Məhkəmə qərarları › İş №e-2-2(119)-1534/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1534/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1534/2024 23.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1yla aralarında bağlanmış 17 may 2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair 17 may 2023-cü il tarixli razılaşma üzrə 34729,3 (otuz dörd min yeddi yüz iyirmi doqquz manat, otuz qəpik) manat məbləğində əsas borc, 3587,56 (üç min beş yüz səksən yeddi manat, əlli altı qəpik) manat məbləğində faiz borcu, 789,11 (yeddi yüz səksən doqquz manat, on bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 39105,97 (otuz doqquz min yüz beş manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaitinin, Cavabdeh1yla aralarında bağlanmış 17 may 2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 3866,75 (üç min səkkiz yüz altmış altı manat, yetmiş beş qəpik) manat məbləğində əsas borc, 248,69 (iki yüz qırx səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 90,49 (doxsan manat, qırx doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4205,93 (dörd min iki yüz beş manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaitinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanda yerləşən sahəsi 55,5 kv.m olan 11 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə tutulması, həmin mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin, həmçinin mənzildə qeydiyyatda olan və qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə cavabdehə verilə biləcək kreditin maksimal məbləği 100000 manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 60 ayadək təşkil etmişdir. Həmin Baş Kredit müqaviləsi üzrə Cavabdeh1 Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 40000 manat məbləğində və Kredit verilməsinə dair xx.xx.2023cü il tarixli razılaşmaya əsasən isə illik 19 faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli sm6376 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanda yerləşən sahəsi 55,5 kv.m olan 11 saylı mənzil iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və bu yüklülük dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli, sm6376 nömrəli Baş Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq həmin cavabdeh öhdəliklərinin icra edilməsindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcunun məbləği 34729,3 manat məbləğində əsas borc, 3587,56 manat məbləğində faiz borcu, 789,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 39105,97 manat məbləğində, xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcunun məbləği 3866,75 manat məbləğində əsas borc, 248,69 manat məbləğində faiz borcu, 90,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4205,93 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinə əsasən, borc alan həmin müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilibverilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. İddiaçı tərəfindən 13 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Cavabdeh1yla aralarında bağlanmış 17 may 2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinə əsasən Kredit verilməsinə dair 17 may 2023-cü il tarixli razılaşma üzrə 31729,3 manat məbləğində əsas borc, 6646,45 manat məbləğində faiz borcu, 3172,72 manat məbləğində cərimə olmaqla, cəmi 41548,47 manat məbləğində pul vəsaitinin və 17 may 2023-cü il tarixli, sm6376 nömrəli Baş Kredit müqaviləsinə əsasən Kredit verilməsinə dair 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 3566,75 manat məbləğində əsas borc, 598,09 manat məbləğində faiz borcu, 557,34 manat məbləğində cərimə olmaqla, cəmi 4722,18 manat məbləğində pul vəsaitinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 230 manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanda yerləşən sahəsi 55,5 kv.m olan 11 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə tutulması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin, həmçinin orada qeydiyyatda olan və qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23 dekabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iş üzrə tələbin dəqiqləşdirilməsi haqqında ərizə və maliyyə arayışları da nəzərə alınmaqla məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 izahatlarında bildirmişdir ki, əvvəllər icarəyə götürdüyü qeyri-yaşayış obyektində geyim əşyalarının satışı ilə məşğul olmuş və borc məbləği üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirmişdir. Sonradan işlərində durğunluq yarandığına görə ödənişləri həyata keçirə bilməmiş, iddiaçı təşkilata müraciət edərək borc məbləğini ödəməyi üçün ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə prosesləri gedişində aylıq 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində ödəniş həyata keçirmiş və kredit borcunu ödəməyə davam edəcəkdir. Cavabdeh1 məhkəmədən faiz borcunun hesablanmasının dayandırılmasını və ipoteka predmeti olan evin satışa çıxarılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2023cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti borcverənin (İddiaçı ASC-nin) bu müqavilə əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən, borcverənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana (Cavabdeh1) aşağıdakı şərtlərlə bərpaolunan kredit limitini ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, borcalan bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrıca razılaşma(lar) əsasında ona verilmiş kredit öhdəliklərini və ya kredit öhdəliklərindən hər hansı birini bu müqavilədə və/və ya həmin razılaşma(lar)da nəzərdə tutulmuş şərtlərlə icra etməzsə və ya lazımınca icra etməzsə, borcverən borcalana verdiyi bütün kreditlərin vaxtından əvvəl qaytarılmasını tələb edə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təçimatlaırn hamısına tutma yönəldə bilər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borcalanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 və Cavabdeh2 zaminlikləri və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********89-05101-093049 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən (Çıxarış № RX080050) mənzilin ipotekasıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2023cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair 17 may 2023-cü il tarixli razılaşmanın 1.1-ci bəndinə əsasən, borcverən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borcalana (Cavabdeh1) əsas vəsaitin artırılması məqsədilə 40000 (qırx min) manat məbləğdə kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, bu müqavilə borcverənlə borcalan arasında bağlanan xx.xx.2023-cü il tarixli SM6376 nömrəli Baş Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu müqavilə üzrə kredit Baş Kredit müqaviləsi üzrə borcalana ayrılmış limit əsasında verilir. Həmin razılaşmanın 2.2-ci və 2.3-cü bəndlərinə əsasən, kredit 36 ay müddətinə verilir.Kreditə görə illik 18 % faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 18% faiz təşkil edir. Həmin razılaşmanın 6.2-ci bəndinə əsasən borcalan “Kreditin ödəniş cədvəli”nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu (cərimə) ödəməlidir. İş materiallarında olan 17 may 2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh1 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 17 may 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2023cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair 25 iyun 2023-cü il tarixli razılaşmanın 1.1-ci bəndinə əsasən, borcverən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borcalana (Cavabdeh1) əsas vəsaitin artırılması məqsədilə 6000 (altı min) manat məbləğdə kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, bu müqavilə borcverənlə borcalan arasında bağlanan xx.xx.2023-cü il tarixli SM6376 nömrəli Baş Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu müqavilə üzrə kredit Baş Kredit müqaviləsi üzrə borcalana ayrılmış limit əsasında verilir. Həmin razılaşmanın 2.2-ci və 2.3-cü bəndlərinə əsasən, kredit 18 ay müddətinə verilir. Kreditə görə illik 19 % faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 20% faiz təşkil edir. Həmin razılaşmanın 6.2-ci bəndinə əsasən, borc alan “Kreditin ödəniş cədvəli”nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu (cərimə) ödəməlidir. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh1 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 25 dekabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 may 2023cü il tarixli sm6376 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılan xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmlara əsasən, borcverən (İddiaçı ASC) qarşısında kredit öhdəliyi olan borcalan (Cavabdeh1) tərəfindən bu öhdəlikləein tamamilə və ya hissə-hissə icra etməsi üçün məzuliyyəti zaminin (Cavabdeh3) öz üzərinə götürməsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdəvə ya lazımınca icra edilmədikdə, zamin və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 may 2023cü il tarixli sm6376 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılan xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmlara əsasən, borcverən (İddiaçı ASC) qarşısında kredit öhdəliyi olan borcalan (Cavabdeh1) tərəfindən bu öhdəlikləein tamamilə və ya hissə-hissə icra etməsi üçün məzuliyyəti zaminin (Cavabdeh2) öz üzərinə götürməsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdəvə ya lazımınca icra edilmədikdə, zamin və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 26 may 2023-cü il tarixli sm6376 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak (əmlaklar) ipoteka ilə yüklü edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ipotekanın predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmqaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi ********** qeydiyyat nömrəli, **********89-05101-093049 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55,5 kv. m ibarət olan mənzildir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında Sumqayıt şəhərində bağlanmış 17 may 2023-cü il tarixli SM6376 nömrəli Baş Kredit müqaviləsinə əsasən yaranmış aşağıdakı öhdəliklər təmin edilir: 100000 AZN dəyərində kredit məbləği; 60 (altmış) ay təşkil edən krediytin qaytarılma müddəti; 30 (otuz) % təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi; 1 (bir) % təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda dəbbə pulu kimi ödəniləcək gündəlik faiz dərəcəsi (Baş Kredit müqaviləsinin müddəti ərzində). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanda yerləşən ümumi sahəsi 55,5 kv.m olan 11 saylı mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanda yerləşən ümumi sahəsi 55,5 kv.m olan 11 saylı mənzil 26 may 2023-cü il tarixdən 60 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 17 may 2023-cü il tarixli sm6376 nömrəli müqavilə göstərilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli RB-02/PK-6298 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 may 2023-cü il tarixli Baş Kredit müqaviləsinə əsasən Kreditin verilməsinə dair eynitarixli razılaşma üzrə 13 dekabr 2024-cü il tarixə 31729,3 manat məbləğində əsas borc, 6646,45 manat məbləğində faiz borcu, 3172,72 manat məbləğində cərimə olmaqla, cəmi 41548,47 manat məbləğində borcu vardır. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli RB-02/PK-6296 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 may 2023-cü il tarixli Baş Kredit müqaviləsi üzrə Kreditin verilməsinə dair 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 13 dekabr 2024-cü il tarixə 3566,75 manat məbləğində əsas borc, 598,09 manat məbləğində faiz borcu, 557,34 manat məbləğində cərimə olmaqla, cəmi 4722,18 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə 04 iyul 2024-cü il tarixdə xəbərdarlıq məktubları göndərilərək 17 may 2023-cü il tarixli Baş Kredit müqaviləsi üzrə kreditin verilməsinə dair eyni tarixli razılaşmaya əsasən 13 iyun 2024-cü il tarixə 34729,3 manat məbləğində əsas borc, 3587,56 manat məbləğində faiz borcu, 789,11 manat məbləğində cərimə olmaqla, cəmi 39105,97 manat məbləğində borcun, 17 may 2023-cü il tarixli Baş Kredit müqaviləsi üzrə kreditin verilməsinə dair 2 nömrəli razılaşmaya əsasən 13 iyun 2024-cü il tarixə 3866,75 manat məbləğində əsas borc, 248,69 manat məbləğində faiz borcu, 90,49 manat məbləğində cərimə olmaqla, cəmi 4205,93 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, 3 iş günü müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 05 noyabr 2024-cü il tarixli 9/83xxxx/8108 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanda yerləşən ümumi sahəsi 55,5 kv.m olan 11 saylı mənzilin likvid dəyəri təqribən 65520 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, ... ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında 17 may 2023-cü il tarixli SM6376 nömrəli Baş Kredit müqaviləsi, həmin müqavilə əsasında Kredit verilməsinə dair 17 may 2023-cü il tarixli razılaşma və 25 iyun 2023-cü il tarixli razılaşmalar bağlanmış, 17 may 2023-cü il tarixli razılaşma üzrə Cavabdeh1 illik 18 % faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarılması şərtilə 40000 manat məbləğində, 25 iyun 2023cü il tarixli razılaşma üzrə isə illik 19 % faiz dərəcəsi ilə 18 ay müddətinə qaytarılması şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin razılaşmalar əsasında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək müəyyən edilmiş dövriliklə ödəməli olduğu əsas və faiz borclarını həmin qaydada ödəməmiş, bununla da iddiaçıdan aldığı krediti həmin razılaşmalar ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Nəticədə onun 17 may 2023-cü il tarixli razılaşma üzrə 31729,3 manat məbləğində, 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 3566,75 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh2 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 may 2023-cü il tarixli razılaşma üzrə 31729,3 manat məbləğində, 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 3566,75 manat məbləğində əsas borcun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı 16 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi maliyyə arayışlarında 13 dekabr 2024-cü il tarixinə 17 may 2023-cü il tarixli razılaşma üzrə 6646,45 manat məbləğində, 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 598,09 manat məbləğində faiz hesablandığını göstərmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz borcu formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Başqa sözlə, həmin Qərarda Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallar) olduğu təqdirdə, müqavilənin ləğvinin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olmaqla, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 17 may 2023-cü il tarixli və 25 iyun 2023-cü il tarixli razılaşmalar üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 04 iyul 2024-cü il tarixdə xəbərdarlıq məktublarının göndərilməsi nəzərə alınmalı və 13 iyun 2024cü il tarixə hesablanmış (iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 14 iyun 2024-cü il tarixli maliyyə arayışlarına əsasən) 17 may 2023-cü il tarixli razılaşma üzrə 3587,56 manat məbləğində, 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 248,69 manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 17 may 2023-cü il tarixli razılaşma üzrə 3172,72 manat məbləğində, 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 557,34 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış kredit müqaviləsi və kredit razılaşmalarında öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (17 may 2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsinin 1.1.4-cü yarımbəndi, kredit razılaşmalarının isə 6.2-ci bəndləri) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləğlərinin əsas borc məbləğlərinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 17 may 2023-cü il tarixli razılaşma üzrə 3172,72 manat məbləğində, 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 557,34 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləğləri azaldılaraq cavabdehlərdən müştərək qaydada ilkin iddia ərizəsində qeyd edilən həddə - 17 may 2023-cü il tarixli razılaşma üzrə 789,11 manat məbləğində, 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 90,49 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 17 may 2023-cü il tarixli Baş Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı vəə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 26 may 2023-cü il tarixli SM6376 nömrəli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanında yerləşən ümumi sahəsi 55,5 kv.m olan 11 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşmaları üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş 05 noyabr 2024-cü il tarixli 9/83xx-xx/8108 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 65520 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin cavabdehlərin, həmçinin ipoteka predmetində qeydiyyatda olan və qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmənin 23 dekabr 2024-cü il tarixli e-2-2(119)-1534/2024 nömrəli qərardadı ilə həmin hissədə icraata xitam verilmişdir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddianın həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin “iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat məbləğində dövlət rüsumu və 36 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 66 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş həmin dövlət rüsumu və xidmət haqqının əvəzi qismində 65 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 219,94 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada dövlət mədaxilinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 9/83xx-xx/8108 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə 31729,3 manat məbləğində əsas borc, 3587,56 manat məbləğində faiz borcu, 789,11 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli, sm6376 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə 3566,75 manat manat məbləğində əsas borc, 248,69 manat məbləğində faiz borcu, 90,49 manat məbləğində cərimə, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 219,94 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40296,84 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan 40296,84 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanında yerləşən 11 saylı mənzilə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 40296,84 manat məbləğində borc ödənilməli, qeyd edilən mənzilin ilkin satış qiyməti 65520 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 17 may 2023-cü il tarixli sm6376 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair 17 may 2023-cü il tarixli razılaşma üzrə 31729,3 (otuz bir min yeddi yüz iyirmi doqquz manat, otuz qəpik) manat məbləğində əsas borc, 3587,56 (üç min beş yüz səksən yeddi manat, əlli altı qəpik) manat məbləğində faiz borcu, 789,11 (yeddi yüz səksən doqquz manat, on bir qəpik) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli sm6376 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair 25 iyun 2023-cü il tarixli razılaşma üzrə 3566,75 (üç min beş yüz altmış altı manat, yetmiş beş qəpik) manat manat məbləğində əsas borc, 248,69 (iki yüz qırx səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 90,49 (doxsan manat, qırx doqquz qəpik) manat məbləğində cərimə, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 65 (altmış beş) manat məbləğində pul vəsaitinin və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 219,94 (iki yüz on doqquz manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40296,84 (qırx min iki yüz doxsan altı manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 40296,84 (qırx min iki yüz doxsan altı manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Məməd oğlunun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanında yerləşən 11 saylı mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 40296,84 (qırx min iki yüz doxsan altı manat, səksən dörd qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanında yerləşən 11 saylı mənzilin ilkin satış qiyməti 65520 (altmış beş min beş yüz iyirmi) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar