Məhkəmə qərarları › İş №e-2-2(119)-1916/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1916/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1916/2025 26.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan 11 fevral 2025-ci il tarixli 1 saylı Əlavə üzrə 43012 (qırx üç min on iki) manat məbləğində borc və 220 (iki yüz iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 43232 (qırx üç min iki yüz otuz iki) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı arasında 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli müqavilə və müqaviləyə 11 fevral 2025-ci il tarixli 1 saylı əlavə bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən idarəedici idarəetməsində olan Xocavənd rayonu, Xocavənd kəndi ərazisində yerləşən (şərab zavodu, üzüm qəbulu və sıxılması məntəqəsi, üzüm sahələri (bağları) ilə birlikdə) əmlak kompleksi olan (ümumi torpaq sahəsi 25199.76 kv.m, tikilialtı sahəsi 5182.6 kv.m, faydalı sahə 2379.2 kv.m, talvar və zirzəmi sahəsi 394.7 kv.m) operatora təhvil verməyi, operator isə əmlak kompleksindən birgə istifadəyə görə müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi idarəediciyə ödəməyi öhdəsinə götürmüşdür. 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli müqavilə və əlavəsinə əsasən iddiaçı idarəetməsində olan Xocavənd rayonu, Xocavənd kəndi ərazisində yerləşən əmlak kompleksini cavabdehə təhvil vermiş, cavabdeh əmlak kompleksini təhvil almış, lakin müqavilə üzrə öhdəliklərini pozaraq bu günədək qalıq ödənişlərini ödəməmişdir. Bu günə cavabdehin müqavilə üzrə 16 iyul 2025-ci il tarixə iddiaçıya 43012 (qırx üç min on iki) manat borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi, həmçinin yazılı (pretenziya qaydasında) müraciət olunmuş və müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası yerinə yetirilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan idarəedici Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı ilə operator "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında idarəedicinin təqdim etdiyi Xocavənd rayonu, Xocavənd kəndi ərazisində yerləşən (şərab zavodu, üzüm qəbulu və sıxılması məntəqəsi, üzüm sahələri (bağları) ilə birlikdə 148,2726 ha) (Koordinatlar: X 679536, Y 4406000) əmlak kompleksi olan (ümumi torpaq sahəsi 25199.76 kv.m, tikilialtı sahəsi 5182.6 kv.m, faydalı sahə 2379.2 kv.m, talvar və zirzəmi sahəsi 394.7 kv.m.) əmlakı hesabına, operatorun maliyyə qoyuluşu ilə özünə aid avadanlıqlar, maddi-texniki və maliyyə imkanları, fəaliyyət sahələri üzrə bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən operator bu müqavilədə və əlavəsində, rəsmiləşəcəyi halda təhvil qəbul aktında qeyd olunan əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən operator fəaliyyətin təşkili ilə bağlı idarəedicinin təqdim etdiyi əmlakından istifadəyə görə idarəediciyə aylıq 3540 (üç min beş yüz qırx) manat (ƏDV daxil) vəsaiti köçürmə yolu ilə ödəyir. Müqavilə müddəti uzadıldıqda ödənişin məbləğinə yenidən baxıla bilər. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə fəaliyyətinin olubolmamasından asılı olmayaraq müqavilənin 1.3-cü bəndinə əsasən hesablanma aparılır və hər növbəti ayın 5-ə kimi operator hesablanmış məbləği idarəedicinin bank hesabına ödəyir. 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə 11 fevral 2025-ci il tarixli 1 saylı Əlavəyə əsasən operator fəaliyyətin təşkili ilə bağlı idarəedicinin təqdim etdiyi əmlakından istifadəyə görə idarəediciyə xx.xx.2025-ci il – xx.xx.2026-cı il aralıq dövrlər üçün aylıq 12656 (on iki min altı yüz əlli altı) manat (ƏDV daxil) vəsaiti köçürmə yolu ilə ödəyir. xx.xx.2026-cı il tarixindən ümumi olaraq 01 fevral 2024-cü il tarixli, BFM 02/24/005 nömrəli müqavilənin qüvvədə olduğu dövrlər üzrə isə operator idarəediciyə aylıq 3540 (üç min beş yüz qırx) manat (ƏDV daxil) vəsaiti köçürmə yolu ilə ödəyir. Müqavilə müddəti uzadıldıqda ödənişin məbləğinə yenidən baxıla bilər. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3540 manat dəyərində xidmət haqqı ilə əlaqədar 23 fevral 2024-cü il tarixli EBDZ seriyalı 295953 nömrəli, 18 mart 2024-cü il tarixli EBEA seriyalı 715601 nömrəli, 06 aprel 2024-cü il tarixli EBEB seriyalı 552569 nömrəli, 10 may 2024-cü il tarixli EBEC seriyalı 926343 nömrəli, 07 iyun 2024-cü il tarixli EBED seriyalı 845708 nömrəli, 23 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11500794 nömrəli, 07 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10408199 nömrəli, 17 sentyabr 2024cü il tarixli MT2409 seriyalı 11116812 nömrəli, 03 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 10220692 nömrəli, 04 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 10111271 nömrəli, 13 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10967382 nömrəli, 13 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10970575 nömrəli, 12656 manat dəyərində xidmət haqqı ilə əlaqədar 05 mart 2025-ci il tarixli MT2503 seriyalı 10269599 nömrəli, 12656 manat dəyərində xidmət haqqı ilə əlaqədar 04 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10415718 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan kredit haqqında bildirişlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 05 mart 2024-cü il tarixdə 3000 manat məbləğində, 31 may 2024-cü il tarixdə 6000 manat məbləğində, 01 iyul 2024-cü il tarixdə 3000 manat məbləğində, 08 avqust 2024-cü il tarixdə 3000 manat məbləğində, 18 dekabr 2024-cü il tarixdə 9000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, 05 mart 2024-cü il tarixdə 540 manat məbləğində, 31 may 2024-cü il tarixdə 1080 manat, 01 iyul 2024-cü il tarixdə 540 manat, 08 avqust 2024-cü il tarixdə 540 manat, 18 dekabr 2024cü il tarixdə 1620 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 oktyabr 2025-ci il tarixli 3-21-3-06/2-606/2025 nömrəli maliyyə arayışında göstərilir ki, 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli müqavilə üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə 01 may 2025-ci il tarixinə 43012 (qırx üç min on iki) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli birgə fəaliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı Xocavənd rayonu, Xocavənd kəndi ərazisində yerləşən (şərab zavodu, üzüm qəbulu və sıxılması məntəqəsi, üzüm sahələri (bağları) ilə birlikdə) əmlak kompleksini (ümumi torpaq sahəsi 25199.76 kv.m. tikilialtı sahəsi 5182.6 kv.m, faydalı sahə 2379.2 kv.m, talvar və zirzəmi sahəsi 394.7 kv.m.) cavabdehin istifadəsinə vermişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək müqavilə üzrə cəmi 28320 (iyirmi səkkiz min üç yüz iyirmi) manat ödəmiş, onun 01 may 2025-ci il tarixinə 43012 (qırx üç min on iki) manat borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 fevral 2024-cü il tarixli BFM 02/24/005 nömrəli birgə fəaliyyət haqqında müqavilə üzrə ödənilməmiş 43012 (qırx üç min on iki) manat məbləğində borcun Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “220 (iki yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 19 sentyabr 2025-ci il tarixli **********30 nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 43012 (qırx üç min on iki) manat məbləğində borc və 220 (iki yüz iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 43232 (qırx üç min iki yüz otuz iki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual ‬ Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdehndən 43012 (qırx üç min on iki) manat məbləğində borc və 220 (iki yüz iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 43232 (qırx üç min iki yüz otuz iki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar