Məhkəmə qərarları › İş №e-2-2(119)-161/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-161/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-161/2025 15.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər "xxxx" və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 210703,33 (iki yüz on min yeddi yüz üç manat otuz üç qəpik) manat məbləğində əsas borc, 10706,25 (on min yeddi yüz altı manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu, 10707,09 (on min yeddi yüz yeddi manat doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 232116,67 (iki yüz otuz iki min yüz on altı manat altmış yeddi qəpik) manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 306 (üç yüz altı) manat məbləğində rüsumun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 522,12 (beş yüz iyirmi iki manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 15.0492 ha, 9.8913 ha, 5.0829 ha, 7.0414 ha və 11.7448 ha torpaq sahələrinə üzərlərində olan qurğu və tikililərlə birlikdə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və onların satılmasından əldə edilən pul vəsaiti hesabına iddiaçıya olan borcun ödənilməsi, göstərilən əmlakların hərracda satışından sonra əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Qaradağ” filialı ilə "xxxx" MMC arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406 saylı kredit limiti müqaviləsinə əsasən "xxxx" MMC-yə 120 ay müddətinə illik 30%-dən çox olmamaq şərtilə ******* (iki milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit limiti çərçivəsində 03 noyabr 2023-cü il tarixli L009406/0001 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə illik faiz dərəcəsi 17% olmaqla 36 ay müddətinə 250000 (iki yüz əlli min) manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh1 arasında 03 noyabr 2023-cü il tarixli L009406 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh1 arasında bağlanmış 03 noyabr 2023-cu il tarixli L0009406 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha torpaq sahəsi (qeydiyyat nömrəsi: **********) üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 15.0492 ha torpaq sahəsi (qeydiyyat nömrəsi: **********) üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 9.8913 ha torpaq sahəsi (qeydiyyat nömrəsi: **********) üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli Rayonu, Murğuzallı kəndində yerləşən 5.0829 ha torpaq sahəsi (qeydiyyat nömrəsi: **********) üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 7.0414 ha torpaq sahəsi (qeydiyyat nömrəsi: **********) üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 11.7448 ha torpaq sahəsi (qeydiyyat nömrəsi: **********2) üzərində olan qurğu və tikililərlə birlikdə) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən ümumi olaraq 550000 (beş yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. 03 noyabr 2023-cü il tarixli L009406/0001 saylı kredit müqavilələrinə əsasən cavabdeh "xxxx" MMC-nin əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə icra edilməmişdir. Cavabdeh "xxxx" MMC-nin banka 21 sentyabr 2024-cü il tarixinə 210703,33 (iki yüz on min yeddi yüz üç manat otuz üç qəpik ) manat əsas, 10706,25 manat (on min yeddi yüz altı manat iyirmi beş qəpik) manat faiz, 10707,09 (on min yeddi yüz yeddi manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 232116,67 (iki yüz otuz iki min yüz on altı manat altmış yeddi qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, cavabdehlərdən müştərək qaydada 221686,55 (iki yüz iyirmi bir min altı yüz səksən altı manat əlli beş qəpik) manat məbləğində əsas borc, 10706,25 (on min yeddi yüz altı manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu, 10707,09 (on min yeddi yüz yeddi manat doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 243099,89 (iki yüz qırx üç min doxsan doqquz manat səksən doqquz qəpik) manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 306 (üç yüz altı manat) manat məbləğində rüsumun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 645,07 (altı yüz qırx beş manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 15.0492 ha, 9.8913 ha, 5.0829 ha, 7.0414 ha və 11.7448 ha torpaq sahələrinə üzərlərində olan qurğu və tikililərlə birlikdə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və onların satılmasından əldə edilən pul vəsaiti hesabına iddiaçıya olan borcun ödənilməsi, göstərilən əmlakların hərracda satışından sonra əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406 saylı kredit limiti müqaviləsinin 2.1-ci bəndinə əsasən bank borcalana ******* manat kredit limiti ayırır. Müqavilənin 2.2-ci bəndinə əsasən bank kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar imzalandıqda borcalana kredit verməyi və ya qarantiya təminatı verməyi, borcalan isə bu müqavilə və limitdən istifadə edilməsi ilə bağlı razılaşmalar ilə müəyyən olunan şərtlərlə və qaydada istifadə etdiyi krediti (və ya bank tərəfindən onun benefisiarına ödənilmiş qarantiya məbləğini) ödəniş qrafikinə əsasən qaytarmağı, habelə kredit limitindən istifadə edilməsi ilə bağlı faiz ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406/0001 nömrəli kredit razılaşmasının 1.2-ci bəndinə əsasən bu müqavilə bank və borcalan arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406 nömrəli “Kredit limiti müqaviləsi”nin tələblərinə uyğun bağlanır və bank həmin müqavilə çərçivəsində borcalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 17 faiz olmaqla 250.000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə borcalan kredit razılaşması üzrə əsas borcun və faizlərin ödənilməsini ayda bir dəfə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına illik faizdən əlavə 17 faiz olmaqla cərimə faizi ödəyir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan (prinsipal) "xxxx" MMC-nin bank ilə bağladığı 03 noyabr 2023-cü il tarixli L009406 saylı kredit limiti müqaviləsi və onun tərkib hissəsi olan kredit və qarantiya razılaşmaları üzrə borcalanın (prinsipalın) bank qarşısındakı öhdəliklərinin icrasını öz üzərinə götürür. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli L009406 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmeti İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 11.7448 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 7.0414 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 9.8913 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 15.0492 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 5.0829 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə kredit limiti müqaviləsi (kredit limiti və onun tərkib hissəsi olan kredit (və qarantiya) razılaşmaları) üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) tərəflərin razılığı ilə ümumi olaraq (təqdim edilmiş 6 torpaq sahəsi üzrə) 550000 (beş yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla müəyyən olunur ki, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha torpaq sahəsi, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 11.7448 ha torpaq sahəsi, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 7.0414 ha torpaq sahəsi, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 9,8913 ha torpaq sahəsi, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 15.0492 ha torpaq sahəsi və İmişli rayonu, Murğuzallı kəndində yerləşən 5.0829 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla müəyyən olunur ki, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha torpaq sahəsinin, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 11.7448 ha torpaq sahəsinin, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 7.0414 ha torpaq sahəsinin, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 9.8913 ha torpaq sahəsinin, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 15.0492 ha torpaq sahəsinin və İmişli rayonu, Murğuzallı kəndində yerləşən 5.0829 ha torpaq sahəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehlərə 25 sentyabr 2024-cü il tarixli pretenziya məktubu və 22 oktyabr 2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş təqdim edərək, 21 sentyabr 2024-cü il tarixə 210703,33 (iki yüz on min yeddi yüz üç manat otuz üç qəpik) manat əsas borc, 10706,25 (on min yeddi yüz altı manat iyirmi beş qəpik) manat faiz borcu və 10707,09 (on min yeddi yüz yeddi manat doqquz qəpik) manat cərimə borcunun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə borcun kreditin təminatı olan ipoteka predmetinə yönəldilərək, ipoteka predmeti hesabına borcun ödənilməsi üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 22 oktyabr 2024-cü il tarixli bildirişin qeydə alınması barədə” 29 oktyabr 2024-cü il tarixli 5496 nömrəli ərizə təqdim edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 13 may 2025-ci il tarixli 9/2297 nömrəli rəyə əsasən 03 noyabr 2023-cü il tarixli L009406/0001 nömrəli kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-nin 21 sentyabr 2024-cü il tarixinə 221686,55 manat əsas borc, 9002,94 manat faiz borcu olmaqla, cəmi 230689,49 manat borcu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli 488/E nömrəli mütəxəssis rəyinə əsasən İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 11.7448 ha, 7.0414 ha, 9.8913 ha, 15.0492 ha, 5.0829 ha torpaq sahəsinin real bazar dəyəri 639.000 manat, likvid qiyməti isə 575100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh "xxxx" MMC-yə vermişdir. Lakin cavabdeh "xxxx" MMC 03 noyabr 2023-cü il tarixli L009406/0001 nömrəli kredit razılaşması üzrə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406/0001 nömrəli kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən, iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 13 may 2025-ci il tarixli 9/2297 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 13 may 2025-ci il tarixli 9/2297 nömrəli ekspert rəyində cavabdeh "xxxx" MMC ilə bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406/0001 nömrəli kredit razılaşması üzrə əsas borcun 221686,55 manat olması müəyyən edilsə də, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən 210703,33 (iki yüz on min yeddi yüz üç manat otuz üç qəpik) manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 210703,33 (iki yüz on min yeddi yüz üç manat otuz üç qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış əsas borc məbləğindən azdır. Məhkəmə hesab edir ki, 03 noyabr 2023-cü il tarixli L009406/0001 nömrəli kredit razılaşması üzrə 10706,25 (on min yeddi yüz altı manat iyirmi beş qəpik) manat məbləğində faiz bоrcunun tutulması hissəsində iddia qismən təmin edilməli, 13 may 2025ci il tarixli 9/2297 nömrəli ekspert rəyi mötəbər sübut kimi əsas götürülərək 9002,94 (doqquz min iki manat doxsan dörd qəpik) manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “10707,09 (on min yeddi yüz yeddi manat doqquz qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehlərdən iddiaçının xeyrinə 10000 (on min) manat məbləğində cərimə məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 03 noyabr 2023-cü il tarixli L009406 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan (prinsipal) "xxxx" MMC-nin bank ilə bağladığı 03 noyabr 2023-cü il tarixli L009406 saylı kredit limiti müqaviləsi və onun tərkib hissəsi olan kredit və qarantiya razılaşmaları üzrə borcalanın (prinsipalın) bank qarşısındakı öhdəliklərinin icrasını öz üzərinə götürdüyündən məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli L009406 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmeti İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 11.7448 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 7.0414 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 9.8913 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 15.0492 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə, İmişli rayonu, Murğuzallı kəndində yerləşən 5.0829 ha torpaq sahəsini üzərində olan qurğu və tikililərlə birlikdə kredit limiti müqaviləsi (kredit limiti və onun tərkib hissəsi olan kredit (və qarantiya) razılaşmaları) üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş toraq sahələrinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 15.0492 ha, 9.8913 ha, 5.0829 ha, 7.0414 ha və 11.7448 ha torpaq sahələrinin üzərlərində olan qurğu və tikililərlə birlikdə likvid qiyməti müəyyən edilərkən "xxxx" MMC tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli 488/E nömrəli mütəxəssis rəyi nəzərə alınaraq, ipoteka predmetinin likvid qiyməti 575100 (beş yüz yetmiş beş min yüz) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İş materiallarında olan ödəniş sənədlərindən müəyyən olunur ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən 306 (üç yüz altı) manat məbləğində rüsum ödənilmişdir. Odur ki, iddia tələbi ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən ödənilmiş 306 (üç yüz altı) manatın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “522,12 (beş yüz iyirmi iki manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 519,71 (beş yüz on doqquz manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada 210703,33 (iki yüz on min yeddi yüz üç manat otuz üç qəpik) manat məbləğində əsas bоrc, 9002,94 (doqquz min iki manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, 10000 (on min) manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün ödənilmiş 306 (üç yüz altı) manat məbləğində rüsum və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 519,71 (beş yüz on doqquz manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 230531,98 (iki yüz otuz min beş yüz otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 230531,98 (iki yüz otuz min beş yüz otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 15.0492 ha, 9.8913 ha, 5.0829 ha, 7.0414 ha və 11.7448 ha torpaq sahələrinə üzərilərində olan qurğu və tikililərlə birlikdə yönəldilməli və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 230531,98 (iki yüz otuz min beş yüz otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 15.0492 ha, 9.8913 ha, 5.0829 ha, 7.0414 ha və 11.7448 ha torpaq sahələrinin üzərilərində olan qurğu və tikililərlə birlikdə ilkin satış qiyməti 575100 (beş yüz yetmiş beş min yüz) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada 210703,33 (iki yüz on min yeddi yüz üç manat otuz üç qəpik) manat məbləğində əsas bоrc, 9002,94 (doqquz min iki manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, 10000 (on min) manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün ödənilmiş 306 (üç yüz altı) manat məbləğində rüsum və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 519,71 (beş yüz on doqquz manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 230531,98 (iki yüz otuz min beş yüz otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 230531,98 (iki yüz otuz min beş yüz otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 15.0492 ha, 9.8913 ha, 5.0829 ha, 7.0414 ha və 11.7448 ha torpaq sahələrinə üzərilərində olan qurğu və tikililərlə birlikdə yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 230531,98 (iki yüz otuz min beş yüz otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan İmişli rayonu, Murğuzallı kəndində yerləşən 20 ha, 15.0492 ha, 9.8913 ha, 5.0829 ha, 7.0414 ha və 11.7448 ha torpaq sahələrinin üzərilərində olan qurğu və tikililərlə birlikdə ilkin satış qiyməti 575100 (beş yüz yetmiş beş min yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar