Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-15/2023 24.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənov Şəfayət Qardaşalı oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 26 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 239939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat əsas borc, 23993,9 (iyirmi üç min doqquz yüz doxsan üç manat 90 qəpik) manat gecikdirilmiş icra üçün faiz və 35000 (otuz beş min) manat əldən çıxmış fayda olmaqla, cəmi 298932,9 (iki yüz doxsan səkkiz min doqquz yüz otuz iki manat 90 qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsi verilməsi üçün ödənilmiş 588,93 (beş yüz səksən səkkiz manat 93 qəpik) manat məbləğində mediasiya xərci və dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər olmuş və iddiaçı MMC cavabdeh ASC-ni yem əlavələri və qatqıları ilə təchiz etmişdir. İddiaçı MMC-nin və cavabdeh "xxxx" ASC-nin direktorlarının təsdiq etdikləri 01 aprel 2016-cı il tarixli “üzləşmə aktı”na əsasən "xxxx" ASC-nin İddiaçı MMC-yə 40958 manat və 34257,5 avro borcu olmuşdur. Həmin borc növbəti akt tərtib edilənədək hissəhissə ödənilsə də, tam bağlanmamışdır. Həmin aktdan sonra da tərəflər arasında mal mübadiləsi (alqı-satqısı) davam etmişdir. Yəni, yenə də iddiaçı MMC cavabdeh ASC-yə mal (yem əlavəsi və qatqı) göndərilməsini davam etdirmiş, cavabdeh tərəfindən isə göndərilən malların dəyəri qismən ödənilmişdir. İddiaçı MMC-nin və "xxxx" ASC-nin direktorlarının təsdiq etdikləri 06 sentyabr 2017-ci il tarixli “qarşılıqlı üzləşmə aktı”na əsasən 06 sentyabr 2017-ci il tarixə "xxxx" ASC-nin İddiaçı MMC-yə 151092,4 manat borcu qalmışdır. Bundan sonra da tərəflər arasında əməkdaşlıq davam etdirilmişdir. Yəni, məlum aktın tərtib olunmasından sonra da iddiaçı MMC cavabdeh ASC-yə mal (yem əlavəsi) göndərilməsini davam etdirmiş, cavabdeh isə aldığı malların dəyərinə görə qismən ödənişlər etmişdir. Lakin yenə də ASC-nin qalıq borcu qalmışdır. İddiaçı MMC-nin və "xxxx" ASC-nin direktorlarının təsdiq etdikləri 31 dekabr 2019-cu il tarixli “X1 aktı”na əsasən isə 31 dekabr 2019-cu il tarixə "xxxx" ASC-nin İddiaçı MMC-yə 151092,4 manat borc ilə yanaşı, 334197,28 manat məbləğində əlavə borcu da yaranmışdır. Bundan sonra tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə 07 yanvar 2023-cü il tarixədək bağlanılmışdır. Həmin Müqavilə bağlanıldıqdan sonra da tərəflər arasında əvvəlki qaydada kommersiya münasibətləri davam etdirilmiş, iddiaçı tərəf müvafiq malları göndərmiş, cavabdeh tərəf isə malların dəyərini hissə-hissə olmaqla, qismən ödəmişdir. Beləliklə də, tərəflər arasında baş tutan alqı-satqı zamanı iddiaçı tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada tam icra etməmişdir. Buna görə də, "xxxx" ASC-nin İddiaçı MMC-yə hazırda 239939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat məbləğində real borcu yaranmışdır. Eyni zamanda müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməməsi iddiaçını əlavə maliyyə itkilərinə məruz qoymuşdur. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı iddiaçı tərəfin şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra cavabdehə həm yazılı, həm də elektron qaydada pretenziya göndərilmiş, eyni zamanda mübahisənin məhkəmədən kənar alternativ həlli kimi mediasiya təşkilatına müraciət olunmuşdur. Lakin bu cəhdlərin də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədiyindən cavabdeh "xxxx" ASC-nin 239939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat məbləğində real borcu vardır. Cavabdeh "xxxx" ASC-nin məhkəməyə müraciət edildiyi günə kimi ödənişini gecikdirdiyi 239939 manat məbləğində pulun illik 5 faiz dərəcəsi ilə hesablanan illik faiz məbləği 11996,95 manat olmaqla, 2 il üçün cəmi 23993,9 manat təşkil edir. Çünki, İddiaçı MMC-nin özü "xxxx" ASC-yə satdığı malları (yem əlavəsini) xaricdən idxal edir. İddia ərizəsinə əlavə olunan gömrük bəyannamələrindən görünür ki, 2020-ci ilin oktyabr ayında həmin məhsulun 1 kq-nın dəyəri 1,85 avro, 2021-ci ilin noyabr ayında həmin məhsulun 1 kq-nın dəyəri 2,73 avro, 2022-ci ilin yanvar ayında isə eyni məhsulun 1 kq-nın dəyəri 3,6 avro təşkil edir. Nəzərə alınsa ki, təxminən 13-14 ay ərzində idxal olunan məhsulun dəyərinin təxminən 2 dəfə bahalaşmasına, eyni dövr ərzində cavabdehin borcun əsassız olaraq ödənilməsindən yayınmasına və bu müddət ərzində iddiaçıya məxsus pul vəsaitini özündə saxlamasına görə cavabdeh iddiaçını daha çox gəlir əldə etmək imkanından məhrum etmişdir. Qeyd edilən məhrum etmə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2ci maddəsinə görə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) kimi başa düşülməlidir. Bu isə bir qayda olaraq idxal edilən ortalama 20 ton (20000 kq) malda 35000 manat artıq xərc deməkdir ki, cavabdeh tərəf öhdəliklərini vaxtında icra etmiş olsaydı, iddiaçı həmin məhsulu daha münasib qiymətə alaraq 35000 manatdan artıq gəlir əldə edə bilərdi. Beləliklə də, hazırkı iddia ərizəsi verilərkən cavabdeh "xxxx" ASC-nin 239939 manat məbləğində əsas, 23993,9 manat məbləğində gecikdirilmiş icra üçün faiz və 35000 manat əldən çıxmış fayda olmaqla, cəmi 298932,9 manat məbləğində borcu yaranmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 21 iyun 2022-ci ildə məhkəməyə “iddia tələbinə Etiraz” və “iddia müddətinin tətbiq edilməsi” barədə Ərizə təqdim edilərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia ərizəsində tələb olunan borc üzrə iddia müddəti keçmiş olduğuna görə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” və “iddia müddətinin keçməsinə dair” Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında sahibkarlıq münasibətlərindən irəli gələn kommersiya əlaqələri mövcud olmuş və kommersiya münasibətlərinin əsasını alqı-satqı müqvilələrinə uyğun olaraq quşçuluqda istifadə olunan yem məhsulları, qatqıları və əlavələri təşkil etmişdir. İddia ərizəsinə əlavə edilən və iddia tələbinin əsasını təşkil edən 01 aprel 2016-cı il tarixli üzləşmə aktına əsasən 01 aprel 2016-cı il tarixə "xxxx" ASC-nin İddiaçı MMC-yə borcu 40958 manat və həmçinin həmin Aktda qeyd olunan 16 oktyabr 2015-ci il tarixə olan borcun isə 34257,5 avro təşkil etdiyi göstərilmişdir. Bundan əlavə, 06 sentyabr 2017-ci il tarixli qarşılıqlı üzləşmə aktında isə 06 sentyabr 2017-ci il tarixə "xxxx" ASC-nin İddiaçı MMC-yə borcunun 151092 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı 31 dekabr 2019-cu il tarixli Aktda 151092 manat məbləğində pulun mübahisəli olmasını da etiraf etmişdir. İddiaçının özünün təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan sənədlərdən məlum olur ki, 151092 manat məbləğində və 82067 manat məbləğində borcun olması 7 (yeddi) ildən artıq olan müddəti əhatə edir. Təqdim olunmuş sənədlərdən bir daha məlum olur ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında borc münasibətləri 7 (yeddi) ildir icra olunmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç illik dövrü əhatə edir. Etirazda qeyd edilən əsaslarla bağlı və iddiaçının təqdim etdiyi aktlardan məlum olur ki, öhdəliklərin icra olunma tarixləri 2015-ci ili, 2016-cı ili və 2017-ci ili əhatə etdiyindən, bu iddia ərizəsindən irəli gələn tələblər üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş üzrə keçirilən məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 239939 manat əsas borc, 23993,9 manat gecikdirilmiş icra üçün faiz və 35000 manat əldən çıxmış fayda olmaqla, cəmi 298932,9 manat məbləğində pul vəsaitinin və iddia ərizəsi verilməsi üçün 588,93 manat məbləğində ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – tərəflər arasında uzun illər ərzində baş tutmuş alqı-satqı münasibətləri əsasında formalaşmış işgüzar münasibətlərə uyğun olaraq dəyəri hissə-hissə olmaqla sonradan ödənilməli olan müxtəlif adda məhsulların, yəni yem əlavələrinin və qatqıların satılması ilə əlaqədar satıcı İddiaçı MMC tərəfindən tərtib olunaraq 22 noyabr 2017-ci ildən 10 fevral 2020-ci il tarixinədək alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş Elektron Qaimələr üzrə sonuncu tərəfindən 09 fevral 2022-ci il tarixinədək mütəmadi olaraq hissəhissə olmaqla müəyyən məbləğlərdə pul vəsaitlərinin ödənilməsinə baxmayaraq, satılmış mallara görə cəmi 239939 manat məbləğində ödənilməmiş qalıq borcun qalması və bu borcun olması tərəflər arasında mütəmadi olaraq baş tutmuş alqı-satqılar üzrə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrdə ödənilməsi tələb edilən pul vəsaitlərinə görə cavabdeh tərəfin hissə-hissə olmaqla 09 fevral 2022-ci il tarixinədək ödəmiş olduğu pul vəsaitlərinin ümumi məbləği arasında yaranan fərqlə təsdiq olunması ilə əsaslandırmış və eyni zamanda, tərəflər arasında alqı-satqı münasibətləri və icra olunan alqı-satqıya görə pulun ödənilməsi mütəmadi olaraq davam etdiyindən, cavabdeh tərəfindən sonuncu ödəniş isə 09 fevral 2022-ci il tarixində edildiyindən və iddia ərizəsinin məhkəməyə 26 may 2022-ci ildə təqdim olunduğundan - hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyini bildirmişdi. Məhkəmə iclaslarında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 suallara cavab olaraq bildirmişdi ki, 2017-ci ildən son dövrədək iddiaçı tərəfindən cavabdeh tərəfə davamlı olaraq mallar verilmiş və sonuncu tərəfindən də aldığı mallara görə hissə-hissə olmaqla mütəmadi olaraq ödənişlər aparılmışdır. Bu münasibətlər davamlı olaraq təkrar olunduğu üçün yaranmış borcun hansı dövrə aid olduğunu müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən təqdim olunan elektron qaimələr əsasında pul vəsaitləri cavabdeh tərəfindən hissə-hissə olmaqla bank hesabı vasitəsilə ödənilmişdir. Məhkəməyə təqdim edilən üzləşmə aktlarının isə tələb olunan borcun sübuta yetirilməsində əhəmiyyəti yoxdur və iddiaçı iddia tələbini həmin üzləşmə aktları ilə sübut etmir. İş materiallarında olan Üzləşmə aktları müqavilə olmasa da, tərəflər arasında alqı-satqı münasibətlərinin olması faktını sübut edir. İddiaçı iddia tələbində qeyd olunan borcu 2017-2020-ci illərə aid olan elektron qaimələr və bank hesabından çıxarışlara əsasən tələb edir. İddiaçı cavabdehə 2017-ci ildə 572131,67 manat dəyərində, 2018-ci ildə 1942014,27 manat dəyərində, 2019-cu ildə 492479,44 manat dəyərində və 2020-ci ildə isə 14650 manat dəyərində olmaqla, cəmi 2951305,46 manat dəyərində malları müvafiq elektron qaimələr təqdim etməklə satmış və həmin elektron qaimələr təsdiq olunmuşdur. Yəni, cavabdeh satılan malları qəbul etmiş, elektron qaimələrə etiraz verməmiş və 2017-ci ildən 09 fevral 2022-ci il tarixinədək həmin elektron qaimələr üzrə cəmi ******* manat məbləğində pulu iddiaçının əsas bank hesabına, 375601,36 manat məbləğində pulu isə ƏDV hesabına ödəmişdir. 2017-ci ildən etibarən baş tutmuş alqı-satqılar üzrə cavabdehin ƏDV borcu yoxdur və təqdim olunan elektron qaimələr üzrə bütün ƏDV ödənişləri cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh 2022-ci ildə isə iddiaçının əsas hesabına 8454,72 manat, ƏDV hesabına isə 1525,42 manat məbləğində pul ödəmişdir. İddiaçı tərəfindən məhkəməyə rəsmi sənəd kimi elektron qaimələr və hesabdan çıxarış təqdim olunmuşdur. Həmin çıxarışda cavabdehin 2017-ci ildən 2022-ci ilə qədər iddiaçının hesabına hər ay ödəniş etdiyi əks olunmuşdur. Ona görə də, bu iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Çünki, hesabdan çıxarışdan göründüyü kimi cavabdeh hər ay iddiaçıya ödəniş etmişdir. Əgər borclu öz öhdəliklərini qəbul edirsə, iddia müddətinin axımı kəsilir. Məhkəmə iclaslarında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə “Etiraz”da və “iddia müddətinin tətbiq edilməsi” barədə Ərizədə göstərilənlərə uyğun izahat verərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – “239939 manat əsas borc, 23993,9 manat gecikdirilmiş icra üçün faiz və 35000 manat əldən çıxmış fayda olmaqla, cəmi 298932,9 manat məbləğində pul vəsaitinin” cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb olunmasının əsassız olması və eyni zamanda, cavabdehin tələb etdiyi borcun əvvəlki illərə təsadüf etməsi, yəni cavabdehin 2017-ci ilə qədər 151092 manat və 82067 manat məbləğlərində borcu olsa da, artıq həmin borcun tələb olunması üçün nəzərdə tutulan iddia müddətinin keçməsi və tələb olunan borc üzrə iddia müddəti ötürülmüş olduğundan iddianın rədd edilməli olması ilə əsaslandırmışdı. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərziəsini, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli 1/2020 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı yem əlavələri ilə (bundan sonra-“mal”) Alıcını təchiz etməyə, Alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, mallar alıcının sifarişi əsasında təchiz edilir. Təchiz edilən mal öz keyfiyyətinə görə dövlət standartlarına, onun istehsal edildiyi sahədə mövcud olan texniki şərtlərə uyğun gəlir. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən, malların qiymətləri hər iki tərəfin razılığı əsasında qaimə fakturada göstərilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Alıcı tərəfindən ödəmə Satıcının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi və ya təchizatçının kassasına nağd formada ödənilməsi yolu ilə həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə digər ödəmə üsulu da müəyyən edilə bilər. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, ödəniş qabaqcadan ödəmə üsulu ilə və yaxud Satıcının razılığı ilə ən geci malın Alıcıya təqdim edildiyi tarixdən başlayaraq 30 (otuz) gün ərzində həyata keçirilməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, Alıcı tərəfindən ödəmə bu müqavilənin 4.3-cü bəndində göstərilən müddət ərzində həyata kecirilməssə, hər gecikmiş təqvim gününə görə Alıcı tərəfindən gecikdirilmiş məbləğin 0,05% cərimə şəklində əlavə olaraq Satıcıya ödənilməlidir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, Müqavilə tərəflər arasında imzalandığı andan etibarən qüvvəyə minir və 07 yanvar 2023-cü ilədək qüvvədə qalır. İş materiallarında olan sənədlərlə, o cümlədən də elektron qaimələrlə müəyyən olunur ki, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" ASC-yə 22 noyabr 2017-ci il tarixli EAAE 267011 nömrəli Elektron Qaimə üzrə 216270,4 manat dəyərində, 24 noyabr 2017-ci il tarixli EAAE 301637 nömrəli Elektron Qaimə üzrə 24399,45 manat dəyərində, 08 dekabr 2017-ci il tarixli EAAE 579232 nömrəli Elektron Qaimə üzrə 49699,12 manat dəyərində, 09 dekabr 2017-ci il tarixli EAAE 603513 nömrəli Elektron Qaimə üzrə 66000,35 manat dəyərində, 20 dekabr 2017-ci il tarixli EAAE 820638 nömrəli Elektron Qaimə üzrə 113289,44 manat dəyərində, 27 dekabr 2017-ci il tarixli EAAE 954471 nömrəli Elektron Qaimə üzrə 102472,97 manat dəyərində, 13 yanvar 2018-ci il tarixli EAAG 216594 nömrəli Elektron Qaimə üzrə 143505,46 manat dəyərində, 31 yanvar 2018-ci il tarixli EAAG 652274 nömrəli Elektron Qaimə üzrə 229625,05 manat dəyərində, 10 fevral 2018-ci il tarixli EAAG 947803 nömrəli Elektron Qaimə üzrə 206619,18 manat dəyərində, 06 mart 2018-ci il tarixli EAAH 502737 nömrəli Elektron Qaimə üzrə 153484,37 manat dəyərində, 17 mart 2018-ci il tarixli EAAH 794308 nömrəli Elektron Qaimə üzrə 285146,12 manat dəyərində, 23 aprel 2018-ci il tarixli EAAİ 575529 nömrəli Elektron Qaimə üzrə 202319,85 manat dəyərində, 16 may 2018-ci il tarixli EAAJ 170299 nömrəli Elektron Qaimə üzrə 82927,16 manat dəyərində, 25 iyun 2018-ci il tarixli EAAK 082323 nömrəli Elektron Qaimə üzrə 62587,20 manat dəyərində, 16 iyul 2018-ci il tarixli EAAK 610380 nömrəli Elektron Qaimə üzrə 158373,7 manat dəyərində, 07 sentyabr 2018-ci il tarixli EAAL 922014 nömrəli Elektron Qaimə üzrə 302960,28 manat dəyərində, 13 oktyabr 2018-ci il tarixli EAAM 812390 nömrəli Elektron Qaimə üzrə 114465,90 manat dəyərində, 05 mart 2019-cu il tarixli EAAR 202087 nömrəli Elektron Qaimə üzrə 22897,90 manat dəyərində, 11 mart 2019-cu il tarixli EAAR 504690 nömrəli Elektron Qaimə üzrə 13949,81 manat dəyərində, 18 mart 2019-cu il tarixli EAAR 864967 nömrəli Elektron Qaimə üzrə 12450,18 manat dəyərində, 04 aprel 2019-cu il tarixli EAAS 612515 nömrəli Elektron Qaimə üzrə 15206,51 manat dəyərində, 18 aprel 2019-cu il tarixli EAAT 290185 nömrəli Elektron Qaimə üzrə 25199,14 manat dəyərində, 29 aprel 2019-cu il tarixli EAAT 689843 nömrəli Elektron Qaimə üzrə 25199,14 manat dəyərində, 03 may 2019-cu il tarixli EAAT 959344 nömrəli Elektron Qaimə üzrə 20248,80 manat dəyərində, 23 may 2019-cu il tarixli EAAU 835126 nömrəli Elektron Qaimə üzrə 21753,30 manat dəyərində, 03 iyun 2019-cu il tarixli EAAV 314700 nömrəli Elektron Qaimə üzrə 34950,30 manat dəyərində, 14 iyun 2019-cu il tarixli EAAV 861737 nömrəli Elektron Qaimə üzrə 8300,12 manat dəyərində, 21 iyun 2019-cu il tarixli EAAW 109344 nömrəli Elektron Qaimə üzrə 24298,56 manat dəyərində, 26 iyun 2019-cu il tarixli EAAW 328491 nömrəli Elektron Qaimə üzrə 24900,36 manat dəyərində, 04 iyul 2019-cu il tarixli EAAW 691797 nömrəli Elektron Qaimə üzrə 24300,68 manat dəyərində, 19 iyul 2019-cu il tarixli EAAX 393254 nömrəli Elektron Qaimə üzrə 24298,56 manat dəyərində, 01 avqust 2019-cu il tarixli EAAX 941604 nömrəli Elektron Qaimə üzrə 24298,56 manat dəyərində, 16 avqust 2019-cu il tarixli EAAY 590170 nömrəli Elektron Qaimə üzrə 24900,36 manat dəyərində, 10 sentyabr 2019-cu il tarixli EAAZ 638990 nömrəli Elektron Qaimə üzrə 22756,30 manat dəyərində, 19 sentyabr 2019-cu il tarixli EBAA 098357 nömrəli Elektron Qaimə üzrə 23700,3 manat dəyərində, 23 sentyabr 2019cu il tarixli EBAA 226504 nömrəli Elektron Qaimə üzrə 24900,36 manat dəyərində, 01 oktyabr 2019-cu il tarixli EBAA 588414 nömrəli Elektron Qaimə üzrə 4000,2 manat dəyərində, 24 yanvar 2020-ci il tarixli EBAF 440486 nömrəli Elektron Qaimə üzrə 14000 manat dəyərində və 10 fevral 2020-ci il tarixli EBAG 179080 nömrəli Elektron Qaimə üzrə 650 manat dəyərində müxtəlif məhsulların (yem əlavələri və qatqıların) satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan tərəflər arasında tərtib olunaraq imzalanmış “üzləşmə akt”ları ilə müəyyən olunur ki, alıcı "xxxx" ASC-nin satıcı İddiaçınə 01 aprel 2016-cı il tarixinə 40958 manat məbləğində, 16 oktyabr 2015-ci il tarixinə 34257,5 avro məbləğində (01 aprel 2016-cı il tarixli Üzləşdirmə Aktı), 06 sentyabr 2017-ci il tarixinə cəmi 151092,4 manat məbləğində (06 sentyabr 2017-ci il tarixli "Qarşılıqlı Üzləşmə" Aktı) və 2006-cı ildən qalmış 151092 manat məbləğində mübahisəli alacaq və ya veriləcək məbləğ nəzərə alınmasa, 31 dekabr 2019-cu il tarixinə 334197,28 manat məbləğində (31 dekabr 2019-cu il tarixli "X1" Aktı) ödənilməmiş borcları olmuşdur. Qeyd etmək lazımdır ki, məhkəmə iclaslarında iddiaçının nümayəndəsi məlum “üzləşmə aktları”nın borcun olmasının təsdiq edilməsi üçün deyil, tərəflər arasında alqısatqı-münasibətlərinin təsdiq edilməsi üçün məhkəməyə təqdim olunduğunu bildirmişdir. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Filialı tərəfindən 03 iyun 2022-ci ildə təsdiq edilərək verilmiş İddiaçınə aid bank hesabının 01 yanvar 2017ci il tarixindən 03 iyun 2022-ci il tarixinədək dövrü əhatə edən Çıxarışından görünür ki, 27 yanvar 2017-ci il tarixindən başlayaraq alıcı "xxxx" ASC tərəfindən alınan mallara görə satıcı "xxxx" MMC-nin bank hesabına mütəmadi olaraq müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilmişdir. Sonuncu dəfə alıcı "xxxx" ASC tərəfindən 09 fevral 2022-ci ildə satıcı "xxxx" MMC-nin bank hesabına 8474,58 (səkkiz min dörd yüz yetmiş dörd manat 58 qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir (iş vərəqi: 1-ci cild, 40-41-ci səhifə). İş materialları ilə müəyyən olunur ki, 2017 - 2022-ci illər ərzində satıcı "xxxx" MMC ilə alıcı "xxxx" ASC arasında baş tutmuş mülki dövriyyə, yəni alqı-satqı münasibətləri üzrə mütəmadi olaraq Alıcı tərəfindən bank hesabları vasitəsi ilə Satıcının bank hesabına müvafiq məbləğlərdə pul vəsaitləri ödənilmiş və bu ödənişlərin olmasını təsdiq edən müvafiq maliyyə-mühasibatlıq və bank sənədləri məhkəməyə təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı proses iştirakçıları tərəflər arasında alqı-satqı münasibətlərinin olmasını və həmin alqı-satqı münasibətləri üzrə cavabdeh tərəfin iddiaçı tərəfin hesabına mütəmadi olaraq pul vəsaitlərinin ödənilməsini mübahisələndirməmişlər). İş materiallarında olan, iddiaçı "xxxx" MMC tərəfindən 27 dekabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş Maliyyə Arayışında göstərilir ki, "xxxx" ASC-yə (VÖEN **********) "xxxx" MMC (VÖEN **********) tərəfindən 2017-ci il ərzində 572131,73 (beş yüz yetmiş iki min yüz otuz bir manat 73 qəpik) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 94000 (doxsan dörd min) manat pul köçürülmüşdür. 2018-ci il ərzində 1942014,27 (bir milyon doqquz yüz qırx iki min on dörd manat 27 qəpik) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMCnin bank hesabına ******* (bir milyon dörd yüz yetmiş min) manat pul köçürülmüşdür. 2019-cu il ərzində 442509,46 (dörd yüz qırx iki min beş yüz doqquz manat 46 qəpik) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 875000,01 (səkkiz yüz yetmiş beş min manat 01 qəpik) manat pul köçürülmüşdür. 2020-ci il ərzində 14650 (on dörd min altı yüz əlli) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 110000 (yüz on min) manat pul köçürülmüşdür. 2021-ci il ərzində mal verilməmiş, "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 140000 (yüz qırx min) manat pul köçürülmüşdür. 2022-ci il ərzində də mal verilməmiş, "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 10000 (on min) manat pul köçürülmüşdür. Beləliklə, 2017-2022-ci illər ərzində "xxxx" ASCyə "xxxx" MMC tərəfindən ümumilikdə 2951305,46 (iki milyon doqquz yüz əlli bir min üç yüz beş manat 46 qəpik) manat dəyərində mal verilmiş olsa da, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 2699000,43 (iki milyon altı yüz doxsan doqquz min manat 43 qəpik) manat pul vəsaiti köçürülmüş və "xxxx" ASC-nin 252305,03 (iki yüz əlli iki min üç yüz beş manat 03 qəpik) borcu qalmışdır. Qeyd etmək lazımdır ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, tərəflər arasında mövcud olan alqı-satqı münasibətləri üzrə Satıcı (iddiaçı) tərəfindən Alıcıya (cavabdehə) sonuncu dəfə 10 fevral 2020-ci ildə Elektron Qaimə təqdim olunsa da, Alıcı (cavabdeh) tərəfindən Satıcının (iddiaçının) bank hesabına sonuncu ödəniş 09 fevral 2022-ci il tarixində həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq və əlavə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. İş materiallarında olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 19 may 2023-cü il tarixli 9/2839 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, hazırkı tədqiqatla satıcı İddiaçı MMC tərəfindən tərtib olunaraq 22 noyabr 2017-ci ildən - 10 fevral 2020-ci il tarixinədək alıcı "xxxx" ASC-nə təqdim edilmiş elektron-qaimələr üzrə nəzərdə tutulan mal və xidmətlərin ümumi dəyərinin ƏDV daxil cəmi 2951305,44 (iki milyon doqquz yüz əlli bir min üç yüz beş manat 44 qəpik) manat məbləğində olması müəyyən edilir. "xxxx" ASC tərəfindən 22 noyabr 2017-ci ildən - 27 dekabr 2022-ci il tarixinədək İddiaçı MMC-nə ödənilmiş pul vəsaitlərinin iddiaçı tərəfindən təqdim edilmiş arayışda və cədvəl formalarında olan ödənişlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verildikdən sonra 2699000,43 (iki milyon altı yüz doxsan doqquz min manat 43 qəpik) manat məbləğində olması müəyyən edilə bilər. Bütün yuxarıda göstərilənlərə məhkəmə tərəfindən qiymət verildikdən sonra, İddiaçı MMC tərəfindən tərtib olunaraq 22 noyabr 2017-ci ildən - 10 fevral 2020-ci il tarixinədək alıcı "xxxx" ASC-nə təqdim edilmiş “e-Qaimələr” üzrə 27 dekabr 2022-ci il tarixinə ödənilməmiş borcu müəyyən etmək üçün tədqiqatla birinci və ikinci sualda gəlinmiş nəticələr üzrə riyazi hesablama aparıla bilər. Göründüyü kimi, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 19 may 2023-cü il tarixli 9/2839 nömrəli Ekspert Rəyində müəyyən edilən satılmış mallara görə 22 noyabr 2017-ci ildən - 10 fevral 2020-ci il tarixinədək təqdim edilən elektron qaimələrlə təsdiq olunan ƏDV daxil cəmi 2951305,44 manat məbləğində pul vəsaiti ilə maliyyə-mühasibatlıq sənədlərinə əsasən hesablanan 22 noyabr 2017-ci ildən - 27 dekabr 2022-ci il tarixinədək ümumi ödənilmiş cəmi 2699000,43 manat məbləğində pul vəsaitinin fərqi 252305,01 (iki yüz əlli iki min üç yüz beş manat 01 qəpik) manat təşkil edir (2951305,44 - 2699000,43 = 252305,01 manat). Yəni, bu hesabatla müəyyən olunur ki, tərəflər arasında baş tutmuş alqı-satqı münasibətləri üzrə Satıcı (iddiaçı) tərəfindən Alıcıya (cavabdehə) satılmış malların ümumi dəyərinin 252305,01 manat hissəsi ödənilməmişdir (məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəflər arasında baş tutmuş alqı-satqı üzrə cavabdehin ƏDV borcunun olmadığını və cavabdehin ƏDV üzrə bütün ödənişləri etmiş olduğunu bildirmişdir). Lakin, İddiaçı MMC hazırkı iddia ərizəsində ödənilməmiş 252305,01 manat məbləğində əsas borcun hamısını deyil, nisbətən daha az miqdarda, yəni 239939 manat məbləğində əsas borcun və eyni zamanda “23993,90 manat gecikdirilmiş icra üçün faizin və 35000 manat əldən çıxmış faydanın” cavabdeh "xxxx" ASC-dən tutulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" ASC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 189 (yüz səksən doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə olan alqı-satqı münasibətləri üzrə cavabdeh "xxxx" ASC “alıcı” olaraq öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbi nəzərə alınaraq, həmin öhdəliklər üzrə yaranmış 252305,01 manat miqdarında qalıq borcun ödənilməmiş 239939 manat hissəsinin əsas borc qismində cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Lakin, cavabdehdən “23993,9 (iyirmi üç min doqquz yüz doxsan üç manat 90 qəpik) manat gecikdirilmiş icra üçün faizin və 35000 (otuz beş min) manat əldən çıxmış faydanın tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı iə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Eyni zamanda, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bir neçə il ərzində davam edən alqı-satqı münasibətləri üzrə öhdəliklərin yerinə yetirilməsi qaydalarını, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri, qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, tərəflərin mövcud alqı-satqı münasibətləri üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydasının mahiyyət və müddətlərini, bu qaydalarla əlaqədar hər bir tərəfə ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək tərəflərin hərəkət və davranışlarını, yəni satılan mallara görə təqdim edilən elektron qaimələr üzrə davamlı və mütəmadi olaraq hissə-hissə ödənişlərin edilməsini və cavabdeh tərəfindən sonuncu ödənişin 09 fevral 2022-ci il tarixində icra olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən edilmiş borc məbləğinin aid olduğu alqı-satqı üzrə iddia müddəti ötürülməmişdir və buna görə də, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1) və bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2). Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 239939 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 189 (yüz səksən doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı da cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 529,94 (beş yüz iyirmi doqquz manat 94 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 340,94 (üç yüz qırx manat 94 qəpik) manat (529,94 – 189 = 340,94) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eləcə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və əlavə məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının (15 noyabr 2022-ci il tarixli 9/6861 nömrəli və 19 may 2023-cü il tarixli 9/2839 nömrəli Ekspert Rəyləri) dəyəri olan cəmi 300 (üç yüz) manat (150+150) məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Lakin, aşağıda qeyd olunanlara əsasən 03 mart 2023-cü il tarixli 9/503 nömrəli Ekspert Rəyinin verilməsi ilə nəticələnmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri isə tərəflərə aid edilməməli və bu ekspertiza üzrə ekspertiza xərci tərəflərdən tutulmamalıdır. Çünki, həmin Rəylə müəyyən olunur ki, ekspert hər hansı bir xüsusi bilik tələb edən mütəxəssis tədqiqatı aparmadan, “Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hazırkı tədqiqatla ekspert qarşısında qoyulan suallar üzrə tam, hərtərəfli tədqiqat aparmaq mümkün olmadı” məzmununda rəy vermişdir. Halbuki, ekspert tərəfindən 27 dekabr 2022-ci il tarixli qərardadda qoyulan sualların cavablandırılması üçün satıcı İddiaçı MMC tərəfindən tərtib olunaraq alıcı "xxxx" ASC-yə təqdim edilmiş və 22 noyabr 2017-ci ildən - 10 fevral 2020-ci il tarixinədək olan dövrü əhatə edən Elektron Qaimələrdə əksini tapmış malların dəyərini əks etdirən məlumatlar və eləcə də, tərəflərin rəsmi bank hesablarında və bank ödəniş sənədlərində olan məlumatlar əsasında 27 dekabr 2022-ci il tarixinədək olan borcun müəyyən edilməsi mümkün olmasına baxmayaraq, həmin ekspertiza zamanı bu qeyd olunan sənədlər əsasında hər hansı bir hesabat, yəni mühasibatlıq ekspertizası üçün tələb olunan xüsusi bilik, metod və üsullardan istifadə olunmaqla tədqiqat aparılmadan məlum “Rəy” verilmişdir. Yəni, məhz həmin əlavə ekspertizanın aparılmasının həvalə olunduğu ekspert tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasi Qanununun tələbləri müvafiq qaydada yerinə yetirilmədiyindən, iş üzrə ikinci dəfə əlavə ekspertizanın keçirilməsi zərurəti yaranmış və buna görə də 29 mart 2023-cü il tarixli qərardadla iş üzrə ikinci dəfə əlavə məhkəmə-mühasibatlıq keçirilmişdir (həmin Qərardadda 03 mart 2023-cü il tarixli 9/503 nömrəli Ekspert Rəyi üzrə bütün hallar hərtərəfli qeyd olunmuşdur). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 239939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 189 (yüz səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 240528 (iki yüz qırx min beş yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 340,94 (üç yüz qırx manat 94 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-15/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-15/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver