Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1486/2025 10.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı2 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı2 tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı2 Cavabdeh2 qarşı ”girov müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 21 avqust 2023-cü il tarixli girov müqaviləsinin ləğv edilməsi və girov müqaviləsi üzrə 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 30706 (otuz min yeddi yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 2022-ci ilin sentyabr ayından etibarən iş fəaliyyəti zamanı müştəri kimi tanımışdır. Tərəflər arasında münasibətlər normal olmuş, iddiaçı ehtiyac yarandıqda cavabdehə borc üçün müraciət etmişdir. Cavabdeh əvvəlki borclarını gecikmə ilə də olsa qaytardığından, iddiaçının etimadını qazanmışdır. Lakin 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək cavabdehin aldığı pul vəsaitlərinin geri qaytarılmasında mütəmadi gecikmələr baş vermişdir. Bu səbəbdən cavabdehin xahişi ilə tərəflər arasında mövcud borc məbləğləri cəmlənərək 21 avqust 2023-cü il tarixdə girov müqaviləsi bağlanmışdır. 2022-ci ilin sentyabr ayından başlayaraq yaranmış borclar girov biletləri əsasında formalaşmışdır: 20 sentyabr 2022-ci il tarixli İŞG 005170 nömrəli girov bileti üzrə - 4900 manat, qiymət üzrə - 5%, kredit üzrə - 245 manat; 23 sentyabr 2022-ci il tarixli İŞG 005194 nömrəli girov bileti üzrə - 2500 manat, qiymət üzrə - 5%, kredit üzrə - 500 manat; 04 noyabr 2022-ci il tarixli İŞG 005648 nömrəli girov bileti üzrə - 2000 manat, qiymət üzrə - 5%, kredit üzrə - 100 manat; 28 noyabr 2022-ci il tarixli İŞG 005756 nömrəli girov bileti üzrə - 3000 manat, qiymət üzrə - 5%, kredit üzrə - 150 manat; 19 yanvar 2023-cü il tarixli İŞG 006228 nömrəli girov bileti üzrə - 6000 manat, qiymət üzrə - QR (15 ay), kredit üzrə - 580 manat; 23 yanvar 2023-cü il tarixli İŞG 006242 nömrəli girov bileti üzrə - 3000 manat, qiymət üzrə - QR, kredit üzrə - 400 manat; 31 yanvar 2023-cü il tarixli İŞG 006288 nömrəli girov bileti üzrə - 5000 manat, qiymət üzrə - 11ay, kredit üzrə - 600 manat; 28 mart 2023-cü il tarixli İŞG 008294 nömrəli girov bileti üzrə - 2000 manat, qiymət üzrə - 5%, kredit üzrə - 100 manat. Verilmiş 28400 (iyirmi səkkiz min dörd yüz) manat məbləğdən 7702 (yeddi min yeddi yüz iki) manat məbləğ ödənilmiş, 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində borc qalmışdır. Girov müqaviləsinə əsasən illik 36 % ödəmək şərtilə 24 ay müddətinə 22000 (iyirmi iki min) manat məbləğində qalıq borclarını kredit formasında rəsmiləşdirərək aralarında ödəniş cədvəli müəyyən etmişlər. Həmin tarixdən Cavabdeh2 tərəfindən ilk 2 ay ödəniş edilmişdir. Lakin ödəmələr sona qədər aparılmamış və 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 30706 (otuz min yeddi yüz altı) manat məbləğində borc qalmışdır. Bu günə qədər dəfələrlə şifahi və yazılı müraciət etməsinə baxmayaraq həmin borc məbləği qaytarılmamışdır. Cavabdehə borcun qaytarılması ilə bağlı pretenziya məktubu göndərilsə də, bu günə qədər qeyd olunan məbləğ iddiaçıya ödənilməmişdir. İddiaçı2 nümayəndəsi Vəkil 09 yanvar 2026-cı il tarixdə “iddia həcminin azadılmasında dair” ərizə təqdim edərək girov bileti üzrə yaranmış 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 30706 (otuz min yeddi yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 elektron kabinet vasitəsi ilə iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İddiaçı ilə aralarında heç bir kommersiya münasibətləri olmamışdır. Fərz edilsə də ki, iddiaçının guya cavabdehə verdiyi pul vəsaitlərini cavabdeh alıb, hətta belə olan halda da bu vəsaitlər cavabdehə sahibkarlıq fəaliyyəti üçün verilə bilməzdi. Çünki, belə kreditlər yalnız nağdsız qaydada verilə bilər, belə olsaydı aralarında guya bağlanmış müqavilədə cavabdehin şəxsiyyət vəsiqəsinin göstəriciləri deyil, VÖEN-i qeyd olunardı. Şəxsiyyət vəsiqəsinin göstəriciləri ilə yalnız fərdi istehlak kreditləri verilir ki, belə olan halda onların mübahisəsinə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. İddiaçının təqdim etdiyi 31 avqust 2023-cü il tarixli girov bileti ilə bağlı etirazda qeyd edilmişdir ki, cavabdehin belə bir kredit almağı yadında deyil. Əgər iddiaçı iddia edirsə ki, bu digər kreditlərin cəmlənməsidir, onda digər kreditlərin 31 avqust 2023-cü ildə ödənilməsini təsdiq edən sənəd hanı? Onda belə çıxır ki, cavabdehin həm köhnə borcları qalır, həm də bu kredit? Cavabdehin zənnincə iddiaçı iddia tələbinin dəqiqləşdirilməlidir – cavabdehin konkret olaraq nə qədər borcu qalıb? Hər bir halda, cavabdeh bu pulu alsaydı, kassa orderinə də imza atmalı idi (“Girov bileti”-nin (Forma № GB-1) forma və rekvizitləri və onlardan istifadə qaydalarının 4-cü bəndi). Çünki kredit müqaviləsini imzalamaqla borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Yəni kredit müqaviləsini imzalamaqla onlar niyyətlərini bildirmişlər. Lakin niyyətin reallaşdırılmasını sonrakı addımlar sübut edə bilər. Belə ki, 22000 (iyirmi iki min) manat kreditin cavabdeh tərəfindən faktiki olaraq götürülməsini yalnız kassa orderi təsdiq edə bilər. Əgər həmin sənəd də təqdim edilsə, onda oradakı imzanın cavabdehə aid olmadığını məhkəməxətşünaslıq ekspertizası asanlıqla təsdiq edə bilər. Qeyd edilməlidir ki, imza da cavabdehin imzasına oxşamır. Etirazına ASAN İmza Sertifikatını aldığı zaman atdığı imza nümunəsini əlavə edir ki, müqayisə edilə bilinsin. İmzanın digər nümunəsini şəxsiyyət vəsiqəsindən də görmək mümkündür. Cavabdehə maraqlı gələn və rəsmi sənədin saxtalaşdırılması şübhəsi yaradan məqam odur ki, girov biletində "Ssuda" məbləğ yazı ilə deyil, rəqəmlərlə yazılıb. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh sonuncu dəfə 2023-cü ilin avqustunda 2000 (iki min) manat üçün müraciət etmişdir, ola bilər ki, bəlkə də həmin vaxt bu kağızı ərizə kimi cavabdehə imzalatdırıblar, lakin sonradan yazı ilə deyil, rəqəmlə yazılan bu 2000 (iki min) manat məbləğinin qabağına "2" (iki) rəqəmi artırmaqla iddiaçı məbləği şişirdib. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən 8 ədəd girov bileti ilə bağlı cavabdehə 28400 manat borc verilib, həmin borcdan 7702 manat ödəniş edilmiş, 20698 manat borc qalmış və həmin məbləğə ödənilməyən faizlər də daxildir. O, “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək cavabdehdən faiz borcunun tələb edilmədiyini, qeyd olunan 8 ədəd girov bileti üzrə ödənilməmiş 20100 (iyirmi min yüz) manat məbləğində əsas borcun və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı2 nümayəndəsi Vəkil ərizə verərək Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclaslarında iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, e-2-2(119)- 1486/2025 nömrəli qərardadı ilə iddiaçının ərizəsi nəzərə alınaraq işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı2 İŞG 005170 nömrəli girov biletindən görünür ki, girov 20 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Kredit məbləği 4900 manatdır. Girov verilən əşya yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 245 manat göstərilmişdir. İddiaçı2 İŞG 005194 nömrəli girov biletindən görünür ki, girov 23 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Girovun qiyməti 2500 manat müəyyən edilmişdir. Kredit məbləği 2500 manatdır. Girov verilən əşya yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 500 manat göstərilmişdir. İddiaçı2 İŞG 005756 nömrəli girov biletindən görünür ki, girov 28 noyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Girovun qiyməti 3000 manat müəyyən edilmişdir. Kredit məbləği 3000 manatdır. Girov verilən əşya yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 150 manat göstərilmişdir. İddiaçı2 İŞG 005648 nömrəli girov biletindən görünür ki, girov 04 noyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Girovun qiyməti 2000 manat müəyyən edilmişdir. Kredit məbləği 2000 manatdır. Girov verilən əşya yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 100 manat göstərilmişdir. İddiaçı2 İŞG 006228 nömrəli girov biletindən görünür ki, girov 19 yanvar 2023-cü il tarixdə qəbul edilmişdir. Girovun qiyməti 6000 manat müəyyən edilmişdir. Kredit məbləği 6000 manatdır. Girov verilən əşya yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə faiz QR (15 ay), kredit üzrə faiz 580 manat göstərilmişdir. İddiaçı2 İŞG 006242 nömrəli girov biletindən görünür ki, girov 23 yanvar 2023-cü il tarixdə qəbul edilmişdir. Girovun qiyməti 3000 manat müəyyən edilmişdir. Kredit məbləği 3000 manatdır. Girov verilən əşya yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə faiz QR, kredit üzrə faiz 400 manat göstərilmişdir. İddiaçı2 İŞG 006288 nömrəli girov biletindən görünür ki, girov 31 yanvar 2023-cü il tarixdə qəbul edilmişdir. Kredit məbləği 5000 manatdır. Girov verilən əşya yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə 11 ay, kredit üzrə faiz 600 manat göstərilmişdir. İddiaçı2 İŞG 008294 nömrəli girov biletindən görünür ki, girov 28 mart 2023-cü il tarixdə qəbul edilmişdir. Kredit məbləği 2000 manatdır. Girov verilən əşya 1 qolbağ (əyar yox) – 15,8 qram, 1 üzük - 750 əyar, 9 qram yoxdur. Cavabdeh2 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 100 manat göstərilmişdir. 22 sentyabr 2022-ci il tarixi 105339 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı2 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. 25 sentyabr 2022-ci il tarixi 105390 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı2 800 manat məbləğində ödəniş həyata keçirilmişdir. 16 oktyabr 2023-cü il tarixi 106873 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı2 300 manat məbləğində ödəniş həyata keçirilmişdir. 25 oktyabr 2023-cü il tarixi 109196 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı2 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. 06 dekabr 2023-cü il tarixi 112472 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı2 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. 12 dekabr 2023-cü il tarixi 112383 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı2 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. 30 dekabr 2023-cü il tarixi 113942 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı2 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. - 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. - 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. - 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 2022-ci ilin sentyabr ayından etibarən borc münasibətləri yaranmış, həmin münasibətlər əsasında 8 ədəd girov bileti tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş İŞG 005170, 005194, 005648, 005756, 006228, 006242, 006288 və 008294 nömrəli girov biletlərindən görünür ki, Cavabdeh2 tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 28400 manat məbləğində pul vəsaiti kredit kimi qəbul edilmişdir. Həmin sənədlərdə cavabdeh girov verən qismində göstərilmiş, kredit məbləğləri və faiz şərtləri qeyd edilmişdir. Cavabdeh tərəfindən ümumilikdə 7702 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, ödənilmiş məbləğ əsas borcdan çıxıldıqdan sonra 20698 manat borc qalığı mövcud olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək faiz tələbindən imtina etmiş və yalnız 8 ədəd girov bileti üzrə ödənilməmiş 20100 manat məbləğində əsas borcun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissədə dəqiqləşdirilməsi onun prosessual hüququdur və işin faktiki hallarına uyğundur. Mülki qanunvericiliyin tələbinə görə, fiziki şəxslərdən qısamüddətli kreditlərin təminatı məqsədilə daşınar əşyaların girov götürülməsi müvafiq icazəyə malik ixtisaslaşdırılmış təşkilatlar – lombardlar tərəfindən həyata keçirilir və bu münasibətlər girov bileti verilməklə rəsmiləşdirilir. İş materiallarında mövcud olan girov biletləri tərəflər arasında kredit münasibətlərinin yaranmasını və mövcudluğunu təsdiq edən yazılı sübutlar kimi qiymətləndirilir. Həmçinin müəyyən olunur ki, cavabdeh götürdüyü pul vəsaitlərini tam şəkildə və müəyyən edilmiş qaydada qaytarmamışdır. Məhkəmə hesab edir ki, bu hal öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh2 iddiaya qarşı etirazında imzanın ona məxsus olmamasını və sənədlərin saxtalaşdırılmasını bildirsə də, məhkəmə iclaslarında iştirak etməmiş, ekspertiza təyin edilməsi barədə ərizə təqdim etməmiş və göstərdiyi halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə sübutların məcmusunu qiymətləndirərək və Mülki Məcəllənin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsaslıdır və 8 ədəd girov bileti üzrə ödənilməmiş 20100 (iyirmi min yüz) manat məbləğində əsas borc Cavabdeh2 tutularaq İddiaçı2 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “150 (yüz əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iddia təmin olunduğuna görə 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 20100 (iyirmi min yüz) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 20100 (iyirmi min yüz) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə Cavabdeh2 tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1486/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-1486/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver