Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1711/2024 30.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, X2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, X2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13455,09 (on üç min dörd yüz əlli beş manat doqquz qəpik) manat məbləğində əsas borc, 1670,83 (min altı yüz yetmiş manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 65,41 (altmış beş manat qırx bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 15191,33 (on beş min yüz doxsan bir manat otuz üç qəpik) manat məbləğində borcun və 135,57 (yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialından 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən X5 oğlu İddiaçı ASC-dən illik 22% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin iyulun 30-dək X3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 13455.09 manat əsas borc, 1670,83 manat faiz borcu, 261,65 manat cərimə borcu olmaqla cəmi 15387,57 manat borcu vardır. X3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 261,65 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 65,41 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. 29 oktyabr 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. 10 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, X4 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli 32-MCR-1-413-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kredit limiti üzrə aylıq faiz dərəcəsi 2,5 % olmaqla 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit limiti ayrılmışdır. - 31 iyul 2023-cü il tarixli 32-MCR-1-413-23/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznes məqsədi ilə aylıq faiz dərəcəsi 1,83 %, FİFD 22,381% olmaqla 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. - 31 iyul 2023-cü il tarixli 32-MCR-1-413-23/1 nömrəli kredit müqaviləsinə 31 iyul 2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 31 iyul 2026-cı il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli Z/12695/23 nömrəli zaminlik müqaviləsinə əsasən 31 iyul 2023-cü il tarixli 32- MCR-1-413-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh5 öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli Z/12699/23 nömrəli zaminlik müqaviləsinə əsasən 31 iyul 2023-cü il tarixli 32- MCR-1-413-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli Z/12696/23 nömrəli zaminlik müqaviləsinə əsasən 31 iyul 2023-cü il tarixli 32- MCR-1-413-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh6 öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli Z/12697/23 nömrəli zaminlik müqaviləsinə əsasən 31 iyul 2023-cü il tarixli 32- MCR-1-413-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh4 öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli Z/12698/23 nömrəli zaminlik müqaviləsinə əsasən 31 iyul 2023-cü il tarixli 32- MCR-1-413-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 31 iyul 2023-cü il tarixli 32-MCR-1-413-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 30 iyul 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13455,09 (on üç min dörd yüz əlli beş manat doqquz qəpik) manat məbləğində əsas, 1670,83 (min altı yüz yetmiş manat səksən üç qəpik) manat məbləğində faiz və 261,65 (iki yüz altmış bir manat altmış beş qəpik) manat məbləğində cərimə borcu vardır. - 30 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 (VÖEN: **********) 31 iyul 2023cü il tarixli 32-MCR-1-413-23/1 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli 32-MCR-1-413-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 13455,09 (on üç min dörd yüz əlli beş manat doqquz qəpik) manat məbləğində əsas borc, 1670,83 (min altı yüz yetmiş manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 65,41 (altmış beş manat qırx bir qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlər Cavabdeh5 31 iyul 2023-cü il tarixli Z/12695/23 nömrəli, Cavabdeh2 31 iyul 2023-cü il tarixli Z/12699/23 nömrəli, Cavabdeh6 31 iyul 2023-cü il tarixli Z/12696/23 nömrəli, Cavabdeh4 31 iyul 2023-cü il tarixli Z/12697/23 nömrəli, Cavabdeh1 31 iyul 2023cü il tarixli Z/12698/23 nömrəli zaminlik müqavilələrinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “135,57 (yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 135,57 (yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 135,57 (yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, X1 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, X1 və Cavabdeh1 müştərək qaydada 13455,09 (on üç min dörd yüz əlli beş manat doqquz qəpik) manat məbləğində əsas borc, 1670,83 (min altı yüz yetmiş manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 65,41 (altmış beş manat qırx bir qəpik) manat məbləğində cərimə və 135,57 (yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15326,9 (on beş min üç yüz iyirmi altı manat doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, X1 və Cavabdeh1 müştərək qaydada 13455,09 (on üç min dörd yüz əlli beş manat doqquz qəpik) manat məbləğində əsas borc, 1670,83 (min altı yüz yetmiş manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 65,41 (altmış beş manat qırx bir qəpik) manat məbləğində cərimə və 135,57 (yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15326,9 (on beş min üç yüz iyirmi altı manat doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1711/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1711/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver