Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-14/2025 12.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə ödənilmiş zəmanət üzrə 16606,09 (on altı min altı yüz altı manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinə əsasən 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas borc, 979,14 (doqquz yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində faiz borcu və 296,39 (iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12346,26 (on iki min üç yüz qırx altı manat iyirmi altı qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsumun və xidmət haqqının, mediasiya ilə əlaqədar ödənilmiş 205 (iki yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 48 nömrəli evin ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi və ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 16 mart 2021-ci il tarixli ZM 666/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq bank tərəfindən borcluya 36 ay müddətinə ilik 15 faiz ödəmək şərtilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 14 aprel 2021-ci il tarixli 0327/Z nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin sözügedən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanılmış 14 aprel 2021-ci il tarixlİ 0327/Sİ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.4 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcluya və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş 26 may 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün iddiaçı tərəfindən ümumilikdə 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra mediasiya təşkilatına müraciət edilmiş, tərəflərin iştirakı ilə ilkin mediasiya sessiyası keçirilmiş, lakin tərəflər arasında barışıq əldə edilmədiyindən mediator tərəfindən 06 iyul 2023-cü il tarixli MŞS/MT030/2023-01202 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. İlkin mediasiyanın keçirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 205 (iki yüz beş) manat məbləğində mediasiya xərci mediasiya təşkilatının hesabına təktərəfli qaydada ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq verilmiş 16 mart 2021-ci il tarixli ZM-666/2021 nömrəli zəmanət məktubu əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış kredit üzrə zəmanət öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna müraciət edilmiş və Fond 13 iyul 2023-cü il tarixdə həmin günə yerinə yetirilməyən kredit üzrə əsas borc öhdəliyini 60 faizinin, yəni 27676,82 (iyirmi yeddi min altı yüz yetmiş altı manat səksən iki qəpik) manat məbləğində əsas borcun 16606,09 manat hissəsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəmişdir. Eyni zamanda Fond “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə istinad edərək zəmanət üzrə ödənilmiş vəsaitin cavabdehlərdən geri tələb edilməsi hüquqlarının həyata keçirilməsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə etmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu adından və onun xeyrinə tələb hüquqlarını həyata keçirməkdə haqlıdır. Bundan başqa, cavabdehlərə kredit borcunun və Fond tərəfindən zamanət üzrə ödənilmiş vəsaitin qaytarılması haqqında iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi, müvafiq icra hakimiyyəti orqanının onlayn kargüzarlıq sistemi və poçt xidməti vasitəsi ilə 25 iyul 2023-cü il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. İddia ərizəsinə əlavə edilən maliyyə arayışından və hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2023-cü il tarixə cavabdehlərin zəmanət ödənişi üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna 16606,09 (on altı min altı yüz altı manat doqquz qəpik) manat məbləğində, 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinə əsasən 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas borcu, 979,14 (doqquz yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində faiz borcu və 296,39 (iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12346,26 (on iki min üç yüz qırx altı manat iyirmi altı qəpik) manat məbləğində borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında zəmanət üzrə ödənilmiş vəsaitin və hesablanmış kredit borcunun cavabdehlərdən tələb edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması, əldə olunmuş vəsaitin kredit borcuna ödənilməsi zərurəti yaranmışdır. 31 oktyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi Cavabdeh2 Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə ödənilmiş zəmanət üzrə 16606,09 (on altı min altı yüz altı manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas borc, 979,14 (doqquz yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində faiz borcu və 296,39 (iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12346,26 (on iki min üç yüz qırx altı manat iyirmi altı qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsumun və xidmət haqqının, mediasiya ilə əlaqədar ödənilmiş 205 (iki yüz beş) manat məbləğində mediasiya xərcinin tutulmasına razı olduğunu bildirmişdir. O, tutmanın ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 48 nömrəli evin ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilə yönəldilməsinə razı olmadığını qeyd etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditor Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun 16 mart 2021-ci il tarixli ZM-666/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarmaq, faizləri ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 50000 (əlli min) manat məbləğində illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit verir. Həmin kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. Həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun ünvan 2 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. Həmin kredit müqaviləsinin 1.5.1-ci bəndinə əsasən ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 aprel 2017-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakin dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 məxsus daşınmaz əmlak kreditorun xeyrinə ipoteka ilə yüklü edilir. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsi üzrə 1 nömrəli ödəniş qrafikində borclu "Yanğın.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin banka olan borcunun son ödəniş tarixi 14 aprel 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və zamin Cavabdeh2 arasında bağlanmış 14 aprel 2021-ci il tarixlİ 0327/Z nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya tamamilə icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan ipoteka saxalayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh2 və borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 aprel 2021-ci il tarixlİ 0327/Sİ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzili 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmeti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhərində 02 mart 2021-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən 81000 (səksən bir min) manat dəyərində qiymətləndirilir. İpoteka qoyan və ipoeka saxlayan ipoteka predmetinin 71000 (yetmiş bir min) manat dəyərində olan qiymətinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərina uygun olaraq ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 40 nömrəli mənzil üzərində Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehlərə 25 iyul 2023-cü il tarixli pretenziya məktubu göndərərək cavabdehlərin banka 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas borcunun və ona hesablanmış faiz borcunun, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna isə 16606,09 (on altı min altı yüz altı manat doqquz qəpik) manat məbləğində borcunun olduğunu qeyd etmiş, ödənilməmiş kredit borcunun, fond tərəfindən zəmanət üzrə ödənilmiş vəsaitin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş rüsumunun və mediasiya xərcinin tam şəkildə banka ödənilməsini tələb etmiş, öhdəliklər üç gün müddətində yerinə yetirilmədiyi təqdirdə, bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsi üzrə 26 iyul 2023-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas borcu, 979,14 (doqquz yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində faiz borcu, 296,39 (iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12346,26 manat məbləğində borcu vardır. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu 13 iyul 2023-cü il tarixdə zəmanət üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 16606,09 manat ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması haqqında 26 may 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 40 nömrəli mənzil üzərinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət resyetrində qeydiyyata alınmışdır. İş materiallarında olan “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli 119-161/2025 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilin real bazar dəyəri 121000 manat, likvid dəyəri isə 109000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının: -3.1-ci bəndinə əsasən zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. - 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vermişdir. Lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsi üzrə üzrə 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 979,14 (doqquz yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində faiz bоrcu və 296,39 (iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa zəmanət üzrə ödənilmiş 16606,09 (on altı min altı yüz altı manat doqquz qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 14 aprel 2021-ci il tarixlİ 0327/Z nömrəli zaminlik müqaviləsinin 1-1-ci bəndinə əsasən zamin Cavabdeh2 kredit və borclu arasında bağlanmış 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 aprel 2021-ci il tarixlİ 0327/Sİ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzili 14 aprel 2021-ci il tarixli 0327/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilərkən “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli 119-161/2025 nömrəli mütəxəssis rəyi nəzərə alınaraq, ipoteka predmetinin likvid qiyməti 109000 manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İş materiallarında olan ödəniş sənədlərindən müəyyən olunur ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Odur ki, iddia tələbi ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat rüsum və xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 205 (iki yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01202 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat məbləğində hissəsi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas borc, 979,14 (doqquz yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində faiz borcu, 296,39 (iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsum və xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 12492,71 (on iki min dörd yüz iki manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, zəmanət üzrə ödənilmiş 16606,09 (on altı min altı yüz altı manat doqquz qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulmalıdır. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 29098,8 (iyirmi doqquz min doxsan səkkiz manat səksən qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq cəmi 29098,8 (iyirmi doqquz min doxsan səkkiz manat səksən qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilin ilkin satış qiyməti 109000 (yüz doqquz min) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında bölünərək 150 (yüz əlli) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 150 (yüz əlli) manat hissəsi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 176,86 (yüz yetmiş altı manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada 11070,73 (on bir min yetmiş manat yetmiş üç qəpik) manat məbləğində əsas borc, 979,14 (doqquz yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində faiz borcu, 296,39 (iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsum və xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 12492,71 (on iki min dörd yüz iki manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada zəmanət üzrə ödənilmiş 16606,09 (on altı min altı yüz altı manat doqquz qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulsun. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 29098,8 (iyirmi doqquz min doxsan səkkiz manat səksən qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq cəmi 29098,8 (iyirmi doqquz min doxsan səkkiz manat səksən qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 48 ünvanında yerləşən ümumi sahəsi 90.4 kvadrat metr olan 40 nömrəli mənzilin ilkin satış qiyməti 109000 (yüz doqquz min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində xidmət haqqının 150 (yüz əlli) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 150 (yüz əlli) manat hissəsi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 müştərək qaydada tutularaq “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 176,86 (yüz yetmiş altı manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-14/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-14/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver