Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1781/2024 04.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh2 Cavabdeh6 və Cavabdeh5 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 02 oktyabr 2024cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh2 Cavabdeh6 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh2 Cavabdeh6 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 02 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh2 Cavabdeh6 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh7 6646,76 (altı min altı yüz qırx altı manat yetmiş altı qəpik) manat əsas borc, 5819,67 (beş min səkkiz yüz on doqquz manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 12466,43 (on iki min dörd yüz altmış altı manat qırx üç qəpik) manat manat borcun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh5 məxsus, habelə onun və ailə üzvləri Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 birgə mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinin 0,11 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 15000 (on beş min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh5 məxsus, habelə onun və ailə üzvləri Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 birgə mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinə 0,11 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 12466,43 (on iki min dörd yüz altmış altı manat qırx üç qəpik) manat məbləğində borcun və ödənilmiş 127,40 (yüz iyirmi yeddi manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş ipoteka qoyan Cavabdeh5 14 fevral 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh5 14 fevral 2024-cü il tarixdə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 02 oktyabr 2024-cü il tarixdə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh5 artıq ölmüş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən ona qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onun cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh5 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh2 Cavabdeh6 və Cavabdeh5 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1781/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1781/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver