Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1690/2025 23.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6432,69 (altı min dörd yüz otuz iki manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, 285,25 (iki yüz səksən beş manat, iyirmi beş qəpik) manat məbləğində faiz bоrcu, 123,22 (yüz iyirmi üç manat, iyirmi iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6841,16 (altı min səkkiz yüz qırx bir manat, on altı qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88,42 (səksən səkkiz manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi bina 3-də yerləşən 28 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və 6841,16 (altı min səkkiz yüz qırx bir manat, on altı qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88,42 (səksən səkkiz manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdеhlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17 sentyabr 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun nümayəndəsinin iştirakı olmadan keçirilərək işin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə (e-2-2(119)-1690/2025 nömrəli kommersiya işi) görə ödənilmiş 88,42 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin verilməsi üçün 88,42 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə (Sumqayıt Kommersiya Məhkəməsi üçün) ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalı və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 88,42 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizənin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 21 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 88,42 (səksən səkkiz manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 21 iyun 2025-ci il, 15:52; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1690/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1690/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver