Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1387/2024 31.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanılmış 19 may 2022-ci il tarixli 343229-CNS-35240 nömrəli kredit müqaviləsi üzrə 21 iyun 2024-cü il tarixinə hesablanmış 1649,64 (min altı yüz qırx doqquz manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, 132,04 (yüz otuz iki manat, dörd qəpik) manat məbləğində faiz borcu, 72,36 (yetmiş iki manat, otuz altı qəpik) manat məbləğində cərimə və 38,54 (otuz səkkiz manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1892,58 (min səkkiz yüz doxsan iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni tarixdə - 31 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək cavabdehlə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də məhkəməyə müraciət olunan zaman ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni, həmçinin kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi icraata götürülmədiyindən və iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindəki məlumatlara əlavə edilmiş ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən həmin ərizənin verilməsi üçün 38,54 manat məbləğində dövlət rüsumu “X1” vasitəsilə 12 iyul 2024-cü il tarixində dövlət büdcəsinə (Bakı Kommersiya Məhkəməsi üçün) ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci və 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddia ərizəsinin qaytarılmasına dair vəsatət təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə ********** nömrəli ödəniş qəbzinə əsasən Elektron X1 vasitəsilə dövlət büdcəsinə ödənilmiş 38,54 (otuz səkkiz manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 12 iyul 2024-cü il 09:23:43, Bakı Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1387/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1387/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver