Məhkəmə qərarları › İş №e-2-2(119)-1726/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1726/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1726/2025 30.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 30 iyun 2022-ci il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 8929,34 (səkkiz min doqquz yüz iyirmi doqquz manat otuz dörd qəpik) manat məbləğində əsas bоrc, 458,93 (dörd yüz əlli səkkiz manat doxsan üç qəpik) manat məbləğində faiz bоrcu, 248,55 (iki yüz qırx səkkiz manat əlli beş qəpik) manat məbləğində cərimə borcu, 19 iyun 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 2462,41 (iki min dörd yüz altmış iki manat qırx bir qəpik) manat məbləğində əsas bоrc, 176,72 (yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu, 72,89 (yetmiş iki manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12348,84 (on iki min üç yüz qırx səkkiz manat səksən dörd qəpik) manat məbləğində bоrcun və 127,05 (yüz iyirmi yeddi manat beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Shacman yük markalı, **- XH-*** qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, ban nömrəsi LZGJRDT62CX021325 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və 12348,84 (on iki min üç yüz qırx səkkiz manat səksən dörd qəpik) manat məbləğində bоrcun və 127,05 (yüz iyirmi yeddi manat beş qəpik) manat məbləğində dövlət rüsumunun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 29 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edib, icraatın təzələnərək işin baxılmamış saxlanılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “ərizənin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 127,05 (yüz iyirmi yeddi manat beş qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı 13 avqust 2025-ci il, saat 17:40; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinnin “ərizənin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 127,05 (yüz iyirmi yeddi manat beş qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 13 avqust 2025-ci il, saat 17:40; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar