Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1835/2025 05.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 6095,36 (altı min doxsan beş manat, otuz altı qəpik) manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 28 sentyabr 2022-ci il tarixli 06 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) kolbasa istehsalı ilə bağlı xammal, ət və ət məhsulları üçün zəruri mallar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Malın qiyməti və miqdarı razılaşma ilə elektron qaimə-fakturaya əsasən təsdiq edilir. Tərəflər arasında alğı-satqı prosesi baş tutmuş, qaimə əsasında müəyyən məbləğdə ödənişlər həyata keçirilmiş, yekun olaraq cavabdehin 6095,36 manat məbləğində borcu qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, hüquqi yardımın göstərilməsi ilə əlaqədar 1000 manat məbləğində ödəniş həyata keçirildiyini təsdiq edən qəbz iş materiallarına əlavə edilmişdir. Həmin qəbz 2 müqavilə üzrə ödənilmiş məbləği əks etdirir. Hazırkı iş üzrə göstərilən hüquqi yardımın dəyəri 500 manat məbləğində təşkil etmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 21 noyabr 2025-ci il tarixli iclasında cavabdeh izahatında bildirmişdir ki, borcu qəbul etmir. İddia ərizəsində qeyd edilən borc məbləği onun adına hesablanmamışdır. İddiaçı ilə müqavilə bağlamamış, hansısa mal təhvil almamış, həmin müqavilə üzrə qaiməni də imzalamamışdır. Onun adından ödənişləri Rasim adlı şəxs həyata keçirmişdir. Həmin şəxslə əməkdaşlıq edərək bütün məbləğin cavabdehin hesabına köçürülməsi, məbləğin bir hissəsinin cavabdehin əldə etməsi, qalan hissəsini isə Rasim adlı şəxsə təqdim edilməsini razılaşdırmışdırlar. Rasim adlı şəxsin növbəti məhkəmə iclasında iştirakını təmin edəcəkdir. Həmçinin iş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindəki imza ona aid deyildir, onun imzasına oxşardır. Hesab edir ki, kimsə onun yerinə müqaviləni və əlavə razılaşmaların bir neçəsini imzalamışdır. Eyni zamanda iş materiallarında olan 05 iyul 2024-cü il tarixli ərizə barədə də məlumatı yoxdur. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh) kolbasa istehsalı üçün xammal, ət və ət məhsulları üçün zəruri mallar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə razılaşma ilə müəyyənləşdirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, malın qiyməti əlavə razılaşmalarda qeyd olunur. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüquqlarından biridir. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) danışılan müddətdə ödəmək alıcının vəzifələrindən biridir. Həmin müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, satıcı müqaviləyə uyğun olaraq öncədən rəsmi şəkildə alıcı tərəfindən verilmiş sifarişə əsasən müxtəlif növ və çeşiddə malları alıcıya anbarda (satıcının anbarında) təhvil verməyi öhdəsinə götürür. Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, mal alıcıya təhvil verildikdən və elektron qaimə-faktura göndərildiyi andan sonra alıcı 30 təqvim günü ərzində malın dəyərini ödəməlidir. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissələri olan əlavə razılaşmalar üzrə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyəri tərəflər arasında razılaşdırılmışdır: 04 oktyabr 2022-ci il tarixli 01 nömrəli Əlavə razılaşma üzrə 882,75 manat, 16 dekabr 2022-ci il tarixli 02 nömrəli Əlavə razılaşma üzrə 26547,7 manat, 11 yanvar 2023-cü il tarixli 03 nömrəli Əlavə razılaşma üzrə 4770,85 manat, 01 may 2023-cü il tarixli 04 nömrəli Əlavə razılaşma üzrə 502,24 manat məbləğində olmaqla, ümumi dəyəri 32703,54 manat məbləğində olan mallar. İş materiallarından görünür ki, 04 oktyabr 2022-ci il tarixli EBCG seriyalı 455263 nömrəli elektron qaimə-faktura üzrə 882,75 manat, 16 dekabr 2022-ci il tarixli EBCL seriyalı 348314 nömrəli elektron qaimə-faktura üzrə 26547,69 manat, 11 yanvar 2023-cü il tarixli EBCM seriyalı 757589 nömrəli elektron qaimə-faktura üzrə 4770,85 manat, 01 may 2023-cü il tarixli EBDE seriyalı 628598 nömrəli elektron qaimə-faktura üzrə 502,24 manat məbləğində olmaqla, ümumi dəyəri 32703,53 manat məbləğində olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli 000İCZ122285018B nömrəli ödəniş tapşırığı üzrə 748,09 manat, 03 aprel 2023-cü il tarixli 000İCZ1230930A8C ödəniş tapşırığı üzrə 4200 manat, 25 aprel 2023-cü il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığı üzrə 12711,86 manat, 09 iyun 2023-cü il tarixli 000İCZ123160034B nömrəli ödəniş tapşırığı üzrə 4237,28 manat məbləğində olmaqla, cəmi 21897,23 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 134,66 manat, 31 mart 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 1525,43 manat, 25 aprel 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 2288,14 manat, 09 iyun 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 762,71 manat məbləğində olmaqla, cəmi 4710,94 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən əsas borc üzrə 21897,23 manat, ƏDV borcu üzrə 4710,94 manat məbləğində ödəniş həyata keçirilmişdir və cavabdehin qalıq borcu 6095,36 manat məbləğində təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən “Onlayn kargüzarlıq” vasitəsilə iddiaçıya ünvanlanmış 05 iyul 2024-cü il tarixli məktubun məzmununda “xx.xx.2024-cü il tarixdə bizə göndərdiyiniz pretenziya məktubuna cavab olaraq bildirmək istəyirik ki, 28 sentyabr 2022ci il tarixində aramızda bağlanılmış müqavilə əsasında olunmuş alışlardan qalan 6095,36 manat borcumuzun ½ hissəsini bu ayın sonuna, qalan hissəsini də avqust ayının sonuna qədər tam şəkildə bağlayacayıq. Hal-hazırda şirkətimizin təsisçi və direktor dəyişikliyi ilə əlaqədar banklarda əməliyyat etmək mümkün olmadığından ödənişlərimiz gecikir” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 28 sentyabr 2022-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə 04 oktyabr 2022-ci il tarixli 01 nömrəli, 16 dekabr 2022-ci il tarixli 02 nömrəli, 11 yanvar 2023cü il tarixli 03 nömrəli və 01 may 2023-cü il tarixli 04 nömrəli Əlavə razılaşmalar bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin və razılaşmaların predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 6095,36 manat məbləğində borcu yaranmışdır. Belə ki, yuxarıda - qətnamənin “İş materialları:” hissəsində istinad edilmiş 04 oktyabr 2022-ci il tarixli EBCG seriyalı 455263 nömrəli elektron qaimə-faktura üzrə 882,75 manat, 16 dekabr 2022-ci il tarixli EBCL seriyalı 348314 nömrəli elektron qaimə-faktura üzrə 26547,69 manat, 11 yanvar 2023-cü il tarixli EBCM seriyalı 757589 nömrəli elektron qaimə-faktura üzrə 4770,85 manat, 01 may 2023-cü il tarixli EBDE seriyalı 628598 nömrəli elektron qaimə-faktura üzrə 502,24 manat məbləğində olmaqla, ümumi dəyəri 32703,53 manat məbləğində olan malların təhvil verilməsi ilə bağlı elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Eyni zamanda 12 oktyabr 2022-ci il tarixli 000İCZ122285018B nömrəli ödəniş tapşırığı üzrə 748,09 manat, 03 aprel 2023-cü il tarixli 000İCZ1230930A8C ödəniş tapşırığı üzrə 4200 manat, 25 aprel 2023-cü il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığı üzrə 12711,86 manat, 09 iyun 2023-cü il tarixli 000İCZ123160034B nömrəli ödəniş tapşırığı üzrə 4237,28 manat məbləğində olmaqla, cəmi 21897,23 manat məbləğində pul vəsaiti əsas borc üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, ƏDV borcu üzrə 12 oktyabr 2022-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 134,66 manat, 31 mart 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 1525,43 manat, 25 aprel 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 2288,14 manat, 09 iyun 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 762,71 manat məbləğində olmaqla, cəmi 4710,94 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 28 sentyabr 2022-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi üzrə 6095,36 manat (32703,53 - (21897,23+4710,94)= 32703,53-26608,17=6095,36) məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. 21 noyabr 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh borcu qəbul etmədiyini, iddiaçı ilə müqavilə bağlamadığını, malları Rasim adlı şəxsin qəbul etdiyini, adından ödənişləri də həmin şəxsin həyata keçirdiyini qeyd etmiş, məsələyə aydınlıq gətirilməsi üçün növbəti iclasda həmin şəxslə birlikdə iştirakının təmin edilməsi üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdehin müraciəti nəzərə alınaraq iclas cari tarixə təxirə salınsa da, cavabdeh iclasda iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə hansısa məlumat təqdim etməmişdir. Eyni zamanda, cavabdehin iddiaçı ilə müqavilə bağlamaması, kiminsə onun imzasına bənzətməklə müqaviləni onun adından imzalaması barədə dəlilləri də digər sübutlarla birlikdə qiymətləndirildikdə, əsaslı hesab edilə bilməz. Belə ki, qətnamənin “İş materialları:” hissəsində istinad edilmiş ödəniş tapşırıqlarından görünür ki, həmin sənədlərdə bilavasitə 28 sentyabr 2022-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinə istinad edilərək ödəyici qismində cavabdehin özü göstərilməklə onun tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Digər tərəfdən iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya “Onlayn kargüzarlıq” vasitəsilə göndərilmiş 05 iyul 2024-cü il tarixli məktubun məzmununda bilavasitə iddia ərizəsində qeyd edilən məbləğdə borcunun olmasını qəbul etmişdir. Bundan başqa, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 10 mart 2025-ci il tarixli 005XOH********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, vəkilin göstərdiyi yardıma görə iddiaçı tərəfindən “Kəngərli və partnyorları” Vəkil bürosunun bank hesabına 1000 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan əlavə, iş materiallarında olan 05 iyun 2025-ci il tarixli **********27 nömrəli, ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman cəmi 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6095,36 manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının və 81 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6676,36 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 6095,36 (altı min doxsan beş manat, otuz altı qəpik) manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6676,36 (altı min altı yüz yetmiş altı manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1835/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1835/2025
05.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver