Məhkəmə qərarları › İş №e-2-2(119)-1381/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1381/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1381/2025 28.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının və 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə təqdim edərək, cavabdeh ilə aralarında barışıq sazişi imzalandığını bildirmiş və həmin barışıq sazişinin təsdiq olunması, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 28 oktyabr 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:

1. Hazırki barışıq sazişi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 1381/2025 nömrəli kommersiya işinin nizamlanması məqsədi daşıyır.

2. Cavabdeh 1200 (min iki yüz) manat maddi ziyanı ödəməyi öhdəsinə götürür. Ödənişlər iddiaçının bank hesabına köçürülməklə həyata keçirilir.

3. Cavabdeh 1200 (min iki yüz) manat maddi ziyanı hər ay 100 (yüz) manat olmaqla 12 (on iki) ay müddətinə ödəyir. Öhdəliyin ilkin icrası günü 2025-ci ilin 10 noyabr tarixidir. Öhdəliyin sonuncu icra müddəti isə 2026-cı ilin 10 oktyabr tarixidir. Cavabdeh öhdəliyi vaxtından əvvəl icra edə bilər.

4. İddiaçı bu sazişin qüvvəyə mindiyi gündən (sazişin 9-cu bəndinin tələbləri istisna olmaqla) maddi ziyanın ödənilməsinə dair iddia ərizəsindən imtina edir.

5. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.

6. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.

7. Əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır.

8. Tərəflər sazişdən irəli gələn öhdəliklərin pozulmasına görə, o cümlədən sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

9. Cavabdeh sazişin könüllü icrasından imtina edərsə, İddiaçı sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bu zaman iddiaçı ilkin iddia tələbi üzrə məhkəməyə maddi ziyanın alınması ilə əlaqədar müraciət edərək həm ilkin maddi ziyanı, həm də müraciətlə əlaqədar çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri cavabdeh ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 28 oktyabr 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 28 oktyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 1381/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Hazırki barışıq sazişi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 1381/2025 nömrəli kommersiya işinin nizamlanması məqsədi daşıyır.

2. Cavabdeh 1200 (min iki yüz) manat maddi ziyanı ödəməyi öhdəsinə götürür. Ödənişlər iddiaçının bank hesabına köçürülməklə həyata keçirilir.

3. Cavabdeh 1200 (min iki yüz) manat maddi ziyanı hər ay 100 (yüz) manat olmaqla 12 (on iki) ay müddətinə ödəyir. Öhdəliyin ilkin icrası günü 2025-ci ilin 10 noyabr tarixidir. Öhdəliyin sonuncu icra müddəti isə 2026-cı ilin 10 oktyabr tarixidir. Cavabdeh öhdəliyi vaxtından əvvəl icra edə bilər.

4. İddiaçı bu sazişin qüvvəyə mindiyi gündən (sazişin 9-cu bəndinin tələbləri istisna olmaqla) maddi ziyanın ödənilməsinə dair iddia ərizəsindən imtina edir.

5. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.

6. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.

7. Əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır.

8. Tərəflər sazişdən irəli gələn öhdəliklərin pozulmasına görə, o cümlədən sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

9. Cavabdeh sazişin könüllü icrasından imtina edərsə, İddiaçı sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bu zaman iddiaçı ilkin iddia tələbi üzrə məhkəməyə maddi ziyanın alınması ilə əlaqədar müraciət edərək həm ilkin maddi ziyanı, həm də müraciətlə əlaqədar çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri cavabdeh ona ödəməlidir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1381/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar