Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1604/2025 07.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23/1 nömrəli kredit xəttinin ayrlmasına dair razılaşma üzrə 700,57 (yeddi yüz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 78,83 (yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 25,22 (iyirmi beş manat iyirmi iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 804,62 (səkkiz yüz dörd manat altmış iki qəpik) manat məbləğində borcun, 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521- 23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 20983,4 (iyirmi min doqquz yüz səksən üç manat qırx qəpik) manat məbləğində əsas borc, 1732,12 (min yeddi yüz otuz iki manat on iki qəpik) manat məbləğində faiz borcu və 67,44 (altmış yeddi manat qırx dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 22983,4 (iyirmi iki min doqquz yüz səksən üç manat qırx qəpik) manat məbləğində borcun və 160,76 (yüz altmış manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23 nömrəli kredit limiti müqaviləsinə əsasən Cavabdeh3 illik 30 faizlə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ilə 29 sentyabr 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 1000 manat məbləğində kredit, 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci il fevralın 28-dək Cavabdeh3 banka 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23 nömrəli kredit müqaviləsi üzrə 700,57 manat məbləğində əsas borc, 78,83 manat məbləğində faiz borcu və 25,22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 804,62 manat məbləğində borcu vardır. 2025-ci il fevralın 28-dək Cavabdeh3 banka 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 20983,4 manat məbləğində əsas borc, 1732,12 manat məbləğində faiz borcu və 269,75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 22985,27 manat məbləğində borcu vardır. Cavabdeh3 cərimə borcu 269,75 manat məbləğində təşkil etməsinə baxmayaraq, 67,44 manat məbləğində tələb edilir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23/1 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşmaya əsasən borcalan Cavabdeh3 biznes məqsədi ilə 24 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 1000 (min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23/1 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 28 fevral 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 700,57 (yeddi yüz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 78,83 (yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 25,22 (iyirmi beş manat iyirmi iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 804,62 (səkkiz yüz dörd manat altmış iki qəpik) manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh3 dövriyə vəsaitlərinin artırılması məqsədi ilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 % olmaqla 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 29 sentyabr 2023-cü il tarixli, 32-MCR-1-521- 23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsinə əsasən 28 fevral 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20983,4 (iyirmi min doqquz yüz səksən üç manat qırx qəpik) manat məbləğində əsas borc, 1732,12 (min yeddi yüz otuz iki manat on iki qəpik) manat məbləğində faiz borcu və 269,75 (iki yüz altmış doqquz manat yetmiş beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 22985,27 (iyirmi iki min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 28 fevral 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli Z/16366/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli Z/16367/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh4 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli Z/16364/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 29 sentyabr 2023-cü il tarixli 32- MCR-1-521-23/1 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə və 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı kreditləri müqavilələləri ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23/1 nömrəli kredit xəttinin ayrlmasına dair razılaşma üzrə 700,57 (yeddi yüz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 78,83 (yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 25,22 (iyirmi beş manat iyirmi iki qəpik) manat məbləğində cərimə və 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 20983,4 (iyirmi min doqquz yüz səksən üç manat qırx qəpik) manat məbləğində əsas borc, 1732,12 (min yeddi yüz otuz iki manat on iki qəpik) manat məbləğində faiz borcu, 67,44 (altmış yeddi manat qırx dörd qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 29 sentyabr 2023-cü il tarixli Z/16364/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4, 29 sentyabr 2023-cü il tarixli Z/16366/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 və 29 sentyabr 2023-cü il tarixli Z/16367/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 160,76 (yüz altmış manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 07 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 160,76 (yüz altmış manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 160,76 (yüz altmış manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1- 521-23/1 nömrəli kredit xəttinin ayrlmasına dair razılaşma üzrə 700,57 (yeddi yüz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 78,83 (yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 25,22 (iyirmi beş manat iyirmi iki qəpik) manat məbləğində cərimə, 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 20983,4 (iyirmi min doqquz yüz səksən üç manat qırx qəpik) manat məbləğində əsas borc, 1732,12 (min yeddi yüz otuz iki manat on iki qəpik) manat məbləğində faiz borcu, 67,44 (altmış yeddi manat qırx dörd qəpik) manat məbləğində cərimə və 160,76 (yüz altmış manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23748,34 (iyirmi üç min yeddi yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 29 sentyabr 2023-cü il tarixli 32-MCR-1-521-23/1 nömrəli kredit xəttinin ayrlmasına dair razılaşma üzrə 700,57 (yeddi yüz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 78,83 (yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 25,22 (iyirmi beş manat iyirmi iki qəpik) manat məbləğində cərimə, 29 sentyabr 2023-cü il tarixli 32- MCR-1-521-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 20983,4 (iyirmi min doqquz yüz səksən üç manat qırx qəpik) manat məbləğində əsas borc, 1732,12 (min yeddi yüz otuz iki manat on iki qəpik) manat məbləğində faiz borcu, 67,44 (altmış yeddi manat qırx dörd qəpik) manat məbləğində cərimə və 160,76 (yüz altmış manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23748,34 (iyirmi üç min yeddi yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1604/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1604/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver