Məhkəmə qərarları › İş №e-2-2(119)-167/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-167/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-167/2025 18.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 195376,70 (yüz doxsan beş min üç yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində əsas borc, 44214,21 (qırx dörd min iki yüz on dörd manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 74575,12 (yetmiş dörd min beş yüz yetmiş beş manat on iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 314166,03 (üç yüz on dörd min yüz altmış altı manat üç qəpik) manat məbləğində borcun və 604,17 (altı yüz dörd manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/8397 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmin ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 225,782 (iki yüz iyirmi beş min yeddi yüz səksən iki) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik verilmişdir. Lakin borcalan DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 1009 gün gecikdirərək kredit üzrə öhdəlilərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 195376,70 (yüz doxsan beş min üç yüz yetmiş altı manat yetmiş qəpik) manat əsas borc, 44214,21 (qırx dörd min iki yüz on dörd manat iyirmi bir qəpik) manat faiz borcu, 74575,12 (yetmiş dörd min beş yüz yetmiş beş manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 314166,03 (üç yüz on dörd min yüz altmış altı manat üç qəpik) manat təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 08 fevral 2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 02 mart 2021-ci il tarixli OnGTC/SE/8397 saylı Razılaşma imzalanmışdır. Həmin bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 13 avqust 2021-ci il tarixli DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Cavabdeh 13 avqust 2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 225782 (iki yüz iyirmi beş min yeddi yüz səksən iki) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 16 noyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 17 sentyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 195376,70 (yüz doxsan beş min üç yüz yetmiş altı manat yetmiş qəpik) manat əsas borc, 44214,21 (qırx dörd min iki yüz on dörd manat iyirmi bir qəpik) manat faiz borcu, 74575,12 (yetmiş dörd min beş yüz yetmiş beş manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 314166,03 (üç yüz on dörd min yüz altmış altı manat üç qəpik) manat təşkil edir. İş materiallarında olan 25 iyun 2025-ci il tarixli 9/2266 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 13 avqust 2021-ci il tarixli DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizədə qeyd olunan şərtlər nəzərə alınaraq üzrə Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixlərə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 195376,70 (yüz doxsan beş min üç yüz yetmiş altı manat yetmiş qəpik) manat, faiz borcu 41145,45 (qırx bir min yüz qırx beş manat qırx beş qəpik) manat müəyyən olunmuşdur. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 13 avqust 2021-ci il tarixli DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizədə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunan sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul Cavabdeh 13 avqust 2021-ci il tarixli DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizəni imzalayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 13 avqust 2021-ci il tarixli DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 195376,70 (yüz doxsan beş min üç yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Cavabdeh tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 25 iyun 2025-ci il tarixli 9/2266 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia ərizəsində tələb edilən “44214,21 (qırx dörd min iki yüz on dörd manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu” 25 iyun 2025-ci il tarixli 9/2266 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə 13 avqust 2021ci il tarixli DC00313420-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh ekspert rəyində qeyd edilən 41145,45 (qırx bir min yüz qırx beş manat qırx beş qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın “74575,12 (yetmiş dörd min beş yüz yetmiş beş manat on iki qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin olunmalı və cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi, işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən 9750 (doqquz min yeddi yüz əlli) manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “604,17 (altı yüz dörd manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 536,27 (beş yüz otuz altı manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 195376,70 (yüz doxsan beş min üç yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində əsas borc, 41145,45 (qırx bir min yüz qırx beş manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 9750 (doqquz min yeddi yüz əlli) manat məbləğində cərimə və 536,27 (beş yüz otuz altı manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 246808,42 (iki yüz qırx altı min səkkiz yüz səkkiz manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 195376,70 (yüz doxsan beş min üç yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində əsas borc, 41145,45 (qırx bir min yüz qırx beş manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 9750 (doqquz min yeddi yüz əlli) manat məbləğində cərimə və 536,27 (beş yüz otuz altı manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 246808,42 (iki yüz qırx altı min səkkiz yüz səkkiz manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar