Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-189/2023 18.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Hüseynova Məhsəti Mobil qızının, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 18 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh3 ilə bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi və cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Krеdit Razılaşması üzrə 6769 manat məbləğində krеdit bоrcu, 956,56 manat məbləğində faiz bоrcu və 1269,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8995,42 (səkkiz min doqquz yüz doxsan beş manat 42 qəpik) manat məbləğində bоrcun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 9,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh3 kredit verən İddiaçı QSC tərəfindən 06 sentyabr 2021-ci il tarixli 001L**********81 saylı Uzunmüddətli Krеdit Müqaviləsinə əsasən 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqavilənin şərtlərinə görə kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borc alan Cavabdeh3 kredit verən İddiaçı QSC ilə bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində krеdit götürmüşdür. Borc alan Cavabdeh3 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 08 noyabr 2021-ci il tarixdən etibarən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh3 götürdüyü krеdit üzrə əsas bоrcundan 231 manat məbləğində ödəniş etmiş və onun 6769 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06 iyun 2022-ci il tarixə 206 gün üçün hesablanmış faiz borcu 956,56 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 06 iyun 2022-ci il tarixə 206 gün üçün hеsablanmış cərimə 1269,86 manat təşkil edir. Uzunmüddətli Kredit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək və qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış Zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, bu mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеh Cavabdeh3 ilə bağlanmış 06 sentyabr 2021ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi və cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 06 sentyabr 2021-ci il tarixli Krеdit Razılaşması üzrə 6769 manat məbləğində krеdit bоrcu, 956,56 manat məbləğində faiz bоrcu və 1269,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8995,42 manat məbləğində bоrcun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 9,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. 12 aprel 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Məğrur adlı işçisinin vasitəsi və köməkliyi ilə 06 sentyabr 2021-ci ildə həmin Bankdan iki il müddətinə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit almış və bu kreditin alınması üçün anası Məlahət, xalası Safra və xalasının əri Sabir ona zamin olmuşlar. Lakin, o, pulu aldıqdan bir neçə gün sonra həmin Zaminləri ona zamin olmalarına etiraz edib, ondan zaminliklərinin ləğv olunmasını tələb etmişlər. Buna görə də, o, məcbur olub krediti aldıqdan təxminən 11 gün sonra, yəni 17 sentyabr 2021-ci ildə Zaminlərini öhdəlikdən azad etmək üçün onlarla birlikdə Banka gedib, aldığı 7000 manat məbləğində krediti qaytarmaq istədiyini bildirmişdir. Bankda ona izah etmişlər ki, 7000 manat məbləğində krediti vaxtından əvvəl qaytardığı halda birinci ay üçün hesablanmış 140 manat faizi də ödəməlidir. Buna görə də o, məcbur olub cəmi 11 gün keçməsinə baxmayaraq, 7000 manat məbləğində kredit və oktyabr ayında ödənilməsi nəzərdə tutulan birinci ay üçün hesablanmış 140 manat faiz məbləği olmaqla, cəmi 7140 manat məbləğində pulu Banka ödəmiş və Bank tərəfində də ona bu ödənişi təsdiq edən mədaxil qəbzi verilmişdir. Bundan sonra zaminləri olan anası və qohumları onların zaminlikləri ilə götürülmüş 7000 manat məbləğində kreditin 140 manat faizi ilə birlikdə qaytarıldığının şahidi olub sakitləşmiş və onlar hesab etmişlər ki, artıq zaminliklərinə xitam verilmişdir. Lakin, həmin kredit bağlandıqdan sonra ona yenidən pul lazım olduğu üçün o, bir neçə gün sonra Bankın işçisi Məğrura zəng edərək yenidən kredit almaq istədiyini bildirmişdir. Məğrur isə ona bildirmişdir ki, ödəmiş olduğu 7140 manat məbləğində pul vəsaiti hesabındadır və o, həmin pulu yenidən kredit kimi götürə bilər. Buna görə də, o, gedib Bankdan yenidən krdeitə pul götürmüşdür. Lakin, o, bu pulu yeni bir kredit kimi götürdüyünü güman etmiş və ona görə də bununla bağlı onun özü və yaxud Bank işçiləri zaminlərinə heç bir məlumat verməmişlər. Buna görə də, o, hesab edir ki, onun ikinci dəfə Bankdan pul götürməsi yeni bir kredit olmuş və 2-ci kreditin zaminlər kimi qeyd olunan anası Məlahətə, xalası Safraya və xalasının əri Sabir kişiyə heç bir aidiyyəti olmamışdır. Çünki, əvvəlki götürdüyü kredit həmin zaminlərin təkidi ilə və onların iştirakı ilə Banka qaytarıldıqdan bir neçə gün sonra 2-ci dəfə Bankdan aldığı kreditə həmin şəxslər heç bir vaxt zamin olmazdılar. Odur ki, o, hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borc olaraq 6769 manat məbləğində pulun tutulmasına və Bankla aralarında bağlanmış müqavilənin ləğv edilməsinə razı olsa da, iddia tələbi ilə qalan hissələrdə, o cümlədən də borcun zaminlərdən tutulmasına razı deyildir. Məhkəmə iclasında Cavabdeh3 suallara cavab olaraq bildirdi ki, birinci dəfə krediti götürdükdən 11 gün sonra həmin kredit üzrə bütün ödənişi tam olaraq əlavə faizi ilə birlikdə həyata keçirməsinə səbəb zaminlərin təkidi olmuşdur. O, 7140 manat məbləğində kredit ödənişindən təxminən 3 gün sonra Bankdan yenidən kredit götürmüşdür. Lakin, o, ikinci kredit ilə bağlı zaminlərə məlumat verməmişdir. Çünki, o elə bilirdi ki, zaminlərin iştirakı ilə 7000 manat məbləğində götürdüyü kredit tam bağlanmışdır və bu kreditin zaminlərə heç bir aidiyyəti yoxdur. O, ümumiyyətlə hər hansı bir bank hesabı açılması üçün Banka müraciət etməmişdir və 7140 manat məbləğində pulu da zaminlərinin tələbi ilə 1-ci kreditin tam olaraq bağlanması üçün ödəmişdir. Əgər bu ödənişin ödənilməsi üçün ərizə yazılmalı idisə, bunu da Bank ona deməli idi. O, Məğrur adlı bank işçisinə 2-ci dəfə kredit üzrə müraciət etdikdə, zaminlərin narazılığını da bildirmişdi. Məğrur isə ona həyata keçirdiyi 7140 manat məbləğində ödənişdən sonra Bankın etibarlı müştərisi kimi tanındığını və ona istədiyi məbləğin zamin olmadan da veriləcəyini bildirmişdi. Buna görə də o, Banka gedərək, əvvəlki kreditlə əlaqəsi olmadan, ikinci dəfə kredit götürdüyünü güman etmişdir. O, müştəri olduğu üçün düzgün sənədləşdirməni və ödənişin sistemə daxil edilmə məsələsini Bank yerinə yetirməli idi. O, güman etmişdir ki, ödəmiş olduğu 7140 manat məbləğində pul sistemə daxil olmuş və birinci kreditin ödənilməsi sona çatmışdır. O, 2-ci dəfə pul götürəndə 1-ci kredit üçün etdiyi ödənişin borca silinmədiyini və ona 2-ci dəfə pulun həmin kredit üzrə ödənilən puldan verildiyini bilməmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etmədiyini bildirərək, borcun ondan və digər zaminlərdən tutulmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırlmışdır ki, o, bacısı Safra və bacısının əri Sabirlə birlikdə oğlu Cəmilin Bankdan 1-ci dəfə 7000 manat məbləğində kredit götürməsinə zamin olsalar da, kredit alındıqdan bir neçə gün sonra bacısıgil zamin olmalarına peşiman olduqlarını bildirib, oğlundan zaminlikdən çıxarılmalarını tələb etmişlər. Buna görə də, o, qohumlar arasında narazılıq olmaması üçün özünə məxsus torpaq sahəsini dəyərdəyməzinə satıb, kredit alındıqdan təxminən 10-11 gün sonra bacısıgillə birlikdə Banka gedib 7000 manat krediti qaytarmaq istədiklərini bildirmişlər. Bank işçiləri buna etiraz etməsələr də, birinci ayın faizi olan 140 manat pulu da əlavə olaraq ödəməli olduqlarını bildirmişlər. Oğlu Cəmil isə zaminlərin narazılığını aradan qaldırmaq üçün əlavə 140 manat pulu da ödəməyə razı olub, onların yanında 7140 manat pulu Banka ödəmiş və bu ödənişlə əlaqədar Bankın verdiyi qəbzi götürüb evlərinə qayıtmışlar. Bundan sonra onlar zamin olaraq hesab etmişlər ki, götürülmüş 7000 manat məbləğində kredit artıqlaması ilə Banka qaytarıldığı üçün onların zaminlikləri də bitmişdir. Lakin, bu işlə əlaqədar məhkəməyə çağırıldıqları zaman onlardan pul tələb olunduğunu bilmişlər. Bundan sonra bilmişlər ki, 1-ci kredit ödənildikdən sonra Cəmil 2-ci dəfə Bankdan kredit almışdır. Lakin onun və digər zamin kimi göstərilən Safranın və Sabirin 2-ci dəfə kredit alınmasından xəbərləri olmamışdır. Çünki, 2-ci dəfə kredit verilərkən nə ona, nə də bacısı Safraya və bacısının əri Sabirə məlumat verilməmiş və bununla bağlı onlar heç bir sənəd imzalamamışlar. Buna görə də, xəbərləri olmadan Cəmilin 2-ci dəfə Bankdan kredit götürməsinin onlara heç bir aidiyyəti yoxdur. Onlar Cəmilə zamin olmasına razı olsaydılar, birinci dəfə götürülmüş krediti özlərinə zərər etməklə vaxtından əvvəl qaytarmazdılar. 12 aprel 2023-cü il tarixində keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, borcun ondan və digər zaminlərdən tutulmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırlmışdır ki, o, əri Sabir və bacısı Məlahətlə birlikdə onlara təqdim edilən sənədləri imzalayıb, bacısı oğlu Cavabdeh3 Bankdan 1-ci dəfə kredit götürməsinə zamin olsalar da, bir neçə gün sonra zamin olmalarına etiraz edib, zaminlikdən çıxmaq istədiklərini bildirdikləri üçün bacısıgil torpaq sahələrini satıb, kredit alındıqdan təxminən 10 gün sonra bacısıgillə birlikdə Banka gedib 7000 manat krediti qaytarmaq istədiklərini bildirmişlər. Bank işçiləri buna etiraz etməsələr də, birinci ayın faizi olan 140 manat pulu da əlavə olaraq ödəməli olduqlarını bildirmişlər. Qohumlar arasında narazılıq olmaması üçün Cəmil buna razı olub, onların yanında 7140 manat pulu Banka ödəmiş və onlar bu ödənişlə əlaqədar Bankın verdiyi qəbzi də götürüb evlərinə qayıtmışlar. Bundan sonra onlar zamin olaraq hesab etmişlər ki, götürülmüş kredit artıqlaması ilə Banka qaytarıldığı üçün onların zaminlikləri də bitmişdir. Lakin, bu işlə əlaqədar məhkəməyə çağırıldıqları zaman bilmişlər ki, 1-ci kredit ödənildikdən sonra Cəmil 2-ci dəfə Bankdan kredit almışdır. Lakin onun və digər zamin kimi göstərilən əri Sabirin 2-ci dəfə kredit alınmasından xəbərləri olmamışdır. Çünki, 2-ci dəfə kredit verilərkən nə ona, nə də əri Sabirə məlumat verilməmiş və bununla bağlı onlar heç bir sənəd imzalamamışlar. Buna görə də, xəbərləri olmadan Cəmilin 2-ci dəfə Bankdan kredit götürməsinin onlara heç bir aidiyyəti yoxdur. Onlar Cəmilə zamin olmağa razı olsaydılar, birinci dəfə götürülmüş kreditin tez-tələsik qaytarılmasını tələb edib, həmin borcu qaytarmazdılar. 17 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 ona qarşı yönələn iddia tələbini qəbul etmədiyini bildirmiş və öz mövqeyini – arvadının bacısı oğlu Cavabdeh3 1-ci dəfə götürdüyü kreditə zamin olsa da, həmin kredit üzrə borcun ödənilməsi və bundan sonra Cavabdeh3 aldığı digər hər hansı bir kreditə zamin olmaması və Cəmilin başqa kreditlərindən xəbərinin olmaması ilə əsaslandırdı. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iclasa gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, həmin iclasa gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, məhkəmə baxışının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən, Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» 100000 (yüz min) manat məbləğində Uzunmüddətli Kredit Xəttini açır. Uzunmüddətli Kredit xətti bu Müqavilə üzrə və onun qüvvədə otduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir və bu Müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 06 sentyabr 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma və Bank hesabının kreditləşməsi barədə razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli 001S**********02 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh4 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh4 zamin olaraq borcalan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli 001S**********03 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq borcalan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli 001S**********04 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 24 ay müddətinə aylıq 2 % dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 06 sentyabr 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay cəmi 371 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda (06.10.21-ci il, 08.11.21-ci il, 06.12.21-ci il və s.) ödənilməsi nəzərdə tutulmuşdur (həmin kredit ödənişinin son tarixi 06 sentyabr 2023-cü il müəyyən olunmuşdur) və həmin Ödəniş Planını kredit alan Cavabdeh3 imza etmişdir. X2 əsasən 1-ci ayı əhatə edən (xx.xx.2021-ci il - 06.10.21ci il) dövr üçün faiz məbləği “140 (yüz qırx) manat” miqdarında müəyyən edilmişdir (ödəniş vaxtı: - 06.10.21-ci il). İş materialları ilə müəyyən olunur ki, kredit alan Cavabdeh3 ilə kredit verən İddiaçı QSC arasında 7000 (yeddi min) manat məbləğində kreditin verilməsi ilə əlaqədar bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması və 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli “Ödəniş Planı” zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən imzalanmamışdır və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 “zamin” olaraq həmin Kredit Razılaşması və “Ödəniş Planı” sənədləri ilə rəsmi olaraq tanış edilmələri təsdiq olunmamışdır. İş materiallarında olan Bank - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və "Müştəri" - Cavabdeh3 tərəfindən imzalanmış 06 sentyabr 2021-ci il tarixli "Kreditin verilməsi-Köçürmə" adlı sənəddən görünür ki, Bank İddiaçı QSC tərəfindən (cari hesabın nömrəsi **********042299, İBAN AZ4SACAB********************) "müştəri" Cavabdeh3 35 (otuz beş) manat məbləğində komissiya haqqı tutulmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 11815 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə 06 iyun 2022-ci il tarixinə kredit verən İddiaçı QSC-yə 6769 manat məbləğində əsas borc, 956,56 manat məbləğində faiz borcu və 1269,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8995,42 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 206 gün). Məhkəmə araşdırması zamanı Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid 17 sentyabr 2021-ci il tarixli Mədaxil Orderinin əsli ilə müəyyən olunur ki, kredit alan Cavabdeh3 tərəfindən kredit verən İddiaçı QSC-nin Mərkəzi Filialında 7140 (yeddi min yüz qırx) manat məbləğində pul vəsaiti nağd şəklində həmiin Banka (İBAN AZ4SACAB********************) mədaxil edilmiş - ödənilmişdir (həmin məbləğin 17 sentyabr 2021-ci ildə Banka ödənməsi iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə də təsdiq olunmuş və bu ödənişin edilmiş olmasını proses iştirakçıları mübahisələndirməmişlər). İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilərək təsdiqlənmiş 06 sentyabr 2021-ci ildən 06 iyun 2022-ci il tarixədək dövrü əhatə edən Cavabdeh3 aid AZ4SACAB******************** nömrəli cari hesab üzrə Hesabdan Çıxarışdan görünür ki, İddiaçı QSC tərəfindən 06 sentyabr 2021-ci ildə 7000 (yeddi min) manat məbləğində verilən kredit məbləğindən 35 (otuz beş) manat komissiya haqqı və 68,95 (altmış səkkiz manat 95 qəpik) manat “nağdlaşdırma üçün S/V” məbləğləri çıxıldıqdan sonra 6895 (altı min səkkiz yüz doxsan beş) manat məbləğində kredit vəsaiti borcalan Cavabdeh3 nağd şəklində təqdim edilmişdir. 17 sentyabr 2021-ci ildə isə borcalan Cavabdeh3 7140 (yeddi min yüz qırx) manat məbləğində pul vəsaitini həmin cari hesaba nağd qaydada mədaxil etmişdir (ödəmişdir). Həmin məbləğdən 20 sentyabr 2021-ci ildə 35,58 (otuz beş manat 58 qəpik) manat komissiya haqqı və 59,30 (əlli doqquz manat 30 qəpik) manat “nağdlaşdırma üçün S/V” məbləğləri çıxıldıqdan sonra 20 sentyabr 2021-ci ildə borcalan Cavabdeh3 tərəfindən 5930 (beş min doqquz yüz otuz) manat məbləğində və 04 oktyabr 2021-ci ildə isə 11,05 (on bir manat 05 qəpik) manat “nağdlaşdırma üçün S/V” məbləği çıxıldıqdan sonra borcalan Cavabdeh3 tərəfindən 1105 (min yüz beş) manat məbləğində nağd qaydasında pul vəsaitləri alınmışdır. 04 oktyabr 2021-ci ildə isə borcalan Cavabdeh3 tərəfindən 375 (üç yüz yetmiş beş) manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materialları ilə müəyyən olunur ki, 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 7000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş İddiaçı QSC tərəfindən 06 iyun 2022-ci il tarixə hesablanmış 6769 manat əsas borcu, 956,56 manat faiz borcu və 1269,86 manat cərimə borcu olmaqla, cəmi 8995,42 manat məbləğində borcun cavabdehlərdən (kredit alan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4) müştərək qaydada tutulması və həmin Kredit Razılaşmasının ləğv edilməsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Beləliklə də, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh3 arasında 10 il müddətinə 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və həmin Müqavilə üzrə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 arasında isə 06 sentyabr 2021-ci il tarixli müvafiq Zaminlik Müqavilələri bağlandıqdan sonra, kredit verən İddiaçı QSC və kredit alan Cavabdeh3 tərəfindən imzalanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması əsasında sonuncuya 24 ay müddətinə aylıq 2 % dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilərək, həmin kreditin qaytarılması müddətini və məbləğini müəyyən edən 06 sentyabr 2021-ci il tarixli “Ödəniş Planı” tərtib olunmuşdur. Lakin, kredit alan Cavabdeh3 ilə kredit verən İddiaçı QSC arasında 7000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar imzalanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasını və həmin Kredit Razılaşması üzrə tərtib edilərək təsdiq olunmuş 06 sentyabr 2021-ci il tarixli “Ödəniş Planı”nı zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 imzalamasalar da, onlar qeyd olunan 7000 manat məbləğində kreditin faktiki olaraq borcalan Cavabdeh3 tərəfindən Bankdan alınmasından xəbərdar olmuş və qeyd olunan borc alındıqdan bir neçə gün sonra zaminlikdən imtina etmələrini sonuncuya bildirmişlər. Buna görə də, borcalan Cavabdeh3 17 sentyabr 2021-ci ildə, yəni krediti aldıqdan 11 gün sonra zaminlərlə birlikdə borcu vermiş Banka gedərək, həmin 7000 manat kredit məbləği və 140 manat məbləğində birinci ayın faizi, yəni hesabat ayı bitməsə də Bankın tələbi ilə birinci ay üçün Ödəniş Planında nəzərdə tutulan faiz məbləği olmaqla, cəmi 7140 manat məbləğində pul vəsaitini nağd qaydada Bankın xəzinəsinə rəsmi qaydada ödəmiş və bununla əlaqədar Bank tərəfindən ona 17 sentyabr 2021-ci il tarixli mədaxil orderi (qəbzi) təqdim olunmuşdur. Lakin, bundan sonra borcalan Cavabdeh3 tərəfindən həmin Bank hesabından 20 sentyabr 2021-ci ildə 5930 manat məbləğində və 04 oktyabr 2021-ci ildə isə 1105 manat məbləğində olmaqla, cəmi 7035 manat məbləğində pul vəsaitini nağd qaydada alınmış və həmin məbləğlərin verilməsi üçün Bank tərəfindən “komissiya haqqı və “nağdlaşdırma üçün S/V”” məbləğləri olmaqla ümumilikdə cəmi 105,93 manat məbləğində pul vəsaiti silinmişdir. Lakin, məlum hesabdan 2-ci dəfə cəmi 7035 manat məbləğində pul vəsaitinin verilməsi ilə əlaqədar borcverən Bankla borcalan Cavabdeh3 arasında heç bir sənəd imzalanmamış və bu pulun verilməsi ilə əlaqədar zamin olaraq Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 heç bir məlumat verilməmişdir. Halbuki, yuxarıda qeyd olunan 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən 1.4-cü bəndinin tələblərinə görə verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. Göründüyü kimi, 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması əsasında kredit alan Cavabdeh3 verilmiş 7000 (yeddi min) manat məbləğində kredit 11 gün sonra, yəni 17 sentyabr 2021-ci ildə yuxarıda adları qeyd olunan Zaminlərin təşəbbüsü və iştirakı ilə kredit alan Cavabdeh3 tərəfindən borcverən İddiaçı QSC-nin Mərkəzi Filialında həmin Zaminlərin zaminlik öhdəliklərindən azad olunmaları məqsədilə ilk ayın əvvəlcədən hesablanmış faiz məbləği olan 140 manat da əlavə olunaraq, ümumilikdə cəmi 7140 (yeddi min yüz qırx) manat məbləğində pul vəsaiti nağd şəklində Bankın xəzinəsi (kassası) vasitəsi ilə ödənilmiş və Bank tərəfindən də həmin pul məbləği kredit ödənişlərinin aparılması üçün nəzərdə tutulan müvafiq Hesaba (AZ4SACAB******************** nömrəli hesaba) mədaxil edilmişdir – ödənilmişdir. Bundan bir neçə gün sonra isə kredit alan Cavabdeh3 həmin Hesabdan cəmi 7035 manat məbləğində pul vəsaitini nağd qaydada almış və həmin məbləğin götürülməsi ilə əlaqədar Banka əlavə olaraq komissiya haqqı və s. ödəmişdir. İddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq 06 iyun 2022-ci il tarixə hesablanmış 6769 manat əsas borcu, 956,56 manat faiz borcu və 1269,86 manat cərimə borcu olmaqla, cəmi 8995,42 manat məbləğində borcun cavabdehlərdən, yəni kredit alan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulması və həmin Kredit Razılaşmasının ləğv edilməsi üçün məhkəməyə müraciət olunmuşdur. Lakin, kredit alan Cavabdeh3 2-ci dəfə Bankdan pul almasını təsdiq edərək, ona qarşə verilmiş iddianı əsas borcun tutulması və kredit razılaşmasının ləğv edilməsi hissəsində qəbul etsə də, iş üzrə zamin olduqları üçün cavabdeh qismində məhkəməyə verilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddia tələblərini qəbul etməmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məlum kreditin borcalan Cavabdeh3 tutulması hissəsində iddia tələbinin əsaslılığı təsdiq olunsa da, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, aşağıda təsvir olunanlara əsasən məlum iddia tələbinin zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 yönəldilməsi tamamilə əsassızdır. Çünki, işin halları ilə təsdiq olunur ki, zaminlərin iştirakı ilə 06 sentyabr 2021-ci ildə alınmış 7000 manat məbləğində kredit 17 sentyabr 2021-ci ildə birinci ay üçün nəzərdə tutulan 140 manat faiz məbləği də əlavə olunmaqla, cəmi 7140 manat məbləğində olmaqla Banka ödənmiş və həmin ödəniş Bankın mübafiq əməkdaşı tərəfindən nağd şəklində qəbul edilərək məlum kredit ödənişləri üçün nəzərdə tutulan hesaba (AZ4SACAB******************** nömrəli hesaba) mədaxil olunmuşdur (bu xüsusatlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Hesabdan Çıxarışla da sübuta yetir). Lakin, iddiaçı tərəfin nümayəndələri məhkəmə iclaslarında bu ödənişlə əlaqədar tərtib olunmuş 17 sentyabr 2021-ci il tarixli Mədaxil Qəbzində “ödənişin təyinatının göstərilməməsi, həmin ödənişin vaxtından əvvəl edildiyi üçün kredit borcu üçün silinməməsi, bu ödənişin edilməsi zamanı müvafiq yazılı ərizə ilə Banka müraciət olunmaması və sonradan həmin pulun borcalan Cavabdeh3 tərəfindən geri alınması” kimi əsaslarla, həmin ödənişin məlum kredit üzrə ödəniş olmadığını bildirsələr də, sonuncunun almış olduğu kreditə görə birinci ay üçün 140 manat məbləğində hesablanmış faizlə birlikdə olmaqla cəmi 7140 manat məbləğində ödəniş etməsi, borcalanın həmin Bankda hər hansı bir digər depozit və s. hesabı olmadığı halda, bu ödənişin hansı məqsədlə edilməsi və 3 gün sonra isə əlavə olaraq komissiya haqqı və s. ödənilməklə həmin pulun 7035 manat hissəsinin nağdlaşdıraraq almasının səbəblərini izah edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərinə görə, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilə bilər. Qeyd etmək lazımdır ki, 7140 manat məbləğində pulun məhz kredit ödənişi üçün nəzərdə tutulan hesaba mədaxil edilməklə, Borcalana təqdim olunan 17 sentyabr 2021-ci il tarixli mədaxil qəbzində ödənişin təyinatının göstərilməməsi və eləcə də bu ödəniş edilərkən hər hansı bir əlavə sənədləşmənin aparılmaması məsuliyyətini məlum ödənişi edən Borcalan tərəf deyil, həmin pulu qəbul edən Bank əməkdaşları daşıyır. Hamiya məlum haldır ki, kreditin verilməsi ilə əlaqədar tərtib edilən bütün sənədlər də krediti verən Bank tərəfindən tərtib olunaraq, kredit alan tərəfə təqdim olunur. Bu hallara görə də, 7140 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar tərtib edilən 17 sentyabr 2021-ci il tarixli mədaxil qəbzində “ödənişin təyinatı və s.” halların qeyd olunmaması və həmin ödəniş Bank əməkdaşı tərəfindən kredit ödənişi üçün nəzərdə tutulan hesaba mədaxil edilsə də, məlum kreditin ödənilməsinə yönəldilməməsinə (krdeitin silinməməsinə) görə kredit alanın və zaminlərin heç bir məsuliyyəti yoxdur. Çünki, Borcalan tərəf kredit məbləğini müqavilədə nəzərdə tutulan faizlə birlikdə ödəyərək, aydın ifadə olunan bu hərəkəti ilə məlum müqavilə üzrə nəzərdə tutulan öhdəliyini vaxtından əvvəl bir dəfəyə icra etmiş və eyni zamanda, Bank da həmin ödənişi kredit üzrə nəzərdə tutulan hesaba mədaxil etməklə həmin icranı qəbul etmişdir. Lakin, Bank tərəfindən bununla bağlı sonrakı hərəkətlərin edilməməsi (ödəniş əsasında məlum borcun silinməməsi və s.) və sonradan zaminlərə məlumat verilmədən və X1 ilə nəzərdə tutulan yeni Razılaşma Müqaviləsini bağlamadan qeyd olunan ödənişin Kredti alanın 2-ci dəfə hesabdan götürməsinə şərait yaradılmasında (həmin məbləğ Kredit alana Bank əməkdaşı tərəfindən nağd qaydada verilmişdir) məsuliyyəti iddiaçı Bank daşıyır. Halbuki, məlum ödənişin edilməsi və ödənilən pulun miqdarı təsdiq edir ki, həmin vəsait məhz 06 sentyabr 2021-ci ildə alınmış kredit ödəniş olmuşdur və bu ödənişin edilməsinin məqsədi isə qeyd olunan kredit üzrə Zaminlərin öhdəlikdən azad olunması olmuşdur. Qeyd etmək lazımdır ki, məlum ödəniş edildikdən sonra Bank tərəfindən həmin ödənişin kreditə silinməməsi və sonradan heç bir sənədləşmə aparılmadan (yeni müqavilə bağlanılmadan) və zaminlərə heç bir məlumat verilmədən Borcalana həmin pulun nağdılaşdırılaraq Bankdan götürməsinə şərait yaradılmaqla - faktiki olaraq 2-ci dəfə verilən bu kreditdən zaminlər məlumatsız saxlanılmış və bununla da Zaminlərə qarşı hüquqdan sui-istifadəyə yol verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Həmin Məcəllənin 560.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə də, işin halları ilə müəyyən olunur ki, zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məlumatlı olduqları 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması əsasında kredit alan Cavabdeh3 verilmiş 7000 (yeddi min) manat məbləğində kredit 11 gün sonra, yəni 17 sentyabr 2021-ci ildə yuxarıda qeyd olunan zaminlərin təşəbbüsü və iştirakı ilə kredit alan Cavabdeh3 tərəfindən borcverən İddiaçı QSC-nin Mərkəzi Filialında ilk ayın əvvəlcədən hesablanmış faiz məbləği olan 140 manat da əlavə olunmaqla, ümumilikdə cəmi 7140 (yeddi min yüz qırx) manat məbləğində pul vəsaitini nağd şəklində Bankın xəzinəsi (kassası) vasitəsi ilə ödənməsi ilə, həmin Razılaşma əsasında götürülmüş kredit üzrə öhdəliklər tam icra olunmuşdur. Yəni kredit alan Cavabdeh3 tərəfindən öhdəliyin icra edilməsi ilə onun 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə öhdəliyinə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən xitam verilmişdir. Bir sözlə kredit alan tərəfindən öhdəliyin tam icra edilməsi nəticəsində onun öhdəliyinə qanuni əsaslarla xitam verilir ki, bunun üçün kredit verənin hər hansı bir hərəkəti (ərizəsi, məktubu, xitam barədə sənədi və ya razılığı) tələb edilmir. Hazırki halda da kredit alan tərəfindən 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə öz öhdəliyini yerinə yetirməsi, artıq həmin Razılaşmanın öz qüvvəsini itirməsi anlamına gəlir. Sonradan isə kredit verən tərəfindən həmin Razılaşmaya əsaslanaraq, kredit alana yeni kreditin verilməsi Zaminlər üçün hər hansı bir öhdəlik yarada bilməz. Çünki, tərəflər arasında imzalanmş 06 sentyabr 2021-ci il tarixli Uzunmüddətli Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən “kreditlərin tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma və Bank hesabının kreditləşməsi barədə razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar («Kredit Razılaşmaları») əsasında verilməsi” və eyni zamanda həmin Müqavilənin 1.4-cü bəndində isə “verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilməsi” xüsusi olaraq nəzərdə tutulmuşdur. Bu baxımdan, Kredit verən kredit xətti üzrə Kredit alana yeni kredit məbləği vermək istəyirdisə, Kredit alanla “Kredit Razılaşması” bağlamalı, bu barədə zaminlərə məlumat verməli və yalnız bundan sonra kredit alana yeni Razılaşma üzrə kredit verməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda - zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə də, hazırkı iddia tələbinin əsasını təşkil edən və iddia tələbi üzrə tutulmalı olan borcun əsaslandırıldığı 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə alınmış 7000 manat məbləğində kredit 17 sentyabr 2021-ci ildə zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 təşəbbüsü ilə birinci ay üzrə hesablanmış faizlə birlikdə olmaqla, cəmi 7140 manat məbləğində pul vəsaiti məhz həmin Bankda kredit ödənişləri üçün nəzərdə tutulan hesaba nağd şəkildə ödənilməklə, icra edildikdən sonra kredit alan Cavabdeh3 onların məlumatı və iştirakı olmadan almış olduğu kredit məbləği üzrə həmin zaminlərin hər hansı bir öhdəlikləri mövcud deyildir. Çünki, 2-ci dəfə alınmış kredit məbləği üçün tərəflər arasında hər hansı bir Kredit Razılaşmasının olmaması, zaminlərin həmin məbləğlə tanış edilməmələri və razılığlarının alınmaması səbəbindən, zaminlərin iddia tələbində (ərizəsində) qeyd olunan Razılaşma üzrə yerinə yetirilməyən öhdəliklər üzrə mülki məsuliyyətləri yaranmır. İddiaçının hazırki iddia tələbinin əsasını 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması təşkil etsə də, həmin razılaşma üzrə kredit alan tərəfindən götürülmüş öhdəlik vaxtından əvvəl tam icra edildiyinə görə, həmin Razılaşmaya istinad edilib zaminlərin üzərinə öhdəlik qoyula bilməz. Lakin, iddiaçı tərəfindən Kredit alana sonradan verilmiş kredit məbləği isə Kredit alan tərəfindən mübahisələndirilmədiyindən, həmin Razılaşmaya yalnız Kredit alana münasibətdə istinad edilməsi mümkün hesab edilə bilər. Ona görə də, məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı yönəlmiş iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. Lakin, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması əsasında 7000 manat məbləğində krediti 17 sentyabr 2021-ci ildə 7140 manat məbləğində ödəniş etməklə icra etmiş olsa da, sonradan eyni əsaslarla zaminlərin məlumatı olmadan Bankdan götürmüş olduğu 7035 (yeddi min otuz beş) manat məbləğində pulu qaytarmamaqla öhdəliklərini lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1) və tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2). Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 6769 manat məbləğində əsas borc və 956,56 manat məbləğində faiz borcu tutulmalı və eyni zamanda, Cavabdeh3 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın "1269,86 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh3 cəmi 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh3 (VÖEN **********) 6769 manat əsas borc, 956,56 manat faiz borcu və 300 manat cərimə olmaqla, cəmi 8025,66 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalı və Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının 60 (altmış) manat məbləğində olan hissəsi və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 9,95 (doqquz manat 95 qəpik) manat məbləğində hissəsi Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 100,25 (yüz manat 25 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 90,25 (doxsan manat 25 qəpik) manat məbləğində (100,25 manat – 10 manat = 90,25 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh3 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 (VÖEN **********) 6769 (altı min yeddi yüz altmış doqquz) manat məbləğində əsas borc, 956,56 (doqquz yüz əlli altı manat 56 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı və 9,95 (doqquz manat 95 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8095,51 (səkkiz min doxsan beş manat 51 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh3 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh3 dövlət rüsumunun qalığı kimi 90,25 (doxsan manat 25 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-189/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-189/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver