Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-19/2025 24.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Məhəmmədhadıyeviçin nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və digər Cavabdeh2 iştirakları ilə, İddiaçı Məhəmmədhadıyeviç tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqısatqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ:
1. İşin halları: iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə, iddiaya etirazlar, vəsatətlər (məhkəməyə daxil olma tarixlərinin ardıcıllığına görə sıralanmışdır) 1.1. İddiaçı Məhəmmədhadıyeviç 20 noyabr 2023-cü il tarixində cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan aparılan tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1.2. Ərizədə qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biridir və o, hüquqi şəxsin nizamnamə kapitalında 10 faiz paya malikdir. "xxxx" MMC-nin ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində ara məsafəsi saxlamadan Cavabdeh2 tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanılmış və hasarlanma işləri həyata keçirilmişdir. Məlum olmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 23 dekabr 2022-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yuxarıda qeyd edilən ərazidən 0,06 ha torpaq sahəsi Cavabdeh2 satılmış və sonuncuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********91) verilmişdir. İddiaçı təsisçi olaraq satılmış torpaq sahəsindən və aparılmış tikintidən məlumatı olmamışdır. Cavabdehlərə göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, ümumiyyətlə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olacaq sənədlər, yəni notariusun əqdi təsdiqləməsi üçün təqdim olunmalı sənədlər - "xxxx" MMC-də qəbul edilmiş qərarlar (ümumi yığıncağın qərarı, təsisçilərin (iştirakçıların) məlumatlandırılması barədə məlumat, əmlakın qiymətləndirilməsi, real (bazar) dəyəri, hüquqi şəxsdə olan və həmin hallarla bağlı sənədlər) mövcud deyildir. Cavabdeh "xxxx" MMC mövcud vəziyyəti şərh edərkən bildirmişdir ki, Cavabdeh2 ilə bağlanılmış 0,06 ha torpaq sahəsinin alqı-satqısı cəmiyyətin direktoru nizamnaməsinə əsasən ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar verərək həyata keçirmişdir. Göründüyü kimi, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan şəxs qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş qaydalara əməl etməməklə, hüquqi şəxsin və onun digər iştirakçısı (payçısı) olan İddiaçı maraqlarına zidd olaraq öz vəzifə öhdəliyini pozmuşdur. İddia ərizəsində, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43, 49, 49-1, 87, 91, 337, 340-cı maddələrinə istinad edilərək qeyd edilmişdir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq təsisçi İddiaçı və hüquqi şəxsin hüquqlarını kobud şəkildə pozur, onu təsisçi hüququndan məhrumetmə xarakteri daşıyır. Verilən müvafiq sorğudan aydın olmuşdur ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsi, ilkin olaraq "xxxx" MMC-yə məxsusdur və həmin torpağa dair mülki qanunvericiliyin tələblərinə zidd şəkildə Cavabdeh2lə müqavilə bağlanılmışdır. Bu müqavilə pərdələnmiş əqddir. Hətta 20 sentyabr 2023-cü il tarixdə keçirilən mediasiya prosesində alıcı Cavabdeh2 özü də etiraf etmişdir ki, bu torpağı almaq üçün hər hansı vəsait ödəməmiş, "xxxx" MMC bu torpağı ona bağışlamışdır. Qeyd olunan müddəalara əsasən məlum olur ki, mübahisə olunan torpağa dair bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsi "xxxx" MMC-nin arasında yaranmış borc münasibətlərini vergi orqanı qarşısında pərdələmək məqsədilə bağlanmış yalan əqddir. Bundan əlavə, "xxxx" MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərdə tutulmamışdır. Binanın yerləşdiyi ərazidə, binanın sağ tərəfində olan yol ilə bina arasındakı mühafizə boşluğunda tikinti işlərinin görülməsi üçün hazırlığa başlanılması sakinlər tərəfindən müşahidə edilmişdir. Sakinlər bu barədə öz narazılığını bildirərək aidiyyəti qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamışdır. Əldə edilən məlumata əsasən, belə tikintiyə yerli icra hakimiyyəti orqanı tərəfindən icazə verilməmişdir. Yaşayış binası yeddimərtəbəli, yeddiblokludur və 215 mənzildən ibarətdir. Binanın fasad hissəsi yanğına davamsız penoplast örtüklə üzlənmiş və boyanmışdır. Sakinlər tərəfindən binanın ətrafında bu kimi sahibkarlıq obyektinin tikintisi, binanın ətrafında olan yanğıntəhlükəsizlik zolağının bağlanılması, hər hansı bir fövqəladə hal zamanı təxliyə üsullarına maneçilik törədilməsi tikinti normalarının kobud surətdə pozulması hesab edilir. Çünki tikiləcək obyektlərin bina ilə ara məsafəsi çox yaxındır. Bu yanğın zamanı əraziyə yanğınsöndürən maşın və digər köməkçi vasitələrin daxil olmasına maneə olacaqdır. Digər tərəfdən binaların qarşısında bu kimi obyektlərin tikilməsi əlavə səs-küyə səbəb olur və sakinlərin rahatlığını pozan amillərdən biri hesab edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 29 iyun 2012-ci il tarixli qərarına, həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Tikintidə X2 istinad edərək bu ərazidə aparılan tikinti qanunsuz və bina üçün təhlükəli hesab edilir. 1.3 İddiaçının nümayəndəsi 23 noyabr 2023-cü il tarixində ekspertizaların təyin edilməsi barədə yazılı vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə tikintitexniki və məhkəmə-torpaqşünaslıq ekspertizalarının keçirilməsini xahiş etmişdir. Məhkəmənin 22 fevral 2024-cü il tarixli e-2-2(119)-88/2024 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-tikinti, o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 1.4 İddiaçının nümayəndəsi 27 noyabr 2023-cü il tarixində üçüncü şəxslər qismində cəlb edilmə barədə yazılı vəsatətlə məhkəməyə müraciət edərək mübahisələndirilən alqısatqı müqaviləsi üzrə Cavabdeh2 satılmış 0,06 ha torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin sərhədləri önündə mühafizə xəttinin olubolmaması, qonşu torpaqlara, ətrafdakı çoxmərtəbəli yaşayış binalarına münasibətdə ara məsafəsinin saxlanılıb-saxlanılmaması, bu barədə qanunvericiliklə tənzimlənən müvafiq normaların olub-olmaması, habelə “AAAF-İNŞAAT" MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin və hasarlanma işlərinin aparılmasının nəzərdə tutulub-tutulmaması, torpağın təyinatı, məqsədli istifadə növü və digər bu kimi məlumatların dəqiqləşdirilməsi, bu halların məhkəmə prosesində araşdırılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, həmin nazirliyin Tikintidə X4 Agentliyini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Abşeron Rayon İcra Hakimiyyətini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsini, həmin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini üçüncü şəxslər qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 24 yanvar 2024-cü il tarixli iclasında müzakirə edilmiş və təmin edilməmişdir. 1.5 Cavabdeh3 11 dekabr 2023-cü il tarixində iddiaya etirazla məhkəməyə müraciət edərək hazırkı işə cavabdeh qismində yox, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli olduğunu, qanunvericiliyin tələbinə əsasən müqavilə predmetinin, şərtlərinin müəyyən edilməsinin yalnız satıcı və alıcının iradə ifadəsindən asılı olduğunu, notariat ofisinin, notariusun və ya hər hansı digər şəxslərin buna hər hansı bir formada təsir göstərmək imkanının olmadığını bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. 1.6 İddiaçının nümayəndəsi 21 dekabr 2023-cü il tarixində məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən “AAAF- İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən aparılan tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan aparılan qanunsuz tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1.7 İddiaçının nümayəndəsi 21 dekabr 2023-cü il tarixində məhkəməyə başqa cavabdehin cəlb edilməsi barədə yazılı vəsatətlə müraciət edərək məhkəmədən "xxxx" MMC-nin digər təsisçisi Cavabdeh4 işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 22 dekabr 2023-cü il tarixli hazırlıq iclasında təmin edilərək Cavabdeh4 işə cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır. 1.8 Cavabdeh "xxxx" MMC 22 dekabr 2023-cü il tarixində iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş vəsatətlərə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş “Üçüncü şəxslər qismində cəlb edilmə barədə” vəsatət tamamilə əsassızdır. Hazırkı mübahisənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, həmin nazirliyin Tikintidə X4 Agentliyinə təsiri yoxdur. Çünki mübahisəli torpaq sahəsində hər hansı bir tikinti həyata keçirilmir. Qanunsuz tikinti dedikdə, mübahisələndirilən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin sadəcə olaraq hasarlanması nəzərdə tutulur. Torpaq sahəsində hansısa tikinti işləri aparılmamışdır. Qanunsuz tikintinin hasarlanmadan ibarət olmasını, dolayı olaraq iddiaçının vəkili də təsdiq etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi, həmin publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi isə hamısı bir strukturun tərkibindədir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə tabedir. Bir dövlət orqanının strukturlarının hər birini ayrılıqda üçüncü şəxs qismində cəlb edilməsi lüzumsuzdur, məhkəmə çəkişməsinin dairəsinin süni şəkildə genişləndirilməsi məqsədi daşıyır. Həmçinin vəsatətdə qeyd edildiyi kimi mübahisəli torpaq sahəsində hər hansı iş "xxxx" MMC tərəfindən həyata keçirilməmişdir. İddiaçının hazırki vəsatətdə qeyd etdiyi dövlət orqanlarının fəaliyyəti və funksiyaları məlumdur və mübahisəli torpaq sahəsinə aidiyyatı yoxdur. Vəsatətdə qeyd olunan, aydınlaşdırmaq istədiyi məqamlar iddiaçının təqdim etidiyi sübutlarda öz əksini tapmışdır: Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin 07 avqust 2023-cü il tarixli 5-29/2-R-79-071/2023 nömrəli məktubunda torpaq sahəsinin hasarlanmasına Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən münasibət bildirilmişdir. Həmin Məcəllənin 79.1.3cü maddəsinə görə, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. İddiaçının “Qanunsuz tikinti” iddiasına qanunvericilik maddi norma ilə qısa və aydın anlayış vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 24 avqust 2023-cü il tarixli 3-18-2/2- R-29xx-xx/2023 nömrəli məktubu ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində hasarlanma işərinin aparılması təsdiq edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi 08 avqust 2023-cü il tarixli 32/332/2-9235/2023 nömrəli məktubu ilə isə torpaq sahəsinə dair hamıya bəlli olan faktı təsdiq edilmişdir. Vəsatətlərə etirazda "xxxx" MMC tərəfindən aparılan tikinti işlərinin layihələrində, ərazisinin baş planında belə bir tikintinin aparılmasının nəzərdə tutulmaması barədə məsələyə münasibətdə qeyd edilmişdir ki, hazırkı mübahisə “AAAF Park” yaşayış massivinin və ya yaşayış kompleksinin tikinti layihələri, yaxud ərazinin baş planı barədə deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə görə, baş plan şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlanır. Baş planda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir. Baş planın dəyişdirilməsinə yol verilir. Lakin baş plan və müfəssəl plan fərqli anlayışlardır. Müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur. Plan tikinti məqsədilə yaradılır. Lakin hazırki vəziyyətdə hər hansı bir tikintidən söhbət getmir. Etirazda, həmçinin göstərilmişdir ki, iş üzrə iddiaçı tərəfindən “Ekspertizaların təyin edilməsi barədə” vəsatət təqdim edilərək məhkəmədən məhkəmə tikinti-texniki və məhkəmə-torpaqşünaslıq ekspertizalarının təyin edilməsi xahiş edilmişdir. Bu vəsatətdə qeyd olunan məsələ ilə bağlı mütəxəssis rəyinə ehtiyac yoxdur. Çünki sadalanan suallara cavabı müvafiq qanunvericilik normaları vasitəsilə vermək mümkündür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1-ci, 19-cu və 20-ci maddələri torpaq sahəsinin təyinatı, istifadəsi və digər sualları konkret olaraq cavablandırır. Mühafizə xəttinə gəldikdə isə ümumiyyətlə torpaq qanunvericiliyində belə bir anlayış nəzərdə tutulmamışdır. Ekspertiza və ya mütəxəsis rəyinin alınması və ya təyin edilməsi yaranmış sual üzrə xüsusi bilik tələb olunan hallarda meydana çıxır. Lakin hazırkı sualların cavablarını qanunvericilik konkret olaraq müəyyən edir. Həmin torpaq sahəsində hər hansı bir tikinti mövcud deyildir və bu hal iddiaçının təqdim etdiyi məktublarla təsdiq olunur. Məhkəmətorpaqşünaslıq ekspertizaları adətən kənd təsərrüfatı və digər növ torpaq sahələri ilə əlaqəli mübahisələr zamanı təyin edilir. Hazırkı vəsatətlər iddiaçının Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə istinad edərək müəyyən edilmiş hüququndan sui-istifadə etməsidir. Cavabdeh "xxxx" MMC göstərilənlərin nəzərə alınaraq məhkəmədən həmin vəsatətlərin təmin edilməməsini xahiş etmişdir. 1.9 Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi 22 fevral 2024-cü il tarixində məhkəməyə iddiaya etirazla müraciət edərək bildirmişdir ki, 4.2.3-cü bəndi mübahisələndirilən "xxxx" MMC-nin üçüncü redaksiya nizamnaməsi təsisçilər 90 % faiz paya malik olan Cavabdeh4 və 10% faiz paya malik olan İddiaçı tərəfindən təsdiq edilməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin üçüncü redaksiyada olan (cəmi üç səhifədən ibarət) nizamnamə məhz 2 paya sahib İddiaçı etibarnamə üzrə nümayəndəsi Nazim Nəsirovun iştirakı ilə təsdiq edilmişdir. Belə ki, 01 fevral 2022-ci il tarixli təsisçilərin növbəti 2022-ci il üçün ümumi yığıncağında və 19 aprel 2022-ci il tarixli təsisçilərin qərarında İddiaçı Abşeron rayonu 1 saylı notariat ofisində 7E-15771 reyestr nömrəsi ilə təsdiq edilmiş 27 dekabr 2021-ci il tarixli etibarnamə əsasında nümayəndəsi Nazim Nəsirovla təmsil olunmuşdur. Ümumi yığıncaqda payçı Nazim Nəsirov ümumi yığıncağın gündəliyi ilə tanış olmuş, ümumi yığıncağa çıxarılan məsələlərlə bağlı müzakirələr aparılmış, səsə qoyulmuş və təsdiq edilməklə imzalanmışdır. Belə olan halda, payçı İddiaçı məlumatı olmadan "xxxx" MMC-nin 3-cü redaksiya nizamnaməsinə dəyişikliyin edilməsi ilə bağlı xüsusat əsassızdır. Həmçinin İddiaçı 29 iyun 2020-ci il tarixli 3M-445 reyestr nömrəli payın alqı-satqı müqaviləsi əsasında satıcı Pərvin Əliyevdən "xxxx" MMC-nin iki ədəd təsis payını aldıqdan sonra özü müstəqil şəkildə 15 iyul 2020-ci il tarixində ərizə ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə payının qeydə alınması ilə bağlı müraciət edərək 19 aprel 2021-ci il tarixində reyestrdən çıxarış əldə etmişdir. Beləliklə, iddiaçı nizamnamədəki payını əldə etməklə nizamnamə barədə məlumatlı olmuşdur. Bundan başqa, yeni payçı İddiaçı 01 fevral 2022-ci il tarixli təsisçilərin növbəti 2022-ci il üçün və 19 aprel 2022-ci il tarixində təsisçilərin növbədənkənar 2022-ci il üçün ümumi yığıncaqlarında nümayəndəsi Nazim Nəsirov vasitəsilə iştirak etmiş, ümumi yığıncağın protokolları, qərarı ilə tanış olaraq imza etmişdir. Məhz 01 fevral 2022-ci il tarixli təsisçilərin növbəti 2022-ci il üçün ümumi yığıncaqda payçı İddiaçı nümayəndəsi Nazim Nəsirov vasitəsilə “Cavabdeh4 yeni direktor təyin edilməsi”, "xxxx" MMC-nin yeni redaksiyada nizamnaməsinin müzakirə edilməsi və təsdiq edilməsində” və digər iclasın gündəlik məsələlərinin müzakirəsində iştirak etmiş və lehinə səs verərək razılıq verməklə təsdiq etmişdir. İddiaçı 19 aprel 2022-ci il tarixində “Təsisçilərin növbədənkənar yığıncağının keçirilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə” bildirişində “MMC-nin nizamnaməsinə uyğun olaraq 2021-ci il üçün maliyyə fəaliyyətinin yoxlanılması məqsədilə bizim iştirakımızla müstəqil auditorun dəvət edilməsi barədə təsisçilər tərəfindən qərar qəbul edilməsi”ni tələb etmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin nizamnaməsi barədə məlumatlı olmuşdur. İddiaçı tərəfindən “Müzakirə mövzuları”na “Üçüncü redaksiya nizamnamənin 4.2.3-cü bəndinə dəyişikliyin edilməsi” daxil edilməmiş və tələb edilməmişdir. Bu da, iddiaçının üçüncü redaksiyada nizamnamənin bəndlərini qəbul etməsi kimi anlaşılır. Mülki Məcəllənin 49.5-ci maddəsinin tələbinə görə, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. İddiaçı təsisçi olaraq hansı həcmdə ziyan vurulmasını göstərmədən, ümumi yığıncağın çağırılması hüququndan istifadə etmədən birbaşa məhkəməyə müraciət hüququndan istifadə edir. Hüquqların həyata keçirilməsi ardıcıllığı müəyyən edilməsə də, birbaşa məhkəməyə müraciət etməklə bəndin etibarsızlığının tələb olunması qanuni deyildir. İddiaçının 19 aprel 2022-ci il tarixində ümumi yığıncağın çağırılmasında irəli sürdüyü tələblərdə “Nizamnamənin 4.2.3-cü bəndinin dəyişdirilməsi” tələbinin olmaması, daha sonradan məlum olduqda belə “Nizamnamənin 4.2.3-cü bəndinin dəyişdirilməsi” tələbinə dair ümumi yığıncağın çağırılması hüququndan istifadə etməməsi və tələb etməməsi iddiaçının hüquqdan sui-istifadə edərək süni məhkəmə çəkişməsi yaratmasıdır. İddiaçı iddia tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 49-cu və 87-ci maddələrinə istinad edir. Həmin maddi hüquq normaları iddiaçı tərəfindən düzgün tövsif edilmir. Belə ki, mübahisələndirilən 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alğı-satqı müqaviləsi üzrə daşınmaz əmlak bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmamış və payçıya hansısa ziyan vurulmamışdır. Ümumiyyətlə, satış predmeti olan daşınmaz əmlakın likvid və ya bazar dəyəri fərqli anlayışlardır. Hər hansı bir daşınmaz əmlakın dəyərinin bir vahid qiymətdə təsvir edilməsi ağlabatan deyildir. Çünki hamıya məlum olduğu kimi daşınmaz əmlak bazarında qiymət dəyişikliyi ilbəil deyil, daha tez, yəni gündəlik dəyişir. Bu dəyişikliyi 600000 manat məbləğində dəyərləndirməklə “Əhəmiyyətli dərəcədə dəyişiklik” kimi təqdim etmək əsassızdır. Sözügedən daşınmaz əmlak Bakı şəhərinin tanınmış ərazilərində və ya əlverişli zonasında inşa edilmiş fərdi yaşayış evi, qeyri-yaşayış sahəsi və ya hektarlarla olan torpaq sahəsi deyil, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış massivində zibil qutularının yerləşdiyi, istifadə edilməyən 6 sotdan ibarət torpaq sahəsidir. Satış predmeti olan daşınmaz əmlakın həddindən artıq yüksək göstərilməsi də hüquqi şəxsin maraqlarına təhlükə yaradır. Belə ki, satış predmeti olan əmlakın dəyərinin aşağı və ya yüksək göstərilməsi həmin alğı-satqı müqaviləsinin etibarsızlığına əsas deyildir. Bunlardan əlavə, payçı İddiaçı "xxxx" MMC-nin fəaliyyətində maraqlı deyildir. Hazırkı mübahisə isə sadəcə olaraq keçmiş təsisçi Pərvin Əliyevin pərdələnmiş hərəkətlərinin nəticəsidir. Çünki mübahisəli torpaq sahəsinin tam yaxınlığında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən, keçmiş təsisçi Pərvin Əliyevə məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin qarşısını kəsdiyinə görə çəkişmə başlamışdır. Bunu məhkəmə iclasında digər Cavabdeh2 də bildirmişdir. Eyni zamanda, payçı İddiaçı 200 manat məbləğinə aldığı 2 payı satmaq üçün ******* manat məbləğinə təklif etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1.10 İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 06 fevral 2024-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizənin məzmununda qeyd edilmişdir ki, iş materiallarına "xxxx" MMC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 oktyabr 2016-cı il tarixində qeydiyyata alınmış nizamnamənin ikinci redaksiyası əlavə edilmiş, həmin nizamnaməsinin ikinci redaksiyası təsisçilər Cavabdeh4 (90%) və X17 (10%) tərəfindən təsdiq edilmiş, nizamnamənin 4.2.3-cü bəndində göstərilir ki, “direktor, bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir". Göründüyü kimi, iddiaçının iddia tələbində mübahisələndirdiyi bənd cəmiyyətin nizamnaməsinin ikinci və üçüncü redaksiyalarında eynilik təşkil edir. 29 iyun 2020-ci il tarixində 3M-445 reyestr nömrəli payın alqı-satqı müqaviləsi üzrə alıcı - İddiaçı cəmiyyətin 10%-lik təsis payını əldə edən zaman mübahisələndirdiyi bənd nizamnamədə mövcud idi. Məhz payı əldə edən İddiaçı özü 15 iyul 2020-ci il tarixində payın qeydə alınması üçün ərizə ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia tələbi üzrə mübahisələndirdiyi bənd barədə məlumatlı olmuşdur. Bu hal da iddia müddətinin tətbiqinə əsas yaradır. Belə ki qanunvericilikdə etibarsızlıqla bağlı iddia müddəti birillik müddət nəzərdə tutulur. Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühün əhəmiyyətə malikdir... Beləliklə, iş üzrə İddiaçı iddia tələbi üzrə mübahisələndirdiyi - nizamnamənin 4.2.3-cü bəndinin etibarsız hesab edilməsi üzrə iddia müddətinin axımı 15 iyul 2020-ci il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etdiyi andan hesablanmalı və müddətin axımı birillik müddət tətbiq edilməklə 15 iyul 2021-ci il tarixində bitmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi kommersiya işi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 1.11 İddaçının nümayəndəsi 22 fevral 2024-cü il tarixində məhkəməyə sübutların əldə edilməsi barədə vəsatətlə müraciət edərək məhkəmədən mübahisənin düzgün həlli məqsədilə "xxxx" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinə edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarları, habelə nizamnamələri (ilkin və sonrakı redaksiyalarda olan) və nizamnamələrə edilən əlavə və dəyişikliklərin aparılması proseduru ilə bağlı digər bütün sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 22 fevral 2024-cü il tarixli iclasında təmin edilərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinə məktub ünvanlanaraq "xxxx" MMC-nin nizamnaməsinin ilkin, ikinci və üçüncü redaksiyaları, həmin redaksiyalara edilmiş dəyişiklikləri təsdiq edən sənədlər (ümumi yığıncağın iclaslarının protokolları, qərarları, əlavə və dəyişikliklərin aparılması proseduru ilə digər sənədlər) də daxil olmaqla Cəmiyyətin qeydiyyatına dair bütün sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. 1.12 İddiaçının nümayəndəsi 27 iyul 2024-cü il tarixində əlavə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin qərardadı ilə e-2-2(119)-88/2024 nömrəli iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli ekspert rəyində 1.1-ci və 1.2-ci suallara (həmin hasar 1-ci sualda istinad olunan çıxarış əsasında (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) Cavabdeh2a məxsus olan torpaq sahəsinin hüdudlarındadırmı?) tam cavab verilməmiş, 1.3-cü sual (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradırmı?) üzrə ümumiyyətlə tədqiqat aparılmamış və xüsusi bilik tələb olunması bəhanə gətirilərək suallara cavab verilməsindən imtina edilmişdir. Ekspert məhkəmə ekspertizasının aparılması zamanı tədqiqat obyektinə baxış keçirərkən, ərazinin baş planına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfi ilə Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasarı arasında ara məsafə nə qədər olmalı olduğunu müəyyən etməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 28 avqust 2024-cü il tarixli e-2-2(119)-88/2024 nömrəli qərardadı ilə həmin vəsatət qismən təmin edilərək iş üzrə əlavə məhkəmə-tikinti, o cümlədən əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 1.13 İş materiallarında olan cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş 28 avqust 2024-cü il tarixli ərizənin məzmununda Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyinə münasibətdə qeyd edilmişdir ki, rəyin dördüncü sualı üzrə - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində torpaq sahəsinin yaxınlığında yerləşən analoji torpaq sahələrinin bir sotunun 2022-ci ilə orta bazar qiymətinin təqribən 76000 manat məbləğində müəyyən edilməsi hissəsi ilə razılaşmır... Belə ki, Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartları və Əmlakin qiymətləndirilməsinə dair X1 nəzərə alsaq, əmlakın qiymətləndirilməsində xərc yanaşması, müqayisə yanaşması, gəlir yanaşması kimi meyarlar nəzərə alınaraq qiymət müəyyən olunur. Lakin sözügedən ekspert rəyində yalnız bir metoddan, yəni müqayisəli yanaşma metodundan istifadə edilmişdir. Lakin bu da natamamdır. Rəydən göründüyü kimi iki əmlak elanı əsasında ortalama hesablanmışdır. Elanda qeyd olunan əmlaklardan biri torpaq sahəsi ilə birlikdə tikilidən ibarətdir. Bundan başqa, mübahisəli torpaq sahəsinin 1 sotunun 2022-ci ilə orta bazar qiymətinin təqribən 76000 manat məbləğində müəyyən edilməsi reallığı əks etdirmir. Çünki Xırdalan şəhərində və ya şəhərətrafı (Masazır və sair) ərazilərdə 76000 manat məbləğinə 3-4 sot torpaq sahəsində inşa edilmiş 100-120 kv.m. ibarət fərdi yaşayış evini almaq olar. “Emlak.az”, “bina.az”, “arenda.az”, “Yeniemlak.az”, “Tezbazar.az” və sair internet səhifələrindan əldə edilmiş elanlara istinad etsək 2022-2023cü illər ərzində Abşeron rayonu - Xırdalan şəhərində yerləşən torpaq sahələrinin alış-satış diaqnostikasının dəyişkən olması müşahidə olunur. Xırdalan şəhərində 400000-500000 manat məbləğinə hazır inşa edilmiş və istismar olunan, mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binasını almaq olar. Bu fakt hamıya bəllidir. Müqayisəli təhlil etsək, Bakı şəhərinin tanınmış küçələrində və ya prospektində, misal üçün Teymur Əliyev küçəsində yerləşən torpaq sahəsinin 1 sotunun qiyməti təxminən 100000 manat təşkil edir. Bakı şəhəri ilə Xırdalan şəhərində torpaq sahələrinin 1 sotunun dəyərinin müqayisə etdikdə aralarında 50 faizdən çox qiymət fərqi yaranır. Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartlarının 7.0-cı bəndinə görə, qiymətləndirmə hesabatı birmənalı olmayan şərhə və ya hər hansı təhrifə imkan verməməlidir. Bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə aparılan qiymətləndirilmə bu standartın 5-ci bölməsinin tələblərinə cavab verməlidir. Hesabatda bazar dəyəri anlayışının mövcud standartdakı tərifinə əsaslanıldığı və bununla bərabər dəyərin faydalılıq (və yaxud da daha ağlabatan istifadə) prinsipinə əməl edildiyi əks etdirilməlidir. Bundan əlavə, hesabatda qiymətləndirmənin ümumi şərtləri qısa və aydın şəkildə verilməlidir. Göründüyü kimi, 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyinin dördüncü sual üzrə nəticəsi Azərbaycan Respublikası Milli Qiymətləndirmə Standartlarına cavab vermir. 1.14 İddiaçının nümayəndəsi 04 fevral 2025-ci il tarixində ekspertin dindirilməsi və müvafiq orqanların mütəxəssislərinin işə cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək məhkəmədən iş üzrə təyin edilmiş ilkin və əlavə ekspertizalar üzə ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün məhkəmə iclasında ekspert Amid Əliyevin dindirilməsini, həmçinin iş üzrə məhkəmənin 28 avqust 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert qarşısına qoyulmuş və tədqiq olunmayan 1.3-cü suala aydınlıq gətirilməsi və rəydəki boşluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, həmin nazirliyin Tikintidə X4 Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mütəxəssis cəlb olunmasını, onların məsləhətinin yazılı formada alınmasını xahiş etmişdir. Məhkəmənin 05 fevral 2025-ci il tarixli iclasında vəsatətin “Ekspertin dindirilməsi” hissəsi təmin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisinə ünvanlanmış 12 iyun 2025-ci il tarixli məktubla 21 iyun 2025-ci il tarixli məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Amid Əliyevin iştirakının təmin olunması xahiş edilmiş, 21 iyun 2025-ci il tarixli iclasında vəsatətin “müvafiq orqanların mütəxəssislərinin işə cəlb edilməsi” hissədə təmin edilməməsi qərara alınmışdır.
2. Məhkəmə iclaslarında izahatlar və çıxışlar: 2.1 Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin, iddia tələbinin həcminin artırılması barədə ərizənin, 23 noyabr 2023-cü il tarixli ekspertizaların təyin edilməsi, 27 noyabr 2023-cü il tarixli üçüncü şəxslər qismində cəlb edilmə, 21 dekabr 2023-cü il tarixli məhkəməyə başqa cavabdehin cəlb edilməsi, 22 fevral 2024-cü il tarixli sübutların əldə edilməsi, 27 iyul 2024-cü il tarixli əlavə məhkəmə ekspertizasının təyin edilməsi və 04 fevral 2025-ci il tarixli ekspertin dindirilməsi və müvafiq orqanların mütəxəssislərinin işə cəlb edilməsi barədə vəsatətlərin məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsi 5000 manat məbləğinə satılmışdır. Həmin əmlak bu dəyərdə deyildir. Həmin torpağın dəyəri təxminən 600000 manat məbləğindədir. Özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi nəticəsində hazırkı əmlak mənimsənilmiş və israf edilmişdir. Səhmdarlara münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması ilə payçıya ziyan vurmuşdur. "xxxx" MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cavabdeh2 tərəfindən tikiləcək obyektlərin bina ilə ara məsafəsi çox yaxındır. Bu yanğın zamanı əraziyə yanğınsöndürən maşın və digər köməkçi vasitələrin daxil olmasına maneə olacaqdır. Tikiləcək obyektlərin bina ilə arası çox yaxın olması səbəbindən həmin obyektlərdə baş verə biləcək hər hansı bir kiçik yanğın təhlükəsinin dərhal binaya yayılması riski yüksəkdir. Təmsil etdiyi iddiaçı 2020-ci ildə "xxxx" MMC-yə daxil olarkən nizamnamənin 2-ci redaksiyası qüvvədə idi və hal-hazırda mübahisələndirilən bənd də həmin nizamnamənin tərkib hissəsi idi. Lakin həmin vaxt iddiaçının o bəndin mövcudluğundan məlumatı olmamışdır. Hazırkı mübahisə payçıların əmlakının bölüşdürülməsi zamanı yaranmışdır. Həmin bəndi məhkəmə qaydasında mübahisələndirmək daha məqsədəmüvafiqdir. Çünki cavabdehə göndərilmiş bu barədə pretenziyalar cavabsız qalmışdır. Təmsil etdiyi iddiaçı auditor yoxlaması aparılmasını təklif etsə də, razılıq verilməmiş, tərəflər auditor yoxlamasının aparılması ilə bağlı da razılığa gələ bilməmişdirlər. Həmçinin əgər təmsil etdiyi iddiaçı növbədənkənar ümumi yığıncaq çağıraraq həmin bəndi mübahisələndirmiş olsaydı, sadə səs çoxluğu ilə onun əleyhinə qərar verilmiş olacaqdı. Nizamnamənin 10.2-ci bəndinə əsasən, cəmiyyətin əmlakı cəmiyyətin istifadəsindədir, həmin əmlak üzərində sərəncam vermək hüququ mövcud qanunvericilik, bu nizamnaməyə uyğun olaraq təsisçilərə və müəyyən çərçivədə direktora məxsusdur. Həmin Nizamnamənin 4.2.3-cü bəndi isə təsisçinin səsvermə hüququnu məhdudlaşdırmışdır. Halbuki Mülki Məcəlləyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında həyata keçirilir. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. İddiaçının nümayəndəsi izahatlarında, həmçinin bildirmişdir ki, hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünü düşünmür, iddiaçının hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. 2022-ci ilin dekabr ayında payın alqısatqı məsələsi ortaya çıxmış və 2023-cü ilin noyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli ekspert rəyində qeyd edilən əmlakın qiymətləndirilməsi ilə bağlı göstərilənlə razılaşır. Ekspert rəyində 3-cü sualın cavablandırılmamasına gəldikdə 2-ci suala verilən cavab 3-cü sualı da əhatə edir. Belə ki, adi halda ara məsafəsi 12,6 metr olmalı olduğu halda, tikili ilə yaşayış binası arasında 7,7-8,7 metr məsafənin olması həmin əraziyə fövqəladə hallar zamanı binaya giriş-çıxış imkanını məhdudlaşdırır. Digər bir məsələ isə 0,5 ha ərazinin üst-üstə düşməməsi məsələsidir. Hesab edir ki, hasarlanma da düzgün aparılmamışdır. Hazırkı vaxtda ekspert rəyi ilə əlaqədar hər hansı sualı qalmamışdır. 2.2 İddiaçının nümayəndəsi yekun məhkəmə çıxışında bildirdi ki, İddiaçı təsisçilərdən biridir. İddia ərizəsi verilərkən ərizədə özbaşına hasarlanma işlərinin aparıldığı qeyd edilsə də, sonradan məlum olmuşdur ki, torpaq sahəsinin Cavabdeh2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Təqdim edilən sorğulara verilən cavablar əsasında məlum olmuşdur ki, cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında 23 dekabr 2022-ci il tarixində torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Təsisçi olaraq İddiaçı bu alqı-satqı müqaviləsindən və ya hasarların tikilməsindən məlumatı olmamışdır. Cavabdeh "xxxx" MMC nizamnamənin bəndinə istinad edərək bildirmişdir ki, hüquqi şəxsin əmlakı barədə sərəncam vermək direktorun səlahiyyətləri daxilindədir. Yəni iddiaçıdan xəbərsiz nizamnaməyə köklü dəyişikliklər edilmişdir. Aydındır ki, cavabdeh məhdud məsuliyyətli cəmiyyətdir və qərarlar ümumi yığıncaqda qəbul edilməlidir. Torpaq sahəsinin satılması barədə nə ümumi yığıncağın qərarı, nə müvafiq vergi orqanından aidiyyyəti sənəd təqdim edilmişdir. Belə ki, alqı-satqı müqaviləsi notariat orqanı tərəfindən təsdiqlənərkən bu sənədlər toplanılmalıdır. Əmlakın bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılması alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olan hallardan biridir. Bağlanmış əqd əhəmiyyətsiz olmaqla təsisçinin hüquqlarını birbaşa olaraq pozmuşdur. Digər Cavabdeh2 də mediasiya prosesində torpaq sahəsinin alqı-satqısı zamanı hər hansı məbləğ ödəmədiyini və "xxxx" MMC-nin müvafiq torpaq sahəsini ona bağışladığını bildirmişdir. Bu da alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını göstərir və ekspert rəyi də bu halı təsdiq edir. Ara məsafəsi ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına istinad edilərək qanunvericiliyin normalarının pozulduğu aşkar edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.3 Məhkəmə iclaslarında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi 22 dekabr 2023cü il tarixli və 22 fevral 2024-cü il tarixli iddiaya etirazların məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, hazırkı məhkəmə çəkişməsi hüquqi şəxsin fəaliyyətinə ziyan vurur və hüquqdan sui-istifadədir. İddiaçı cəmiyyətə təsisçi kimi qoşulduqdan sonra, ilk iclasda özü iştirak etmiş, digər iclaslarda nümayəndəsi vasitəsilə təmsil edilmişdir. İddiaçının özü sahibkardır və hüquqi potensialı böyükdür. Buna görə də, bu məsələlərdən kifayət qədər məlumatlıdır. Mübahisələndirilən ərazidə qanunsuz tikili yoxdur. Torpağın dəyəri mübahisələndirilə bilməz. "xxxx" MMC-nin ərazisində qiymətlər müxtəlifdir. Hazırda mübahisələndirilən həmin ərazi vaxtilə zibil tullantılarının atıldığı ərazi idi. İddiaçı payın alqı-satqısından sonra payının qeydiyyata alınması üçün vergi orqanına müraciət etmişdir. Tərəf nizamnamə üzrə payını aldıqda nizamnamə və təsis sənədləri ilə tanış olur. Təsisçi bu məsələlərlə əlaqədar ümumi yığıncaq keçirə bilərdi. Buna qədər dəfələrlə alqı-satqı müqavilələri bağlanılmışdır. Məhz bu müqavilənin mübahisələndirilməsinə səbəb əvvəlki təsisçinin həmin binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin olmasıdır. İddianın əsas özəyi nizamnamənin müvafiq yarımbəndinin mübahisələndirilməsi və yığıncağın qərarının etibarsız hesab edilməsidir. Nizamnamə qanuna əsasən tərtib edilmişdir və nizamnaməyə dəyişiklik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin sorğuya cavabından da göründüyü kimi, təsisçilərin dəyişilməsi ilə əlaqədar olaraq edilmişdir. Nizamnamənin bəndlərində hər hansı dəyişiklik yoxdur, yalnız yeni qoşulan təsisçiyə münasibətdə nizamnamənin müvafiq hissəsinə dəyişiklik edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən istinad edilən Mülki Məcəllənin 49.4-cü maddəsi təsisçilərin bir-birinə və digərlərinə münasibətdə dəymiş ziyanla bağlı münasibətləri tənzimləyir. Lakin bu maddədə edilmiş hərəkətlərin ləğvi məsələsi mövcud deyildir. Həmçinin mübahisələndirilən əqd xüsusi əhəmiyyətli əqd deyildir. Xüsusi əhəmiyyətli əqdin anlayışı və hansı hallarda əqdin xüsusi əhəmiyyətli əqd olması məsələsi qanunvericilikdə aydın formada müəyyən edilmişdir. Eyni zamanda nizamnamə kapitalı hüquqi şəxsin xalis aktiv anlayışına daxil deyildir. Bundan əlavə, iddiaçının 2020-ci il tarixində təsis payının alqı-satqısı prosesində, həmçinin daha sonra ümumi yığıncaqda iştirakı zamanı 3 səhifədən ibarət nizamnaməni qəbul etməsi, hazırda isə mübahisələndirməsi əsassızdır və iddia müddəti ötürülmüşdür. 1 illik müddət, həmçinin birtərəfli əqdlərə aiddir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş ekspert rəyinin 4-cü sual üzrə verilmiş rəy ilə razılaşmır. Belə ki, rəyə əsasən, həmin torpaq sahəsinin ümumi dəyəri 456000 manat məbləğində müəyyənləşdirilmişdir. Torpaq sahəsinə baxış keçirilərkən yalnız ekspert Amid Əliyev iştirak etmişdir. Torpaq sahəsinin qiymətini müəyyənləşdirən Elvin Qəhrəmanov isə torpaq sahəsinə baxış prosesində iştirak etməmiş, sadəcə statistik məlumatlar əsasında yanlış qənaətə gəlmişdir. Milli Qiymətləndirmə Standartlarına əsasən, əmlakın dəyərinin müəyyən edilməsi üçün müxtəlif metodlar nəzərdə tutulmuşdur. Ekspert isə yalnız müqayisəli yanaşma metodundan istifadə etmişdir. Əmlakın dəyərinin müəyyən edilməsi üçün yalnız müqayisəli yanaşma metodundan istifadə olunması düzgün deyildir. Çünki Abşeron rayonunun Xırdalan şəhərində təxminən 500000 manat məbləğinə hazır və istismar olunan, mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binasını almaq olar. Yəni hazırkı mübahisə predmetinin əvvəllər zibillik ərazisi olduğunu nəzərə alınsa, müəyyən edilmiş qiymət həmin torpaq sahəsinin dəyərinə adekvat deyildir. Həmçinin hesab edir ki, ekspert Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə istinad edərkən yanlışlığa yol verərək 69-cu maddəyə istinad etmişdir. Adıçəkilən Məcəllənin həmin maddəsi tamamilə ayrı məsafələri tənzimləyir. Ümumiyyətlə, “AAAF-Park” yaşayış kompleksinin inşasına başlanıldığı zaman həmin məcəllə qüvvədə olmadığından bu məcəllənin müddəalarına istinad edilməsi düzgün deyildir. Belə ki, “AAAF-Park” yaşayış kompleksinin inşasına Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında 2012-ci il tarixində başlanılmışdır. Şəhərsalma və Tikinti Məcəlləsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2023-cü ilin yanvarın 1-dən tətbiq edilməsinə baxmayaraq, həmin sərəncamda, həmçinin qeyd edilmişdir ki, tikili artıq mövcuddursa, bu məcəllə yalnız 14 il sonra həmin tikiliyə tətbiq edilə bilər. Buna görə də həmin vaxt müvafiq sahədə qüvvədə olan normalar əsasında müvafiq məsafə müəyyən edilməlidir. Təqdim edilmiş 15 yanvar 2025-ci il tarixli mütəxəssis rəyi ilə razı deyildir. Ekspertiza aparılarkən ərazinin miqyasını mütəxəssisin qeyri-peşəkar olması səbəbilə dəqiq müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əlavə olunan sxemdə əksini tapmış məsafələr yuxarı miqyasdan çəkilən bir ölçü olduğu üçün mümkün ola biləcək dəqiqliyə çatmağa imkan vermir. Eyni zamanda ekspertiza aparılarkən hava şəraitinin də qeyri-stabil olması ekspert rəyinin dəqiqliyinə maneə olmuşdur. 2.4 Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə təqdim etdiyi yekun məhkəmə çıxışında təqdim edilmiş etirazlarına və verdiyi izahatlarına əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 49, 87 və 91-ci maddələrin istinad edərək "xxxx" MMC-nin üçüncü redaksiyada olan nizamnaməsinin 4.2.3-cü bəndini qanunsuz hesab edir. İş üzrə Azərbaycan Respublikasının 2 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilmiş təsis sənədlərindən göründüyü kimi, mübahisələndirilən bənd əvvəlki redaksiyadakı nizamnamələrdə mövcud olmuşdur. Eyni zamanda, iddiaçı cəmiyyətin 10% təsis payını Bakı şəhəri 21 saylı notariat ofisində xüsusi notarius X9 iştirakı ilə 3M-445 reyestr nömrəli 29 iyun 2020-ci il tarixli payın alqı-satqı müqaviləsi əsasında əvvəlki təsisçi Pərvin Əliyevdən alaraq cəmiyyətə sonradan qoşulmuş və təsis payının qeydə alınması üçün özü könüllü qaydada 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. Daha sonra, nizamnamənin üçüncü redaksiyası iddiaçının nümayəndəsi X7 iştirakı ilə təsdiq edilmişdir. Hazırkı iddia tələbi hüququnun bərpa edilməsi və sair deyil, qərəzli olaraq və məqsədli şəkildə digər Cavabdeh2 ilə bağlanmış ikitərəfli əqdin ləğvinə yönəlmişdir. Çünki iddiaçı cəmiyyətin təsis payına qoşulduğu tarixdən hazırkı vaxta kimi yüzlərlə əqdlər bağlanılmasına baxmayaraq onlar mübahisələndirilməmişdir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış, 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alğı-satqı müqaviləsi aidiyyəti şəxslə bağlanmış əqd və ya xüsusi əhəmiyyətli əqd hesab edilmir. Çünki mülki qanunvericilik bu növ əqdlərə aydın şəkildə anlayış vermişdir. Maddi normaya görə xüsusi əhəmiyyətli əqdi şərtləndirən hal cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olmasıdır. Cəmiyyətin xalis aktivləri ******* manat məbləği təşkil edir. Xalis aktivlər müəssisənin cəmi aktivlərindən cəmi öhdəliklərini çıxdıqdan sonra qalan dəyərdir. Mühasibat uçotunda əsas düstur budur ki, müəssisənin aktivlərindən öhdəliklər çıxıldıqda kapital, yaxud xalis aktivlər alınır. Xüsusi əhəmiyyətli əqdlərə adətən müəssisənin investisiya, əməkdaşlıq məqsədilə və ya hüquqi şəxsin müvafiq layihələrə qoşulması ilə bağlı müqavilələr (əqdlər) şamil edilir. Hüquqi şəxsin nizamnamə kapitalı xalis aktiv hesab edilmir. "xxxx" MMC-nin üçüncü redaksiyada nizamnaməsində qanuni tələblərə riayət olunmuşdur. İddiaçının qeyd etdiyi üçüncü redaksiyada nizamnamənin 4.2.3-cü və 4.1.2-ci bəndləri arasında ziddiyyətin mövcudluğu təsdiqini tapmır. Belə ki, üçüncü redaksiyada nizamnamənin 4.1.2-ci bəndi (ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır) Mülki Məcəllənin 91.1-1-ci maddəsinin tələbini əks etdirir. Lakin nizamnamənin 4.2.3-cü bəndi ümumi yığıncağın səlahiyyətlərinə aid edilməyən məsələlərə cəmiyyətin icra orqanı olan direktorun səlahiyyətlərini müəyyən edir. Bu da Mülki Məcəllənin 91-2.1-ci maddəsinə uyğun olaraq, cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. "xxxx" MMC-nin 2-ci redaksiyada nizamnaməsi təsisçilər Cavabdeh4 (90%) və X17 (10%) tərəfindən təsdiq edilməklə Azərbaycan Respublikasının Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. İddiaçı isə həmin dövrdə, ümumiyyətlə payçı olmamışdır. Bundan əlavə, iddiaçının fikrincə Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən 23 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş, 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsi, həmin torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********91), torpaq sahəsinin plan və ölçüsü Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadığına və digər tikinti normalarına görə qanunsuz və etibarsız hesab edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizaları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2025-ci il tarixli 10/1989 nömrəli; 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspertiza rəylərində və 15 yanvar 2025-ci il tarixli 3-21-3-32/2-490/2025 nömrəli mütəxəssis rəyində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının mübahisələndirilən torpaq sahəsinə münasibətdə ziddiyyətli fikirlər qeyd edilmişdir. Həmin rəylər natamam və qeyri-obyektivdir. Mübahisəli daşınmaz əmlaka qeyri-obyektiv və şişirdilmiş qiymət müəyyən edilmişdir. Eyni zamanda, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının mübahisələndirilən torpaq sahəsi ilə əlaqəli hissəsində də düzgün tətbiq edilməmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********16-12301 reyestr nömrəli çıxarışa əsasən 36 hektar əraziyə görə ekspert tədqiqatı düzgün aparılmamışdır. Ekspert rəylərində mütəxəssislər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına istinad etmişlər. Sözügedən yaşayış binasının inşası Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 11 iyul 2012-ci il tarixli 1105 nömrəli sərəncamına əsasən başlanılmışdır. Lakin Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilmiş və Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2-ci bəndinə görə, məcəllənin sözügedən müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir: 2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə; 2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 14 il sonra. Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bunlardan əlavə, iddia ərizəsi 20 noyabr 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. İddiaçı iddia tələbinin "xxxx" MMCnin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsinə dair hissədə iddia müddətini ötürmüşdür. İddiaçı 10% təsis payını 29 iyun 2020-ci il tarixli payın alqı-satqı müqaviləsi əsasında əvvəlki təsisçi Pərvin Əliyevdən almış və 15 iyul 2020-ci il tarixində özü könüllü qaydada ərizə ilə payın qeydə alınması üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək qeydiyyata alınmışdır. Daha sonra, "xxxx" MMC, Pərvin Əliyev və İddiaçı arasında Bakı şəhəri Yasamal rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində payın alqı-satqısına dair mübahisə başlamış və məhkəmə çəkişmələri olmuşdur. Bununla yanaşı, hətta 01 fevral 2022-ci il tarixli təsisçilərin növbəti 2022-ci il üçün ümumi yığıncağında və 19 aprel 2022-ci il tarixli təsisçilərin qərarında İddiaçı nümayəndəsi Nazim Nəsirovla təmsil olunduğunu da nəzərə alsaq, bir illik iddia müddəti ötürülmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi də məlumdur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) (Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir). İddiaçının iddia tələbinin “etibarsızlığa dair” hissəsində ilkin münasibətlər yarandığı vaxtdan etibarsız olmasa da, tələbin müddəti baxımından iddia müddəti ötürülmüşdür. Bunlarla yanaşı, iddiaçı nizamnamənin mübahisələndirdiyi bəndinə düzəliş edilməsi və ya yeni redaksiyada təsdiq edilməsi üçün ümumi yığıncağın çağırılması hüququndan da istifadə edə bilərdi. Ya da Mülki Məcəllənin 49.4-cü maddəsinin tələbinə müvafiq olaraq MMC-nin 10% təsisçisi olaraq dəymiş zərəri müəyyən etməklə tələb edilməsi üçün tədbirlər görə bilərdi. Hazırki iddia tələbi hüquqdan istifadə yox, hüquqdan sui-istifadə etməklə cəmiyyətin fəaliyyətinə müdaxilə etmək məqsədi daşıyır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.5 Məhkəmə iclaslarında Cavabdeh2 izahatlarında bildirmişdir ki, mübahisəli ərazidə binaların digər tərəflərində tikintilər aparıldığı zaman 10% təsis payı olan təsisçilərin heç biri hansısa etiraz etməmişdir. O, həmin torpaq sahəsini alarkən ora zibillik sahəsi olmuşdur. Mütəmadi olaraq həmin ərazini təmizlətdirmişdir. Torpaq sahəsinin qiymətinə gəldikdə isə həmin ərazini alan zaman həmin torpağın qiyməti 5000 manat məbləğində olmuşdur. Hazırda fərqli qiymətə qiymətləndirilirsə, həmin torpaq sahəsini qeyd edilən qiymətə satmağa razıdır. Təsisçinin onunla konflikti olduğundan bu məsələ ilə bağlı iddia qaldırılmışdır. Həmçinin həmin ərazidə hasarla yaşayış binası arasında 4,5-6 metr ara məsafəsi saxlanılmışdır. Hazırda həmin ərazidə tikinti işləri getmir. Həmin ərazi sadəcə hasara alınmışdır və 2,2 metr hündürlükdə olan hasar vardır. Ekspert rəyləri ilə razılaşmır. Belə ki, həmin rəylərə əsasən, yol da həmin 12,6 metr məsafəyə daxil edilmişdir. Bu isə ağlabatan deyildir. Digər tərəfdən müvafiq tikili tikilərkən aidiyyəti orqanın nümayəndələri də prosesdə iştirak etmiş və hər hansı pozuntu halına yol verilmədiyi qeyd edilmişdir. 2.6 Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. 2.7 Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 2.8 Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, iddiaya etirazları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
3. İş materialları: 3.1 İş materiallarında olan təsisçi Cavabdeh4 adından Vamiq Şükürov və təsisçi Pərvin Əliyev tərəfindən 25 fevral 2005-ci il tarixində təsdiq edilmiş və 02 mart 2005-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin nizamnaməsinin birinci redaksiyasının 6.3-cü bəndinə əsasən, Cavabdeh4 nizamnamə kapitalında 100 % paya malikdir. 3.2 İş materiallarında olan təsisçi Cavabdeh4 adından Vamiq Şükürov və təsisçi Pərvin Əliyev tərəfindən 26 oktyabr 2016-cı il tarixində təsdiq edilmiş və eyni tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydə alınmış "xxxx" MMC-nin nizamnaməsinin ikinci redaksiyasının 2.2-ci bəndinə əsasən, cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları: “Cavabdeh4 - 90%, 18 manat, 18 pay, pul şəklində. X17 - 10%, 2 manat, 2 pay, pul şəklində” kimi müəyyən edilmişdir. Həmin redaksiyada olan nizamnamənin 4.2-ci bəndinə əsasən, ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır Həmin redaksiyanın 4.2.3-cü bəndinə əsasən, direktor, bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir. 3.3 İş materiallarında olan Cavabdeh4 adından nümayəndəsi Nümayəndə1 və İddiaçı Məhəmmədhadıyeviç adından nümayəndəsi Nazim Nəsirov tərəfindən 2022-ci ildə təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsinin üçüncü redaksiyasının 2.2-ci bəndinə əsasən, cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları: “Cavabdeh4 - 90%, 18 manat, 18 pay, pul şəklində. İddiaçı Məhəmmədhadıyeviç - 10%, 2 manat, 2 pay, pul şəklində” kimi müəyyən edilmişdir. Həmin redaksiyanın 4.1.2-ci bəndinə əsasən, ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır Həmin redaksiyanın 4.2.3-cü bəndinə əsasən, direktor, bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir. 3.4 İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli İddiaçı Məhəmmədhadıyeviç tərəfindən X10 verilmiş etibarnamə ilə 3 il müddətinə “bütün növ ictimai təşkilat, idarə, qurum və müəssisələrdə, digər fiziki və hüquqi şəxslər qarşısında təmsil etmək” səlahiyyəti də daxil olmaqla bir çox səlahiyyətlər Nazim Nəsirova etibar edilmişdir. 3.5 İş materiallarında olan 01 fevral 2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin növbəti 2022-ci il üçün ümumi yığıncağının protokolundan görünür ki, həmin yığıncaqda təsisçi Cavabdeh4 nümayəndəsi Nümayəndə1 və təsisçi İddiaçı Məhəmmədhadıyeviçin nümayəndəsi Nazim Nəsirov (eyni zamanda iclasın katibi) iştirak etmişdir. Protokola əsasən, iclasın gündəliyi barədə müzakirə aparılmış təsisçilərə göndərilən bildirişdə qeyd olunan gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı hər hansı etiraz və təklifin daxil olması barədə soruşulmuş, belə bir ərizə və təklifin daxil olmadığı bildirilmiş, daha sonra iclasın gündəliyi səsə qoyularaq qəbul edilmişdir. İclasda 9 məsələnin - 1) "xxxx" MMC-nin yeni redaksiyada nizamnaməsinin müzakirə edilməsi, təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün AR İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunması; 2) X5 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyinatı, işinin öhdəsindən layiqincə gəlib-gəlməməsi, nöqsanları barədə bir daha mülahizələr aparmaq, onun təsisçilər qarşısında müvafiq məsələlər barədə ətraflı məlumat verərək çıxışının, eləcə də 2021-ci il üçün hesabatların dinlənilməsi və təsdiq edilməsi barədə məsələlərin müzakirəsi; 3) "xxxx" MMC-nin baş mühasibinin təsisçilər qarşısında müvafiq məsələlər barədə ətraflı məlumat verərək çıxışının, eləcə də 2021-ci il üçün maliyyə hesabatlarının dinlənilməsi və təsdiq edilməsi barədə məsələlərin müzakirəsi; 4) "xxxx" MMC-nin nizamnamə kapitalı əsasında pay və təmsilçilik hüququna malik olan iştirakçıları tərəfindən 2022-ci il üçün seçilmiş təftiş komissiyasının adlı siyahısının təsdiq edilməsi barədə qəbul ediləcək qərarın müzakirəsi; 5) AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında göstərilən "xxxx" MMC-nin dövlətə ümumi vergi borcunun ********** manat təşkil etməsi, həmin borcun vaxtında ödənilməməsi səbəblərinin araşdırılması, cavabdeh şəxslərin məsuliyyəti, borcun tam şəkildə bağlanması üçün görüləcək tədbirlər və gələcəkdə belə halların bir daha baş verməməsi ilə bağlı məsələlərin müzakirəsi; 6) "xxxx" MMC-nin 2020 və 2021-ci illlər üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq, cəmiyyətin bütün fəaliyyətinin yoxlanışlarının aparılması məqsədilə şirkətin vəsaiti hesabına müstəqil auditorun (kənar audit) dəvət edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı məsələlərin müzakirəsi; 7) “AAAF-İnşaat" MMC-nin 2020-ci il üçün gəlirləri və mənfəətin təsisçilər arasında bölüşdürülməsi barədə qəbul edilmiş qərarın təqdim edilməsi; 9) “AAAF-İnşaat" MMC-nin 2021-ci il üçün gəlirləri və mənfəətin təsisçilər arasında bölüşdürülməsi barədə qərarın qəbul ediməsi barədə məsələlərin müzakirəsi; cəmiyyətin iş fəaliyyətinə ciddi nəzarətin həyata keçirilməsi, planlaşdırılan tədbirlərin lazımi səviyyədə görülməsi məqsədilə "xxxx" MMC-nin icraçı direktoru vəzifəsinə X7 təyin edilməsi, şirkətin bütün işçi heyətinin işlərinə nəzarəti həyata keçirmək funksiyalarına malik səlahiyyətlər verilməklə onunla əmək müqaviləsinin bağlanılması, direktorun aldığı əmək haqqına uyğun maaşla, xidməti otaqla (otağın zəruri mebel, əşya, ləvazimat, avadanlıqlarla (kompüter, printer və s. təchiz edilməsi) təmin edilməsi barədə əmrin verilməsi üçün direktor - X8 müvafiq göstərişlərin verilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılmışdır. 3.6 İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə və Cavabdeh4 ünvanlanmış 19 aprel 2022-ci il tarixli “Təsisçilərin növbədənkənar yığıncağının keçirilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə” bildirişin məzmununda 4 məsələnin - 1) cəmiyyətin hazırkı qanuni təmsilçisi X13 tərəfindən ümumi yığıncağa müvafiq sənədlərin təqdim edilməsi və həmin sənədlərin müvafiq qaydada həm direktor, həm də şirkətin hüquqşünası tərəfindən imzalanaraq möhürlə təsdiq edilməsi; 2) "xxxx" MMC-nin nizamnaməsinə uyğun olaraq, 2021-ci il üçün maliyyə fəaliyyətinin yoxlanılması məqsədilə onun iştirakı ilə müstəqil auditorun (kənar audit) dəvət edilməsi barədə təsişçilər tərəfindən qərar qəbul edilməsi; cəmiyyətin iş fəaliyyətinə nəzarətin həyata keçirilməsi, planlaşdırılan tədbirlərin lazımi səviyyədə görülməsi məqsədi ilə "xxxx" MMCnin icraçı direktoru vəzifəsinə X7 təyin edilməsi, şirkətin bütün işçi heyətinin işinə nəzarəti həyata keçirmək funksiyalarına malik səlahiyyətlər verilməklə onunla əmək müqaviləsinin bağlanması, direktorun aldığı əmək haqqına uyğun maaşla, xidməti otaqla (otağın zəruri mebel, əşya, ləvazimat, avadanlıqlarla (kompüter, printer və s. təchiz edilməsi) təmin edilməsi barədə əmrin verilməsi üçün qanuni təmsilçiyə müvafiq göstərişin verilməsi ilə bağlı məsələlərin müzakirəsi; "xxxx" MMC-də qanuni təmsilçilərin mütəmadi dəyişdirilməsinin və hazırkı qanuni təmsilçisi X5 dəyişdirilməsinin səbəbləri, işlərində nöqsanlara yol verdiyi müəyyən olunmuşdursa, əgər ciddi qanun pozuntusuna yol verilməsi barədə sübutlar mövcuddursa ona qarşı hansı qanuni tədbirlərin görülməsi ilə bağlı məsələlərin müzakirəsi kimi məsələlərin keçirilməsi nəzərdə tutulan "xxxx" MMC-nin növbədənkənar ümumi yığıncağının gündəliyinə həmin müzakirə mövzularının da əlavə olunmasını xahiş etmişdir. 3.7 İş materiallarında olan təsisçi Cavabdeh4 və digər təsisçi İddiaçı nümayəndəsi Nazim Nəsirov tərəfindən imzalanmış "xxxx" MMC-nin təsisçilərinin 19 aprel 2022-ci il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçiliyinə və eyni zamanda direktor vəzifəsinə Cavabdeh4 təyin edilməsi, həmçinin dəyişikliklərin qeydə alınması barədə müvafiq sənədləşmənin aparılması və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına müraciəti cəmiyyətin hüquqşünası X3 həvalə olunması və ona müvafiq etibarnamə verilməsi qərara alınmışdır. 3.8 İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən verilmiş 29 aprel 2022-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisçiləri: nizamnamə kapitalında 10 faiz paya malik olan İddiaçı Məhəmmədhadıyeviç və 90 faiz paya malik olan Cavabdeh4dur. 3.9 İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə və Cavabdeh4 ünvanlanmış 21 iyun 2022-ci il tarixli “səhmlərin satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif olunması barədə” bildirişin məzmununda “... hal-hazırda "xxxx" MMC-də özümə məxsus nizamnamə kapitalı 2 (iki) paydan ibarət olmaqla 10% payı həqiqi dəyərinə uyğun olaraq satmaq niyyətim var və qanunvericiliyin tələbinə əsasən səhmlərin satın almaqda üstünlük hüququna malik olduğunuz üçün bunu ilk öncə Sizə təklif edirəm” qeyd edilmişdir. 3.10 İş materiallarında olan İddiaçı tərəfdinən Cavabdeh4 ünvanlanmış 26 iyul 2022ci il tarixli bildirişin məzmununda “... "xxxx" MMC-nin nizamnamə kapitalında 10 % təsis payımı ******* manata satmaq niyyətimin olduğunu bildirirəm və qaydalara uyğun olaraq, səhmləri satın almaqda üstünlük hüququna malik olduğunuz üçün bunu ilk öncə Sizə təklif edirəm. Onu da xüsusi olaraq qeyd edim ki, əgər həmin 10 % təsis payın əldə edilməsində istəyiniz, marağınız və məqsədiniz varsa, satış qiyməti və digər şərtlərlə bağlı məsələləri Sizinlə birgə müzakirə etməyə də hazıram” qeyd edilmişdir. 3.11 İş materiallarında olan satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş, 23 dekabr 2022-ci il tarixli AN-İ ******* nömrəli (reyestr nömrəsi: 4Ə-810) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci və 4-cü bəndlərinə əsasən, satıcı (cavabdeh "xxxx" MMC) Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini alıcıya (Cavabdeh2) 5000 manata satmış, alıcı isə həmin torpaq sahəsini qeyd edilən qiymətə almışdır. 3.12 İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 dekabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi: **********91) daşınmaz əmlakın dövlət reyestrində 1213 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3.13 İş materiallarında olan X17 və İddiaçı Məhəmmədhadıyeviç arasında bağlanmış Bakı şəhəri 21 saylı notariat ofisində xüsusi notarius X18 tərəfindən təsdiq edilmiş 29 iyun 2020-ci il tarixli 3M-445 reyestr nömrəli payın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı Pərvin Əliyev "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus nizamnamə kapitalının 2 pay, 2 manat pul şəklində olmaqla 10 %-lik payını təsisçilik hüquqlarını İddiaçı Məhəmmədhadıyeviçə satır. Alıcı isə həmin payı alır və bu müqavilədə müəyyən olunan haqqı ödəyir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, X17 ona məxsus nizamnamə kapitalının 2 pay, 2 manat pul şəkilində olmaqla 10%-lik payını, təsisçilik hüquqlarını 200 manata İddiaçı Məhəmmədhadıyeviçə satır. 3.14 İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031- 9/2076 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci və ikinci suallar üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində hasar inşa olunduğu, həmin hasarın hündürlüyünün 2,6 metr təşkil etdiyini nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmaması üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - dördüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən torpaq sahəsinə yaxınlıqda yerləşən analoji torpaq sahələrinin 1 sotunun 2022-ci ilə olan orta bazar qiyməti təqribən 76000 manat məbləğində müəyyən edilmişdir” qeyd edilmişdir. 3.15 İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli 10/7170- 9/7506 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci sual üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə məhkəməyə 19 sentyabr 2024-cü il tarixdə vəsatət verilmişdir. Vəsatətə cavab olaraq, məhkəmə tərəfindən mütəxəssislər tərəfindən tədqiq olunan torpaq sahəsinə baxış keçirilməsi 03 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə mütəxəssislər baxışda iştirak etmədiyindən və vəsatətin verilməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən sual üzrə tədqiqat aparılmamışdır; - ikinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.5.1-ci bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,6 hissəsi qədər olmasına əsasən, yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 6,3 metr olmalı olduğunu, faktiki olaraq isə hasarla bina arasındakı məsafələrin 5 metr, 8,7 metr və 7,4 metr təşkil etdiyini nəzərə alaraq, müəyyən edilmiş 5 metr, 8,7 metr və 7,4 metr məsafələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığı müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmamsı üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; Dördüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində yerləşən 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiyməti təqribən 456000 manat məbləğində müəyyən edilmişdir” qeyd edilmişdir. 3.16 İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 15 yanvar 2025-ci il tarixli 3-21-3-32/2-490/2025 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Cavabdeh2 faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə **********91 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha təşkil edir (rəyə müvafiq sxem əlavə olunmuşdur). Cavabdeh2 faktiki istifadəsində olan daş hasar ilə çoxmərtəbəli yaşayış binası ilə ara məsafəsi 5,7 metrlə 7,56 metr artan məsafədə yerləşir. Həmin məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və bu sahədə qüvvədə olan digər normativ aktların tələblərinə uyğun olub-olmaması sualının cavablandırılması idarənin səlahiyyətləri xaricindədir. 3-cü sualın (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində - Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsində çəkilmiş hasarın həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqaladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına texniki cəhətdən məhdudiyyət yaradıb-yaratmaması qüvvədə olan normativ aktların tələbləri nəzərə alınmaqla müəyyən edilməsi) cavablandırılması idarənin səlahiyyətləri xaricindədir” qeyd edilmişdir. 3.17 İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 01 may 2025-ci il tarixli 10/1989 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci sual üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 15.01.25-ci tarixli 3-21-3-32/2-490/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən Cavabdeh2 faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə **********91 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha təşkil edir; - ikinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.52-1-ci bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,6 hissəsi qədər olmasına əsasən, yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 6,3 metr olmalı olduğunu, faktiki olaraq isə hasarla bina arasındakı məsafələrin 5 metr, 8,7 metr və 7,4 metr təşkil etdiyini nəzərə alaraq, müəyyən edilmiş 5 metr, 8,7 metr və 7,4 metr məsafələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığı müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmamsı üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - dördüncü sual üzrə: qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir” qeyd edilmişdir. 3.18 İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı Məhəmmədhadıyeviçin nümayəndəsinə ünvanlanmış 16 avqust 2023-cü il tarixli HŞ/409 nömrəli məktubun məzmununda "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında 0,06 ha torpaq sahəsinin alqısatqısı Cəmiyyətin direktoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar verərək həyata keçirmişdir” qeyd edilmişdir. 3.19 İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı Məhəmmədhadıyeviçə ünvanlanmış 07 avqust 2023-cü il tarixli məktubun məzmununda “Abşeron rayonu, H.Əliyev prospekti 167 ünvanında vətəndaş Cavabdeh2 tərəfindən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində (DƏDRX-nin 27 dekabr 2022-ci il ********** qeydiyyatı olan çıxarış əsasında) mövcud qanunvericiliyə uyğun olaraq özünəməxsus ərazisində hasarlama işlərinin aparılması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən hündürlüyü 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə olan hasarların tikintisinə icazə tələb olunmur. Abşeron RİH tərəfindən sözügedən ərazidə hər hansısa bir yaşayış yaxud qeyriyaşayış obyektinin tikintisinə icazə verilməmişdir” qeyd edilmişdir. 3.20 İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı Məhəmmədhadıyeviçin nümayəndəsinə ünvanlanmış 08 avqust 2023-cü il tarixli məktubun məzmununda “Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində "xxxx" MMC-nin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 05 noyabr 2022-ci il tarixdə **********91 reyestr nömrəsi ilə qeydiyyata ("xxxx" MMC-nin mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən bölgü olunaraq əldə edilmişdir) alınmışdır. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 23 dekabr 2022-ci il tarixli 4Ə-810 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 dekabr 2022-ci il tarixdə **********91 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir” qeyd edilmişdir. 3.21 İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyini tərəfindən İddiaçı Məhəmmədhadıyeviçə ünvanlanmış 24 avqust 2023-cü il tarixli 3-18-2/2-R-29xx-xx/2023 nömrəli məktubun məzmununda “Abşeron rayonu, H.Əliyev prospekti 167 ünvanında Cavabdeh2 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin hasarlama işləri aparılır” qeyd edilmişdir. 3.22 İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(004)-635/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X14, X15, İddiaçı Məmmədhadiyeviçə və X11, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Cavabdeh4 və X6rşı verilmiş “payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. 3.23 İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 2022-ci il üçün bazar dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. 3.24 İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli arayışın məzmununda Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 2022-ci il üçün bazar dəyəri 10000 manat, likvid dəyərinin 8000 manat məbləğində olduğu qeyd edilmişdir. 3.25 Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə 6 cilddən ibarət “Memarlıq hissəsi” adlanan sənədlər təqdim edilmiş, “Elektron məhkəmə” informasiya sistemində hazırkı iş üzrə elektron kabietə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə sonuncuya satılmış torpaq sahəsinin görüntülərini əks etdirən fotoşəkillər əlavə edilmişdir.
4. Tətbiq edilən hüquq: 4.1 Azərbaycan Respublikasının Konstitusiyası: 4.1.1 Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 4.1.2 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
4.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 4.2.1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 4.2.2 Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 4.2.3 Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 4.2.4 Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən, hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. 4.2.5 Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 4.2.6 Həmin Məcəllənin 49.4.2-ci maddəsinə əsasən, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi ilə əlaqədar hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır. 4.2.7 Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 4.2.8 Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 4.2.9 Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 4.2.10 Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 4.2.11 Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. 4.2.12 Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. 4.2.13 Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən, cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 4.2.14 Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 4.2.15 Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 4.2.16 Həmin Məcəllənin 146.8-ci maddəsinə əsasən, daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. 4.2.17 Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 4.2.18 Həmin Məcəllənin 324.4-cü və 324.5-ci maddələrinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 4.2.19 Həmin Məcəllənin 337.1-ci və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 4.2.20 Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 4.2.21 Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 4.2.22 Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 4.2.23 Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 4.2.24 Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 4.2.25 Həmin Məcəllənin 389.1-ci maddəsin əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 4.2.26 Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
4.3 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 4.3.1 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 4.3.2 Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 4.3.3 Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 4.3.4 Həmin Məcəllənin 69.5.1-ci maddəsinə əsasən, ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi ilə müəyyən edilir. 4.3.5 Həmin Məcəllənin 79.1.3-cü maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur.
4.4 “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.4.1 “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir: şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə (2.1); tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 14 il sonra (2.2). 4.4.2 Həmin Qanunun 3-cü maddəsinə əsasən, Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
4.5 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.5.1 Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.5.2 Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 4.5.3 Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 4.5.4 Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 4.5.5 Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4.5.6 Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 4.5.7 Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 4.5.8 Həmin Məcəllənin 226.2-ci maddəinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. 4.6 “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı 12 aprel 2021-ci il tarixli Qərarı: Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
4.7 “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı 01 dekabr 2020-ci il tarixli Qərarı: Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
4.8 “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.
4.9 “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadı: Qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir.
5. Məhkəmənin mövqeyi: 5.1 “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi. İddia tələbinin bu hissədə əsaslı olub-olmamasının müəyyən edilməsi üçün, ilk növbədə cavabdeh “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsindəki mübahisələndirilən bəndin nə zaman və hansı qaydada nizamnaməyə daxil edilməsi, İddiaçı hansı tarixdən etibarən hüquqi şəxsin təsisçilərindən biri olması kimi hallar aydınlaşdırılmalıdır. Qətnamənin 3.2-ci bəndində təsvir edilmiş nizamnamə məlumatlarından aydın olur ki, "xxxx" MMC-nin ikinci redaksiyada olan nizamnaməsi 26 oktyabr 2016-cı il tarixində təsdiq edilmiş və eyni tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydə alınmışdır. Həmin redaksiyada olan nizamnamənin 4.2.3-cü bəndinə əsasən, direktor, bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir. Qətnamənin 3.13-cü bəndində qeyd edilmiş müqavilədən aydın olur ki, İddiaçı və Pərvin Əliyev arasında 29 iyun 2020-ci il tarixli payın alqı-satqı müqaviləsi müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, Pərvin Əliyev "xxxx" MMC-nin nizamnamə kapitalındakı ona məxsus 10 %-lik payına təsisçilik hüquqlarını (2 pay, 2 manat pul şəklində) İddiaçı satmışdır. Göründüyü kimi, 29 iyun 2020-ci il tarixindən etibarən iddiaçı 10 faiz paya malik olmaqla cavabdeh “AAAF-İNŞAAT" MMC-nin təsisçilərindən biri olmuşdur. Bundan başqa, qətnamənin 3.3-cü bəndində təsvir edilmiş nizamnamə məlumatlarından aydın olur ki, "xxxx" MMC-nin üçüncü redaksiyada olan nizamnaməsi İddiaçı adından nümayəndəsi Nazim Nəsirov və Cavabdeh4 adından nümayəndəsi Nümayəndə1 2022-ci ildə təsdiq edilmişdir. Həmin redaksiyada olan nizamnamənin 4.2.3cü bəndi əvvəlki redaksiyada olan nizamnamənin eyni bəndi ilə məzmunca tamamilə eynidir. Başqa sözlə, iddiaçı 29 iyun 2020-ci il tarixindən etibarən cavabdeh “AAAF-İNŞAAT" MMC-nin 10 faiz paya malik olmaqla təsisçilərindən biri olmuş, o, hüquqi şəxsin təsisçisi olmazdan öncə - 2016-cı ildə təsdiq edilmiş nizamnamənin ikinci redaksiyasında hazırda mübahisələndirilən 4.2.3-cü bənd mövcud olmuşdur. Bundan sonra, İddiaçı “AAAF- İNŞAAT" MMC-nin təsisçilərdən biri olduqdan təxminən iki il sonra cəmiyyətin üçüncü redaksiyada olan nizamnaməsi onun özünün və digər təsisçinin (Cavabdeh4) nümayəndələri tərəfindən təsdiq edilmiş, həmin nizamnamədə də hazırda mübahisələndirilən 4.2.3-cü bənd məzmunca hər hansı dəyişiklik olmadan olduğu kimi saxlanılmışdır. Bu göstərilənlər onu deməyə imkan verir ki, cavabdeh “AAAF-İNŞAAT" MMC-nin nizamnamənin iddia ərizəsində mübahisələndirilən 4.2.3-cü bəndi nizamnaməyə edilmiş hər hansı dəyişikliyin nəticəsi olaraq nizamnaməyə daxil edilməmişdir, əksinə ikinci redaksiya 2016-cı ildə təsdiqlənərkən belə bir bənd mövcud olmuş, iddiaçı nizamnamənin belə bir bəndin mövcudluğunu bilərək və ya bilməli olduğu halda hüquqi şəxsin təsisçisi olmuş, daha sonra isə məhz onun da səlahiyyətli nümayəndəsinin iştirakı ilə nizamnamənin üçüncü redaksiyası təsdiqlənərkən həmin bənd nizamnamədə olduğu kimi saxlanılmışdır. Burada qeyd edilməsi yerinə düşər ki, iddaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutların əldə edilməsi barədə vəsatət (qətnamənin 1.11-ci bəndi) təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə məktub ünvanlanaraq "xxxx" MMC-nin nizamnaməsinin ilkin, ikinci və üçüncü redaksiyaları, həmin redaksiyalara edilmiş dəyişiklikləri təsdiq edən sənədlər (ümumi yığıncağın iclaslarının protokolları, qərarları, əlavə və dəyişikliklərin aparılması proseduru ilə digər sənədlər) də daxil olmaqla Cəmiyyətin qeydiyyatına dair bütün sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. Həmin İdarədən daxil olmuş və iş materiallarına əlavə edilmiş sənədlərdə nizamnaməyə bu və ya digər bəndlə əlaqədar dəyişiklik edilməsi üçün ümumi yığıncağın keçirilməsi müəyyən edilməmişdir. “AAAF-İNŞAAT" MMC-nin üçüncü redaksiyasında olan nizamnaməsinin mübahisələndirilən 4.2.3-cü bəndində göstərilir: bu nizamnamə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməmiş istənilən məsələylə bağlı, bu nizamnamədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar vermək və cəmiyyətə məxsus əmlak (istənilən əşya və qeyri-maddi əmlak nemətləri) üzərində sərəncam vermək, o cümlədən hüquqi və ya fiziki şəxslərə etibarnamə vermək səlahiyyətinə malikdir. Həmin nizamnamənin 4.1.3-cü bəndinə əsasən, aşağıdakı məsələlər ümumi yığıncağın səalhiyyətlərinə aid edilmişdir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək (4.1.3.1); cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək (4.1.3.2); cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək (4.1.3.3); cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək (4.1.3.4); cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək (4.1.3.5); Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək (4.1.3.6). Nizamnamənin istinad edilən bəndlərindən göründüyü kimi, hüquqi şəxsin nizamnaməsinə dəyişiklik edilməsi ümumi yığıncağın səlahiyyətlərinə daxildir. Qətnamənin 3.6-cı bəndində qeyd edilmiş İddiaçı tərəfindən cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh4 ünvanlanmış 19 aprel 2022-ci il tarixli “Təsisçilərin növbədənkənar yığıncağının keçirilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə” bildirişin məzmununda iddiaçı tərəfindən ümumi yığıncağın iclasında 4 məsələnin müzakirə edilməsi təklif edilmişdir. Bu məsələlərin hər hansı biri nizamnamənin hansısa bəndinə (o cümlədən 4.2.3-cü bəndinə) dəyişikliklə bağlı deyildir. Qətnamənin 3.5-ci bəndində təsvir edilmiş 01 fevral 2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin növbəti 2022-ci il üçün ümumi yığıncağının protokoluna əsasən, iddiaçı özünün nümayəndəsi Nazim Nəsirov (eyni zamanda iclasın katibi) vasitəsilə iclasda təmsil olunmuş, iclasın gündəliyi barədə müzakirə aparılmış, təsisçilərə göndərilən bildirişdə qeyd olunan gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı hər hansı etiraz və təklifin daxil olması barədə soruşulmuş, belə bir ərizə və təklifin daxil olmadığı bildirilmiş, daha sonra iclasın gündəliyi səsə qoyularaq qəbul edilmişdir. İclasda müzakirə edilən 9 məsələnin heç biri nizamnaməyə edilən dəyişiklə bağlı deyildir. İddia tələbinin “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi barədə hissəsi ona görə əsassızdır ki, yuxarıda şərh edilənlər və hüquqi şəxsin nizamnaməsinin 4.1.3-cü bəndi bu nəticəyə gəlməyə imkan verir ki, nizamnaməyə edilən hər bir dəyişiklik yalnız ümumi yığıncağın qərarı ilə edilə bilər, hazırda mübahisələndirilən bənd iddiaçının təsisçilərdən biri olduqdan sonra və ya bundan öncə keçirilmiş hansısa ümumi yığıncağın müzakirə mövzusu olmamışdır, iddiaçının iştirak etdiyi ümumi yığıncaqda belə bir məsələ, ümumiyyətlə müzakirə olunmamışdır, iddiaçı özü də belə bir məsələni müzakirəyə çıxarmamış, müzakirəyə çıxarmağa təşəbbüs (səy) göstərməmişdir, əgər müzakirə mövzusu olmuşdursa və ya müzakirəyə çıxarmışdırsa, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir, üstəlik mübahisələndirilən bəndin mövcud olduğu nizamnamə bilavasitə iddiaçının özünün razılığı ilə təsdiq edilmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi (o cümlədən ümumən işdə olan) sübutlar və əsaslandığı mülki qanunvericiliyin normaları nizamnamənin 4.2.3-cü bəndini etibarsız hesab etməyə imkan vermir, eyni zamanda nizamnaməyə bu bəndlə əlaqədar dəyişikliyin baş tutduğu ümumi yığıncağın keçirilməsi iş materialları ilə təsdiq edilmir və iddiaçı məhz hansı ümumi yığıncaqda bu bəndə dəyişiklik edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, hüquqi şəxsin nizamnaməsinə əsasən, nizamnaməyə dəyişiklik edilməsinin ümumi yığıncağın səlahiyyətlərinə aid olması nəzərə alındıqda, iddiaçı Mülki Məcəllənin 91.1-3-cü maddəsindən irəli gələn hüququndan istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırmaq hüququna malik olsa da, onun tərəfindən ümumi yığıncağın çağrılması üçün müvafiq hərəkətlərin (yığıncağın gündəliyinin müəyyən edilməsi, bu barədə digər təsisçiyə müvafiq bildiriş göndərilməsi və s.) edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia tələbi bu hissədə təmin edilmədiyindən məhkəmə “AAAF-İNŞAAT" MMC-nin nümayəndəsinin 06 fevral 2024-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyə zərurət görmür. Yuxarıda göstərilənlərə və şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, “AAAF- İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.
5.2 Alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh2 tərəfindən aparılan tikintinin sökülməsi. Cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsini 5000 manata satın almışdır (qətnamənin 3.11-ci bəndi). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76000 manat olduğu qeyd edilmişdir (qətnamənin 3.14-cü bəndi). Həmin Mərkəzdən təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyində 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456000 manat (1 sot 76000 manat) məbləğində olduğu qeyd edilmişdir (qətnamənin 3.15ci bəndi). Həmçinin cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə sözügedən 0,06 ha torpaq sahəsinin 2022-ci il üçün bazar dəyərinin 60000 manat, "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli arayışın məzmununda həmin torpaq sahəsinin 2022-ci il üçün bazar dəyərinin 10000 manat, likvid dəyərinin 8000 manat məbləğində olduğu qeyd edilmişdir (qətnamənin 3.23-cü və 3.24-cü bəndləri). Mülki Məcəllənin 337.1-ci maddəsində etibarsız əqdlərə ümumi anlayış verilərək qeyd edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin maddədə bu cür əqdlərin iki növü - mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər fərqləndirilir. Mülki Məcəllənin 339.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.6-cı maddədə isə göstərilir ki, Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 49.4-cü maddəsində hüquqi şəxs adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyacağı halların siyahısı sadalanır. Həmin hallardan biri hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsidir (49.4.2-ci maddə). Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissədə qanuni əsasları məhz Mülki Məcəllənin 339.1-ci, 49.4.2-ci və 339.6-cı maddələridir. İddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli əqdin mübahisələndirilməsi artıq həmin əqd barəsində məhkəmənin müvafiq qiymətləndirmə aparmaqla bu əqdin etibarlı olubolmaması nəticəsinə gəlməsini zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur” və “maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir”. Göründüyü kimi, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinə - hazırkı iş üzrə iddiaçıya həmin əqdi mübahisələndirməklə müqaviləni etibarsız hala gətirmək imkanı verir və belə olduğu halda məhkəmənin apardığı qiymətləndirmə hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi halının müəyyən edilib-edilməməsi barədə olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən əmlakın satıldığı dövr üçün bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76000 manat olduğu (qətnamənin 3.14-cü bəndi), 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyində isə 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiymətinin təqribən 456000 manat (1 sot 76000 manat) məbləğində olduğu qeyd edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş müstəqil qiymətləndiricilər tərəfindən təqdim edilmiş yuxarıda göstərilən rəylərdə isə torpaq sahəsinin bazar dəyəri 60000 manat və 10000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilmiş torpaq sahəsinin ümumi dəyərini (5000 manat) ekspert və mütəxəssis rəylərində göstərilmiş dəyərləri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsinin satışı real bazar dəyərindən dəfələrlə aşağı qiymətə həyata keçirilmiş, müqavilədə əmlakın dəyəri onun real bazar dəyərindən kəskin şəkildə aşağı qiymət müəyyən edilməklə bağlanılmışdır. Başqa sözlə, hüquqi şəxsin əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilmişdir. Qeyd edilməsi yerinə düşər ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində müəyyən edilmiş torpağın ən aşağı qiyməti belə onun müqavilədə müəyyən edilmiş qiymətindən iki dəfə çoxdur. Məhkəmə Mülki Məcəllənin 49.4.4-cü, 339.1-ci və 339.6-cı maddələrini rəhbər tutaraq qeyd edir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi "xxxx" MMC-nin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə özgəninkiləşdirilməsi ilə nəticələndiyindən etibarsız hesab edilməli, eyni zamanda onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarış, torpaq sahəsinin plan və ölçüsü ləğv edilməli, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasar sökülməlidir. Məhkəmə, əlavə olaraq qeyd edir ki, Cavabdeh2 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasarın sökülməsi barədə gəldiyi nəticə Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilən imperativ tələbdən irəli gəlməklə yanaşı, həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli və 08 yanvar 2025-ci il tarixli 10/7170- 9/7506 nömrəli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından isə həmin Məcəllənin 69.5.1-ci maddəsinin tələblərinə uyğun olmadığı qeyd edilmişdir.
6. Məhkəmə xərcləri: İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli MŞS-MT030-2023-01954 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 30 manat məbləğində mediasiya xərci ödənilmişdir. Həmçinin iş materiallarında olan 18 dekabr 2023-cü il tarixli MŞS-MT030-2023- 02650 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, Cavabdeh4la mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 30 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində mediasiya xərcinin əvəzi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş digər 30 manat məbləğində mediasiya xərci mediasiya prosesinin predmeti olan iddia tələbi təmin edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun (iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli və xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzləri) əvəzi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad edilən Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələrinin, həmçinin aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Bunlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli 10/2031-9/2076 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat, 08 yanvar 2025-ci il tarixli 10/7170-9/7506 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat və 01 may 2025-ci il tarixli 10/1989 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat məbləğində olmaqla, aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 300 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş 27 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçüsü ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə 7 mərtəbəli yaşayış binasının yan tərəfində Cavabdeh2 tərəfindən inşa edilmiş hasar sökülməli, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 80 manat məbləğində dövlət rüsumunun, 30 manat məbləğində mediasiya xərcinin əvəzi və 95 manat məbləğində mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olmaqla, cəmi 205 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 4Ə-810 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 27 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçüsü ləğv edilsin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə 7 mərtəbəli yaşayış binasının yan tərəfində Cavabdeh2 tərəfindən inşa edilmiş hasar sökülsün. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 80 (səksən) manat məbləğində dövlət rüsumunun, 30 (otuz) manat məbləğində mediasiya xərcinin və mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 95 (doxsan beş) manat məbləğində xərcin əvəzi olmaqla, cəmi 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti İddiaçı Məhəmmədhadıyeviçin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərman Həmidli