Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-179/2025 22.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X10, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının хеyrinə 16 avqust 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 26189,36 (iyirmi altı min yüz səksən doqquz manat, otuz altı qəpik) manat məbləğində krеdit bоrcu, 7231,15 (yeddi min iki yüz otuz bir manat, on beş qəpik) manat məbləğində faiz bоrcu və 5740,69 (beş min yeddi yüz qırx manat, altmış doqquz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 39161,2 (otuz doqquz min yüz altmış bir manat, iyirmi qəpik) manat məbləğində bоrcun, ödənilmiş 207,5 (iki yüz yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin ipoteka predmeti olan Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, hərracdan satışdan əldə olunan vəsait hesabına 39161,2 (otuz doqquz min yüz altmış bir manat, iyirmi qəpik) manat məbləğində bоrcun, 207,5 (iki yüz yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz) manat məbləğində xidmət haqqının əvəzinin iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 28 dekabr 2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının хеyrinə 16 avqust 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 26189,36 (iyirmi altı min yüz səksən doqquz manat, otuz altı qəpik) manat məbləğində krеdit bоrcu, 7231,15 (yeddi min iki yüz otuz bir manat, on beş qəpik) manat məbləğində faiz bоrcu və 5740,69 (beş min yeddi yüz qırx manat, altmış doqquz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 39161,2 (otuz doqquz min yüz altmış bir manat, iyirmi qəpik) manat məbləğində bоrcun, ödənilmiş 207,5 (iki yüz yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun əvəzinin və 30 (otuz) manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin ipoteka predmeti olan Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, hərracdan satışdan əldə olunan vəsait hesabına 39161,2 (otuz doqquz min yüz altmış bir manat, iyirmi qəpik) manat məbləğində bоrcun, 207,5 (iki yüz yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz) manat məbləğində xidmət haqqının əvəzinin iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 09 avqust 2021-ci il tarixli 011L**********36 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 12 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 16 avqust 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 16 mart 2022-ci il tarixdən banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 3810,64 manat ödəmiş, onun 26189,36 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12 avqust 2024-cü il tarixə 878 gün üçün hesablanmış faiz borcu 7231,15 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 12 avqust 2024-cü il tarixə 878 gün üçün hеsablanmış cərimə məbləği 5740,69 manat təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyanlar o özü, X11, X8, Cavabdeh2, Cavabdeh3 ilə iddiaçı arasında bağlanılmış 13 avqust 2021-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsi əsasında qeyd edilən şəxslərin paylı mülkiyyətlərində olan Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 sentyabr 2021-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla ipoteka predmetinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanlar X11 və X9 vəfat etmiş, onların vərəsələrinin müəyyən edilməsi üçün müvafiq sorğular verilmişdir. Sorğulara cavab olaraq vəfat etmiş ipoteka qoyanlara məxsus olan əmlakın Cəmilə Şahmuradova və həyat yoldaşı Cavabdeh4 istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, Cavabdeh4 iş üzrə cavabdeh qismində cəlb edilməsinin səbəbi barədə bildirdi ki, ipoteka qoyan şəxslərin bəziləri vəfat etmiş və Cavabdeh4 ipoteka predmeti olan torpaq sahəsindən faktiki istifadə edir. Bu hal müvafiq dövlət orqanlarına verilmiş sorğulara əsasən müəyyən edilmişdir. Cavabdeh4 tam həcmdə deyil, ipoteka predmeti həcmində məsuliyyət daşıyır. İpoteka predmetinin təqdim edilmiş mütəxəssis rəyində təyin edilmiş qiymətlə satışa çıxarılmasına hər hansı etirazı yoxdur. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 izahatında bildirdi ki, mütəxəssis rəyi ilə razıdır. Borcu qəbul etmir və borc məbləği üzrə ödəniş həyata keçirək niyyəti yoxdur, işə cavabdeh qismində cəlb edilməsinin səbəbi ona aydın deyildir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, mütəxəssis rəyində qeyd edilən qiymətlə razı deyildir, çünki ipoteka müqaviləsi 13 avqust 2021-ci il tarixdə bağlanmışdır. Həmin tarixdən xeyli vaxt keçməsinə baxmayaraq müqavilədə nəzərdə tutulmuş qiymət cəmi 1000 manat məbləğində artmışdır. Yenidən mütəxəssis tədqiqatının keçirilməsini istəyir, lakin müvafiq tədqiqatın dəyərini ödəmək üçün maddi imkanı yoxdur. İpoteka predmeti satıldıqdan sonra qalıq borcu ödəyə bilməyəcəkdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh1 və Cavabdeh2 Abamüslümovnanın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 17 dekabr 2024-cü tarixində keçirilmiş iclasında iştirak etmiş Cavabdeh2 izahatında qardaşı olan digər Cavabdeh1 məhkum olunması və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə məlumat vermişdir. Bununla əlaqədar məhkəmə tərəfindən həmin cəzaçəkmə müəssisəsinin rəhbərliyinə 24 dekabr 2024-cü il tarixli məktub ünvanlanaraq növbəti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməklə iddia ərizəsinin surəti, məhkəmə bildirişi və hüquq və vəzifələrin izahına dair Mülki Prosessual Məcəllədən çıxarış göndərilərək həmin sənədlərin Cavabdeh1 çatdırılması, eyni zamanda Cavabdeh1 iddia tələbinə dair yazılı münasibətinin qısa müddət ərzində Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Həmin cəzaçəkmə müəssisəsindən daxil olmuş 07 yanvar 2025-ci il tarixli 3-16- 17/27/219/2025 nömrəli məktuba əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli ərizəsində Cavabdeh1 iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsində adları qeyd edilmiş Cavabdeh2, Murad Şamuradovun, Cavabdeh3 onun tərəfindən götürülmüş kredit məbləğinə hər hansı aidiyyətləri yoxdur. Həmin şəxslər torpağın ipotekaya qoyulmasına və onun tərəfindən kredit götürülməsinə razılıq vermişlər. O, kredit götürdükdən sonra 6 ay ərzində - 2022-ci ilin fevral ayınadək borcu vaxtlı-vaxtında ödəmişdir, ödənilən məbləğ 8000 manatdır. 31 yanvar 2022-ci il tarixində həyat yoldaşının böhtanı nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbs olunduqdan sonra iddiaçıya müraciət edərək verilmiş kredit məbləğinə alınmış 22 baş iribuynuzlu heyvan, 8 baş dana, 160 baş xırdabuynuzlu keçi və qoyun olmaqla, dəyəri 83000 manat məbləğində olan heyvanlardan 30000 manat dəyərində olan hissəsinin iddiaçı tərəfindən götürülməsinin təşkil edilərək kreditin bağlanmasını xahiş etmiş, iddiaçının nümayəndəsi həmin heyvanları siyahıya alsa da, sonra hər hansı nəticə olmamış, həyat yoldaşı heyvanları sataraq Rusiya Federasiyasına getmişdir. Cavabdeh1 ərizəsində göstərilənlərin nəzərə alınaraq həbsdə olduğu dövrdə iddiaçıya olan kredit borcunun müvəqqəti dayandırılmasını xahiş etmiş və azad olunduqdan sonra bütün borc məbləğini tam ödəyəcəyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2021-ci il tarixli 011L**********36 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün ******* manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 30000 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,6667 dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 09 avqust 2021-ci il tarixli 011L**********36 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.2.2-ci yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 16 avqust 2021-ci il tarixli 011R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 16 avqust 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 16 avqust 2021-ci il tarixli 011S**********04 nömrəli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli 011S**********03 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyanlar (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 (vəfat etmişdir) və X11 (vəfat etmişdir) arasında bağlanmış 13 avqust 2021-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsini) 09 avqust 2021-ci il tarixdə Xaçmaz şəhərində bağlanmış 011L**********36 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 18000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qulasar Səfərovaya və Abamislim Səfərova məxsus Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli OUT-2024/08/12-32 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 avqust 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 26189,36 manat məbləğində əsas bоrc, 7231,15 manat məbləğində faiz borcu və 5740,69 manat məbləğində cərimə оlmaqla, cəmi 39161,2 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən vəkil sorğusuna verilmiş 22 iyul 2024-cü il tarixli 5-49/2-387/2024 nömrəli cavab məktubunda “X7 adına olan Xaçmaz rayonu İstisu qəsəbəsi, Aydınbəyov küçəsi ev 29, mənzil 2 və Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinin 2/6 hissəsinin, eyni zamanda X2 adına olan Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinin 1/6 hissəsi övladı X1 və həyat yoldaşı X4 istifadəsindədir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna verilmiş 18 iyul 2024-cü il tarixli 5-49-3/2-22/2024 nömrəli cavab məktubunda “X11 və X12 vəfat etmişlər. Onlara məxsus 1.08 pay torpağı, Aydınbəyov küç.,ev 29 m., 2 də övladı X1 və həyat yoldaşı X6 istifadəsindədir” qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən vəkil sorğusuna verilmiş 15 fevral 2024-cü il tarixli 3-21-3-30/2-5555/**********705555 nömrəli cavab məktubunda “X3 adına Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinin 1/6 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X7 adına Xaçmaz rayonu, İstisu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 29, mənzil 2 və Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinin 2/6 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 06 iyul 2023-cü il tarixli 3-13-16/2-87395/2023 nömrəli cavab məktubunda “DİN Baş X15 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1955-ci il təvəllüdlü X7 adında xx.xx.1998-ci il tarixdən "VAZ 21061" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. X7 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. X2 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur” qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 06 iyul 2023-cü il tarixli X-796 nömrəli cavab məktubunda “X2 və X5 ölünündən sonra miras qalmış hər hansı bir əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi 06 fevral 2025-ci il tarixinə təyin edilmiş, lakin iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, baxışın keçirilməsində iştirak etmədiyindən, eləcə də tədqiqat obyekti təqdim edilmədiyindən, baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır” əsası ilə tərtib edilmiş 15 aprel 2025-ci il tarixli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 may 2025-ci il tarixli MEB-159-0525 nömrəli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1,08 ha torpaq sahəsinin likvid dəyəri 19000 manat, bazar dəyəri 21000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1.). Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 09 avqust 2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi, 16 avqust 2021-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. İddiaçı 28 dekabr 2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə yanaşı, həmçinin Cavabdeh4 da müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh4 digər Cavabdeh1 kredit öhdəliyi ilə əlaqədar iddiaçı ilə zaminlik müqaviləsi bağlamadığından, yəni onun öhdəliyi üzrə zamin qismində çıxış etmədiyindən, həmin borc öhdəliyi ilə əlaqədar hər hansı məsuliyyət daşıya bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, Cavabdeh4 ipoteka predmeti olan torpaq sahəsinin mülkiyyətçilərindən biri deyildir. Həmin torpaq sahəsi üzrə gələcəkdə açılması ehtimal olunan vərəsəlik işi üzrə də vərəsələrin sırasına daxil deyildir, vərəsəlik işi açılacağı təqdirdə Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, məcburi payçılardan biri hesab edilən, eyni zamanda həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, vərəsəlik növbəliliyinə əsasən qanuni vərəsələrin birinci növbəsində olan həyat yoldaşı Cavabdeh3 həmin torpaq sahəsindən əlavə pay əldə edəcəyi halda qanunvericiliyin tələbinə əsasən, həmin pay ər-arvadın birgə mülkiyyətinə daxil olmayacaqdır (Mülki Məcəllə, 225.2-ci maddə). Belə olduğu halda, ipoteka predmeti olan torpaq sahəsinin Cavabdeh4 (payçılardan biri olan həyat yoldaşı Cavabdeh3 ilə birlikdə) faktiki istifadəsində olması onun hazırkı iş üzrə cavabdeh qismində maddi məsuliyyət daşımasına səbəb ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16 avqust 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 26189,36 manat məbləğində əsas bоrc və 7231,15 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən əsaslı hesab edilməklə həmin borc məbləğləri müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 09 avqust 2021-ci il tarixli razılaşması üzrə 5740,6 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmasının 4.2.2-ci yarımbəndi) iddiaçı cavabdehlər dən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 09 avqust 2021-ci il tarixli kredit razılaşması üzrə 1310 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ilə ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 (vəfat etmiş) və X11 (vəfat etmiş) arasında bağlanmış 13 avqust 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 may 2025-ci il tarixli MEB-159-0525 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinin ilkin satış qiyməti dəyəri 19000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 207,5 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 207,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 194,19 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 29 avqust 2024-cü il tarixli təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, hazırkı iddia ərizəsi təmin edildiyindən iddiaçı tərəfindən mütəxəssis tədqiqatına görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26189,36 manat məbləğində əsas borc, 7231,15 manat məbləğində faiz borcu, 1310 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun, mütəxəssis tədqiqatı ilə bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194,19 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 35275,7 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalı olan cəmi 35275,7 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1,08 ha torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 35275,7 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1,08 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26189,36 (iyirmi altı min yüz səksən doqquz manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 7231,15 (yeddi min iki yüz otuz bir manat, on beş qəpik) manat məbləğində faiz borcu, 1310 (min üç yüz on) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun, mütəxəssis tədqiqatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194,19 (yüz doxsan dörd manat, on doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 35275,7 (otuz beş min iki yüz yetmiş beş manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalı olan cəmi 35275,7 (otuz beş min iki yüz yetmiş beş manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1,08 ha torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı QSC-yə olan cəmi 35275,7 (otuz beş min iki yüz yetmiş beş manat, yetmiş qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən 1,08 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 (on doqquz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-179/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-179/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver