Məhkəmə qərarları › İş №e-2-2(119)-1543/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1543/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1543/2025 28.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 13 may 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9590,31 (doqquz min beş yüz doxsan manat otuz bir qəpik) manat məbləğində əsas bоrc, 1009,57 (min doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu, 406,79 (dörd yüz altı manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə və 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10841,13 (on min səkkiz yüz qırx bir manat on üç qəpik) manat məbləğində əsas bоrc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu, 362,23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 23435,75 (iyirmi üç min dörd yüz otuz beş manat yetmiş beş qəpik qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160,31 (yüz altmış bir manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan”, Cavabdeh2 və Cavabdeh3 – “zamin” olmaqla bağlanmış 13 may 2024-cü il tarixli 027L**********88 nömrəli uzunmüddətli və təminat müqaviləsinə əsasən kredit alana 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 13 may 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 13 dekabr 2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 10409,69 manat ödəmiş, onun 9590,31 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24 iyun 2025-ci il tarixə 193 gün üçün hesablanmış faiz borcu 1009,57 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,2-i % məbləğində cərimə ödəməlidir. 24 iyun 2025-ci il tarixə 193 gün üçün hеsablanmış cərimə 406,79 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 07 yanvar 2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1658,87 manat ödəmiş, onun 10841,13 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24 iyun 2025-ci il tarixə 168 gün üçün hesablanmış faiz borcu 1225,72 manat, cərimə borcu 362,23 manat təşkil edir. 27 oktyabr 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh1 27 oktyabr 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan”, Cavabdeh2 və Cavabdeh3 – “zamin” olmaqla bağlanmış 13 may 2024-cü il tarixli 027L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 20000 (iyirmi min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23% olmaqla 12 ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ80ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh1 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 13 may 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 24 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 13 may 2024-cü il tarixli 027R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24 iyun 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 9590,31 (doqquz min beş yüz doxsan manat otuz bir qəpik) manat məbləğində əsas bоrc, 1009,57 (min doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 406,79 (dörd yüz altı manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11006,67 (on bir min altı manat altmış yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 13 may 2024-cü il tarixli 027R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 07 oktyabr 2025-ci il tarixnə 9590,31 (doqquz min beş yüz doxsan manat otuz bir qəpik) manat məbləğində əsas bоrcu, 13 may 2025-ci il tarixinə 729,89 (yeddi yüz iyirmi doqquz manat səksən doqquz qəpik) manat məbləğində faiz bоrcu və 319,24 (üç yüz on doqquz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 12500 (on iki min beş yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ80ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 12500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh1 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 05 avqust 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 24 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1nun 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24 iyun 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10841,13 (on min səkkiz yüz qırx bir manat on üç qəpik) manat məbləğində əsas bоrc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 362,23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12429,08 (on iki min dörd yüz iyirmi doqquz manat səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10841,13 (on min səkkiz yüz qırx bir manat on üç qəpik) manat məbləğində əsas bоrc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 362,23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12429,08 (on iki min dörd yüz iyirmi doqquz manat səkkiz qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 04 iyul 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni 13 may 2024cü il tarixli 027R********** nömrəli və 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalarda nəzərdə tutulan pul vəsaitini borcalan Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 13 may 2024-cü il tarixli 027L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini, 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı və 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilələr üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10841,13 (on min səkkiz yüz qırx bir manat on üç qəpik) manat məbləğində əsas bоrc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 362,23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9590,31 (doqquz min beş yüz doxsan manat otuz bir qəpik) manat məbləğində əsas borc və 406,79 (dörd yüz altı manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24 iyun 2025-ci il tarixinə hesablanmış 1009,57 (min doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Lakin həmin kredit razılaşması üzrə tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə razılaşmanın müddətinin bitdiyi tarixə, yəni 13 may 2025-ci il tarixinə faiz borcunun məbləği 729,89 (yeddi yüz iyirmi doqquz manat səksən doqquz qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən həmin razılaşmanın müddətinin başa çatdığı tarixə, yəni 13 may 2025-ci il tarixinə hesablanmış 729,89 (yeddi yüz iyirmi doqquz manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində 13 may 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13 may 2024-cü il tarixli 027L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “160,31 (yüz altmış bir manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə olaraq hesablanmış 159,47 (yüz əlli doqquz manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13 may 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9590,31 (doqquz min beş yüz doxsan manat otuz bir qəpik) manat məbləğində əsas bоrc, 729,89 (yeddi yüz iyirmi doqquz manat səksən doqquz qəpik) manat məbləğində faiz bоrcu, 406,79 (dörd yüz altı manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə, 30 iyul 2024cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10841,13 (on min səkkiz yüz qırx bir manat on üç qəpik) manat məbləğində əsas bоrc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu, 362,23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) manat məbləğində cərimə və 159,47 (yüz əlli doqquz manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23315,54 (iyirmi üç min üç yüz on beş manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13 may 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9590,31 (doqquz min beş yüz doxsan manat otuz bir qəpik) manat məbləğində əsas bоrc, 729,89 (yeddi yüz iyirmi doqquz manat səksən doqquz qəpik) manat məbləğində faiz bоrcu, 406,79 (dörd yüz altı manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə, 30 iyul 2024-cü il tarixli 027R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10841,13 (on min səkkiz yüz qırx bir manat on üç qəpik) manat məbləğində əsas bоrc, 1225,72 (min iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu, 362,23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) manat məbləğində cərimə və 159,47 (yüz əlli doqquz manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23315,54 (iyirmi üç min üç yüz on beş manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar