Məhkəmə qərarları › İş №e-2-2(119)-1349/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1349/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1349/2025 07.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, X5 və X6 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X5 və X6 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsi üzrə 1947,59 (min doqquz yüz qırx yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 34,64 (otuz dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 12,38 (on iki manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1994,61 (min doqquz yüz doxsan dörd manat altmış bir qəpik) manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39,95 (otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" ASC-nin Göyçay filialı ilə cavabdeh X7 arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 aymüddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank ilə X8 və Cavabdeh1 arasında 06 oktyabr 2023-cü il tarixli 3896-İZG/1 və 3896-İZG/2 nömrəli zaminlik müqavilələri bağlamış, həmin müqavilələrin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Tərəfimizdən cavabdehlərə kreditlərin qaytarılması haqqında cavabdehlərə xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən 29 may 2025-ci il tarixə cavabdehlərin banka 1947,59 (min doqquz yüz qırx yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 34,64 (otuz dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 12,38 (on iki manat otuz səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1994,61 (min doqquz yüz doxsan dörd manat altmış bir qəpik) manat borcu yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X7 və X8 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə borc verən arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində borc verən borc alana 24 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 5000 (beş min) manat məbləğində, kreditdən istifadəyə görə illik 12 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən heyvandarlıq məqsədilə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Həmin müqavilənin 4.4.6-cı bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) borc verənə ödənilməsini təmin etmək borc alanın öhdəliyidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc verən tərəfindən borc alana gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (əir) misli miqdarında illik faiz dərəcəsi ilə penya hesablana bilər. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “bank” və X8 – “zamin” olmaqla bağlanmış 06 oktyabr 2023-cü il tarixli 3896-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 06 oktyabr 2023-cü il tarixli 3896-İZG/2 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan X3 06 oktyabr 2023cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsi üzrə 29 may 2025-ci il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1947,59 (min doqquz yüz qırx yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 34,64 (otuz dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 12,38 (on iki manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1994,61 (min doqquz yüz doxsan dörd manat altmış bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, X5 və X6 29 may 2025-ci il tarixdə bildiriş göndərilərək 1947,59 (min doqquz yüz qırx yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 34,64 (otuz dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 12,38 (on iki manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1994,61 (min doqquz yüz doxsan dörd manat altmış bir qəpik) manat məbləğində borclarının olduğu, öhdəliyin 5 gün müddətində tam yerinə yetirilməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, borcalan X7 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsi üzrə 1947,59 (min doqquz yüz qırx yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 34,64 (otuz dörd manat altmış dörd qəpik) manat məbləğində faiz bоrcu və 12,38 (on iki manat otuz səkkiz qəpik) manat məbləğində cərimə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 06 oktyabr 2023-cü il tarixli 3896-İZG/1 nömrəli və 06 oktyabr 2023-cü il tarixli 3896- İZG/2 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər X8 və Cavabdeh1 06 oktyabr 2023-cü il tarixli 3896-KQ nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 39,95 (otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 11 iyul 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 39,95 (otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 39,95 (otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi “0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının da cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada 1947,59 (min doqquz yüz qırx yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 34,64 (otuz dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 12,38 (on iki manat otuz səkkiz qəpik) manat məbləğində cərimə, 39,95 (otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2034,96 (iki min otuz dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada 1947,59 (min doqquz yüz qırx yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 34,64 (otuz dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 12,38 (on iki manat otuz səkkiz qəpik) manat məbləğində cərimə, 39,95 (otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2034,96 (iki min otuz dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar