Məhkəmə qərarları › İş №e-2-2(119)-1804/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1804/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1804/2025 09.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqavilə üzrə 3400 (üç min dörd yüz) manat məbləğində borc və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3454 (üç min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı arasında 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən iddiaçı idarəetməsində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli inzibati binanın 2-ci mərtəbəsindən ümumi sahəsi 680 kv.m qeyri yaşayış sahəsini (07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqavilənin Əlavəsinə əsasən əmlak, avadanlıq və tikililərlə birgə) cavabdehə qorunub saxlanılması və səmərəli istifadə edilməsi məqsədi ilə təhvil verməyi, cavabdeh isə obyektdən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqavilə və əlavəsinə əsasən iddiaçı idarəetməsində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli inzibati binanın 2-ci mərtəbəsindən ümumi sahəsi 680 kv.m qeyri yaşayış sahəsini cavabdehə təhvil vermiş, cavabdeh obyekti təhvil almış, lakin müqavilə üzrə öhdəliklərini pozaraq bu günədək qalıq ödənişlərini ödəməmişdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 3400 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi, həmçinin yazılı (pretenziya qaydasında) müraciət olunmuş və müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası yerinə yetirilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya cəmi 1700 manat borcu qaldığını, 2023-cü ilin iyul ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin paylarının satışı barədə elan olunmuş investisiya müsabiqəsinin qalibi olduqdan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən avqust-sentyabr aylarında həmin sahədən çıxmalarına şərait yaradılmasını xahiş etdiyini və həmin sahədən 09 oktyabr 2023-cü il tarixdə çıxdıqlarını bildirmişdir. O, Cavabdeh avqust ayında ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli inzibati binanın 2-ci mərtəbəsindən ümumi sahəsi 680 kv.m olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərmədiyinin və həmin sahədən çıxmaqla məşğul olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında” 07 aprel 2023-cü il tarixli 75 nömrəli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılması, hüquqi ünvanının ünvan 3da olan birinci tərəf - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı ilə ikinci tərəf - Cavabdeh arasında bağlanmış 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqaviləyə əsasən “birinci tərəf” dövlət əmlakı olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli inzibati binanın 2-ci mərtəbəsindən 680 kv.m olan qeyri yaşayış sahəsini dövlət əmlaklarının qorunub saxlanılması, dövlət müəssisə və obyektlərinin sağlamlaşdırılması və səmərəliliyin təmin edilməsi məqsədi ilə ikinci tərəfin istifadəsinə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən birinci tərəf müqavilənin predmetində göstərilən obyekti və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarını ikinci tərəfə təhvil verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ikinci tərəf qəbul etdiyi obyektin və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarının qorunmasını, yararlı vəziyyətdə saxlanılmasını, birinci tərəfin tələbi ilə və ya bu müqavilənin vaxtı bitdikdə obyekti və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarını birinci tərəfdən qəbul etdiyi vəziyyətdə geri qaytarmasını öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin mövzusuna uyğun olaraq əldə ediləcək gəlirlərdən ikinci tərəf birinci tərəfin bank hesabına ƏDV daxil aylıq 1700 (min yeddi yüz) manat ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən aylıq ödəniş cari ayın 7-si tarixinə kimi ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı ilə Cavabdeh tərəfindən tərtib edilən 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqaviləyə 1 nömrəli əlavə olan 07 aprel 2023-cü il tarixli təhvil qəbul aktında göstərilir ki, dövlət əmlakı olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli inzibati binanın 2-ci mərtəbəsindən 680 kv.m olan qeyri yaşayış sahəsinin birgə fəaliyyət məqsədi ilə təhvil-qəbul işləri aparıldı və obyekt fəaliyyət üçün tam yararlıdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3400 manat dəyərində xidmət haqqı ilə əlaqədar 20 iyun 2023-cü il tarixli EBDİ seriyalı 283252 nömrəli, 1700 manat dəyərində xidmət haqqı ilə əlaqədar 07 iyul 2023-cü il tarixli EBDJ seriyalı 460551 nömrəli, 1700 manat dəyərində xidmət haqqı ilə əlaqədar 09 avqust 2023-cü il tarixli EBDL seriyalı 655221 nömrəli, 1700 manat dəyərində xidmət haqqı ilə əlaqədar 29 avqust 2023cü il tarixli EBDN seriyalı 094218 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan kredit haqqında bildirişlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 06 iyul 2023-cü il tarixdə 20 iyun 2023-cü il tarixli qaiməyə əsasən 2881,36 manat məbləğində və 04 avqust 2023-cü il tarixdə 07 iyul 2023-cü il tarixli qaiməyə əsasən 1440,68 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, 06 iyul 2023-cü il tarixdə 20 iyun 2023-cü il tarixli qaiməyə əsasən 518,64 manat məbləğində və 03 avqust 2023-cü il tarixdə 07 iyul 2023-cü il tarixli qaiməyə əsasən 259,32 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 30 aprel 2025-ci il tarixli 3-21-3-06/2-238/2025 nömrəli maliyyə arayışında göstərilir ki, 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqavilə üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə 07 sentyabr 2023-cü il tarixinə 3400 (üç min dörd yüz) manat borcu vardır. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli baxış aktında göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və onun tabeliyində İddiaçı əməkdaşlarının iştirakı ilə Mərkəzin idarəetməsində olan və Sumqayıt şəhəri, Sülh küçəsi 3 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan əsas vəsaitlərin mövcudluğunun, istismar vəziyyətinin yoxlanılması məqsədilə 11 sentyabr 2023-cü il tarixdə Cəmiyyətin ərazisində monitorinq aparılmış və Cəmiyyətin ərazisində yerləşən 5 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində Cavabdeh və həmin binanın 3-cü mərtəbəsində X2madığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin investisiya müsabiqəsində satılmış payları üzərində mülkiyyət hüququnun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli 135 nömrəli Sərəncama əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin investisiya müsabiqəsində satılmış payları üzərində mülkiyyət hüququnun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsinə razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı dövlət əmlakı olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli inzibati binanın 2-ci mərtəbəsindən 680 kv.m olan qeyri-yaşayış sahəsini dövlət əmlaklarının qorunub saxlanılması, dövlət müəssisə və obyektlərinin sağlamlaşdırılması və səmərəliliyin təmin edilməsi məqsədi ilə Cavabdeh istifadəsinə vermişdir. İddiaçı müqavilə üzrə öhdəliyi icra edərək 07 aprel 2023-cü il tarixli təhvil qəbul aktına əsasən obyekti fəaliyyət üçün tam yararlı vəziyyətdə cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək müqavilə üzrə cəmi 5100 manat ödəmiş, onun 07 sentyabr 2023-cü il tarixinə 3400 manat borcu qalmışdır. Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə izahatında ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli inzibati binanın 2-ci mərtəbəsindən ümumi sahəsi 680 kv.m olan qeyri-yaşayış sahəsində avqust ayında fəaliyyət göstərmədiyini, avqust-sentyabr aylarında həmin sahədən çıxmalarına şərait yaradılması üçün investisiya müsabiqəsinin qalibi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş etdiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin sahənin 2023-cü ilin avqust-sentyabr aylarında dövlət mülkiyyətində olduğu və cavabdehin obyektdən 2023-cü ilin oktyabr ayında çıxdığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 07 aprel 2023-cü il tarixli BFM 04/23/001-1 nömrəli müqavilə üzrə ödənilməmiş 3400 (üç min dörd yüz) manat məbləğində borcun Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “54 (əlli dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 20 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 3400 (üç min dörd yüz) manat məbləğində borc və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3454 (üç min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual ‬ Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdehndən 3400 (üç min dörd yüz) manat məbləğində borc və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3454 (üç min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar