Məhkəmə qərarları › İş №e-2-2(119)-19/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-19/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-19/2021 18.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 20 may 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7547,68 manat məbləğində əsas borc, 229,10 manat məbləğində müqavilə müddətinin sonuna hesablanmış faiz, 1092,07 manat məbləğində cərimə, 1099,35 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus Xaçmaz şəhəri, Vağzal küçəsindəki 0,00905 hektar torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 otaqlı, 10 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh qarşı iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 20 may 2020-ci ildə məhkəməyə verilmiş hazırkı iddia ərizəsi üzrə məhkəmə icraatı başlandıqdan sonra Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişlərinə cavab olaraq məhkəməyə ünvanlanmış Pənahova Hicran Cəlal qızının ərizəsi və həmin ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuş 02 iyun 2020-ci il tarixli AZ-İİ seriyalı 093243 №-li Ölüm haqqında Şəhadətnamənin (Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən təkrar verilmişdir) surətindən görünür ki, iş üzrə Cavabdeh 18 oktyabr 2016-cı ildə “İkincili toksiki anemiya” səbəbindən ölmüş və bu barədə “Ölüm haqqında akt qeydləri kitabında” 07 noyabr 2016cı ildə 332 №-si ilə qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə də müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh olan xx xxx 1956-cı il təvəllüdlü Cavabdeh 18 oktyabr 2016-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Göründüyü kimi, Cavabdeh 18 oktyabr 2016-cı ildə vəfat etdiyi üçün hazırkı iş üzrə iddia ərizəsinin veridiyi vaxt, yəni 20 may 2020-ci ildə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh artıq vəfat etmiş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən ona qarşı iddia tələbi ilə müraciət edilməsi və onun cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilirdi. Odur ki, məhkəməyə müraciət ediləndən təxminən dörd il əvvəl vəfat etmiş Cavabdeh qismində cəlb eilməklə verilmiş hazırkı iddia ərizəsinə dair işə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə - hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar