Məhkəmə qərarları › İş №e-2-2(119)-1794/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1794/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1794/2024 07.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş hazırkı iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının və cavabdehin adları göstərilsə də, iş üzrə həmin tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının və cavabdehin həm adları, həm də ünvanları göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, həmin iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsi (qrafası) ilə müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi üçün 51,2 (əlli bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumunu 24 sentyabr 2024cü il tarixli ********** №-li Ödəniş Qəbzi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankı - X1” vasitəsilə 24 sentyabr 2024-cü ildə Dövlət Büdcəsinə ödənilmişdir (ödənişin tarixi və saatı: 24 sentyabr 2024-cü il, saat 16:35:58; Bakı Kommersiya Məhkəməsi üçün). Lakin, həmin Ödəniş Qəbzi ilə ödənmiş olan həmin 51,2 manat məbləğində dövlət rüsumu – hazırkı iddia ərizəsinin verilməsi üçün müvafiq qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi kimi qəbul edilə bilməz. Çünki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin qaytarılması barədə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli e-2-2(113)-7350/2024 nömrəli qərardadına əsasən 24 sentyabr 2024-cü il tarixli ********** №-li Ödəniş Qəbzi ilə Dövlət Büdcəsinə ödənilmiş yuxarıda qeyd olunan 51,2 (əlli bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 24 sentyabr 2024-cü il, saat 16:35:58; Bakı Kommersiya Məhkəməsi üçün) da Dövlət Büdcəsindən həmin ödənişi etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmışdır. Ona görə də, həmin Ödəniş Qəbzi ilə ödənmiş olan məlum dövlət rüsumundan yenidən iddia ərizəsinin verilməsi üçün istifadə oluna bilməz. Yəni, məlum Ödəniş Qəbzi ilə ödənmiş dövlət rüsumunun qaytarılması barədə qəbul edilən Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli e-2-2(113)- 7350/2024 nömrəli qərardadına əsasən 24 sentyabr 2024-cü il tarixli ********** №-li Ödəniş Qəbzi ilə ödənmiş olan məlum rüsum Dövlət Büdcəsindən onu ödəmiş iddiaçıya qaytarıldığından, həmin qəbzlə ödənmiş rüsumdan bir daha istifadə oluna bilməz. Bu hal isə onu təsdiq edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu da ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar