Məhkəmə qərarları › İş №e-2-2(119)-18/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-18/2020

03.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-18/2020 03.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 Cavabdeh qarşı “çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarədarı olduğu “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suları kanalizasiya xəttinə qoşulmamışdır. Çirkab sular ərazidəki primitiv və germetik olmayan quyuya axıdılaraq dəniz hövzəsinin çirklənməsinə səbəb olur. Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli 270 nömrəli sərəncamına əsasən Sumqayıt şəhərində fəaliyyət göstərən iaşə və xidmət obyektlərinin ekoloji, sanitar normalara və ticarət qaydalarına əməl edilməsinin yoxlanılması üçün yaradılmış Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi, Gigiyena və Epidemologiya Mərkəzi, Memarlıq və Şəhərsalma İdarəsi, 4 saylı Regional Ekologiya və X2, Sumqayıt şəhər Baş Polis İdarəsi və X3 nümayəndələrinin və Cavabdeh iştirakı ilə xx xxx 2019-cu ildə “Duyğu” istirahət mərkəzində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, obyektdə ekoloji, sanitar texniki normalar və tələblər yerinə yetirilməmiş, kanalizasiya və çirkab suları mərkəzi kanalizasiya xəttinə qoşulmamışdır. Çirkab suları primitiv qaydada qazılmış quyulara axıdılır, bununla da Xəzər dənizi hövzəsinin birbaşa çirklənməsinə, fauna və florasına, insan sağlamlığına ciddi təhlükə yaradır. Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X2 tərəfindən Cavabdeh rəsmi məktubla müraciət olunaraq, həmin ictimai-iaşə obyektində formalaşan çirkab suların Xəzər dənizi sahili zonaya axıdılmasının qarşısının alınması məqsədi ilə çirkab suların 2 ay müddətində ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi işlərinin aparılması və nəticəsi barədə idarəyə məlumat verilməsi tələb edilmişdir. Ancaq Cavabdeh tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmişdir. Həmin faktla əlaqədar 4 saylı Regional Ekologiya və X2 tərəfindən Cavabdeh barəsində xx xxxx 2019-cu ildə inzibati xəta haqqında protokol tərtib olunaraq, 2500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) icarədarı olduğu “Sumqayıt- Novxanı” yolunun kənarında yerləşən “Duyğu” istirahət mərkəzində ekoloji, sanitar-texniki və sanitar-gigiyenik norma və tələblərə riayət olunub-olunmaması yoxlanılmış və həmin yoxlama zamanı “Duyğu” istirahət mərkəzində formalaşan çirkab sularının mərkəzi kanalizasiya xəttinə qoşulmadığı və çirkab sularının primitiv qaydada qazılmış quyulara axıdıldığı və bununla da Xəzər dənizi hövzəsinin birbaşa çirklənməsinə səbəb olduğu, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaratdığı müəyyən olunaraq, xx xxx 2019-cu il tarixli Akt tərtib edilmişdir. Həmin əməlinə görə xx xxxx 2019-cu ildə Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində cərimə edilməsinə və müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, o, icarədarı olduğu “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi üçün heç bir tədbir görməmişdir. İş materiallarında olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 01/3/02-3/7/77 saylı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 xx xxxxxx 2019-cu il tarixli 3015 saylı məktubları ilə müəyyən olunur ki, “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suları septik qurğular (quyu) vasitəsi ilə kənarlaşdırılır və həmin çirkab suları dolayısı yolla qrunt sularına qarışaraq Xəzər dənizinə qarışır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 7.2-ci maddələrinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərinə görə ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri aid edilir. Həmin Qanunun 32-ci maddəsinə əsasən, ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən miqdarının normallaşdırılması əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarnın normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün, çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan,axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığının və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədi ilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinə görə su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Beləliklə də, təsvir olunanlarla müəyyən olunur ki, “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən və mərkəzi kanalizasiya xəttinə qoşulmamış Cavabdeh icarədarı olduğu “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suları primitiv qaydada qazılmış quyulara axıdılmaqla Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olmaqla, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaradır ki, nəticədə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulur. Ona görə də, iddia tələbi “Cavabdeh icarədarı olduğu “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması” hissəsində əsaslıdır. Lakin, “cavabdeh öhdəliyini yerinə yetirənədək fəaliyyətinin dayandırılması” hissəsində isə iddia tələbinin əsaslılığı müəyyən edilmir. Çünki, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən cavabdehin fəaliyyətinin dayandırılmalı olmasının zəruriliyi əsaslandırılmamış və həmin hissədə iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Xəzər dənizi sahil zonasına axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xəzər dənizi sahil zonasına axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh (VÖEN **********) üzərinə icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Duyğu” istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar