Məhkəmə qərarları › İş №e-2-2(119)-1469/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1469/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1469/2024 23.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4747,28 (dörd min yeddi yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində bоrcun və 67,47 (altmış yeddi manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X1 oğlu və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 011L**********92 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən X1 oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında X1 oğlunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 011R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. X1 oğlu götürdüyü krеdit bоrcundan 2791,77 manat ödəmiş, onun 4208,23 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, X1 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 200 gün üçün hesablanmış faiz borcu 370,73 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 200 gün üçün hеsablanmış cərimə 168,32 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan borclu X1 oğlunun vəfat etdiyi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından vərəsəlik işinin açıldığı və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh X1 oğlunun vərəsəsi olduğu görünür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və X1 oğlu– “kredit alan” və Cavabdeh– “zamin” olmaqla bağlanmış 31 avqust 2022-cü il tarixli 011L**********92 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə əsasən kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və X1 oğlu – “kredit alan” olmaqla bağlanmış 31 avqust 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 7000 (yeddi min) manat olan krediti illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ50ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 7000 (yeddi min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan ödəniş planında borcalan X1 oğlunun banka olan borcunun son ödəniş tarixi 06 sentyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan X1 oğlunun imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, borcalan X1 oğlunun 31 avqust 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4747,28 (dörd min yeddi yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehə 23 aprel 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 31 avqust 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4747,28 (dörd min yeddi yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 05 may 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, X1 oğlunun oğlu Cavabdeh 09 fevral 2024-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 31 avqust 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərin icrası mərhum borcalan X1 oğlunun şəxsi iştirakı olmadan mümkün olduğuna görə, həmin razılaşma üzrə onun borcu həmin kredit müqaviləsi üzrə zamin-oğlu Cavabdeh tələb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, mərhum borcalan X1 oğlu ilə bağlanmış 31 avqust 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş kredit ödəniş cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin müqavilə üzrə 23 aprel 2024-cü il tarixə 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4747,28 (dörd min yeddi yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun olduğu müəyyən edilmişdir. Lakin borcalan X1 oğlu 16 sentyabr 2023-cü il tarixdə öldüyündən Cavabdeh həmin kredit müqaviləsi üzrə zamin olaraq müqavilə üzərinə düşən öhdəliyi yerinə yetirərək, vəfat etmiş borcalanın əvəzindən ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödənişlər etmədiyindən borcverən (iddiaçı) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən zamin (cavabdeh) Cavabdeh qarşı “cavabdеh Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4747,28 (dörd min yeddi yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində bоrcun və 67,47 (altmış yeddi manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd etmək lazımdır ki, məlum kredit müqaviləsi üzrə zamin olduğu üçün Cavabdeh borcalan - X1 oğlu öldükdən sonra həmin kredit müqaviləsi üzrə zamin olaraq öhdəlik daşımasından məlumatlı olmuşdur və zamin olaraq həmin öhdəlikləri borcalanın əvəzindən icra edə bilərdi. Yəni, zamin (cavabdeh) Cavabdeh 31 avqust 2022-cü il tarixli 011L**********92 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcalan X1 oğlu 16 sentyabr 2023-cü ildə öldükdən sonra borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş, bununla da, borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Çünki qanunvericiliyin tələblərinə görə borclunun (borc alanın) ölümü – zaminliyə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 31 avqust 2022ci il tarixli 011R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsi təmin olunmadığından, həmin razılaşma üzrə yaranmış 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu və 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə cavabdeh-zamin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “67,47 (altmış yeddi manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 13 avqust 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 67,47 (altmış yeddi manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 67,47 (altmış yeddi manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə və 67,47 (altmış yeddi manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4814,75 (dörd min səkkiz yüz on dörd manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4208,23 (dörd min iki yüz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində əsas bоrc, 370,73 (üç yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 168,32 (yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə və 67,47 (altmış yeddi manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4814,75 (dörd min səkkiz yüz on dörd manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar