Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-14/2024 29.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 oğlunun, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-14/2024 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı 01 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 şifahi vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-14/2024 nömrəli kommersiya işi ilə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-6/2024 nömrəli kommersiya işi tərəflərinə və mübahisə predmetinə görə bir-biri ilə əlaqəli olduğu üçün həmin işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə3 Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-14/2024 nömrəli kommersiya işi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-6/2024 nömrəli kommersiya işinin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirərək, Cavabdeh nümayəndəsinin vəsatətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh nümayəndəsinin vəsatəti təmin olunmalı və Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair e-2-2(119)-14/2024 nömrəli kommersiya işi iddiaçı Cavabdeh İddiaçınə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə olan e-2-2(119)-6/2024 nömrəli kommersiya işinə birləşdirilməlidir. Belə ki, iş materialları və eyni zamanda, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddiaçı Cavabdeh 24 oktyabr 2022-ci ildə cavabdeh İddiaçınə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsi və sonra isə "iddia tələbinin həcminin artırılması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakin Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsini İddiaçı MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması və cavabdeh İddiaçı MMC-dən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsinə dair kommersiya işinə e-2-2(119)-132/2023 nömrəsi verilərək (işin yeni nömrəsi: e-2-2(119)-6/2024), icraata qəbul edilmişdir. İddiaçı isə 01 mart 2023-cü ildə Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsinə dair kommersiya işinə e-2-2(119)-374/2023 nömrəsi verilərək (işin yeni nömrəsi: e-2-2(119)-14/2024), icraata qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, hər iki kommersiya işi üzrə mübahisə - eyni tərəflər (icarəyəverən Cavabdeh və icarəçi İddiaçı) arasında və eyni icarə obyekti (Daşınmaz əmlakin Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış sahəsi) ilə əlaqədar yaranmış kommersiya mübahisələridir və bu əlaqəli işlərdən - Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-6/2024 nömrəli kommersiya işi ilkin olaraq icraata qəbul edilmiş məhkəmə işidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair e-2-2(119)- 14/2024 nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə olan e-2-2(119)-6/2024 nömrəli kommersiya işinə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-14/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-14/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver