Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1829/2025 17.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 4085,17 (dörd min səksən beş manat on yeddi qəpik) manat məbləğində əsas borc, 276,68 (iki yüz yetmiş altı manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4361,85 (dörd min üç yüz altmış bir manat səksən beş qəpik) manat məbləğində borcun və 64 (altmış dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə cavabdeh – Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli SHMMK- 2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşmaya əsasən illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 14 noyabr 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşmanın şərtlərinə görə borcalan Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 4085,17 (dörd min səksən beş manat on yeddi qəpik) manat məbləğində əsas borcu, 276,68 (iki yüz yetmiş altı manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4361,85 (dörd min üç yüz altmış bir manat səksən beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşmaya əsasən bank əsas vəsaitlərin artırılması məqsədilə illik 24 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində Cavabdeh3 kredit vermişdir. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli ödəniş qrafikində borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 14 noyabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borc alan Cavabdeh3 imzası ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 26 avqust 2025-ci il tarixdə bildiriş göndərilərək 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 25 avqust 2025-ci il tarixinə 4085,17 manat məbləğində əsas borc, 276,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 4361,85 manat məbləğində borcu olduğu bildirilmiş, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunmüvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan 26 avqust 2025-ci il tarixli RB-02/PK-3490 nömrəli maliyyə arayışında göstərilir ki, 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə borcalan Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 avqust 2025-ci il tarixinə 4085,17 manat məbləğində əsas bоrc və 276,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 4361,85 manat məbləğində borcu vardır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 və borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanılmış 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən bu müqavilənin predmeti İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanılan 864714 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər, ümumi şərtlər üzrə 14 noyabr 2024 tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər- razılaşma, habelə ümumi şərtlər üzrə bağlanılacaq bütün razılaşmalara əsasən bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də həmin müqavilə üzrə əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Gösərilənlərə əsasən hesab edir ki, 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 4085,17 (dörd min səksən beş manat on yeddi qəpik) manat məbləğində əsas borc və 276,68 (iki yüz yetmiş altı manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 14 noyabr 2024-cü il tarixli SHMMK-2755 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “64 (altmış dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4085,17 (dörd min səksən beş manat on yeddi qəpik) manat məbləğində əsas borc, 276,68 (iki yüz yetmiş altı manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4425,85 (dörd min dörd yüz iyirmi beş manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4085,17 (dörd min səksən beş manat on yeddi qəpik) manat məbləğində əsas borc, 276,68 (iki yüz yetmiş altı manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4425,85 (dörd min dörd yüz iyirmi beş manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1829/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1829/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver