Məhkəmə qərarları › İş №e-2-2(119)-1785/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1785/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1785/2025 05.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən 0,4999 ha torpaq sahəsindən və orada inşa edilmiş sahəsi 933,25 kv.m.-dən ibarət olan (“LUGANO” və “Tri Palma” adı daşıyan) qeyri-yaşayış sahəsindən çıxarılması, qeyd olunan sahənin iddiaçıya təhvil verilməsi, vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı hazırkı mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması ilə bağlı Mülki Prossesual Məcəllənin 39.1-ci maddəsinə istinad etmiş və qeyriyaşayış sahəsi Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşdiyindən iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz və hazırkı tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə müvafiq məhkəmədə baxılmalıdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 28 avqust 2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən “Lugano” restoranı 5 il müddətinə cavabdehin icarəsinə vermişdir. Göründüyü kimi, tərəflər arasında münasibətlər müqavilə əsasında formalaşmışdır. Hazırkı mübahisə əşya hüquq münasibətlərindən deyil, tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən irəli gəldiyindən, hazırki mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun olaraq baxıla bilməz. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlarla müəyyən edilir ki, Cavabdeh yaşayış yeri üzrə rəsmi qeydə alındığı ünvan ünvan 3kasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 04 nömrəli qərarının 20.3-cü bəndinə əsasən Xətai rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil olan inzibati ərazi vahidləridir. Göründüyü kimi, cavabdeh yaşayış yeri üzrə müvafiq olaraq Xətai rayonunda qeydiyyata alınmış və həmin inzibati ərazi vahidi Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının yuxarıda istinad edilən qərarına əsasən, Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil deyildir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və pulun tutulması” barədə ərizə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması ərazi aidiyyəti üzrə yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar