Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1376/2024 10.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6069,26 (altı min altmış doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 1915,43 (min doqquz yüz on beş manat qırx üç qəpik) manat məbləğində faiz borcu, 231,71 (iki yüz otuz bir manat yetmiş bir qəpik) manat məbləğində penya olmaqla, cəmi 8216,40 (səkkiz min iki yüz on altı manat qırx qəpik) manat məbləğində borcun və 102,17 (yüz iki manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 11 avqust 2021-ci il tarixli, 2110***-*******01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 24 % olmaqla 9000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2FİZAM171229703 saylı və 2FİZAM190644802 saylı 11 avqust 2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2024-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6069,26 manat əsas kredit borcu, 1915,43 manat kreditdən istifadəyə görə faiz borcu, 231,71 manat penya olmaqla, cəmi 8216,40 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “kreditverən” “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə “borcalan” Cavabdeh3 arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 2110***- *******01 nömrəli kredit müqaviləsinə əsasən kreditverən 9000 (doqquz min) manat məbləğində və müqavilənin 2.03-cü bəndinin “a” yarımbəndində göstərilən faizlə borcalanın istifadəsinə krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.03-cü bəndinin “a” yarımbəndinə əsasən borcalan alınmış kredit üçün illik 24 (iyirmi dörd) faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 24,9 (iyirmi dörd tam onda doqquz) %-dir. Həmin müqavilənin 2.03-cü bəndinin “e” yarımbəndinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı Kredilverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Həmin kredit müqaviləsinin 2.0.4-cü bəndinə görə bu müqaviləyə əsasən verilən kreditin kreditverənə qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə 12 fevral 2024-cü il müəyyən edilir. Həmin kredit müqaviləsinin 3.0.6-cı bəndinə əsasən kreditverən bu müqavilə ilə nəzərdə tutulmuş kreditə dair tələb hüquqlarını digər kredit təşkilatlarına vermək (güzəşt etmək) hüququna malikdir. İş materiallarında olan “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 2FİZAM171229703 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun 11 avqust 2021-ci il tarixli, 2110***-*******01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 2FİZAM********** nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun 11 avqust 2021-ci il tarixli, 2110***-*******01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 2110***-*******01 nömrəli tələbin güzəştinə dair müqaviləyə əsasən “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı Cavabdeh3 ilə bağlanmış 11 avqust 2021-ci il tarixli, 2110***-*******01 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq yeni kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, 2280***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 7895,11 (yeddi min səkkiz yüz doxsan beş manat on bir qəpik) manat məbləğdə əsas borc və 0 ( sıfır) manat məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə görə bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit (borc) üzrə faiz dərəcəsi 24 faiz və kreditin son icra müddəti xx.xx.2024-cü il müəyyən edilir. Həmin razılaşmanın 4-cü bəndinə görə borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada kreditverənin xeyrinə icra etməyi öz öhdəsinə götürür. Həmin razılaşmanın 5-ci bəndinə görə kreditverən tərəfindən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş borcun ödənilməsi ilə bağlı güzəşt müddəti verilə bilər. Bu zaman güzəşt müddətinin dövrü və güzəşt müddəti ərzində icra edilməli olan öhdəlik bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlində qeyd ediləcəkdir. Həmin razılaşmanın 6-cı bəndinə görə borcalan bu razılaşmanın 5-ci bəndinə uyğun olaraq müəyyən edilmiş güzəşt müddəti ərzində ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməməsinə görə hər gecikdirilən gün üçün 0,3 manat məbləğdə cərimə ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 7-ci bəndinə görə borcalan tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, kreditverən verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 24 (iyirmi dörd) % üstəgəl 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində borcalan kredit və faizləri kreditverənə ödəmədikdə, borcalan kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, 2280***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlində borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 29 may 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 fevral 2022-ci il tarixli 2FİZAM171229704 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlik ilə təmin olunmuş öhdəliyin yaranma əsası İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC aransında bağlanmış 11 avqust 2021-ci il tarixli 2110***- *******01 nömrəli tələbin güzəşti müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən kreditora güzəşt olunmuş, "xxxx" MMC ilə Cavabdeh3 Məmmədrza oğlu arasında bağlanmış məbləği 9000 (doqquz min) manat, illik faiz dərəcəsi 24 (iyirmi dörd), müddəti 34 (otuz dörd) olan 11 avqust 2021-ci il tarixli 2110***-*******01 saylı kredit müqaviləsi ilə müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2022-ci il tarixli 2FİZAM190644803 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlik ilə təmin olunmuş öhdəliyin yaranma əsası İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC aransında bağlanmış 11 avqust 2021-ci il tarixli 2110***- *******01 nömrəli tələbin güzəşti müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən kreditora güzəşt olunmuş, "xxxx" MMC ilə Cavabdeh3 Məmmədrza oğlu arasında bağlanmış məbləği 9000 (doqquz min) manat, illik faiz dərəcəsi 24 (iyirmi dörd), müddəti 34 (otuz dörd) olan 11 avqust 2021-ci il tarixli 2110***-*******01 saylı kredit müqaviləsi ilə müəyyən olunmuşdur. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və tələbin güzəşti müqaviləsi üzrə güzəşt edilmiş tələb hüququnun aid olduğu kredit müqaviləsi üzrə borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində tələbin güzəşti müqaviləsi üzrə yeni kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 10 iyul 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, 29 may 2024-cü il tarixə Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6069,26 (altı min altmış doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 1915,43 (min doqquz yüz on beş manat qırx üç qəpik) manat məbləğində faiz borcu, 231,71 (iki yüz otuz bir manat yetmiş bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8216,40 (səkkiz min iki yüz on altı manat qırx qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 11 avqust 2021-ci il tarixli, 2110***-*******01 nömrəli kredit müqaviləsini və 28 fevral 2022-ci il tarixli, 2280***- *******01R nömrəli restrukturizasiya razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən 6069,26 (altı min altmış doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 1915,43 (min doqquz yüz on beş manat qırx üç qəpik) manat məbləğində faiz borcu və 231,71 (iki yüz otuz bir manat yetmiş bir qəpik) manat məbləğində penya Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 11 avqust 2021-ci il tarixli, 2FİZAM171229703 nömrəli və 28 fevral 2022-ci il tarixli 2FİZAM171229704 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və 11 avqust 2021-ci il tarixli, 2FİZAM********** nömrəli və 28 fevral 2022-ci il tarixli 2FİZAM190644803 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 borclunun 11 avqust 2021-ci il tarixli, 2110***-*******01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 102,17 (yüz iki manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 102,17 (yüz iki manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də, təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 102,17 (yüz iki manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6069,26 (altı min altmış doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 1915,43 (min doqquz yüz on beş manat qırx üç qəpik) manat məbləğində faiz borcu, 231,71 (iki yüz otuz bir manat yetmiş bir qəpik) manat məbləğində penya və 102,17 (yüz iki manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8318,57 (səkkiz min üç yüz on səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6069,26 (altı min altmış doqquz manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 1915,43 (min doqquz yüz on beş manat qırx üç qəpik) manat məbləğində faiz borcu, 231,71 (iki yüz otuz bir manat yetmiş bir qəpik) manat məbləğində penya və 102,17 (yüz iki manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8318,57 (səkkiz min üç yüz on səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1376/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1376/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver