93 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 mart 2018-ci ildən-31 mart 2018-ci il tarixinə olan dövrədək 3116,38 məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 23 aprel 2018-ci il tarixli HS seriyalı 459235 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə mart ayı üçün 3116,38 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 139 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 aprel 2018-ci ildən-30 aprel 2018-ci il tarixinə olan dövrədək 57496,41 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 22 may 2018-ci il tarixli HS seriyalı 869982 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə aprel ayı üçün 57496,40 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 183 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 may 2018-ci ildən-31 may 2018-ci il tarixinə olan dövrədək 188605,75 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli EBAD seriyalı 180743 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə may ayı üçün 6088,80 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 232 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 iyun 2018-ci ildən-30 iyun 2018-ci il tarixinə olan dövrədək 63976,15 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 18 iyul 2018-ci il tarixli HT seriyalı 673035 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə iyun ayı üçün 3603,72 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 288 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92 arayışı) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 iyul 2018-ci ildən-31 iyul 2018-ci il tarixinə olan dövrədək 95106,27 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 21 avqust 2018-ci il tarixli HU seriyalı 130186 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə iyul ayı üçün 4534,15 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 339 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92 arayışı) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 avqust 2018-ci ildən-31 avqust 2018-ci il tarixinə olan dövrədək 36895,50 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 24 sentyabr 2018-ci il tarixli HU seriyalı 645244 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə avqust ayı üçün 1909,83 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Belə ki, Nəqliyyat Nazirliyi tərəfindən 28 yanvar 2008-ci il tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatının 3.1.2-ci bəndinə əsasən vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının nümayəndələri də izahatlarında həmin yığım vərəqələrinin QU-45 formalı yaddaş vərəqəsi əsasında tərtib olunduğunu bildirmişlər. Lakin iddiaçı tərəfindən sübut qismində həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 01 mart 2018-ci il-01 aprel 2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 21 aprel 2022-ci il tarixli 164985 nömrəli arayışda qeyd olunan 76062,10 manat yığım məbləğini təsdiq edən sənədləri iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, həmin arayışda aylar üzrə göstərilmiş yığım məbləğləri məhkəməyə təqdim edilmiş 6 ədəd əlavə yığımlar üçün yığım vərəqəsində (Forma FDU- 92) qeyd olunan məbləğlərlə üst-üstə düşmür. Bununla yanaşı yığım vərəqələrində göstərilən məbləğlər ilə həmin aylar üzrə təqdim edilmiş elektron qaimələrin birindən başqa digər qaimələrdə qeyd olunan məbləğlər uyğun gəlmir (yalnız 139 nömrəli “əlavə yığımlar üçün yığım vərəqəsi” üzrə hesablanan 57496,41 manat məbləğində yığım üçün təqdim edilmiş 22 may 2018-ci il tarixli HS seriyalı 869982 nömrəli elektron qaimədə göstərilən məbləğ uyğun gəlir). Bundan başqa qeyd olunan əlavə yığımlar üçün yığım vərəqələrinin kim tərəfindən imza edilməsi müəyyən olunmur. Belə ki, həmin yığım vərəqələrində imza edən şəxsin adı, soyadı, vəzifəsi və ya səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatlar göstərilməmişdir. İddiaçının nümayəndələri həmin imzaların cavabdehin işçilərinə məxsus olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin müddəti 15 aprel 2018-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı 2018-ci ilin aprel, may, iyun, iyul və avqust aylarında da cavabdehə xidmətlər göstərdiyini qeyd etsə də, cavabdehin nümayəndəsi onlara hər hansı xidmət göstərilmədiyini bildirmişdir. İddiaçı həmin aylar üzrə cavabdehə xidmətlər göstərilməsinə dair elektron qaimələr təqdim etsə də, həmin xidmətlərin göstərilməsinə dair məhkəməyə hər iki tərəfin və ya cavabdehin səlahiyyətli nümayəndəsinin təsdiq etdiyi hər hansı sənədi və ya digər ilkin sənədləri təqdim edə bilməmişdir. Bundan əlavə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tərəflər arasında 3 il müddətinə bağlanmış 15 aprel 2015-ci il tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqavilənin müddəti 15 aprel 2018-ci il tarixdə başa çatmışdır. Eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlərə görə iddiaçı cavabdehə sonuncu dəfə 2018-ci ilin avqust ayında xidmət göstərmişdir. Lakin iddiaçı hazırkı mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həm müqavilənin müddətinin başa çatdığı, həm də sonuncu xidmətin götərildiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. (maddə 373.2.) Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsi rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar