Məhkəmə qərarları › İş №e-2-2(119)-1468/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1468/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1468/2025 04.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Khalilov Khalila qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Khalilov Khalila qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Khalilov Khalildən və X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 23 iyun 2023-cü il tarixli 009R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2740,98 (iki min yeddi yüz qırx manat doxsan səkkiz qəpik) manat məbləğində əsas bоrc, 175,13 (yüz yetmiş beş manat on üç qəpik) manat məbləğində faiz bоrcu və 65,79 (altmış beş manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2981,90 (iki min doqquz yüz səksən bir manat doxsan qəpik) manat məbləğində bоrcun, 24 avqust 2023-cü il tarixli 009R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5112,28 (beş min yüz on iki manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas bоrc, 371,99 (üç yüz yetmiş bir manat doxsan doqquz qəpik) manat məbləğində faiz bоrcu və 137,29 (yüz otuz yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5621,56 (beş min altı yüz iyirmi bir manat əlli altı qəpik) manat məbləğində bоrcun, 30 aprel 2024-cü il tarixli 009R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6635,5 manat məbləğində əsas bоrc, 450,70 (dörd yüz əlli manat yetmiş qəpik) manat məbləğində faiz bоrcu və 122,11 (yüz iyirmi iki manat on bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7208,31 (yeddi min iki yüz səkkiz manat otuz bir qəpik) manat məbləğində bоrcun, hər üç müqavilə üzrə ümumilikdə 15811,77 (on beş min səkkiz yüz on bir manat yetmiş yeddi qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137,44 (yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Khalilov Khalila qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində cavabdеhlər Khalilov Khalildən və X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə borcun tutulmasını xahiş etsə də, iddia ərizəsinin “tərəflər” bölməsində cavabdeh kimi yalnız Khalilov Khalil, onun ünvanı, telefon nömrəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Khalilov Khalila qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Khalilov Khalila qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar