Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1481/2024 25.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi" barədə barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi" barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 70843 (yetmiş min səkkiz yüz qırx üç) manat məbləğində əsas borc, 6446,63 (altı min dörd yüz qırx altı manat altmış üç qəpik) manat məbləğində cərimə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 3542,15 (üç min beş yüz qırx iki manat on beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 80831,78 (səksən min səkkiz yüz otuz bir manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun və 333 (üz yüz otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh fərdi sahibkar X2 arasında 08 iyul 2021-ci il tarixində torpaq sahələrinin icarə müqaviləsinə dair aşağıdakı icarə müqavilələri bağlanmışdır: 1) xx.xx.2021-ci il tarixli, 3M-2246 nömrəli icarə müqaviləsi - Ağsu rayonu, Sanqalan kəndi - 50,69 ha; 2) xx.xx.2021-ci il tarixli, 3M-2247 nömrəli icarə müqaviləsi - Ağsu rayonu, Nüydü kəndi - 80,66 ha; 3) xx.xx.2021-ci il tarixli, 3M-2248 nömrəli icarə müqaviləsi - Ağsu rayonu, Sanqalan kəndi – 40,73 ha; 4) xx.xx.2021-ci il tarixli, 3M-2249 nömrəli icarə müqaviləsi - Şamaxı rayonu, Hacıqədirli kəndi - 1,8998 ha; 5) xx.xx.2021-ci il tarixli, 3M-2250 nömrəli icarə müqaviləsi - Şamaxı rayonu, Hacıqədirli kəndi- 1,30 ha; 6) xx.xx.2021-ci il tarixli, 3M-2251 nömrəli icarə müqaviləsi - Şamaxı rayonu, Hacıqədirli kəndi – 5,03 ha; 7) xx.xx.2021-ci il tarixli, 3M- 2252 nömrəli icarə müqaviləsi - Şamaxı rayonu, Hacıqədirli kəndi – 7,58 ha; 8) xx.xx.2021-ci il tarixli, 3M-2253 nömrəli icarə müqaviləsi - Şamaxı rayonu, Hacıqədirli kəndi-3,16 ha; 9) xx.xx.2021-ci il tarixli, 3M-2254 nömrəli icarə müqaviləsi - Şamaxı rayonu, Hacıqədirli kəndi- 1 ha; 10) xx.xx.2021-ci il tarixli, 3M-2255 nömrəli icarə müqaviləsi - Şamaxı rayonu, Hacıqədirli kəndi – 27,20 ha. Müqavilələrə əsasən cavabdeh cəmi 219,25 ha torpaq sahəsini iddiaçıdan təhvil almış və həmin torpaq sahəsi üçün illik icarə haqqı 53181 (əlli üç min yüz səksən bir) manat olmaqla müqavilə qiyməti müəyyən edilmişdir. Müqavilələrə əsasən cavabdeh məhsulun qiyməti müqabilində əvvəlcədən avans qaydasında 50 % hissəsini ödəməyi, icarənin qalan hissəsini hər bir icarə ilinin sonuna kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə borc məbləğini tam həcmdə ödəməmişdir. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya qalıq borc məbləği 70843 manat təşkil edir. İddiaçı cavabdehlə olan işgüzar münasibətini nəzərə alaraq cavabdehə icarə haqqının ödənişi üçün möhlət vermişdir. Lakin cavabdeh müqavilə şərtləri pozulduğuna görə tərəflərin iştirakı ilə 06 avqust 2024-cü il tarixdə xitam sazişi bağlanmışdır. Sazişə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilərək cavabdeh icarə haqqı üzrə qalıq borc məbləğini iddiaçıya ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilmişdir. Cavabdehə xx.xx.2024-cü tarixində onlayn kargüzarlıq kabineti vasitəsilə və rəsmi xəbərnaməli pretenziya bildirişləri göndərilmişdir. Cavabdeh müqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz tətbiq edilməklə 3542,15 manat məbləğində faiz borcu hesablanmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o, müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən müqavilələrin 4.3-cü bəndinə əsasən icarəçi (cavabdeh) icarə haqqı məbləğinin ödənişini gecikdirdiyi təqdirdə, icarəçi icarəyə verənə icarə haqqının ödənişinin gecikdirildiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0,1 %-i həcmində dəbbə pulu ödəməlidir. İddiaçı müqavilələrə əsasən qalıq borc məbləğindən əlavə 6446,63 manat dəbbə pulu tətbiq edilməsini zəruri hesab edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən yəni, 70843 manat əsas borc məbləğinin tutulması hissəsində qəbul etdiyini, həmin məbləği yaxın müddətdə ödəyəcəyini bildirmiş, məhkəmədən faiz borcu və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2246 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Ağsu rayonu, Sanqalan kəndi, reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 50,6920 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə filik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 12673 (on iki min altı yüz yetmiş üç) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2247 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Ağsu rayonu, Nüydü kəndi, reyestr nömrəsi **********98, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 80.6626 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 20166 (iyirmi min yüz altmış altı) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2248 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Ağsu rayonu, Sanqalan kəndi, reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 40,7299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 210 (iki yüz on) manat olmaqla 8553 (səkkiz min beş yüz əlli) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2249 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Ağsu rayonu, Hacıqədirli kəndi, reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 1,8998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 474 (dörd yüz yetmiş dörd) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2250 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Şamaxı rayonu, Hacıqədirli kəndi, reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İcarəyə verənə məxsus olan 1.2999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 324 (üç yüz iyirmi dörd) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2251 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Şamaxı rayonu, Hacıqədirli kəndi, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 5,0251 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 1256 (bir min iki yüz əlli altı) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2252 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Şamaxı rayonu, Hacıqədirli kəndi, reyestr nömrəsi **********20, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 7,5826 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 1896 (min səkkiz yüz doxsan altı) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2253 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Şamaxı rayonu, Hacıqədirli kəndi, reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 3,1573 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 790 (yeddi yüz doxsan) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2254 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Şamaxı rayonu, Hacıqədirli kəndi, reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 250 (iki yüz əlli) manat müəyyən edilir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2255 reyestr nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Şamaxı rayonu, Hacıqədirli kəndi, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə icarəyə verənə məxsus olan 27,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkin üçün torpaq sahəsi kimi icarəçinin müvəqqəti istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 250 (iki yüz əlli) manat olmaqla 6800 (altı min səkkiz yüz) manat müəyyən edilir. Göstərilən müqavilələrin 1.2-ci bəndinə görə icarəçi hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilələrin 1.3-cü bəndinə əsasən, hazırki müqavilə üzrə icarə müddəti 08 iyul 2021-ci il tarixdən 08 iyul 2024-cü il tarixədək müəyyən edilir. İcarə müddətinin hər bir təqvim ilinə düşən hissəsi icarə ili hesab edilir. Həmin müqavilələrin 4.3-cü bəndinə görə icarəçi müqavilənin 4.1-ci bəndində göstərilən icarə haqqı məbləğinin ödənişini gecikdirdiyi təqdirdə, icarəya verən tələb edərsə, icarəçi icarəyə verənə icarə haqqının ödənişinin gecikdirdiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0,1 %-i həcmində dəbbə pulu ödəməlidir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, qeyd olunan müqavilələr üzrə icarəyə verilmiş torpaq sahələri 08 iyul 2024-cü il tarixdə 3 illik müddətin sonunda icarəçi Cavabdeh tərəfindən icarəyəverən İddiaçı istifadəsinə geri qaytarılaraq təhvil verilmişdir. İş materiallarında olan "Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinün nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən 08 iyul 2024-cü il tarixə Cavabdeh İddiaçınə olan borcu 70843 (yetmiş min səkkiz yüz qırx üç) manat müəyyən olunmuşdur. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli icarə müqaviləsində xitam verilməsi barədə sazişlərdən görünür ki, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2246 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M- 2247 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2248 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2249 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2250 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2251 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2252 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2253 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2254 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2255 reyestr nömrəli icarə müqavilələrinə xitam verilmişdir. Həmin Sazişlərin 2-ci bəndinə əsasən icarəçi müqavilə çərçivəsində yerinə yetirilməyən öhdəliklərinə görə tam cavabdehdir və bu sazişin imzalandığı günə olan borc məbləğini tam və qeyd şərtsiz icarəyə verənə ödəməlidir. Həmin Sazişlərin 3-cü bəndinə əsasən bu sazişin 2-ci bəndində qeyd edilmiş öhdəliklərin dərhal icra olunmadığı təqdirdə icarəyə verənin tələbi ilə ödənişin gecikdirildiyi hər bir təqvim günü üçün qalıq borc məbləğinin 0.1 % (sıfır tam onda bir faiz) həcmində dəbbə pulu ödəməlidir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, Cavabdeh tərəfindən İddiaçınə ümumilikdə 88700 manat məbləğində ödəniş olunmuş, onun 70843 manat əsas borc, 6446,63 manat dəbbə pulu, 3542,15 manat gecikmə faizi olmaqla, cəmi 80831,78 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, 3M-2246 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2247 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2248 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2249 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2250 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2251 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2252 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2253 reyestr nömrəli, 08 iyul 2021-ci il tarixli, 3M-2254 reyestr nömrəli və 08 iyul 2021-ci il tarixli, 3M-2255 reyestr nömrəli icarə müqavilələri əsasında icarəyə verən müvafiq torpaq sahələrini icarəçiyə istifadəyə vermişdir. İddiaçı həmin müqavilələrdən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən icarə haqları tam ödənilməməklə, öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan torpaq sahələrini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı göstərilən icarə müqavilələri üzrə ödənilməmiş icarə haqqları borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ödənilməmiş 70843 (yetmiş min səkkiz yüz qırx üç) manat məbləğində icarə haqqı borcu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 6446,63 (altı min dörd yüz qırx altı manat altmış üç qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 3543 (üç min beş yüz qırx üç) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1-ci maddəsinə əsasən zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2-ci maddəsinə əsasən dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3-ci maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanan 3542,15 (üç min beş yüz qırx iki manat on beş qəpik) manat məbləğində pulun tutulması" hissəsi əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı ödənilməmiş 70843 (yetmiş min səkkiz yüz qırx üç) manat məbləğində əsas borca dəbbə pulu məbləği ilə yanaşı, həm də Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə hesablanan 3542,15 (üç min beş yüz qırx iki manat on beş qəpik) manat məbləğində pul hesablamışdır. Halbuki, Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “333 (üz yüz otuz üç manat) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 313,16 (üç yüz on üç manat on altı qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 313,16 (üç yüz on üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 70843 (yetmiş min səkkiz yüz qırx üç) manat məbləğində icarə haqqı borcu, 3543 (üç min beş yüz qırx üç) manat məbləğində cərimə və 313,16 (üç yüz on üç manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 74699,16 (yetmiş dörd min altı yüz doxsan doqquz manat on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 70843 (yetmiş min səkkiz yüz qırx üç) manat məbləğində icarə haqqı borcu, 3543 (üç min beş yüz qırx üç) manat məbləğində cərimə və 313,16 (üç yüz on üç manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 74699,16 (yetmiş dörd min altı yüz doxsan doqquz manat on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1481/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1481/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver